16 apr 15:49liqa

Aftandil Hacıyev hakimliyə üsyan etdi

Aftandil Hacıyev hakimliyə üsyan etdi
“Neftçi”nin belə xala ehtiyacı yox idi"
Oyunsonrası mətbuat konfransı ənənəvi olaraq, əvvəlcə “Neftçi”nin baş məşqçisi Roberto Bordinin iştirakı ilə baş tutdu. İtaliyalı mütəxəssis oyun haqda fikirlərini bölüşdükdən sonra sualları cavabladı:
- Bizim üçün gözlənilməz nəticə oldu. İlk hissədə çalışırdıq ki, oyuna nəzarət edək. Hesabı açdıqdan sonra daha bir qol vurmaq istəyirdik. Lakin rəqib hesabı bərabərləşdirdi. Buraxılan qoldan sonra komandamızda balans itdi. Çalışdıq ki, balansı qısa zamanda bərpa edək. Sonadək mübarizə apardıq və hesabı bərabərlişdirə bildik.
- Mirabdulla zədələndikdən sonra Sansoneni yox, Tural Axundovu meydana buraxdız. Çempionluğa oynayan komanda niyə 1 top öndə olan kimi müdafiəyə çəkilir?
- Abbasov azərbaycanlıdı. Onun yerinə əcnəbi futbolçu daxil etsəydim, limiti pozmuş olacaqdıq. Mirabdullanın ayağında qıcolma oldu. Eyni zamanda onu da qeyd edim ki, rəqib hücum xəttindəki oyunçu sayını artırmışdı.
- Belə çıxır ki, oyunda qırılma anı Mirabdullanın zədələnməsi oldu?
- Əlbəttə, Abbasovun zədələnməsi planlarımızı pozdu. Bəli, həmin an qırılma nöqtəsi oldu. Məcburiyyətdən sxemi də dəyişməli oldum.
- “Səbail”in vurduğu qolları çılğınlıqla qeyd etməsi ehtiyat oyunçular skamyanızda qıcıq doğurmurdu?
- Buna fikir vermirdim. Bəlkə sizə elə gəlir ki, onlar təxribat yaratmaq istəyirdilər?
- Müdafiənizin sol cinahı zəif təsir bağışlayırdı. Növbəti oyunlarda bu, sizə başağrısı olmayacaq?
- Bu, sizin fikrinizdi. Razılaşmıram ki, Anton zəif idi. İlk yarıda oyunu idarə edirdik və Krivotsyuk da yaxşı oyun göstərirdi. Son dəqiqəyədək qələbəyə oynayırdıq.
- Emin Mahmudovun yoxluğu bu gün nə dərəcədə hiss olundu?
- Emin komandamızın rəmzidi. Deyərdim ki, öz mövqeyində ölkənin ən yaxşılarındandı. Təbii ki, onun yoxluğunu hiss etdik.
- “Qarabağ”dan 2 xal geridəsiz. İkinci hissədəki bərbad futbolla “Neftçi”ni nə dərəcədə çempionluğa layiq sayırsız?
- Komandam istər birinci hissədə, istərsə də fasilədən sonra göstərdiyi oyunla titulu qazanmağa layiqdi. Razılaşmıram ki, komandam pis oynadı.
- 54 yaşınız olsa da, baş məşqçi kimi təcrübəniz azdı. İkinci yeri tutsaz, baş məşqçi kimi kimi bunu özünüz üçün uğur sayacaqsız?
- Uşaq yaşlarımdan futbolun içindəyəm. İllər boyunca məşqçi olmuşam. Kifayət qədər də təcrübəm var. Biz 2-ci yer üçün oynamırıq. Əmin olun ki, sonadək çempionluq uğrunda mübarizə aparacağıq.
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev isə mətbuat konfransına "dolub" gəlmişdi və əsəbi olduğunu hiss etdirdi:
- Dramatik oyun alındı. Stadiona gələn hər kəs meydandakı oyundan həzz aldı. Təəssüf ki, eyni sözləri hakimlik haqda deyə bilmirəm. Heç vaxt hakimlikdən danışmamışam. Ancaq məni bu dəfə məcbur edirlər ki, deyim. Bu, ilk belə hal deyil. Hər oyunda “Səbail”ə qarşı haqsızlıq hiss edirik. Verilməyən penaltilərimiz, rəqiblərə göstərilməyən vərəqələr işimizi korlayır. Ədilxana görə çox sevinirəm. Bu gün gözəl qolla yadda qaldı. Futbolçularımı təbrik etmək istəyirəm. Bu gün qələbəyə layiq komanda “Səbail” idi. “Neftçi”nin belə xala ehtiyacı yox idi.
- Nəzərə alsaq ki, əvəzetmələrdən sonra oyunda dönüş yarandı, 1 xalda baş məşqçinin payı neçə faizdi, futbolçularınkı neçə?
- Oyuna 5 müdafiəçiylə başladıq. Ancaq hesaba uyğun olaraq, sonradan sistemdə dəyişiklik etdik. Məğlub olmamaq üçün hər şey etdik. Düşünürəm ki, futbolçular tapşırıqların öhdəsindən layiqincə gələ bildilər. Buraxdığımız qoldan sonra daha çox hücumameyilli futbolçulardan istifadə etməli olduq. Zənnimcə, əvəzetmələr və sistem dəyişikliyi effekt verdi.
- Koçukun yoxluğu nə ilə bağlı idi?
- İki gün öncə qızdırması qalxdı. Komandadan ayırdıq ki, başqaları virusa yoluxmasın.
- Qeyd etdiz ki, “Neftçi”yə belə 1 xalı yaraşdırmısız. Nəyi nəzərdə tutursuz: qonaqlar hakimi almışdı, yoxsa başqa bir şey?
- Hakimlik bərbad idi. Götürək Anton Krivotsyukun əllə oynadığı epizodu. Küçədən kimisə gətirib hakim qoy və de ki, təkbətək çıxarkən əllə oynayıblar. Təbii ki, qırmızı vərəqə göstərəcək. Bir çox epizodlarda hakimlər bizə qarşı ədalətsiz qərarlar verdilər. Bax, bunu nəzərdə tutaraq deyirəm ki, “Neftçi”yə bu cür xal lazım deyildi.
- Final fitindən sonra hamı meydana axışmışdı. Səbəb nə idi?
- Həm Antonun həmin epizoduna etiraz edirdik, həm də əlavə olunan 5 dəqiqə bitdikdən sonra final fitinin səslənməməsinə.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar