19 apr 12:36liqa

“Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı

“Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı
Bu gün və sabah Topaz premyer-liqasında 25-ci turun oyunları keçiriləcək. Aprelin 23-də kubokun yarımfinal mərhələsi start götürəcəyindən, çempionat görüşləri həftəsonuna yox, həftəiçinə təyin olunub. Turun qarşılaşmaları əsasən paytaxtdan kənarda baş tutacaq. Yalnız “Qarabağ” “Tofiq Bəhramov”da “Keşlə”ni sınağa çəkəcək. “Sumqayıt” “Səbail”i, “Qəbələ” “Zirə”ni, “Sabah” isə Masazırda “Neftçi”ni qonaq edəcək. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq.
Topaz premyer-liqası
4-cü dövrə, 25-ci tur
18 aprel
97. Sumqayıt – Səbail
Hakimlər: VÜQAR HƏSƏNLİ, Cəmil Quliyev, Pərvin Talıbov, Kamal Umudlu.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 3:+1=1-1, 2-2.
2017/18 – 0:0, 1:2; 2018/19 – 1:0.
Cəzalılar: Əli Babayev (Sumqayıt), Aleksandr Rıbka, Maudo Jarjue (hər ikisi “Səbail”).
“Futbol+”in proqnozu: 30-30-40
Sumqayıt. Kapital Bank Arena. Saat 16.45
Tura “gənclik şəhəri”ndə start veriləcək. Son turda lider “Neftçi”ni büdrədən “Səbail” autsayderlərdən olan “Sumqayıt”la görüşün favoritidi. Baxmayaraq ki, bu komanda Bayıl təmsilçisi üçün heç də uyğun rəqib deyil. Hətta ümumi balansda “Sumqayıt”ın minimal üstünlüyü var. Cari mövsümdə baş tutan görüşlərdə isə tərəflər hərəyə bir qələbə qazanıb, bir qarşılaşma heç-heçə bitib. Amma “Səbail”in qələbəsini şərtləndirən amillər var. Ən başlıcası isə Ayxan Abbasovun komandasının bir neçə gün sonra kubok matçının olmasıdı. Sumqayıtlılar bütün diqqətini yarımfinal görüşlərinə cəmləyib. Komanda 5 gün sonra yenə “Kapital Bank Arena”da “Zirə” ilə vacib sınağa çıxacaq. Odu ki, “gənclik şəhəri” təmsilçisi “Səbail”ə qarşı bütün gücünü sərf etməyə, zədələrdən qorunmağa çalışa bilər. Aftandil Hacıyevin komandası isə bir “cəbhə”də mübarizə apardığından Avroliqaya vəsiqə üçün premyer-liqaya səfərbər olub. Artıq “Qəbələ” nəfəsini hiss etdirir, odu ki, növbəti xal itkisi komandaya baha başa gələ bilər. Nəzərə alsaq ki, “Səbail” 26-cı turda məhz “Qəbələ” ilə qarşılaşacaq, 2 xallıq fərqi artırmaq lazım gəlir. Çünki “qırmızı-qaralar” gələn həftə qalib gəlməklə 3-cü yeri ələ keçirə bilər. Bölgə təmsilçisinin şəxsi oyunlardakı üstünlüyü buna imkan yaradacaq.
Aftandil Hacıyevi “çərçivə” ilə bağlı problem daha çox qayğılandırır. Məsələ burasındadı ki, Aleksandr Rıbka “Neftçi” ilə oyun başa çatandan sonra aldığı qırmızı vərəqə ilə komandasını pis vəziyyətdə qoyub. Onun yoxluğunda “çərçivə”ni ya oynayan-məşqçi, 38 yaşlı Fərhad Vəliyev, ya da bu mövsüm yalnız bir dəfə, kubok oyununda əlcək geyən Elxan Əhmədov qorumalıdı. Bundan başqa, Maudo Jarjue də cəza səbəbindən turu buraxacaq. “Sumqayıt”da isə Əli Babayev bugünkü görüşün iştirakçısı olmayacaq.
98. Qarabağ – Keşlə
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 27:+16=8-3, 38-13.
1999/2000 - 2:0; 2000/01 - 3:0; 2003/04 - 3:1; 2004/05 - 3:1; 2005/06 - 1:0; 2006/07 - 0:1; 2007/08 - 0:1; 2008/09 - 1:1; 2009/10 - 1:1, 1:1; 2010/11 - 1:0, 1:0; 2011/12 - 1:0, 1:0; 2012/13 - 0:0, 3:2; 2013/14 - 2:0, 4:1; 2014/15 - 0:0, 0:0; 2015/16 - 1:0, 2:0; 2016/17 – 0:0, 0:1; 2017/18 – 1:0, 1:1; 2018/19 – 5:1.
Cəzalılar: Filip Ozobiç, Vild-Donald Gerye (hər ikisi “Qarabağ”), Conatan Ayite (Keşlə).
“Futbol+”in proqnozu: 50-30-20
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.00
“Qarabağ” çətin ki son tura qədər liderliyi əldən versin. Hər halda, ötən turda vahid liderliyə yiyələnən Qurban Qurbanovun komandasının “Keşlə”nin sürpriz etməsinə şərait yaradacağı inandırıcı görünmür. Komanda həlledici dövrəyə fırtına kimi başlayıb. Ağdamlıların məhsuldarlığı daha çox diqqəti çəkir. İlk iki dövrədə rəqib qapıçıları 25 dəfə məyus edən “Qarabağ” sona 4 tur qalmış artıq o həddi keçib, 27 qol vurub. Dördüncü dövrədəki 3 oyundan ikisi isə darmadağınla yadda qalıb. Son illərin dəyişməz çempionu son 3 oyunda 11 qol vurub, qapısında cəmi 1 top görüb. “Keşlə” ilə qarşılaşmada da darmadağın qeydə alına bilər. Tərəflərin elə bu arenadakı son görüşündə “Qarabağ”ın 5:1 hesabıyla qalib gəldiyini xatırlatmaq kifayətdi. Düzdü, tərəflər cari mövsümdə kubok da daxil olmaqla 5 dəfə qarşılaşıb və ağdamlılar bu görüşlərin 4-də cəmi 1 qol vura bilib. Ancaq çempion “Tofiq Bəhramov”dakı görüşlərdə çətinlik çəkməyib.
Hər iki komandanın heyətində cəzalı futbolçular var. “Qarabağ”dan Vild-Donald Gerye və Filip Ozobiç, “Keşlə”dən isə Conatan Ayite bu gün meydanda görünməyəcək.
19 aprel
99. Sabah – Neftçi
Hakimlər: RÖVŞƏN RƏCƏBOV, Mübariz Haşımov, Yaşar Abbasov, Səbuhi Bayramov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Sabah”ın bu rəqiblə ev oyununun balansı: 1:+0=0-1, 1-2.
2018/19 – 1:2.
Cəzalılar: Məqsəd İsayev, Vadim Abdullayev, Elgün Nəbiyev (hamısı “Sabah”), Canluka Sansone, Aqil Məmmədov (hər ikisi “Neftçi”).
“Futbol+”in proqnozu: 30-35-35
Masazır. Əlincə Arena. Saat 18.30
İşini daha da çətinə salmamaq üçün “Neftçi”nin bundan sonra xal itirməyə haqqı yoxdu. Əks halda, son turda “Qarabağ”la görüş formallığa çevrilə bilər. “Sabah” flaqman üçün uyğun rəqibdi. Hər halda, Roberto Bordinin komandası cari mövsümdə debütantla 3 oyunun hamısında qələbəyə sevinən tərəf olub. Bu görüşlərdə qapısında 7 top görən “Sabah”ın gücü Masazırda baş tutan ikinci dövrədəki qarşılaşmada vurduğu təsəlli qoluna çatıb. Başqa sözlə, debütant bu dəfə də rəqibinə uduzsa, “Neftçi”nin cari mövsümdəki iki “abunəçi”sindən biri kimi xatırlanacaq. Qeyd edək ki, bu mövsüm “Keşlə” “ağ-qaralar”a 4 oyunun hamısında uduzub.
“Neftçi” üçün sevindirici məqam odu ki, Emin Mahmudov sıraya dönüb. Kapitan 1 oyunluq cəzasını başa vurub. Əvəzində Canluka Sansone ilə Aqil Məmmədov cəzalı duruma düşüb. “Sabah”da da eyni səbəbdən son turu buraxan Erik Ramos qayıdıb və sabiq komandasına qarşı, nəhayət, oynaya biləcək. Yeri gəlmişkən, Ramos “Neftçi” ilə son iki oyunda cəza səbəbindən iştirak etməyib. Bununla belə, debütantın itkiləri böyükdü. Heyətin üç əsas üzvü - Məqsəd İsayev, Vadim Abdullayev və Elgün Nəbiyev sarı vərəqə “limiti”ni keçdiyinə görə sabahkı görüşü tribunadan izləməli olacaq.
100. Qəbələ – Zirə
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəşad Əhmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 7:+2=4-1, 6-5.
2015/16 - 0:0, 1:2; 2016/17 – 1:0, 1:1; 2017/18 – 1:1, 2:1; 2018/19 – 0:0.
Cəzalı: Orxan Sadıqlı (Zirə).
“Futbol+”in proqnozu: 30-40-30
Qəbələ. Şəhər stadionu. Saat 16.00
“Qəbələ” 5 gün ərzində ardıcıl iki ev oyununa çıxacaq. Hər ikisi komanda üçün vacibdi. Sabah “Zirə”ni qonaq edəcək “qırmızı-qaralar” ayın 23-də kubokun yarımfinalı çərçivəsində “Qarabağ”ı sınağa çəkəcək. Sənan Qurbanovun komandası üçün bu turda “bürünc” şansı yarana bilər. “Səbail” bu gün xal itirsə, “Qəbələ” sabah 3-cü yeri ələ keçirmək üçün ikiqat motivasiyalı olacaq. “Zirə”yə gəlincə, ötən turda “Sumqayıt”ı məğlub edən Samir Abasovun komandası bu mövsüm uduzmadığı bölgə təmsilçisini də udsa, turnir cədvəlində 5-ci yerə yüksəlmək şansı əldə edəcək. Bu qələbə yarımfinal ərəfəsində komanda üçün yaxşı stimul ola bilər.
“Qəbələ” bu turda cəzalı futbolçusu olmayan yeganə komandadı. “Zirə”dən isə iki həftə əvvəl cəzalanan Orxan Sadıqlı turu buraxacaq.
1. Qarabağ 24 16 6 2 52-19 54
2. Neftçi 24 15 7 2 43-19 52
3. Səbail 24 10 5 9 29-27 35
4. Qəbələ 24 8 9 7 27-26 33
5. Sabah 24 7 5 12 19-34 26
6. Zirə 24 6 7 11 23-34 25
7. Sumqayıt 24 5 5 14 18-38 20
8. Keşlə 24 5 4 15 23-37 19
Bombardirlər: Baqali Dabo (Neftçi) – 11, Mahir Mədətov (Qarabağ) – 10, Ceyms Adeniyi (Qəbələ) – 9, Filip Ozobiç (Qarabağ) – 8.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən, 4-cü turda "Zirə"yə, 8-ci turda isə "Qarabağ"a texniki məğlubiyyət (0:3) verilib.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı Bütün xəbərlər
Ən çox oxunanlar