09 apr 17:34liqa, reportaj

Nəfəslər kəsildi, “Neftçi” sevindi

Nəfəslər kəsildi, “Neftçi” sevindi
Bordin bu dəfə “Neftçi” azarkeşinə barmaq silkələdi
89. Neftçi (Bakı) – Zirə 4:2 (2:0)
1. Səlahət Ağayev – 6,0
5. Anton Krivotsyuk – 6,0
25. Kiril Petrov – 6,0
3. Mamadu Mboc – 5,0
(15. Ruslan Abışov, 90+2) – qiymətsiz
26. Ömər Buludov – 5,5
6. Qoran Paratski – 6,0
36. Mamadu Kane – 5,5
9. Baqali Dabo – 6,5
8. Emin Mahmudov (k) – 6,0
11. Vangelis Platellas – 6,0
22. Mirabdulla Abbasov – 5,5
(7. Namiq Ələsgərov, 60) – 5,5
Ehtiyat oyunçular
30. Aqil Məmmədov
12. Kamran İbrahimov
4. Petru Raku
16. Canluka Sansone
17. Rəhman Hacıyev
18. Tural Axundov
21. Məhəmməd Mirzəbəyov
33. Turan Vəlizadə
70. Əli Şirinov
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Baqali Dabo

85. Kamal Bayramov (k) – 5,0
88. Tellur Mütəllimov – 4,0
14. Bəxtiyar Həsənalızadə - 4,0
26. Miloş Radivoyeviç – 4,0
(23. Mfo Kqasvane, 46) – 6,0
27. Adrian Skarlatake – 4,5
2. İlkin Qırtımov – 5,5
6. Vüqar Mustafayev – 4,5
(48. Şafik Tiqruca, 46) – 4,5
38. İlkin Muradov – 5,0
11. Dilan Duventru – 5,5
91. Bilal Həmdi – 4,5
(18. Xulio Sezar Rodriges, 46) – 5,0
20. Ismael Fofana – 5,0
Ehtiyat oyunçular
1. Orxan Sadıqlı
3. Budaq Nəsirov
8. Kamal Mirzəyev
9. Aleksandr Dedov
10. Sadio Tounkara
77. Mirsahib Abbasov
99. Rafael Məhərrəmli
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Mfo Kqasvane
Qollar: B.Dabo, 40, (1:0, E.Mahmudov). A.Krivotsyuk, 44 (2:0, V.Platellas). M.Kqasvane, 59 (2:1). N.Ələsgərov, 61 (3:1, B.Dabo). M.Kqasvane, 80-p. (3:2). B.Dabo, 88 (V.Platellas).
Vərəqələr: M.Mboc, 18 (qeyri-idman hərəkəti). İ.Muradov, 62 (qeyri-idman hərəkəti). İ.Qırtımov, 66 (qeyri-idman hərəkəti). A.Skarlatake, 87 (qeyri-idman hərəkəti). B.Həsənalızadə, 90 (qeyri-idman hərəkəti). A.Krivotsyuk, 90 (qeyri-idman hərəkəti). E.Mahmudov, 90 (qeyri-idman hərəkəti). B.Dabo (qeyri-idman hərəkəti, oyundan sonra) - sarı. İ.Muradov, 90 (qeyri-idman hərəkəti, ikinci sarı). O.Sadıqlı (rəqibi təhqir etmək, oyundan sonra) - qırmızı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov (hamısı Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Ələddin Ələkbərov (Bakı).
6 aprel. Bakı. Bakcell Arena. 1100 tamaşaçı (10260 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Gözlənilirdi… Hələ bir neçə gün əvvəl məhz bu qarşılaşmanın turun ən gərgin oyunu kimi yadda qalacağını qeyd etmişdik. Komandalar arasında əvvəlki 3 matçda iki bərabərliyin qeydə alınması, “ağ-qaralar”ın finişə yaxın daha istəkli olması emosiyaların yüksələcəyindən xəbər verdi. Bəribaşdan qeyd edək ki, oyunu stadionda və ekran qarşısında izləyənlər zövq ala bildi. Cari mövsümün 3 ən maraqlı görüşündən birinə tamaşa etdiyimizi əminliklə söyləmək olar. 6 qol, 2 “qırmızı”, penalti, futbolçular arasında gərginlik, baş məşqçinin azarkeşlə “atışması” – bir sözlə, futbol adına hər şey var idi.
Bordinin yetirmələrinin ilk dəqiqələrdən üstün görünməsi meydan sahibi amilinə görəydi. Qonaqlar ümidini əks-hücumlara bağlamışdı deyə, “Neftçi” rəqibin zəif nöqtələrini axtarmaqdaydı. İlk 10 dəqiqə kəşfiyyat xarakteri daşıyandan sonra oyunun tempi xeyli yüksəldi. 11-ci dəqiqədə əla mövqeyə çıxan Dabonun fərqlənməsinə Bəxtiyarla Skarlatake imkan vermədisə, 3 dəqiqə sonra Platellasın toru silkələməsinə son anda Duventru mane oldu. Maraqlıdı ki, bu iki epizoddan sonra “qartallar”ın qol vəziyyətləri sıralanmağa başladı. Rəqibi əks-hücumlarda tutan Abasovun yetirmələri bir neçə dəfə hesabı açmağa yaxın oldu. 19-38-ci dəqiqələr aralığına təsadüf edən epizodlarda “Zirə” dörd dəfə qola yaxın olsa da, Səlahətin inamlı oyunu, qonaqların qeyri-dəqiq zərbələri hesabın açılmasına imkan vermirdi. Baş məşqçilər ikinci hissənin planlarını cızdığı vaxtda “qartallar” əsl şok yaşadı. Öncə Dabo Bəxtiyarın səhvindən sonra hesabı açdı, çox keçmədən Krivotsyuk Skarlatake ilə hava mübarizəsindən qalib ayrılıb 2-ci topu rəqib qapısından keçirdi.
Abasov ikinci yarı başlamamış birdən-birə üç əvəzetməyə əl atdı ki, belədə müəyyən mənada oyuna tarazlıq gəldi. Amma ilk qol vəziyyətini yaxalayan yenə meydan sahibləri oldu. 48-ci dəqiqədə Baqali əla fürsəti qola çevirə bilməyəndən 1 dəqiqə sonra Mirabdulla yüzfaizlik şansı qaçırdı. “Vurmayana vurarlar” prinsipi işə düşüncə, tablodakı rəqəmlər dəyişdi. Kobud səhvə yol verən Mboc topu Mfoya “bağışladı” ki, “23 nömrə” Səlahəti məyus etməkdə çətinlik çəkmədi. Di gəl ki, qonaqların sevinci cəmi 2 dəqiqə sürdü. Dabo Bəxtiyarla hava mübarizəsindən qalib ayrılıb Namiqin qol vurmasına şərait yaratdı. Artıq oyunun tempi xeyli yüksəlmiş, əsəblər gərilmişdi. Gərginlik artır, komandalar qol vurmaq üçün hər şey edirdilər. İlk qolda kobud səhvlə yadda qalan Mboc bu dəfə penaltiyə səbəbkar oldu. Topun başına keçən Mfo hesab arasındakı fərqi azaltdı. “Zirə” bərabərlik qolu üçün böyük qüvvə ilə irəli atılmışdı deyə, “ağ-qaralar” əks-hücum şansını gözləyirdi. 83-cü dəqiqədə, belə vəziyyətlərin birində Dabo dirəyi nişan almaqla yadda qaldı. Lakin cəmi 5 dəqiqə sonra Platellasın cərimə zərbəsindən qapı qarşısına ötürdüyü topu qapıdan keçirməkdə çətinlik çəkmədi.
“Neftçi” bununla liderlik kürsüsündəki yerini möhkəmləndirdisə, qələbə həm də bakılıların çempionatda zirəlilər üzərində “Bakcell Arena”da ilk qələbəsi kimi yadda qaldı.
HƏBİB

Gözdən qaçmadı
* Qonaqlar üçün ayrılan sektorda “Zirə” azarkeşlərinin olmaması düşündürücü məqam idi.
* “Neftçi”nin hesabı açması ilə Bordinin özündən çıxması eyni ana təsadüf etdi. İtalyan mütəxəssis üzünü arxasındakı tribunaya çevirib kiməsə barmaq silkələdi, daha sonra əynindəki gödəkçəni çıxarıb yerə çırpdı. Baş məşqçini köməkçisi Fizuli Məmmədov sakitləşdirdi.
* Dabonun vurduğu ilk qoldan sonra “Neftçi”nin futbolçuları bir yerə yığışıb əlləri ilə beşik mesajı verdilər. Öyrəndik ki, futbolçular qolu Ruslan Abışovun qardaşı Sərxanın həmin gün səhər saatlarında dünyaya gələn üçüncü oğul övladına həsr ediblər.
* Antonun qol sevinci isə maraqlı alındı. Müdafiəçi başla rəqib qapısına yol tapan kimi kiməsə əli ilə telefon mesajını verdi. Qol epizodunda qaşları partlayan Antonla Adrian dərhal həkim müdaxiləsinə ehtiyac duyub, meydana başlarında sarğı qayıtdılar.
* “Forza Neftçi” azarkeşləri tribunada maraqlı plakat açmışdılar. Ağ parçanın üzərində “selfi olmaz” şəkli həkk olunmuşdu.
* “Forza Neftçi” demişkən, “ağ-qaralar”ın sadiq azarkeşləri ikinci hissədəki əməlləriylə tənqidə tuş gəldilər. 300-ə yaxın tərəfdarın birağızdan “Qarabağ”, ananı …” söyüşünü durmadan təkrarlaması aşkar eşidilirdi ki, bu da təkcə stadionda əyləşən qız-gəlinlərə və ağsaqqalara yox, həm də ekran qarşısında oturanlara hörmətsizlik idi. Görünür, qrupun rəhbəri Sübhan Əliyevin dekabrda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması başqalarına dərs olmayıb.
* İkinci hissə start götürsə də, stadionun tablosu 45-ci dəqiqədə “yatmışdı”. Klub rəsmisi Rüstəm Allahverdiyevin müdaxiləsindən sonra problem 52-ci dəqiqədə həllini tapdı.
* İlkin Muradovun Emin Mahmudovla söz savaşından sonra qırmızı vərəqə alması Samir Abasovu özündən çıxardı. “Zirə”nin çalışdırıcısı bir neçə dəfə Eminə etirazını bildirdi, yığma üzvü isə əllərini açıb nə baş verdiyini soruşdu.
* Ruslan Abışov təxminən 10 aylıq fasilədən sonra, nəhayət, rəsmi oyunda meydana ayaq basdı. Kapitan oyuna qoşulan kimi Emin Mahmudov qolundakı sarğını çıxarıb Ruslanın qoluna bağladısa, azarkeşlərin sürəkli alqışları bir neçə saniyə davam etdi.
* Matç başa çatandan dərhal sonra Samir Abasovun namaz qılması mətbuat konfransına öncə qonaq komandanın yox, meydan sahiblərinin baş məşqçisinin gəlməsinə səbəb oldu.

Reaksiyalar
Roberto Bordin: “Qarşılaşmanın əvvəlindən sonuna qədər emosiyalar yüksək həddə idi. Komandamın oyunundan razı qaldığımı deməliyəm. Xarakter göstərdilər. 2:0-dan sonra oyun daha maraqlı şəkil aldı. Bunun səbəbi də komandaların açıq oyuna üstünlük verməsiydi. Fikrimcə, bu gün daha çox qol vura bilərdik. Sansonenin həftəiçi yüngül ağrıları var idi. Həm də Mirabdulla məşqlərdə özünü yaxşı tərəfdən göstərmişdi. Ona görə də bu gün hücumda ona şans verdim. Fikrimcə, yaxşı oynadı. Çatışmayan qol oldu. Antonla Ömərin zədələrinə gəlincə, fikrimcə, ciddi bir şey yoxdu, növbəti oyuna qədər hazır olacaqlar. Matçdan sonra yaşananlar futbolun bir hissəsidi. Əsəblər ilk dəqiqələrdən gərilmişdi, sona qədər də davam etdi. Ona görə də olanları normal qarşılayıram. Futbolçular arasında münaqişə yarandığını görüncə, “Zirə”dəki həmkarımla birlikdə onları sakitləşdirməyə çalışdıq. Samir Abasovla münasibətim? Kin saxlayan insan deyiləm. Həm də keçmişdə başverənləri tez unuduram. Ona görə də münasibətimizin qaydasında olduğunu deyə bilərəm”.
Samir Abasov: “Hər iki komandanın futbolçularına bu cür oyuna görə təşəkkür düşür. Son saniyələrə qədər meydanda gərginlik var idi. Oyun ya heç-heçə başa çatmalıydı, ya da rəqib qol vuracaqdı. Özüm üçün də çox maraqlı oldu. Qolları necə buraxdıq, kimin səhvləri oldu – bunların üzərində dayanmaq istəmirəm. Bu gündən sonra bizi çətin təqvim gözləyir. Çünki kubokda da mübarizə aparırıq. Əsəbləşmək deyəndə ki, həmişəki Samirəm. Daboya heç nə demədim, sadəcə, qələbə münasibəti ilə təbrik etdim. Özündən də soruşa bilərsiz. Bəli, Eminə etirazımı bildirdim. O bu gün İlkinin qırmızı vərəqə alması üçün hər şey etdi. Ona “sağ ol” düşür. Açığı, oyundan sonra aranın niyə qarışdığını bilmədim. Futbolçularımı sakitləşdirir, paltardəyişmə otağına göndərirdim. Orxanın hakimlə problemi olub. Meydana icazəsiz girdiyinə və etiraz etdiyinə görə “qırmızı” aldı. Hər halda, hakimlər mənə belə dedilər. Bu gün Daboluq heç nə yox idi. Müdafiəçilərimizin özləri ona fərqlənmək imkanı yaratdılar. Birincidə top Bəxtiyarın ayağının altından keçdi, ikincidə standart vəziyyətdə Qırtımov Dabonu gözdən qaçırdı… Qış fasiləsindən sonra yalnız “Sabah”la matçda zəif təsir bağışlamışıq. Qalan matçların hər birində yaxşı oynamışıq. Bu gün uduzmuşuqsa, haqqına uduzmuşuq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar