16 apr 16:06liqa, reportaj

“Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik

“Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik
93. Qarabağ (Ağdam) - Sabah (Bakı) 3:0 (1:0)
13. Vaqner da Silva - 5,0
77. Vild-Donald Gerye - 5,5
4. Rahil Məmmədov - 5,5
14. Rəşad Sadıqov (k) - 6,0
5. Maksim Medvedev - 5,5
20. Riçard Almeyda - 6,0
(2. Qara Qarayev, 79) - qiymətsiz
19. Filip Ozobiç - 6,0
(6. Simeon Slavçev, 70)
17. Abdulla Zubir - 6,5
8. Miçel - 5,5
10. Dani Kintana - 6,0
(9. Araz Abdullayev, 80) - qiymətsiz
11. Mahir Mədətov - 5,5
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
94. Nicat Mehbalıyev
7. İnnosent Emeqara
21. Hacıağa Hacılı
30. Abbas Hüseynov
71. Toral Bayramov
99. Reynaldo
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Abdulla Zubir

30. Saşa Stamenkoviç - 4,0
19. Məqsəd İsayev - 4,0
5. Kərim Diniyev (k) - 4,5
13. Filip İvanoviç - 3,0
11. Elgün Nəbiyev - 3,5
6. Vadim Abdullayev - 4,5
(21. Novruz Məmmədov, 68) - 4,0
91. Coşqun Diniyev - 4,5
(97. Emil Qasımov, 79) - qiymətsiz
25. Vanderson Silva - 4,5
7. Rəşad Eyubov - 5,0
77. Şakir Seyidov - 4,0
(4. Tərzin Cahangirov, 46) - 4,0
9. Marko Deviç - 4,5
Ehtiyat oyunçular
1. Tərlan Əhmədli
96. Əmirhüseyn Nəcəfi
27. Bəxtiyar Soltanov
33. Eltun Turabov
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Rəşad Eyubov
Qollar: R.Almeyda, 10 (1:0). F.Ozobiç, 65 (2:0, D.Kintana). M.Mədətov, 77 (3:0, R.Sadıqov).
Vərəqələr: F.Ozobiç, 6 (qeyri-idman hərəkəti). Miçel, 22 (qeyri-idman hərəkəti). M.İsayev, 41 (qeyri-idman hərəkəti). V.Abdullayev, 44 (qeyri-idman hərəkəti). M.Mədətov, 44 (qeyri-idman hərəkəti). E.Nəbiyev, 62 (qeyri-idman hərəkəti). V-D.Gerye, 90+2 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Pərvin Talıbov (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
13 aprel. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı (31200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
"Qarabağ" son iki oyunda heç-heçə etdiyi "Sabah"ı bu dəfə məğlub etmək üçün əlindən gələni edəcəkdi. Üstəlik, futbolçular baş məşqçini doğum günündə qələbə ilə sevindirmək istəyirdilər. "Tələbələr" isə bu matça ciddi itkilərlə çıxmışdı. Erik Ramosla Təmkin Xəlilzadə ötən turda vərəqə limitini doldurduğu üçün komandasına kömək edə bilmirdi. Cavid İmamverdiyevi tribunada görəndə onun oynamamasının səbəbi ilə maraqlandıq. Məlum oldu ki, "Sabah"ın kapitanı məşqdə zədələndiyinə görə adı protokola daxil edilməyib. Ancaq problem o qədər də ciddi deyil və İmamverdiyevin növbəti tura qədər sıraya dönməsi gözlənilir. Hər halda, bu cür önəmli oyunçuların yoxluğunda debütantın "Qarabağ"dan xal almaq ehtimalı elə də yüksək deyildi.
“Köhlən atlar” artıq 10-cu dəqiqədə istəyinə çatdı. Ozobiçlə Abdullayev havada olan topa yiyələnmək istəyirdilər ki, İvanoviç özünü yetirdi. Müdafiəçi topu uzaqlaşdırmaq əvəzinə gərəksiz müdaxilə ilə həm komanda yoldaşını yerə yıxdı, həm də “kürə”nin Almeydaya düşməsinə şərait yaratdı. Yığma üzvü bir qədər irəliləyib cərimə meydançasına daxil olmadan dəqiq zərbə endirdi. Qolda Stamenkoviçin də müəyyən səhvi var idi. Cəmi 3 dəqiqə sonra “Qarabağ” yenidən “tələbələr”in qapısına yol tapa bilərdi. Gerye qapıya paralel ötürmə etdi, heç kimin mane olmadığı Mahir isə biraddımlıqdan topu yandan vurdu. Halbuki həmin anda “mərmi”ni tora qovuşdurmaq daha asan idi, nəinki onu kənara vurmaq. “Sabah” heç cür kəsərli hücumlar qura bilmir, əksinə, “Qarabağ”ın həmlələri daha kəskin alınırdı. Belə ki, həm Geryenin, həm də Ozobiçin fərqlənmək imkanları oldu. Xüsusən Zubirin yer aldığı cinah fəal idi. Əhmədovun yetirmələri isə ilk yaddaqalan vəziyyəti 42-ci dəqiqədə yaratdılar. Vandersonun uzaqdan qüvvətli zərbəsi zamanı Vaqner topu ələ keçirdi.
İkinci yarının əvvəllərində “Sabah” nisbətən özünə gəlmişdi. 58-ci dəqiqədə Deviç fürsəti dəyərləndirə bilmədi. Yavaş-yavaş təzyiqi artıran “Qarabağ” 65-ci dəqiqədə üstünlüyünü möhkəmləndirdi. Zubir qapıya paralel asma etdi, Kintana topu mərkəzə qaytardı, Ozobiç isə toru silkələkdə çətinlik çəkmədi. Az sonra Zubir əla ötürmə ilə Mahiri qapıçıyla üzbəüz çıxardı. Mədətov topu Saşanın baş üzərindən “çərçivə”yə ünvanlamaq istəsə də, cəhdi uğursuz alındı. Daha sonra bir epizodda Abdulla cərimə meydançasında yerdə qalsa da, hakim penalti təyin etmədi. Yetərincə şübhəli idi. 77-ci dəqiqədə isə Zubirə qarşı cərimə meydançasının həndəvərində kobudluq edildi. “Qarabağ” “ev tapşırığı” ilə 3-cü qolu “Sabah”ın qapısından keçirdi: Rəşad topu yerlə qapı önünə ötürdü, iki epizodda yüzfaizlik şansları qaçıran Mahir bu dəfə “çərçivə”yə yol tapdı. “Sabah”ın təsəlli qolunu vurmaq cəhdləri uğurlu alınmadı. Son dəqiqələrdə isə Arazın vuruşu yaddaqalan oldu. Beləliklə, “köhlən atlar” Qurbanovun doğum gününə qələbə hədiyyə etmiş oldular.
FARİZ

Reaksiyalar
Elşad Əhmədov: "Gördüyünüz kimi, bu gün "Qarabağ" bizi hər cəhətdə üstələdi. Heyətdəki itkilərimiz özünü göstərdi. "Qarabağ" layiqli qələbə qazandı. Gələcəklə bağlı planlara gəlincə, mövsümün sonunu gözləyirik. Bundan sonra fikir mübadiləsi aparacağıq. Hələ ki rəhbərliklə bu haqda söhbət olmayıb".
Qurban Qurbanov: "Futbolçularımı təbrik edirəm. Yaxşı oyunla vacib qələbə qazandıq. Çox aqressiv komandaya qarşı oynayırdıq. Məlumdu ki, "Sabah"a bundan əvvəlki 2 görüşdə qalib gələ bilməmişdik. Bəlkə də ən aqressiv, ən yaxşı oyunlarından birini bizə qarşı oynamışdılar. Bu dəfə də hesabda geridə olsalar da, yenə hücum edirdilər. Dinamik bir komanda gördük. Həmkarım Elşad Əhmədovu təbrik edirəm. Hər oyundan sonrakı növbəti matç ən çətindi. Çempionatın sonuna yaxınlaşdıqca bizim üçün hər qarşılaşma ağır olur. Məsuliyyət artır. Təkcə fiziki və texniki yox, psixoloji baxımından da bu ərəfə daha çətindi... Emeqara ilə Reynaldonun ehtiyatda qalması? Dediyim kimi, bizim üçün hər oyun vacib, hər bir futbolçu önəmlidi. Demək olmaz ki, onlarda nəsə çatmır, hansısa planda zəifdilər. Digər futbolçularımız heç də pis performans sərgiləmirlər. İstədiklərimizi daha yaxşı, daha düzgün yerinə yetirirlər. Ola bilər ki, qarşıdakı görüşlərdə adını çəkdiyiniz oyunçuları meydanda görək. Təkcə Emeqara ilə Reynaldo yox, ehtiyatda olan hər bir futbolçu bizə lazımdı. Növbəti matçlarda nə qədər ehtiyac yaranarsa, onlardan istifadə edəcəyik... Kimlər ayrılacaq? Hər mövsümün sonunda dəyişikliklər ola bilər. Bu, normal prosesdi. Ancaq indi heç bir futbolçu ilə bağlı qərar verilməyib ki, kiminləsə yollar ayrılacaq. Hazırda bütün diqqətimiz çempionatdadı".

Gözdən qaçmadı
* Hər iki komandanın üzvləri meydana autizm sindromundan əziyyət çəkən uşaqların əlindən tutaraq çıxmışdı. Futbolçuların önündə yerdə olan pankartda isə "Autizmin fərqindəyik - onların yanındayıq" yazılıb. Onu da bildirək ki, "Qarabağ"ın bundan əvvəl də ev matçlarında autizmli uşaqlarla bağlı belə dəstək kampaniyası olub.
* Sarı vərəqə limitini doldurduğuna görə matçı buraxan Təmkin Xəlilzadə həyat yoldaşı ilə birgə arenaya təşrif buyurmuşdu.
* Riçard fərqləndikdən sonra ehtiyat oyunçular skamyasına doğru istiqamət aldı. Düşünmək olardı ki, Almeyda qolunu həmin gün 47 yaşını qeyd edən Qurbanova həsr edəcək. Lakin baş məşqçinin yanından ötən yığma üzvü Şahruddin Məhəmmədəliyevlə qucaqlaşdı və bütün komanda onların başına yığıldı.
* Mətbuat konfransının sonunda sport24.az saytının redaktoru Mehman Süleymanov Qurban bəyə doğum günü münasibətilə tort hədiyyə etdi. Onu da bildirək ki, sözügedən portal premyer-liqa məşqçilərinin doğum günündə analoji addımla yadda qalır. Diqqətə görə təşəkkür edən çalışdırıcı tortu elə ordaca kəsib jurnalistlərlə birgə yemək təklifini irəli sürdü. Bıçaq gələnə qədər isə Qurbanov "Kopenhagen"lə oyunları çıxsaq, məşqçilik karyeranızın ən önəmli qələbəsi hansıdı" sualını da cavabladı: "Rusenborq"la oyunu deyərdim. Hansı ki, həmin görüş Ağdamın işğalı günündə idi. "Qarabağ" ilk dəfə həmin il pley-offa vəsiqə qazandı. Düzdü, sonralar qrupa da düşdük. Ancaq düşünürəm ki, hər şey ordan başladı. Həmin il də çox uğurlu nəticə göstərdik. Özü də meydanda 10 azərbaycanlı futbolçu var idi. O oyun həm futbolumuza, həm də futbolçularımıza böyük inam gətirdi. "Rusenborq"la görüşdən öncə yaşanan ajiotaj, sonrakı sevinc nəyə desən, dəyərdi".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar