17 apr 16:44liqa

“Səbail”in vaxtla bağlı etirazı gülməlidi

“Səbail”in vaxtla bağlı etirazı gülməlidi
Bir dəqiqə “yemişdiz”, hakim cəmi 15 saniyə artırdı
Çempionatın son turunun ən maraqlı qarşılaşması “Bayıl Arena”da gerçəkləşdi. “Səbail” - “Neftçi” matçında qalib müəyyənləşdmədi. Tərəflər hərəyə 2 qol vuraraq, “sülh”ə razılaşdılar. Əslində bu oyun haqda “sülh” sözünü işlətmək bir qədər düzgün deyil. Sırf nəticə baxımından belə demək olar. Ancaq meydandakı mübarizəyə, xüsusən final fitindən sonra yaşananlara başqa ad tapmaq daha yaxşı olar. Qarşılaşmanın bu qədər gərgin keçməsinin səbəbləri çoxdu. Həmçinin oyun ərzində proseslərin ardıcıllığı da emosiyaların qızışmasına səbəb oldu.
Yadınızdadısa, bu rəqiblərin “Bakcell Arena”da baş tutan dueli də sakit keçməmişdi. Söhbət təkcə “Neftçi”nin gözlənilmədən “doğma divarlar” arasında uduzmasından getmir. Həmin oyunda baş məşqçilər – Roberto Bordinlə Aftandil Hacıyev də söz atışması ilə diqqəti çəkmişdilər. Bu üzdən növbəti qarşılaşmanın da gərgin keçəcəyi gözlənilən idi. Bu dəfə əvvəlcə “ağ-qaralar” Mirabdulla Abbasovun qolu ilə hesabda önə keçdi. Ancaq 80-ci dəqiqədən sonra yaşananları çox az adam proqnozlaşdırardı. Belə ki, 81-ci dəqiqədə Ədilxan Qarəhmədov, 85-ci dəqiqədə isə Ağabala Ramazanov flaqmanın qapısına yol tapmaqla rəqibi şoka saldı. Lakin “Neftçi” 90+6-cı dəqiqədə məğlubiyyətdən xilas ola bildi. Mamadu Mbocun qolu komandaya 1 xal qazandırdı. Bu qol onsuz da hakimlərdən narazı olan “Səbail” tərəfini bir qədər də özündən çıxardı. Səbuhi Bayramovun final fitindən sonra meydan shaibləri ədalət təmsilçilərinin üzərinə yeridi. Hətta Aleksandr Rıbka kəskin etiraza görə qarşısında ikinci “sarı” və ardınca “qırmızı” gördü. Bəlkə də polislər hakimləri əhatəyə almasaydı, vəziyyət daha da gərginləşə bilərdi. Oyunsonrası mətbuat konfransında isə Aftandil Hacıyev idarəçilik haqda danışarkən, necə deyərlər, “od püskürdü”.
Doğrudu, Aftandil bəyin Anton Krivotsyuka göstərilməyən sarı vərəqəyə və ya başqa hansısa epizoda görə etdiyi narazılığı başa düşmək olar. Lakin burda başqa bir məqam var. Belə ki, mətbuat konfransında Hacıyev “final fitindən sonra hamı meydana axışmışdı, səbəb nə idi” sualına belə cavab vermişdi: “Həm Antonun həmin epizoduna etiraz edirdik, həm də əlavə olunan 5 dəqiqə bitdikdən sonra final fitinin səslənməməsinə”. Qeyd etdiyimiz kimi, Antonun epizodu ilə işimiz yoxdu. Ancaq əlavə vaxtla bağlı məsələni aydınlaşdırmağı lazım bildik.
Məlum olduğu kimi, oyuna 5 dəqiqə artırılmışdı. Mbocun qolu isə 5 dəqiqə bitəndən 15 saniyə sonra vuruldu. Lakin bir məsələ var. 1-ci uzatma dəqiqəsinin 45-ci saniyəsində Rıbka topu oyuna daxil etməliydi, etmir. Vaxtı uzatdığına görə hakim ona sarı vərəqə göstərir. Ta ki qapıçı artırılan 2-ci dəqiqənin 20-ci saniyəsində “kürə”ni havalandırır. Bu da itirilmiş 35 saniyə deməkdi. Bundan başqa, “Neftçi”nin heyətində Rəhman Hacıyev Mamadu Kaneni əvəzləyir. Bir əvəzetmə 30 saniyə itirilən vaxt deməkdi. Ancaq hələ qaydanı kənara qoyaq. Bu dəyişiklik 15 saniyə vaxt alır. Artırılan vaxtda həm Vüqar Bəybalayev, həm də Ağabala Ramazanov yerdə qalır. Hər iki epizodda da təxminən 10 saniyə oyun dayanır. Deməli, ümumilikdə əlavə olunmuş 5 dəqiqənin 1 dəqiqəsi itirilir. Hakimin isə belə durumda həmin müddəti bərpa etmək ixtiyarı var. Odu ki, bu baxımdan hansısa qayda pozuntusundan söhbət gedə bilməz və “Səbail”in buna görə etirazı əsassızdı.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar