17 apr 16:36liqa

“Neftçi” üstünlüyü bu cür əldən verdi…

“Neftçi” üstünlüyü bu cür əldən verdi…
…və ya çempionluğa hansı daha yaxındı?
Ağıllarda çoxdan dolaşan sual – “Qarabağ” “Neftçi”ni “taxtdan sala biləcəkmi” – nəhayət, 24-cü turda cavabını tapdı. Şənbə günü ağdamlıların “Sabah” üzərindəki qələbəsi fonunda bakılıların bir gün sonra “Səbail”lə heç-heçə etməsi turnir cədvəlindəki duruma təsirsiz ötüşmədi. Xeyli vaxtdı çempion tituluna əsas namizədlərin xalları bərabər idi deyə, “qızıl”ın taleyinin son turda bu komandalar arasında gerçəkləşəcək oyunda həll olunacağını düşünürdük. Lakin srağagünkü matçda qeydə alınan bərabərlik “köhlən atlar”ı vahid liderə çevirdi. İndi Qurban Qurbanovun yetirmələri Roberto Bordinin futbolçularına yuxarıdan aşağı baxır.
Böyük əksəriyyətin fikrincə, son 5 ilin çempionu üstünlüyü əldən verməyəcək, əksinə, “Neftçi” növbəti xal itkilərinə üzüləcək. Vəziyyətin bu həddə çatmasının görünən səbəbləri var ki, bundan bəhs edəcəyik.
Üzlər gülürdü…
Diqqətli futbolsevərlər mövsümün ilk yarısındakı durumu xatırlamamış olmaz. “Qarabağ”lı futbolçular çempionatla yanaşı, Avroliqanın qrupunda və Millətlər Liqasında mübarizə apardığı vaxtda “Neftçi” əsas rəqibinin fiziki və psixoloji yorğunluğundan maksimum istifadə etməyi bacarırdı. Nəticədə bakılılar turnir cədvəlindəki liderliyi ələ keçirməklə yanaşı, ağdamlıları 5-6 xal qabaqlamağı bacarmışdı. Hətta dekabrda “Sumqayıt”la oyundakı heç-heçə olmasaydı, “ağ-qaralar” qış fasiləsinə 5 xal öndə yollanacaqdı. O dönəmdə “Neftçi”sevərlər pis günlərin geridə qaldığını deyir, tunelin o başında işığın göründüyünü iddia edirdi.
…maşın işə düşənə qədər
Çempionatın ikinci yarısı komandaların gücünə bələd olmaq baxımından güzgü rolunu oynayacaqdı. Daha doğrusu, oynamaqdadı. Yığma Millətlər Liqasında, “Qarabağ” isə Avroliqanın qrupundakı çıxışını dayandırdıqdan sonra “Qarabağ”lılar dərindən nəfəs almağa imkan tapdı. Həmin ərəfədə Qurban Qurbanovun millidən ayrılacağı da məlum oldu. Bu isə baş məşqçi ilə futbolçuların diqqətini növbəti çempionluğa yönəldəcəyi demək idi.
Dekabrda Qurbanov “Qarabağ” adlı maşını işə saldı. Elə həmin aydaca “Keşlə” (5:1) ilə “Zirə” (6:0) darmadağın olundu. Qış fasiləsindən sonra bəzən qeyri-sabitlik nəzərə çarpsa da, ağdamlı futbolçuların formada olması və sona qədər mübarizə aparacağı göz qabağında idi. Turlar irəlilədikcə öncə “Neftçi”ylə 3 xallıq fərq aradan qaldırıldı, “Sumqayıt”a 6, “Sabah”a 3 cavabsız qol vurandan sonra isə “Qarabağ” 2 xal önə keçdi.
Rəqəmlər danışır
Statistik göstəricilərə də nəzər salmaq maraqlı olar. Mövsümün ilk yarısından, yəni 14 turdan sonra “Neftçi”nin vurub-buraxdığı topların sayı 26-10 idisə, “Qarabağ”da 32-14 idi. Ümumi nisbətdə “Qarabağ” 2 top öndəydi. İndiki duruma baxaq: “Qarabağ” – 52-19, “Neftçi” – 43-19. “Köhlən atlar” son 10 turda 20 qol vurub qapısından cəmi 5-ni buraxdığı halda, “ağ-qaralar” 17 dəfə fərqlənib, 9 halda məyus olub. Bu isə o deməkdi ki, premyer-liqanın ikinci yarısında “Qarabağ” əsas rəqibindən daha inamlı təsir bağışlamaqdadı.
Rəqəmlərlə danışmağımız boşuna deyil. Faktlardan da göründüyü kimi, mövsümün ilk yarısı ilə müqayisədə “Neftçi”nin müdafiə xəttindəki etibarlılıq faizi yetərincə aşağı düşüb. Ölkənin ən köklü komandası 14 turda qapısında 10 top görmüşdüsə, 2019-dakı 10 oyunda 9 dəfə məyus olub. Bu mənada Petrov - Mboc duetinin ümidləri doğrultmadığını qeyd etməliyik. Elə məhsuldarlıq baxımından ümumi mənzərədə də dekabra qədər olan göstəricidən aşağıdı. 14 oyuna 26 qol və 10 matça 17 top.
Bordinin qorxaqlığı
Uğursuzluq varsa, baş məşqçi yaxasını kənara çəkə bilməz. Bəli, “Neftçi”nin xal fərqinin “əriməsinə” imkan yaratmasının, yekunda əsas rəqibindən 2 xal geri düşməsinin başlıca səbəbkarı Roberto Bordindi. Bəzi oyunlarda komandası hesabda geri düşəndən sonra vəziyyəti yaxşıya doğru dəyişməyə çətinlik çəkirdisə, indi bir başqa cəhəti – qorxaqlığı ilə komandasını “qızıl”dan etməyə yaxındı. Fikir verirsizsə, “ağ-qaralar” oyuna inamlı başlayır, durmadan hücümlar edir, lazım olan qol(lar)ı vurur və… Futbolçular müdafiə olunmaq tapşırığı alır. İtalyan çalışdırıcı ötən yay “Uypeşt”lə səfər matçında komandasının məğlub olmasının əsas günahkarı kimi yadda qalmışdı. Lakin tənqidlərdən nəticə çıxarmadı, əksinə, inadından dönmür. Futbolçular və azarkeşlər “Neftçi” hesabda önə çıxandan sonra arxaya çəkilməyin acısını çəkməkdədi. “Zirə” ilə oyunda 3:2-dən sonra qonaqların bərabərlik qolunu vurmağa gücü çatmamışdısa, “Səbail”in oyunçuları bunu bacardı. Mirabdulla Abbasov zədələnib meydanı tərk edəndə Rəhman Hacıyevi onun əvəzinə mübarizəyə qoşub Baqali Daboya hücumda oynamaq tapşırığı vermək imkanı varkən, Bordin Tural Axundovu döyüşə atdı. Ən pis halda hansısa legioneri oyundan alıb iki əvəzetmə gerçəkləşdirmək olardı ki, Canluka Sansone meydana ayaq basardı. Etmədi, istəmədi. Bununla da növbəti dəfə komandası üçün qəbirqazan rolunu oynamış oldu.
Emin olmayanda…
Razılaşarsız ki, Emin Mahmudov bu dəqiqə nəinki “Neftçi”nin, hətta çempionatın formada olan ən yaxşı yarımmüdafiəçilərindən biridi. Komandanın oyunu faktiki onun üzərində qurulub. Meydanda gördüyü iş də kürəyində daşıdığı nömrəyə uyğundu. Mahmudov dağıdıcı və yaradıcı funksiyanı yerinə yetirməklə “8 nömrə”nin vəzifəsini yerinə yetirir. Əbəs yerə Bordin onun ünvanına “komandanın rəmzi” ifadəsini işlətmədi. Yarımmüdafiəçinin 22 oyunda 7 qol və 6 məhsuldar ötürmə ilə yadda qalması sıradan göstərici sayıla bilməz.
Məhz “rəmz” meydanda olmayanda “Neftçi”nin işi çətinləşir. Premyer-liqada ilk dəfə 4-cü turun “Keşlə”ylə oyununda meydana çıxmamışdı ki, komandası 2:0 hesablı qələbəyə sevinmişdi. Növbəti dəfə dekabrın ortalarında zədə səbəbindən kənarda qalmışdı və komandası kubok mübarizəsində “Sumqayıt” səddinə “ilişmişdi”. “Səbail”lə görüşü tribunadan izlədi və komandası yenə istədiyi nəticəni qazana bilmədi. Oyun planında da Eminin yerinin göründüyü hiss olunurdu.
“Qarabağ”ın psixoloji üstünlüyü
Buraxılan səhvlər, görülən problemlər öz yerində. Hər iki komanda – həm “Neftçi”, həm də “Qarabağ” üçün qarşıdakı 4 oyundakı hər xal qızıla bərabər olacaq. Bunun üçün isə təkcə futbolçuların bacarığı, məşqçilərin tapşırığı bəs etmir. İlk növbədə psixoloji hazırlıq qaydasında olmalıdı. Razılaşarsız ki, bu gün ağdamlıların əhval-ruhiyyəsi rəqiblə müqayisədə daha yüksəkdi. Adamlar aradakı 5-6 xallıq fərqi aradan qaldırıb, üstəlik, 2 xal fərqi ilə önə keçiblər. Başqa cür desək, çempion olacaqlarına inam daha da artıb. Bakılılar isə keçmiş günləri yada salır, növbəti matçlardakı mümkün uğursuzluqlardan ehtiyatlanırlar. Klub rəhbərliyi ilə baş məşqçi futbolçuları necə ruhlandıracağını götür-qoy etməlidilər.
Çətin bir ay
Təhlildən danışırıqsa, təqvimə nəzər salmamaq mümkün deyil. “Neftçi” “Sabah”la “Qəbələ”nin qonağı olacaqsa, “Sumqayıt”la “Qarabağ”ı qəbul edəcək. “Qarabağ” isə “Keşlə”ylə “Səbail”i evində qarşılayıb, “Zirə” və “Neftçi”ylə səfərdə oynayacaq. Ümumi götürsək, hər ikisi üçün çətin rəqiblər var. Amma “ağ-qaralar”ın Qəbələ səfəri olduqca çətin görünür. Bölgə təmsilçisinin “bürünc” üçün mübarizə apardığını nəzərə alsaq, bakılıların işinin asan olmayacağı dəqiqdi. Üstəlik, mövsümün sonuncu qarşılaşmasında əsas rəqibi ilə üz-üzə gələcək.
“Köhlən atlar”ın əsas problemi kubok mübarizəsini davam etdirməsi görünür. Ağdamlılar aprelin 23-də “Qəbələ”ylə səfərdə, mayın 1-də Bakıda oynayacaq. İstər-istəməz müəyyən yorğunluq ola bilər ki, bu da çempionat matçlarına təsirsiz ötüşməyəcək. Qısası, önümüzdəki bir ay hər iki komanda üçün yetərincə çətin keçəcək. Amma bu dünyada qızıl medallar, çempionluq da heç kimə asan başa gəlmir. Necə deyərlər, könlü balıq istəyənin quyruğu suda gərək…
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar