“Küçədən kimisə gətirib hakim qoy...”
Hakimlik bərbad idi. Götürək Anton Krivotsyukun əllə oynadığı epizodu. Küçədən kimisə gətirib hakim qoy və de ki, təkbətək çıxarkən əllə oynayıblar. Təbii ki, qırmızı vərəqə göstərəcək. Bir çox epizodlarda hakimlər bizə qarşı ədalətsiz qərarlar verdilər. Bax, bunu nəzərdə tutaraq deyirəm ki, “Neftçi”yə belə xal lazım deyil. Heç vaxt hakimlikdən danışmamışam. Ancaq məni bu dəfə məcbur edirlər ki, deyim. Bu, ilk belə hal deyil. Hər oyunda “Səbail”ə qarşı haqsızlıq hiss edirik. Verilməyən penaltilərimiz, rəqiblərə göstərilməyən vərəqələr işimizi korlayır.
Aftandil Hacıyev, “Səbail”in baş məşqçisi