30 mar 13:30liqa, manset

Mehman Allahverdiyevin daha bir kadrı “Kəpəz”dən göndərildi

Mehman Allahverdiyevin daha bir kadrı “Kəpəz”dən göndərildi
Növbədə qardaşı Füzuli Allahverdiyevdi

Əslində hələ 7 ay öncə yazmışdıq ki, Mehman Allahverdiyev “Kəpəz”dən uzaqlaşdırıldıqdan sonra uzun illər onun ətrafında olan kadrlar da tədricən klubla vidalaşacaq. Hətta həmin vaxt konkret adlar da yazmışdıq. Söhbət klubun lisenziyalaşdırma üzrə meneceri Nofəl Əzizov, icraçı direktorun müavini Tahir Mirzəyev və baş məşqçinin köməkçisi Füzuli Allahverdiyevdən gedir. Çox keçmədən xəbərimiz özünü doğrultdu. Nofəl bəy uzun illər çalışdığı klubdan ayrıldı. Hərçənd bu xəbər qəzetimizdə dərc olunanda Əzizov redaksiyamızla əlaqə saxlayıb, məlumatın düzgün olmadığını bildirmişdi. Lakin zaman dezinformasiya yaymadığımızı ortaya qoydu. Dünən isə Tahir bəy Gəncə təmilçisi ilə yolları ayırıb. Daha doğrusu, rəhbərlik onunla birgə çalışmaq istəməyib və Mirzəyev yola salıblar. Etibarlı mənbədən əldə etdiyimiz məlumat görə, Mirzəyevin “qələmi çoxdan qırılıb”, sadəcə, klubu idarə edən şəxslər münasib zaman gözləyirmiş. Mənbəmiz onu da bildirdi ki, onunla yanaşı, Füzuli bəy də yola salınmalıymış. Sadəcə, başbilənlər gəncəli azarkeşlərin narazılıq edəcəyini nəzərə alaraq, bir qədər səbr etməyi lazım biliblər.
Artıq Tahir bəyin yerinə təyinat da gerçəkləşib. Onun boş qoyduğu post Cəfər Hacıyevə həvalə olunub. 30 yaşlı Cəfər bəy İqtisad Universitetinin məzunu olub və kluba gələnə qədər Gəncədəki müəssisələrin birində çalışıb. Onun klubun Müşahidə Şurasının sədri Elmir Vəliyevin yaxın çevrəsinə aid olduğu bildirilir.
“Kəpəz”in düşərgəsində yaşananlara aydınlıq gətirmək üçün klubun mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq. Azad bəy söylənilənləri təsdiq etdi: “Tahir bəy öz istəyi ilə klubdan ayrılıb. Bildiyiniz kimi, o klubda çalışmaqla yanaşı, sahibkarlıq fəaliyyəti ilə də məşğul idi. Ərizəsində göstərib ki, son vaxtlar işlərinin çox olması səbəbindən komandaya lazımınca vaxt ayıra bilmir və bu səbəbdən “Kəpəz”də tutduğu vəzifədən getmək istəyir. Rəhbərlik də onun bu istəyinə qarşı çıxmadı. Onun işindən ayrılmasının Mehman Allahverdiyevlə heç bir əlaqəsi yoxdu. Mehman müəllim artıq 6 aydan çoxdu səhhəti ilə bağlı “Kəpəz”dən gedib. Mirzəyevi Allahverdiyevin kadrı olduğu üçün klubdan uzaqlaşdırmaq planı olsaydı, rəhbərlik bu qədər gözləməzdi. Həmçinin Mehman müəllimi də heç kim klubdan zorla uzaqlaşdırmayıb. O da öz istəyi ilə vəzifəsindən ayrılıb. O ki qaldı Füzuli Allahverdiyevin məsələsinə, o hazırda Şahin Diniyevin köməkçisidi. Onunla bağlı söylənilənlər həqiqəti əks etdirmir”.
Azad bəyin klub rəsmisi kimi belə fikirlər səsləndirməsi başadüşüləndi. Hər bir mətbuat katibi kimi, o da klubun “mətbəx”ində nələrin bişdiyini ictimaiyyətin bilməsini istəmir. Ancaq reallıq başqadı. Xatırlayırsızsa, Nofəl bəy də “Kəpəz”dən ayrılanda eyni səbəb göstərilmişdi. Sonradan məlum oldu ki, o bu addımı öz xoşu ilə atmayıb. Odu ki, Tahir bəylə bağlı “öz istəyi ilə ərizə yazıb” söhbəti də iz azdırmaqdan başqa bir şey deyil.
Məsələ ilə bağlı Tahir Mirzəyevlə danışmaq istəsək də, “Kəpəz”in artıq sabiq rəsmisi zənglərimizi cavabsız qoydu.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar