17 apr 16:49liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...sürprizi...

“Qəbələ”nin daxili yarışlardakı hansısa səfər oyununda sonuncu dəfə 1000-ə yaxın azarkeşlə nə vaxt təmsil olunduğunu yada salmaq çətindi. 2014-ün mayında Respublika stadionundakı kubokun final qarşılaşması yada düşür, başqa heç nə. Belə baxanda Qəbələdəki matçlarda sayları 300-500-dən çox olmursa, səfərdə saylarının bundan 2-3 dəfə çox olması heç bir məntiqə sığmır.
Odu ki, bazar günü “ASK Arena”da gördüyümüz mənzərə bizi çaşdırdı. Hələ oyunun başlamasına 30-40 dəqiqə qalmış bir qrup futbolsevər qonaqlar üçün ayrılmış tribunaya axır edir, yerlərini tuturdular. Sonradan məlum oldu ki, onlar məhz “Qəbələ”ni dəstəkləmək üçün ayaqlarına əziyyət veriblər. Aralarında yaşlı nəslin nümayəndələri də vardı, gənclər də. Niyə məhz “Keşlə”ylə oyunda, niyə məhz Tale Heydərov istefa verəndən sonra – bu suallar indiyə qədər cavabsız qalıb.
Elə oyundaca “Qəbələ”nin bəzi rəsmilərindən həmin tərəfdarların hardan gəldiyini və bu günə qədər harda olduqlarını öyrənmək istəsək də, konkret cavab almaqda çətinlik çəkdi. “Azarkeşdilər də” cavabından başqa heç nə eşitmədik. Sürpriz qonaqlarla yanaşı sektorda “Red Black Army”nin üzvləri də əyləşmişdi. Ona görə də yuxarıdakı sualları fanklubun rəhbəri Cavad Şərifliyə ünvanladıq. Lakin o da konkret cavab verməkdə çətinlik çəkdi: “Nəsə desəm, yalan olar. Çünki konkret məlumatım yoxdu. Sadəcə, şirkət işçiləri olduğunu eşitdim. Fanklubumuzun Bakıdakı üzvləri “Gilan Holdinq”in əməkdaşları olduğunu dedilər. Niyə məhz bu oyuna gəldiklərindən də xəbərsizəm. Düzdü, yanaşı sektorlarda yer almışdıq. Amma yaxınlaşıb kimdənsə nəsə soruşmadım. Fikrimiz oyunda idi. Aralarında yaşlı adamlar var idi deyə, heç də hamısı səsimizə səs verə bilmirdi. Amma bəzi gənclər var idi ki, komandaya dəstək verəndə bizə qoşulurdular”.
...münaqişəsi...
“Səbail” – “Neftçi” oyunu gərginliklə yadda qalsa da, dava-dalaşsız bitdi. Düzdü, qarşılaşmanın sonlarında meydan sahiblərinin bəzi üzvləri gərgin idi. Nəticədə Aleksandr Rıbka hakimin final fitindən sonra qarşısında “qırmızı” gördü.
Sən demə, əsl həngamə sonradan yaşanıb. Həm də tribunada, ya da meydanda yox, stadionun giriş qapılarının önündə. Hadisə şahidlərdən birinin verdiyi məlumata görə, “Forza Neftçi” və “Dənizçilər” fanklubunun üzvləri arasında söz atışması olub. Bir-birini ağır sözlərə “qonaq edən” fanatlar arasındakı münaqişənin böyüməsinə isə yaxınlıqdakı polislər imkan verməyib. “Poqonlular” dəyənəkləri işə saldıqdan sonra hər iki qrupun üzvlərini sakitləşdirmək mümkün olub. Mənbə onu da bildirdi ki, polislər heç bir komandanın futbolkasında olmayan mülki geyimli birini xidməti avtomobilə əyləşdirməyə cəhd edib.
Baş vermiş münaqişənin təfərrüatını “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevdən öyrənmək istədik. Lakin stajlı fanat dönə-dönə ciddi bir şeyin baş vermədiyini dedi: “Orda 3-5 nəfər arasında nəsə olubsa, bu o demək deyil ki, iştirakçılar “Forza Neftçi”nin uşaqlarıdı. Bizdən heç kim olmayıb. Oyundan çıxmışıq, heç nəyə qarışmadan getmişik. Üzvlərimizdən də heç kim polis bölməsinə aparılmayıb. Mən heç nə görməmişəm. Söz atışması olub, bu da normaldı. Amma siz deyən kimi ciddi münaqişə-filan yaşanmayıb”.
...səfəri
“Zirə” – “Sumqayıt” oyunu təkcə turnir cədvəlindəki durum baxımından xüsusi önəm daşımırdı. Bu komandaların bir neçə gündən sonra kubokun yarımfinalında üz-üzə gələcəyini də bir kənara qoyaq.
Diqqətçəkən məqamlardan biri də Ayxan Abbasov amili idi. Həmin məşqçi ki, vaxtilə “Zirə”nin əvəzedicilərinə rəhbərlik etmiş, Adil Şükürovun istefasından sonra əsas komandaya baş məşqçi təyin olunmuşdu. Və baş məşqçi kimi debüt mövsümündəcə “qartallar”ın Avroliqaya vəsiqə qazanmasına səbəbkar olmuşdu. Lakin cari mövsümün əvvəlində uğursuz nəticələrə görə “Zirə”dən ayrılıb sonradan “Sumqayıt”da peyda oldu. Ona görə də Ayxan bəy üçün “Zirə”ylə səfər oyununun xüsusi önəm vardı desək, yanılmarıq. Düzdü, buna qədər komandalar 3 dəfə üz-üzə gəlmişdi ki, 2 halda baş məşqçi Abbasov idi. Amma qarşılaşmalardan heç biri Zirə İdman Kompleksinin stadionunda baş tutmamışdı. Bir sözlə, Ayxan bəy vaxtilə ona doğma olan meydana rəqib qismində komanda çıxarmalıydı. Baş məşqçinin hansı hisslər keçirdiyini, stadionun ona doğma, yoxsa yad gəldiyini özündən yaxşı bilən olmaz. Dinləyək: “Çox yaxşı mövzuya toxunmusuz. “Zirə”dəki bütün fəaliyyətlərimi nəzərə alsaq, üst-üstə 4 ilə yaxın çalışmışam. Ona görə də həm klub, həm komanda, həm də Zirədəki stadion bizə doğma olub. İlk dəfə ora rəqib kimi getdim. Əlbəttə, öyrəşdiyim hal deyildi. Açığı, oyun günü yox, bir gün öncəki məşqdə müəyyən qədər təsirli oldu. İstər-istəməz həmin 4 ildəki xoş anlar gözümün qarşısında canlandı. ”Zirə”də çalışdığım dönəmdə qonaqlar üçün nəzərdə tutulan paltardəyişmə otağında olmamışdım. Bu dəfə qismət oldu. Düzü, rəqiblər üçün ayrılmış texniki zonada da əyləşməmişdim, bu dəfə orda yer almalıydım. Ona görə də qarışıq hisslər yaşadım. Amma futbol həyatı belədi. Bu gün burda, sabah başqa yerdə ola bilərsən. Bəlkə də məşqçilikdə yeni olmağım, karyeramda baş məşqçi kimi ikinci klubda çalışmağım təsir altına düşməyimi şərtləndirdi. “Zirə”dən ayrılmağıma baxmayaraq, klub rəsmiləri, məşqçi və futbolçuları, eləcə də azarkeşləri ilə xoş münasibətimiz var. Necə ki, zirəli azarkeşlər son oyunda rəqib olmağımıza baxmayaraq, bizə öz dəstəklərini göstərdilər. Hamısı xoş xatirələrdi. Yalnız məğlub olduğumuza görə üzüldüm”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar