16 apr 15:52liqa, reportaj

“Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət

“Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət
Tamaşaçılar Jozef-Monrozun biədəb yerini gördü
95. Keşlə – Qəbələ 1:2 (0:0)

30. Davud Kərimi – 4,5
4. Slavik Alxasov (k) – 5,0
93. Edvinas Girdvainis – 4,5
3. Denis Silva – 4,5
65. Cabir Əmirli – 4,5
25. Con Kamara – 5,5
8. Seymur Əsədov – 4,5
(23. Conatan Ayite, 65) – 4,5
11. Vüsal İsgəndərli – 5,0
(17. Samir Məsimov, 88) – qiymətsiz
22. Nikola Mitroviç – 5,0
21. Angelo Penya – 4,0
(19. Azər Salahlı, 72) – 4,5
9. Amil Yunanov – 4,5
Ehtiyat oyunçular
16. Şahin Zəkiyev
2. Sərtan Taşkın
10. Ruslan Nəsirli
14. Andre Klennon
18. Ruslan Əmircanov
32. Valeri Kutsenko
33. Tərlan Quliyev
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Con Kamara

22. Dmitri Bezotosnı – 5,0
34. Ürfan Abbasov – 5,0
5. Rasim Ramaldanov – 5,0
27. Bəhlul Mustafazadə - 5,0
2. Amin Seydiyev – 5,0
14. Cavid Hüseynov (k) – 5,0
(88. Sabien Lilay, 77) – qiymətsiz
4. Elvin Camalov – 5,5
28. Stiven Jozef-Monroz – 5,0
17. Ceyms Adeniyi – 6,0
9. Davit Volkov – 5,5
10. Rauf Əliyev – 5,5
(11. Asif Məmmədov, 85) – qiymətsiz
Ehtiyat oyunçular
1. Anar Nəzirov
35. Murad Popov
7. Roman Hüseynov
8. Qismət Alıyev
18. İlqar Qurbanov
21. Atakora Lalavele
33. Vüsal Məsimov
77. Samir Qurbanov
98. Rövlan Muradov
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Ceyms Adeniyi
Qollar: C.Adeniyi, 46 (0:1, R.Əliyev). D.Volkov, 65 (0:2, C.Adeniyi). C.Kamara, 76 (1:2).
Vərəqələr: S.Alxasov, 55 (qeyri-idman hərəkəti). C.Adeniyi, 60 (hakimi aldatmağa cəhd). D.Bezotosnı, 77 (hakimin qərarına etiraz). C.Ayite, 79 (hakimin qərarına etiraz). R.Əliyev, 84 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Mübariz Haşımov, Cəmil Quliyev, Rövşən Rəcəbov (hamısı Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
14 aprel. Bakı. ASK Arena. 1700 tamaşaçı (5300 yerlik).
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Sonuncu dəfə martın 9-da “Sabah”ı məğlub edən və o vaxtdan bəri üç oyunun hamısında meydanı məğlub tərk edən “Keşlə”nin uğursuzluq sindromuna məhz “Qəbələ”ylə görüşdə son qoyacağını təxmin edirdik. Qonaqların öyrəşmədiyi süni, həm də yararsız örtük bir yana, əsas məqam cari mövsümün əvvəlki 3 oyununda qeydə alınan nəticələr idi. Belə ki, “qırmızılar” bölgə təmsilçisinə cəmi 1 dəfə boyun əymiş, 2 oyun heç-heçə başa çatmışdı. Ötən ilin mayında baş tutan kubokun final görüşünü də unutmaq olmazdı. Qısası, ehtimallar Tərlan Əhmədovun yetirmələrinin meydanı xalsız tərk etməyəcəyindən xəbər verirdi. Alınmadı…
Əslində ilk 45 dəqiqə bakılılar üçün heç də pis alınmamışdı. Matçın bəzi anlarında topa nəzarəti əlinə alan, rəqibə rahat nəfəs almaq imkanı verməyən “Keşlə”lilər rəqibdən heç də geri qalmırdı. Vəziyyətin belə alınmasında qəbəlilərin ehtiyatlı oynamasının da rolu az deyildi. Odu ki, əsasən ikili mübarizələri və çox sayda qayda pozuntularını izləmək imkanımız oldu. Ən diqqətçəkən görüntü isə 7-ci dəqiqədə Adeniyinin akrobatik tullanışla topa zərbəsi idi ki, “mərmi” cüzi fərqlə hədəfdən yan keçdi. Hissənin sonlarına yaxın Amil Vüsalın əla ötürməsinə ayaq qoya bilməməklə tablodakı “0-lar”ın dəyişməməsinin səbəbkarına çevrildi.
Fasilədə çayımızı içib təzəcə yerimizi tutmuşduq ki, 1000-ə yaxın qəbələli azarkeş “qol” qışqırıb ayağa qalxdı. İkinci yarının 26-cı saniyəsində meydan sahiblərinin müdafiə xəttindəki boşluqdan istifadə edən Adeniyi Raufun ötürdüyü topu tora qovuşdurmaqla Davudu məyus etməyi bacardı. Hesab açılandan sonra oyun daha maraqlı xarakter aldı. Paytaxt təmsilçisi böyük qüvvə ilə irəli atılır, belədə ya özü təhlükə yaradır, ya da əks-hücum şansı qazanan rəqibinə qol fürsəti verirdi. Belə vəziyyətlərin birində - 61-ci dəqiqə Penya əla imkan yaxalasa da, Bezotosnı onun zərbəsinə mükəmməl reaksiya göstərdi. Qol vurmağın vacibliyini anlayan Əhmədov Ayiteni mübarizəyə qoşub hücumçuların sayını artırdı. Və əvəzetmədən cəmi 20 saniyə sonra qol vuruldu. Sevinən isə yenə qonaqlar oldu. Volkov Davudun da səhvindən istifadə etməklə hesab arasındakı fərqi artırdı ki, bu onun premyer-liqada ilk qolu idi. Rahatlaşan, əsas diqqəti müdafiəyə ayıran “Qəbələ”lilər qolun sevincini doyunca yaşaya bilmədi. Kornerdən sonra Kamara ikinci cəhddə istəyinə çatdı. Oyunun son 10 dəqiqəsi yetərincə gərgin keçdi. Üstünlüyü tam ələ alan “qırmızılar” 1 xalın “ovuna çıxsalar” da, atdıqları güllələrin hamısı boşa çıxdı. Nəticədə 3 xal “Qəbələ”yə qismət oldu.

Gözdən qaçmadı
* Zədə səbəbindən oynamaq imkanından məhrum olan Kamran Ağayev bu dəfə də komanda yoldaşlarını tək qoymamışdı. Stadiona mülki geyimdə təşrif buyuran təcrübəli qapıçı komandaların isinmə hərəkətləri zamanı meydanın kənarında dayanmaqla diqqəti çəkdi. Daha sonra “Qəbələ” rəsmiləri Zaur Əzizov və Səbuhi Səfiyarlı ilə söhbət etdi. Matçın sonlarına yaxın isə mərkəzi tribunada olduqca çılğın görünürdü. “Keşlə”liləri diqqətli olmağa çağırır, ara-sıra hakimlərin ünvanına atmacalar atırdı.
* “Keşlə”lilər isinmə hərəkətlərini yerinə yetirəndə baş məşqçi Tərlan Əhmədovun gözə dəyməməsi olduqca maraqlı idi.
* Hələ oyun başlamamış qonaqlar üçün ayrılmış sektorda 500-dən artıq tərəfdarı görəndə təəccüblənməyə bilməzdik. Öncə həmin şəxslərin idarə və təşkilatlardan stadiona məcbur gətirilən “Keşlə”sevərlər” olduğunu zənn etdik. Lakin çox keçmədən məlum oldu ki, “Red Black Army” ilə eyni sektorda yer alanlar məhz qonaqları dəstəkləməyə gəlib. Çempionatboyu hardaydılar – bu artıq başqa söhbətin mövzusudu. Stadiona gəlməklə yanaşı, bir neçə plakat açmaqla da yadda qaldılar.
* İlk hissənin gedişində baş hakim Stiven Jozef-Monrozu rəng fərqi olduğuna görə tumanını dəyişmək üçün texniki zonaya göndərdi. “28 nömrə” tumanı dəyişmək əvəzinə, onu əynindən çıxarıb kənara tulladı ki, belədə oyunu canlı yayında “CBC Sport”la izləyənlər futbolçunun biədəb yerini görmək məcburiyyətində qaldı.
* Oyunun sonlarında hər iki komandada gərginlik vardı. Epizodların birində Sənan Qurbanovun köməkçisi Elmar Baxşıyevin dördüncü hakimə “korsan” sualını verməsi ona baha başa gəldi. Baxşıyev dərhal texniki zonadan qovuldu.

Reaksiyalar
Sənan Qurbanov: “Bu oyundan əvvəl uşaqların məşqlərdə və videotəhlillər zamanı məsuliyyətli oldularını hiss edirdik. Bilirdik ki, “Keşlə” aqressiv futbol oynayacaq. Üstəgəl, qazonun durumunu da nəzərə almışdıq. Bu cür meydanda oyunu zədəsiz, həm də 3 xalla başa vurduğumuza görə şükür edə bilərik. Örtüyün durumuna görə oyunöncəsi məşqi də bura salmamışdıq. Çünki yersiz zədələrdən qorxurduq. Bundan sonra bütün oyunlar bu cür gərgin keçəcək. Hesabda öndə olandan sonra niyə üstünlük rəqibin tərəfinə keçir? Çox yaxşı sualdı. Bu haqda video da hazırlamışıq. Futbolçulara ayrı-ayrılıqda görüntüləri göstəririk. Məşqçilər heyəti olaraq hesab açılandan sonra futbolçulara geri çəkilmək göstərişi vermirik. Sadəcə, hesab xeyrimizə olanda nədənsə futbolçular müdafiə olunmaq haqda fikirləşir. Bəzən müvazinəti itiririk və bu bizə baha başa gəlir, bəzən də rəqib bizi müdafiə olunmağa məcbur edir. Təbii ki, burda psixoloji gərginliyin də rolu var. O ki qaldı Atakoranın ehtiyatda qalmasına, ilk növbədə rəqabət yaratmağa çalışırıq. Həm də verdiyimiz tapşırıqlar var ki, futbolçu onu yerinə yetirməyəndə məcburi dəyişiklik etməli oluruq. Volkov ondan istədiyimizin 99 faizini yerinə yetirir. Yeri gəlmişkən, o boyda yol qət edib Bakıya gələn azarkeşlərə təşəkkür etmək istəyirəm. Bu qələbə bizim qədər onlara da lazım idi. Ümid edirəm ki, Qəbələyə xoş əhval-ruhiyyədə qayıdacaqlar. Ev oyunlarımızda da bugünkü qədər azarkeş görmək istəyirəm. Sayları niyə bu qədər çox idi? Bu suala dəqiq cavab verə bilməyəcəm”.
Tərlan Əhmədov: “Bu gün komandamın oyununda nəzərəçapran dərəcədə irəliləyiş gördüm. Təzyiq altında olmağımıza baxmayaraq, uşaqlar sona qədər mübarizə əzmi göstərdilər. Bu qədər qol imkanı yaradıb uduzmaq və 20-ci saniyədə qapımızda qol görmək adamı məyus edir. Uduzulası oyun deyildi. Görünən odu ki, komandada başlıca problem psixoloji durumun qaydasında olmamasıdı. İlk 45 dəqiqədə o cür gözəl oyundan sonra ikinci yarıya uğursuz başlamaq… Heç nəyə yox, futbolçuların 90 dəqiqə boyunca çəkdikləri əziyyətə heyfim gəlir. Futbolçunun başında “qalib gəlmək üçün nə etməliyəm” sualı dolaşmalıdı. Bəziləri məğlubiyyətdən qorxursa, bu baş verəcək. Ardıcıl neçə oyundu uduzuruq. Nə qədər yaxşı oynasaq da, psixoloji durum qalib gəlməyə imkan vermir. Üç gündən sonra “Qarabağ”la ağır səfər oyunumuz var. Özüm də futbolçu olmuşam. Elə şeylər var ki, nə məşqçinin, nə də rəhbərliyin ona gücü çatır. Sırf futbolçuların iradəsinə bağlı olan işdi. “Yuventus” aşağı dəstəyə yuvarlananda başda Del Pyero olmaqla dünyanın ən ünlü futbolçuları komandanı tərk etmədi. İradə göstərib yenidən A seriyasına qayıtdılar. Açıq deyirəm, bizdə maliyyə problemi yoxdu. Maaşlarını bir neçə gün əvvəl alıblar. Hansısa futbolçu nəyisə bəhanə gətirirsə, bu yanlış addımdı. Kamran Ağayevin əli gispdədi. Onun üçün cari mövsüm başa çatıb. Yayda növbəti çempionata hazırlaşacaq. Məndə olan məlumata görə, əməliyyata ehtiyac duya bilər. İkinci qolda Davud Kərimini günahlandırmaq düzgün olmaz. Uduzmuşuqsa, başda mən olmaqla hamımız günahkarıq. Hər halda, rəqib Davuda qədər gəlirsə, başqalarının da məsuliyyəti var. Uduzsaq da, bu oyuna görə futbolçularıma alqış düşür”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar