16 apr 15:56liqa

“Qəbələ” qələbəni Tale Heydərova həsr etdi

“Qəbələ” qələbəni Tale Heydərova həsr etdi
Cavid Hüseynov: “Onun yerində başqasını təsəvvür edə bilmirik”
“Keşlə”ylə matçda Cavid Hüseynovun oyunu qolunda daşıdığı sarğıya yaraşmasa da, matç başa çatandan sonra məhz onunla danışmaq qərarına gəldik. Çünki son yaşananlarla bağlı ortaya çıxan suallara yalnız kapitan dolğun və səmimi cavab verə bilərdi ki, gözləntilərimiz özünü doğrultdu.
- “Qəbələ”nin bugünkü oyunu kapitan kimi səni razı saldı?
- Əvvəla onu deyim ki, bu oyunu Tale Heydərov üçün oynayırdıq. Futbolçular sözü bir yerə qoyub qələbə qazanmaq üçün meydana çıxmışdı. Heydərovun istefa verməsi bizim üçün üzücü xəbər oldu. Belə olmasını istəməzdik. Şükür, qalib gəldik və bu qələbəni ona həsr edirik. Oyuna gəlincə, razı qaldığımı deyə bilərəm. Çox ciddi hazırlaşmışdıq, istəkliydik. Komandada matçın əvvəlində gərginlik var idi. Bəzən hədsiz istək komandanı “yandırır”. Amma fasilədə məşqçilər sakitləşməyimizi və rahat oynamağımızı söylədilər. Fikrimcə, ikinci hissədə daha yaxşı çıxış etdik. İlk qolu vurduq, ardınca ikinci qol gəldi, fərqi daha da artıra bilərdik. Son dəqiqələrdə hesab 3:1 və ya 2:2 də ola bilərdi.
- Komandanın oyunundan razı qaldığını dedin. Bəs öz oyunundan necə?
- Məncə, ilk hissədə pis deyildim. Fasilədən sonra yoruldum, bunu gizlətmirəm. Hətta 70-ci dəqiqədə buna görə əvəzlənməyimi istədim.
- Tale Heydərov üçün oynadığınızı dedin. Amma 13 il kluba rəhbərlik etmiş şəxsə bir qələbə yox, titul lazım idi ki, onu da hədiyyə edə bilmədiz. Buna baxmayaraq, hələ də gec deyil, yaxşı şansınız var.
- Düz deyirsiz. Biz bu cür insan, bu cür şəxsiyyət, klubu sıfırdan yaratmış şəxs üçün heç nə edə bilməmişik. Onun etdiklərinin qarşılığında ona heç nə verə bilməmişik. Ona görə də bu şəkildə ayrılmasını adam özünə sığışdıra bilmir. Bir insan futbola və başqa idman növlərinə hər cür dəstək göstərib, lazım olan hər şeyi edib, amma biz ona kubok verməmişik. Bu, adamı yaralayır. Çalışacağıq ki, ona görə bu dəfə kuboku qazanmaq üçün hər şey edək.
- İstefasını gözləyirdizmi?
- Xeyr, heç kim gözləmirdi. Ani oldu. Bu barədə heç nə danışılmırdı. Sona 5 tur qalmış belə bir qərar verildi. Belə hallar mövsümün sonunda yaşanır, adətən, nəsə olacağını eşidirsən. Lakin bu dəfə yatıb yuxudan oyandıq və belə bir xəbər eşitdik.
- Prezidentin istefası klub ətrafında müəyyən narahatlıq yaradıb, ortaya müəyyən suallar çıxarıb. Sizin başınızda da “necə olacaq” sualı dolaşır?
- Gərginlik olmalıdı, bu normaldı. Biz gözümüzü açandan Tale Heydərovu prezident kimi görmüşük, öyrəşmişik. Onun yerində başqasını təsəvvür edə bilmirik. 99 faiz hamı mənimlə eyni fikirdədi. Zarafat deyil, bu adam klubu sıfırdan yaradıb, böyük futbolu Qəbələyə gətirib. 13 il zarafat deyil.
- Tale Heydərov istefa verdi və bu gün tribunada 1000-ə yaxın azarkeş “Qəbələ”ni dəstəkləyirdi. Bunu anlaya bilmədik.
- Bu gün hər kəs Tale Heydərov üçün bir yerə yığılmışdı.
- Heydərovun gedişi kubokun yarımfinal oyunları ərəfəsində komandada psixoloji eniş yaratmayacaq?
- Onun gedişi komandaya pis təsir etsə də, bundan sonrakı hər matçı Tale Heydərov üçün oynayacağıq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar