10 apr 14:53liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...qəzəbi...

“Neftçi” – “Zirə” oyununda iki komandanın futbolçuları arasında bir neçə dəfə münaqişəyə şahidlik etdik. Hadisələrin mərkəzində Baqali Daboyla Bəxtiyar Həsənazlızadə olsa da, İlkin Muradovla Emin Mahmudovun kəllə-kəlləyə gəldiyi epizod da yadda qaldı.
Halbuki intriqanın baş məşqçilərə də sirayət edəcəyini gözləyirdik. İki çılğın mütəxəssis – Samir Abasovla Roberto Bordinin ilk dövrədə gerçəkləşən qarşılaşmada sözləri çəp gəlmişdi deyə, növbəti dəfə “atışacaqlarını” gözləyirdik. Lakin bu o demək deyil ki, hər ikisi özünü sakit apardı. Abasov epizodların birində rəqib futbolçu Emin Mahmudova kəskin irad bildirməklə yadda qaldısa, Bordin bu dəfə nə rəqib məşqçi, nə futbolçu, nə də azarkeşlə dilləşdi. İtalyan çalışdırıcının qəzəbinə tuş gələn “Neftçi”nin azarkeşi oldu. Dabo hesabı açan kimi təcrübəli çalışdırıcı üzünü texniki zonanın arxasındakı tribunaya tutub kiminləsə əsəbi tonda mübahisə edirdi. Hirsini əynindəki gödəkçəni çıxarıb yerə çırpmaqla soyutmağa çalışsa da, köməkçisi Füzuli Məmmədov araya girdi.
Futbolda nadir hallarda gördüyümüz epizodun təfərrüatını öyrənmək üçün Bordinə sual ünvanlasaq da, cavabından heç nə başa düşmədik: “Bizim kimi, “Neftçi” ailəsi, “Neftçi” camiəsi – hamı bizdən qələbə gözləyirdi. Gördüyünüz kimi, oyun emosional alındı. Hesabı erkən açmaq istəsək də, qol vurmaqda çətinlik çəkirdik. Ona görə də azarkeşimizlə aramızda müəyyən anlaşılmazlıq oldu. Fikrimcə, azarkeş tərəfindən normal jest idi”.
...jesti...
Azarkeşlərin rəqib futbolçunu alqışlaması sıradan hal sayılmır. Bunun üçün arada hansısa bağlılıq, münasibət, istilik olmalıdı. Bəzən elə olur ki, futbolçu meydandakı hansısa jestinə görə tribunaya toplaşanların sevgisini qazanır. Yaxud vurduğu qol o qədər baxımlı alınır ki, reaksiya verməmək mümkünsüz olur. “Sumqayıt” – “Qarabağ” qarşılaşmasını diqqətlə izləyənlər Abdulla Zubirin vurduğu qoldan sonra “Kapital Bank Arena”nın tribunalarındakı mənzərəni gördülər. Sumqayıtlı fanatlar gözəl qola görə fransız futbolçunu ayaqüstə alqışladılar.
Maraqlıdı ki, həmin alqışlar hesabat turunda da eşidildi. Və bu dəfə də rəqib futbolçunun ünvanına. “Sumqayıt” – “Keşlə” matçı başa çatandan sonra rəqib futbolçular Nicat Qurbanovla Vüsal İsgəndərli meydanı söhbət edə-edə tərk edirdilər. Bu da vaxtilə “Zirə”də çiyin-çiyinə oynadıqlarına görədi. Sumqayıtlı fanatlar Nicatın adını çəkib dəstək verəndən dərhal sonra eyni münasibəti Vüsala da göstərdilər. Səbəbini “Keşlə”nin “11 nömrə”sinin öz dilindən eşidək: “Açığı, sumqayıtlı fanatlardan kiminləsə şəxsi münasibətim yoxdu. Belə olsaydı, düşünərdim ki, həmin şəxsin təşəbbüsü əsasında alqışlayıblar. “Sumqayıt”la səfər oyunlarında hər zaman rəqib tərəfdarların hörmətini görmüşəm. Sağ olsunlar. Hətta sabiq komandam “Zirə”nin azarkeşləri də məni alqışlamışdılar. Baxmayaraq ki, bu komandadan başqasına keçmişdim. Qısası, “Sumqayıt”la qarşılaşmadan sonra alqışlanmağımın səbəbini bilmədim. Yəqin ki, nələrisə düz edirəm, ya da etmişəm deyə, hörmətlərini qazanmışam. Açığı, özümə də təəccüblü gəldi”.
...müəmması
“Sabah”ın “Səbail” üzərində qələbə qazanması qonaqlara qətiyyən sərf etmirdi. Birincilərin onsuz da avrokuboklara qatılmaq şansı yoxdu. Əsas məqsədləri çempionatda bacardıqca çox xal toplamaq, bununla da klub rəhbərliyinin etimadını qazanmaqdı. Bayıllılar isə konkret olaraq Avroliqaya vəsiqə uğrunda mübarizə aparır və bunun üçün əllərinə əla imkan düşüb. “Qəbələ” ilə aradakı xal fərqinin “əriməsinə” imkan verməsələr, hətta premyer-liqadakı ikinci mövsünü bürünc medallarla başa vura bilərlər. Elə oyundan sonra Aftandil Hacıyevin sərt danışması da mümkün təhlükəni göz önünə aldığına görə idi. Futbolçuları ayılmağa səslədi, məğlubiyyətdən nəticə çıxaracaqlarını dilə gətidi və... “Rəqib oyuna ciddi hazırlaşmışdı. Hətta qarşımızı kəsən maşınlar da oldu” – təfərrüata varmadan deyilən bu fikirlər də Aftandil bəyə məxsusdu. 20-25 il əvvəl olsaydı, maşınla qonaqları gətirən avtobusun qarşısının kəsilməsinə adi baxmaq olardı. Hər halda, 90-cı illərdə bu, ənənə halını almışdı. Amma indiki vəziyyətdə Bakıda hansısa nəqliyyat vasitəsinin qarşısının kəsilməsi olduqca müəmmalı görünür. Bunu kim edə bilər? Və ya nə üçün? Kimin tapşırığı əsasında? Suallara aydınlıq gətirmək üçün Hacıyevi aradıq: “Hadisə stadionun ərazisində baş verdi. Sürücü avtobusu qonaqlar üçün nəzərdə tutulan yerdə park etmək istəyəndə, minik avtomobilinin sürücüsü buna imkan vermədi. Addımını isə orda başqa maşının saxlayacağı ilə əsaslandırdı. Hiss olunurdu ki, düşünülmüş addımdı. Deyə bilmərəm, klubun əməkdaşlarından idi, azarkeş, yaxud da başqa biri. Kiminsə haqqına girmək istəmirəm. Amma təsadüf olmadığı dəqiq idi. Oyundan öncə komandamıza psixoloji təsir etmək üçün hesablanmışdı. Məcburən avtobusu 30-40 metr aralıda saxladıq. Halbuki ora daha uyğun yer idi. Bir sözlə, qonaq kimi qarşılanmadıq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar