17 apr 16:22liqa

Hakimlərin mühakiməsi

Hakimlərin mühakiməsi
Vüqar Həsənli yerli-yersiz fitləri ilə hamını bezdirdi
Topaz premyer-liqasının son turunda hakimlik heç də ürəkaçan olmadı. Düzdü, təcrübəlilər - Əliyar Ağayev və İnqilab Məmmədov ciddi problemlə üzləşmədilər. Əvəzində gənc referilər – Səbuhi Bayramov və Vüqar Həsənli səhvlərlə yadda qaldılar. Hərçənd onların qərəzli olduğunu və ya nəticəyə təsir edən ciddi səhvə yol verdiklərini demək insafsızlıq olar.
İNQİLAB MƏMMƏDOV, Qarabağ – Sabah
Oyun İnqilab Məmmədov üçün o qədər də çətin alınmadı. Çünki qarşılaşma bir tərəfin aşkar üstünlüyü şəraitində keçdi. Belədə də ədalət təmsilçisinin üzərinə çox yük düşmədi. Hərçənd o, sarı vərəqə üçün əlini 7 dəfə cibinə atdı. Bunlardan bəzilərini güzəştə getmək olardı. Yalnız ikinci hissədə bir mübahisəli vəziyyət yaşandı. Abdulla Zubir “Sabah”ın cərimə meydançasında yerdə qalsa da, hakim onun penalti istəyini gözündə qoydu. Hər halda, hakimin qərarı bir qədər şübhəli idi.
ƏLİYAR AĞAYEV, Zirə – Sumqayıt
FİFA referisi kobudluqların az yaşandığı oyunun axarına mane olmayaraq, fitini az səsləndirir, vərəqələrdən mümkün qədər istifadə etməməyə çalışırdı. Təsadüfi deyil ki, Əliyar 90 dəqiqə ərzində cəmi 3 dəfə əlini cibinə atdı və bunların birində meydan sahibinin, ikisində isə qonaq komandanın üzvünə sarı vərəqə göstərdi.
VÜQAR HƏSƏNLİ, Keşlə – Qəbələ
Vüqar yerli-yersiz fitləri ilə hər iki komandanı, eləcə də azarkeşləri təngə gətirmişdi. Bir çox hallarda “üstünlük” prinsipinə əməl etməli olan hakim tempi öldürürdü. Ceyms Adeniyinin yerdə qaldığı epizodda penalti tələbi yersiz idi. Hər halda, Denis Silva ona toxunmamışdı və bu baxımdan simulyasiyaya görə göstərilən sarı vərəqə haqlı idi. Bununla belə, “Keşlə”nin fərqləndiyi epizodda qapıçı meydançasında Dmitri Bezotosnıya toxunuş diqqəti çəkdi. Con Kamara ilk cəhddə onun topu ələ keçirməsinə əngəl oldu, daha sonra fərqləndi. Hakim isə qolu qeydə aldı. Ehtiyat hakim Rövşən Rəcəbli ilə Stiven Jozef-Monroz arasında baş verən məlum olay isə daha çox müzakirə doğurdu. Gənc hakimin futbolçunun alt geyiminə diqqət yetirməsi normal olsa da, nümayişkəranə şəkildə ədəbsiz yerini göstərməsi barədə Vüqar Həsənlini məlumatlandırmamaqla səhvə yol verdi. Belədə “Qəbələ”li cəzasız qaldı.
SƏBUHİ BAYRAMOV, Səbail – Neftçi
Ən çox etiraz doğuran idarəçilik “Bayıl Arena”da oldu. Hərçənd Səbuhi Bayramovun nəticəyə təsir edən səhvə yol verməsi barədə Aftandil Hacıyevin ittihamı ilə razılaşa bilmərik. Əsas narazılıq hakimin görüşü əlavə etdiyi 5 dəqiqədən də çox davam etdirməsi ilə bağlı idi ki, doğrudan da “Neftçi” bərabərlik qolunu 15 saniyə keçmiş vurdu. Ancaq əlavə olunmuş dəqiqələrdə də dayanmaların olduğunu nəzərə alsaq, gənc referini günahlandırmaq doğru deyil. Ağabala Ramazanovun ikinci hissənin əvvəlində rəqibin cərimə meydançasında yerdə qaldığı epizodda da penalti yox idi. Həqiqətən də Səlahət Ağayev ona toxunmamışdı və bu üzdən simulyasiyaya görə sarı vərəqə yerində idi. Yalnız rəqibin təhlükəli hücumunun qarşısını kəsən Anton Krivotsyuka nəinki qırmızı, sarı vərəqə belə göstərilməməsi hakimin səhvi kimi qeyd oluna bilər.
Sonda bir məqama da toxunmaq istərdik. Hakimlər Komitəsi gənc hakimləri tez-tez və belə ağır qarşılaşmalara göndərməklə onları “yandırdığının” fərqində deyil. Səbuhi ötən turun “Qəbələ” – “Qarabağ” oyununa göndərilmişdi, bu dəfə ilk “üçlük”də qərarlaşan komandaların dueli tapşırıldı. Eyni hal Rəşad Əhmədovla bağlı da yaşanıb. Əvəzində Rəhim Həsənov, Rauf Cabbarov və Orxan Məmmədov kimi təcrübəlilərə etibar edilmir.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar