12 apr 12:30liqa

“Keşlə”nin oyunçuları şanssızlığı qabartdı

“Keşlə”nin oyunçuları şanssızlığı qabartdı
Amil Yunanov: “Sonuncu yerdə olmaq utandırıcıdı”
Hansısa komanda uğursuzluğa düçar olubsa, deməli, əsas pay sahibi futbolçulardı. Hər nə qədər onları həftə boyunca hazırlaşdıran, rəqib haqda lazımi informasiyaları verən və kollektivi oyunlara kökləyən baş məşçqi olsa belə. Çünki sonda meydanda mübarizə aparan oyunçulardı və əsas məsuliyyət də məhz onlarındı. Əslində “Keşlə”nin heyəti daha yüksək yerlər üçün mübarizə aparmağa imkan verir. Doğrudu, çempionluq bu baxımdan istisnadısa, avrokuboklar mübahisəlidi. Hər halda, paytaxt təmsilçisinin heyəti hazırda özündən öndə olan “Sumqayıt” və “Zirə”dən güclüdü ki, zəif deyil. Ancaq turnir cədvəlindəki vəziyyət bunu əks etdirmir. “Sumqayıt”a məğlubiyyətdən sonra “Keşlə”nin baş məşqçisi maraqlı açıqlama vermişdi. O, ailə yarada bilmədiyini önə çəkmişdi: "Futbolçularda məğlub psixologiyası var və bunu dəyişməkdə çətinlik çəkdim. Əvvəl işlədiyim komandalarda da çətinliklə üzləşməyimə baxmayaraq, öhdəsindən gəlmişdim. AZAL-da baş məşqçi üçün canını qoyan kollektiv formalaşdırmışdım. Orda pul olmasa da, mənə görə canların qoyurdular. “Neftçi”ni də çətin vəziyyətdən çıxarıb avrokuboklara daşımışdım. Etiraf edim ki, “Keşlə”də bunu bacarmadım. Ailə yarada bilmədim. Bacarmadığım yerdə isə işləməyi mənasız hesab edirəm".
Bütün bunlar müxtəlif suallara yol açır. Görəsən, komandanın sonuncu pillədə olmasının səbəbi nədi? Baş məşqçi “ailə yarada bilmədim” deyəndə nəyi nəzərdə tutur? Bəlkə komandada ab-hava qaydasında deyil? Yaxud da maddi baxımdan problemlər var? Qarşıdakı “Qəbələ” ilə oyun “Keşlə”lilər üçün dönüş nöqtəsi ola bilərmi? Sualları paytaxt təmsilçisinin üzvlərinə ünvanladıq.
Vüsal İsgəndərli: “Əslində bütün qarşılaşmaları nəzərə alsaq, zəif oynamırıq. Əksinə, çoxlu şanslarımız olur, ancaq dəyərləndirə bilmirik. Heyətimiz də yaxşıdı, sadəcə, alınmır. Bəxsizlikmi deyim, ustalıq səviyyəmizin aşağı olmasımı deyim, yoxsa başqa bir səbəb buna təsir edir - bilmərəm. Amma turnir cədvəlindən də göründüyü kimi, aradakı xal fərqi elə də çox deyil. İki qələbə bizi bir neçə pillə irəli sala bilər. Səbrlə oynayıb, qələbələr qazanmaq lazımdı... Tərlan Əhmədovun etdikləri göz qabağındadı. İstər AZAL-da, istərsə də “Neftçi”də. Çətin dönəmdə “Neftçi”nin “sükanı arxasına” keçdi və komandanı medalçılar sırasına sala bildi. İndi bizdə ab-hava ümumilikdə pis deyil. Sadəcə, nəsə çatmır. Yəqin ki, baş məşqçi bunu hamıdan yaxşı bilir. O sözü də elə-belə deməz. Bir bildiyi var ki, onu deyir. Dediyim kimi, komanda daxilindəki ab-hava yaxşıdı. O başqa məsələ ki, məğlub olduqda istər-istəməz gərginlik yaranır. Şəxsən mən qol vura bilmirəm deyə, özümdə gərginlik hiss edirəm. Qələbə qazana bilməyəndə də belə durum qaçılmaz olur. Hər bir oyuna ciddi hazırlaşırıq, qalib gəlmək üçün meydana çıxırıq. Qalan 5 oyunda da nəyimiz varsa, meydanda qoyacağıq. Bacardığımızdan artığını etməliyik ki, qalan turlarda qələbələrimizi qazanaq, xallarımızı artıraq. Fərq etmir, rəqib “Qəbələ”di, “Qarabağ”dı, yoxsa başqa komanda. Odu ki, 5 oyunun hamısında meydana 3 xal üçün çıxacağıq. “Qəbələ” ilə matçda da hədəfimiz bu olacaq. Çünki başqa çarəmiz yoxdu. Maddi problemimiz yoxdu. Bəzən oxuyuruq ki, pullar 2-3 ay verilməyib. Ancaq belə deyil. Maaşlar vaxtında verilir. 3-5 gün yubanma ola bilər ki, ona da gecikmə demək düzgün olmaz. Klub prezidentinin, baş məşqçinin dəstəyini hiss edirik. İnşallah, “Qəbələ” ilə oyunda qələbə qazanıb, vəziyyəti nisbətən düzəldərik. Daha sonra isə növbəti oyunlarda əlimizdən gələni edəcəyik”.
Amil Yunanov: “Futbolçuların potensialına nəzər salanda, biz sonuncu yerdə olmağa layiq deyilik. Elə oyunçularımız var ki, daha yüksək yerlər uğrunda mübarizə aparmaq gücündəyik. Ancaq vəziyət indi belədi. Şanssızlıq elədi ki, üzləşdinsə, durumu düzəltmək çox çətin olur. Biz də bu çətinliyi aradan qaldırmaq üçün çox çalışırıq. Artıq qarşıda 5 tur qalıb. Toparlanıb vəziyyətdən çıxmalıyıq. Başqa yolumuz yoxdu. Açığı, Tərlan müəllimin nəyi nəzərdə tutduğunu bilmədim. Mən də daxil olmaqla futbolçuların heç birinin bir-biri ilə problemi yoxdu. Bu baxımdan hər şey qaydasındadı. Oyunçular gündə dalaşır deyə bir şey yoxdu. Ola bilər, baş məşqçi əsəbləşib və o cür reaksiya verib. Ancaq dediyim kimi, hər şey qaydasındadı. Sadəcə, şanssızlıq var. Həmin səbəb də hazırda bizi gətirib bu yerlərə çıxarıb. Özümüzün də səhvlərimiz oldu. Oyunlarda epizodlar baxımından yanlışlıqlara, boşluqlara yol verdik, bəlkə lazımi qədər ciddi yanaşmadıq. Nəticədə gəlib bu yerə çıxdıq. Maddi baxımdan problem olduğunu deməzdim. Maaşımızı alırıq. Yalandan “pulumuz verilmir” deyə bilmərəm. 3-5 gün aşağı-yuxarı maaşımızı alırıq. Ola bilər, komandada başqa nələrsə çatışmadı. Xal fərqi böyük deyil və bir-iki qələbə bizi bir neçə pillə yuxarı pillələrə daşıyacaq. Bundan əlavə, qələbə bizə böyük motivasiya da olacaq. “Qəbələ” ilə oyuna dönüş nöqtəsi kimi baxırıq. Nəinki bu, hər oyuna qələbə üçün çıxırıq. Hətta iki tur öncəyə kimi Avroliqa şanslarımız da var idi. Komandamızın buna potensialı da çatırdı. Təəssüf ki, “Sumqayıt”a uduzduq və bu komanda bizi 1 xal qabaqladı. Bu tur bizdən öndə olan “Sumqayıt”la “Zirə” qarşılaşır. Qələbə qazanmaqla həm turnir cədvəlindəki mövqeyimizi, həm də motivasiyamızı yaxşılaşdıra bilərik. Bu baş verərsə, növbəti oyunlar üçün də stimul olacaq. Qalan 5 turda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. “Keşlə”ni bu çətin durumdan çıxarmalıyıq. Sonuncu yerdə olmaq utandırıcı bir şeydi, başqa heç nə”.
Slavik Alxasov: “Doğrudu, hazırda sonuncu pillədəyik. Amma biz bu yerdə qalmaq fikrində deyilik. Qarşıda 5 tur var. Əhval-ruhiyyə baxımından komandada hər şey yaxşıdı. Hazırda çempionatdakı qalan oyunlara köklənmişik. Komandamız pis deyil, hamı oynayan uşaqlardı. Sadəcə, bir qədər bəxsizlik var. Tərlan müəllim hər zaman bizi dəstəkləyir. Komanda daxilində hər şey yaxşıdı. Məşqçini də başa düşmək olar. Nəticə olmayanda istər-istəməz pis olur. Dediyim kimi, komandada bir az bəxtsizlik var. Qalan hər şey qaydasındadı. Maliyyə problemi yoxdu. Əməkhaqqımızı vaxtında alırıq. Sağ olsunlar, çox gecikmə olmur. Artıq bütün fikrimiz “Qəbələ” ilə ev oyunundadı. Başqa çıxış yolumuz yoxdu. Sonuncu olmağı fikirləşmirik. Çətin oyun olacaq, çünki “Qəbələ” də son oyunda uduzub. Bununla belə, bu turda qələbə qazanmaq istəyirik”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar