16 apr 15:59liqa, reportaj

Samir Abasov həmşəhərlilərini əliboş yola saldı

Samir Abasov həmşəhərlilərini əliboş yola saldı
94. Zirə - Sumqayıt 2:0 (1:0)
62. Abdulla Seyidəhmədov – 5,5
88. Tellur Mütəllimov – 5,5
14. Bəxtiyar Həsənalızadə - 5,0
27. Adrian Skarlatake (k) - 5,5
2. İlkin Qırtımov – 6,0
8. Kamal Mirzəyev – 5,0
11. Dilan Duventru – 5,5
20. İsmael Fofana – 5,5
(10. Sadio Tounkara, 60) – 5,0
48. Şafik Tiqruca – 5,0
(9. Aleksandr Dedov, 63) – 5,0
23. Mfo Kqasvane – 5,5
18. Xulio Sezar Rodriges – 5,5
(77. Mirsahib Abbasov, 77) – qiymətsiz
Ehtiyat oyunçular
85. Kamal Bayramov
39. Sadiq Quliyev
6. Vüqar Mustafayev
26. Miloş Radivoyeviç
17. Robin Nqalande
3. Budaq Nəsirov
16. İbrahim Aslanlı
99. Rafael Məhərrəmli
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: İlkin Qırtımov

1. Mehdi Cənnətov – 4,5
74. Yusif Nəbiyev – 4,0
2. Rail Məlikov – 4,5
3. Vurğun Hüseynov (k) – 4,5
5. Adil Nağıyev – 3,5
9. Ehtiram Şahverdiyev – 4,5
(49. İbrahim Əliyev, 69) – 4,5
99. Əli Babayev – 3,5
(17. Nicat Qurbanov, 40) – 4,5
97. Xəyal Nəcəfov – 4,0
10. Aleksey İsayev – 4,5
7. Cavid Tağıyev – 5,0
(4. Şəhriyar Əliyev, 84) – qiymətsiz
8. Peyman Babayi – 4,0
Ehtiyat oyunçular
12. Rəşad Əzizli
34. Elvin Bədəlov
15. Əmir Ağayev
70. Ülvi İsgəndərov
77. Murad Xaçayev
18. Süleyman Əhmədov
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Cavid Tağıyev
Qollar: X.S.Rodriges, 33 (1:0, D.Duventru). İ.Qırtımov, 90+2 (2:0, M.Kqasvane).
Vərəqələr: V.Hüseynov, 42 (qeyri-idman hərəkəti). Ə.Babayev, 38 (qeyri-idman hərəkəti). T.Mütəllimov, 74 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev (hamısı Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Maşallah Əhmədov (Bakı).
13 aprel. Zirə. İdman Kompleksinin stadionu. 500 tamaşaçı (1512 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Zirədə baş tutan oyunu komandaların ölkə kubokunun yarımfinalı ərəfəsində son məşqi kimi də dəyərləndirmək olar. Xüsusilə də qonaqların “ikinci cəbhə”yə bel bağladığı artıq 3-cü dövrədən sonra bəlli idi. Bəlkə də buna görə itiriləsi heç nəyin qalmadığını nəzərə alan “ağ-göylər” səfərdə oynamalarına baxmayaraq, matça daha fəal başladı. Ayxan Abbasovun yetirmələri topa daha çox nəzarət edir, daha sürətli hücumlar qururdular. 14-cü dəqiqədə “gənclik şəghəri”nin təmsilçisinin rəqib qapısına həmləsi yaddaqalan olsa da, Peymanın zərbəsi dəqiq alınmadı. Bir qədər sonra isə tir “qartallar”ı qoldan xilas etdi. Mərkəz dairəsinin yaxınlığında Xəyal Alekseyə ötürmə etdi, o da öz növbəsində bir toxunuşla “mərmi”ni sağ cinahda boş zonaya açılan Ehtirama ötürdü. “9 nömrə”nin qapı önünə asmasını müdafiəçilərin nəzarətsiz buraxdığı Yusif başla “çərçivə”yə göndərdi. Çoxları artıq qolun olacağını düşündüyü anda tirə dəyən top geri qayıtdı. 24-cü dəqiqədə qonaqlar Cavidlə hesabı açmağa yaxın oldular. Lakin bu dəfə dirək “qartallar”ın köməyinə çatdı. Yeri gəlmişkən, Tağıyev bundan öncə əlverişli vəziyyət yaxalasa da, qərar verməkdə ləngidiyindən müdafiəçilər təhlükəni sovuşdura bilmişdilər. 33-cü dəqiqədə isə Abasovun yetirmələri qonaqları meydanın mərkəzinə dəvət etdilər. Meydanın mərkəzində topu ələ keçirən Mfo bir qədər topla irəliləyib boş zonaya açılan Duventruya ötürmə etdi. Onun isə qapıya paralel ötürməsini Rodriges çətinlik çəkmədən dəqiq qapadı. Bu qol zamanı “ağ-göylər”in müdafiə xəttinin səhvə yol verdiyini vurğulamaq lazım gəlir. Xüsusilə də Adil Nağıyev kobud səhvlə diqqəti çəkdi. Ümumiyyətlə, Nağıyev artıq neçənci oyundu səhvlərlə yadda qalır. Ucaboy müdafiəçi bu gün “Sumqyaıt”ın ən zəif bəndidi desək, yanılmarıq. Buna baxmayaraq, Ayxan bəy hər qarşılaşmada Adilə əsas heyətdə meydana çıxmaq şansı yaradır. Bundan yararlanan isə rəqib komandalar olur. Futboldan az-çox başı çıxan istənilən kəs “Sumqayıt”ın oyunlarını izləyərkən başa düşür ki, rəqiblər məhz Adilin “üstündə oyun qurur”, onun səhv edəcəyini bildiklərindən hücumları onun yer aldığı zonadan təşkil edirlər. Hadisələri qabaqlayaraq onu da vurğulayaq ki, uzatma dəqiqələrində Qırtımov da məhz Nağıyevin qorxaq oyunundan yararlanaraq qarşılaşmada son nöqtəni qoymağı bacardı.
İkinci yarıya gəlincə, ilk 45 dəqiqədə olduğu kimi, sumqayıtlılar böyük qüvvə ilə hücum etməyə, meydan sahibləri isə əks-hücumlara bel bağlamağa üstünlük vermişdilər. Ayxan bəyin komandası verilən tapşırığın öhdəsindən gələ bilməsə də, Samir Abasovun yetirmələri azarkeşləri sevindirməyi bacardılar. Səbrlə vaxtını gözləyən “qartallar” ikinci qolu vurana qədər bir neçə dəfə hesab arasında fərqi artıra bilərdilər. Lakin istəklərinə uzatma dəqiqələrində çatdılar. İlk qolda müstəsna xidməti olan Mfo bu dəfə İlkinə məhsuldar ötürmə verməklə yadda qaldı. Matçboyu dayanmadan irəli-geri qaçan, ikili mübarizələrdə inamlı təsir bağışlayan müdafiəçi isə komanda yoldaşının əməyini lazımınca dəyərləndirdi və adını tabloya yazdırdı.
RƏŞAD

Reaksiyalar
Ayxan Abasov: “Bura qələbə dalınca gəlmişdik. Bu gün üstün oynadıq, amma sonluq çatmadı. Komandamızın ən böyük çatışmazlığı son nöqtəni qoya bilməməyimizdi. Sona 4 tur qalıb, əlimizi yanımıza salmamalıyıq. Hələ kubokda da mübarizə davam edir. Heyətdə zədəlilərimiz çoxdu. Əfran artıq məşqlərə başlayıb. Elvin həftəiçi məşqdə zədələndi. Arif isə dünən eyni halla üzləşdi. Şəhiyar da tədricən formaya düşür. Kubokun yarımfinalı bizim üçün çox önəmli olduğundan çalışacağıq həmin vaxta kimi bütün zədəlilər meydana dönsün. Həkimlərimiz bu yöndə çalışırlar. Əli Babayevə gəlincə, o da oyundan əvvəl dizindən şikayət edirdi. Hətta fikir verdizsə, meydana dizində sarğı ilə çıxmışdı. Onun əvəzlənməyi istəməsi də bununla bağlı idi. Ola bilsin, ona irad bildirdiyim zaman bir qədər emosional olmuşam. Ancaq bu məsələnin onun oyunu erkən tərk etməsi ilə heç bir əlaqəsi yoxdu. O, həmin andan 5 dəqiqə əvvəl artıq ağrılarının olduğunu bildirmişdi”.
Samir Abasov: “Oyuna pis başladıq. Qapımız qarşısında qol vəziyyətləri oldu. Rəqibin iki zərbəsi tirdən və dirəkdən döndü. Fasilədən sonra özümüzə gəldik. Komandamızdakı futbolçuların ustalıq səviyyəsi oyunun taleyini həll etdi. Bir qədər də yorğunluq özünü göstərdi. Ya hava şəraitinə, ya da ot örtüyünün durumuna görə belə alındı. Əsas məsələ qələbə qazanmaq idi. Bunun da öhdəsindən gəldik".
Rail Məlikov: “Komanda çox yaxşı mübarizə apardı. İlk hissədə iki zərbə dirəkdən və tirdən döndü. Həmin vəziyyətlərdən birindən yararlansaydıq, ola bilsin, 90 dəqiqənin axarı tam fərqli olacaqdı. Rəqibin oyununa kölgə salmaq istəmirəm. Lakin onu da deməliyəm ki, bu gün bəxt onların tərəfində oldu. Deməzdim ki, “Sumqayıt”da çıxış edən futbolçularda xarakter yoxdu. Biz çox çalışdıq. Bəlkə də hansısa oyunçumuz o qədər də yaxşı təsir bağışlamadı. Ümumi komandadan danışsaq, məncə, heç də pis təsir bağışlamadıq. Komandaya yeni qoşulanların çıxışına qiymət vermək mənim işim deyil. Kubok qarşılaşmasında hər şey fərqli olacaq. Düşünmürəm ki, rəqibdən zəifik. Oyun planında “Zirə”dən üstün təsir bağışlayırdıq. “Sumqayıt” sonuncu pillədə olmağa layiq komanda deyil. Qarşıda bizi hələ 4 tur gözləyir. Nəticələrimizi yaxşılaşdırmağa çalışacağıq”.
İsmael Fofana: “Yaxşı oyun alındı. Bundan əvvəlki iki turda məğlub olduğumuzdan özümüzə inamı qaytarmaq üçün bu qələbəyə böyük ehtiyacımız var idi. Təəccüblü olsa da, hava çox isti idi ki, bu da bizdə bir qədər narahatlıq yaradırdı. Əsas odu ki, 3 xal qazandıq. Rəqib oyunun əvvəlində qol vəziyyətləri yarada bildi. Ancaq nədənsə, inanırdım ki, sonda sevinən tərəf biz olacağıq. “Sumqayıt” qol vursaydı, bəlkə də hər şey fərqli olacaqdı. Biz öz şanslarımızdan maksimum yararlandıq. Autsayder olmamağımız artıq bizi sevindirir. Arxayınlaşmaq olmaz, çalışmalıyıq ki, daha üst pillələrə yüksələk. Çempionatla kubok oyunları fərqlənir. Orda hər şey fərqli olacaq. Bizə iki oyunun ümümi nəticəsi maraqlı olmalıdı”.

Gözdən qaçmadı
* “Sumqayıt”ın təxminən 40-a yaxın fanatı komandalarını Zirədə tək buraxmamışdılar. Matçboyu “Zirə”nin azarkeşlərindən daha fəal olan sumqayıtlılar ikinci yarının sonlarına yaxın rəqib komandanın ünvanına qeyri-etik ifadələr sələndirməyə başladılar. Ancaq onların söyüşləri uzun çəkmədi. Polislər fanatlara yaxınlaşıb, söyüşü dayandırmağı tələb etdilər.
* Uzun müddət böyük futboldan ayrı düşən FİFA referisi Babək Quliyev yenidən iş başına dönüb. Həftəiçi hakim-inspektor kimi divizionda debüt edən Quliyev şənbə günü Zirədə eyni həyəcanı yaşadı. Ancaq bir məqam diqqətimizdən yayınmadı. Belə ki, Babək bəyin əynindəki pencəyin döş hissəsində AFFA-nın köhnə loqosu əks olunmuşdu.
* Yığmanın baş məşqçisi Nikola Yurçeviç vətənində olduğundan Zirədəki qarşılaşmanı köməkçisi Arif Əsədov izləyirdi.
* İlk yarının gedişində Əli Babayev komanda yoldaşı Peyman Babayiyə bir neçə dəfə irad bildirdi. 34-cü dəqiqədə “milliləşdirilən” yarımmüdafiəçi ağzını açıb Peymana nəsə demək istəyirdi ki, Ayxan Abbasov əsəbləşərək “sən öz oyununu oyna, az danış, rəqibə yaxın ol” deyib, Əlinin üstünə qışqırdı. Bundan 5 dəqiqə sonra Babayev zədələndiyini bildirərək, baş məşqçidən əvəzlənməsini istədi. Yarımmüdafiəçi bunu Abbasovun acığına etdi, ya doğrudan da zədələndi - bunu artıq futbolçu özü bilir.
* Qarşılaşmanın sonlarına yaxın “Zirə”nin azarkeşləri əvvəlcə “qartallar”ın sabiq çalışdırıcısı Ayxan Abbasovun, ardınca isə Samir Abasovun adını çəkib alqışladılar.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar