09 apr 17:29liqa, reportaj

“Sumqayıt” 4 aylıq intizara son qoydu

“Sumqayıt” 4 aylıq intizara son qoydu
Tərlan Əhmədov istefa vermək istəyir
90. Sumqayıt - Keşlə 2:1 (1:1)
12. Rəşad Əzizli – 4,5
21. Arif Daşdəmirov – 5,5
2. Rail Məlikov – 5,5
3. Vurğun Hüseynov (k) – 5,5
5. Adil Nağıyev – 4,5
99. Əli Babayev – 5,5
60. Elvin Məmmədov – 5,5
(7. Cavid Tağıyev, 50) – 5,5
97. Xəyal Nəcəfov – 5,5
10. Aleksey İsayev – 6,0
9. Ehtiram Şahverdiyev – 5,5
(18. Süleyman Əhmədov, 57) – 5,0
8. Peyman Babayi – 6,5
(4. Şəhriyar Əliyev, 88) – qiymətsiz
Ehtiyat oyunçular
13. Aydın Bayramov
15. Əmir Ağayev
17. Nicat Qurbanov
34. Elvin Bədəlov
49. İbrahim Əliyev
70. Ülvi İsgəndərov
74. Yusif Nəbiyev
77. Murad Xaçayev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Peyman Babayi

30. Davud Kərimi – 5,0
4. Slavik Alxasov (k) – 4,5
19. Azər Salahlı – 4,5
3. Denis Silva – 4,5
65. Cabir Əmirli – 4,0
25. Con Kamara – 5,0
32. Valeri Kutsenko – 5,5
17. Samir Məsimov – 5,0
22. Nikola Mitroviç – 4,0
11. Vüsal İsgəndərli – 4,5
9. Amil Yunanov – 4,5
(23. Conatan Ayite, 71) – 4,0
Ehtiyat oyunçular
16. Şahin Zəkiyev
2. Sərtan Taşkın
8. Seymur Əsədov
10. Ruslan Nəsirli
18. Ruslan Əmircanov
14. Andre Klennon
21. Angelo Pena
24. Fuad Bayramov
66. Murad Qayalı
78. Elmir Rəhimzadə
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Valeri Kutsenko
Qollar: P.Babayi, 4 (1:0, E.Məmmədov). S.Məsimov, 41 (1:1, A.Yunanov). C.Tağıyev, 85 (2:1, X.Nəcəfov).
Vərəqələr: X.Nəcəfov, 43 (qeyri-idman hərəkəti). Ş.Əliyev, 86 (meydana icazəsiz daxil olmaq). V.İsgəndərli, 90 (qeyri-idman hərəkəti). N.Mitroviç (hakimin qərarına etiraz, oyundan sonra) – sarı.
Hakimlər: ORXAN MƏMMƏDOV, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rauf Cabarov (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
6 aprel. Sumqayıt. Kapital Bank Arena. 1000 tamaşaçı (1326 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
“Sumqayıt”la “Keşlə”nin autsayder olması “Kapital Bank Arena”dakı oyunun prinsipiallığına xələl gətirmirdi. Mövsümün sonuna bir ay qalmış baş tutan dueldə heç kim uduzmaq istəmirdi. Çünki məğlub olan tərəf premyer-liqanı tərk etməyə əsas namizəd sayılacaqdı. “Sumqayıt”ın 4 aydan çoxdu qələbəyə həsrət qalması, ötən turda isə “Qarabağ”dan 6 cavabsız qol buraxması “Keşlə”yə favorit gözü ilə baxmağa əsas verirdi.
Ayxan Abbasov bu dəfə Rail Məlikovla Vurğun Hüseynovu start heyətinə qaytarmışdı. Bununla belə, təkcə müdafiədə yox, başqa mövqelərdə də “Sumqayıt”lılar rəqibindən üstün idi. Ən əsası, meydan sahibləri daha istəkli görünürdü. Hesab erkən açıldı. Azarkeşlərin bir çoxu yerini isitməmişdi ki, Peyman Babayi onları ayağa qaldırdı. Qol sürətli əks-hücumdan sonra vuruldu. Elvin Məmmədovdan ötürmə alan Peyman bir hərəkətlə Salahlıdan aralanıb qapıçı ilə üzbəüz qaldı və topu Davudun solundan tora qovuşdurdu. 16-cı dəqiqədə az qala hesab bərabərləşəcəkdi. Rəşad Əzizli Vurğunun geriyə ötürməsini uzaqlaşdırmaqda ləngidi və pressinq tətbiq edən Kutsenko topa ayaq qoydu. Top cüzi fərqlə dirəyin dibindən çölə çıxdı. 22-ci dəqiqədə “Sumqayıt” künc zərbəsindən sonra növbəti dəfə rəqib torunu silkələdi. Ancaq hakim ofsayd işarə edərək, qolu qeydə almadı. Ehtiramın ötürməsinə son olaraq toxunan Vurğun ofsaydda idi. “Keşlə” fasilə ərəfəsində istədiyi qolu vurdu. 41-ci dəqiqədə autdan sonra Kamara sağ cinahdan cərimə meydançasına daxil olub yaxın küncə ötürmə etdi. Amilin toxunuşundan sonra isə top Samir Məsimovun önünə gəldi ki, yarımmüdafiəçi bu şansı qaçırmadı – 1:1.
İkinci hissənin əvvəlində əvəzetmə edən “Sumqayıt” fasilədən sonra meydanın ağası idi. Hərçənd ilk təhlükə qonaqlardan gəldi. 55-ci dəqiqədə Kutsenkonun təhlükəli zərbəsini Əzizli dəf edə bildi. Bir qədər sonra Peyman dubl etməyə yaxın oldu. Onun təxminən 30 metrdən “raket sürətli” zərbəsinə mükəmməl seyv edən Kərimi barmaqlarının ucu ilə toxunmaqla topu tirin üstündən atmağı bacardı. 74-cü dəqiqədə Kərimi növbəti dəfə komandasını qoldan xilas etdi. Kornerdən qapı qarşısına göndərilən topu Vurğun başla “çərçivə”yə ünvanladı ki, qolkiper yaxın məsafədən zərbəyə reaksiya göstərməklə qolu əngəllədi. Daha sonra Denis topu uzaqlaşdırmaqla təhlükəni sovuşdurdu. Bununla belə, “Sumqayıt” 85-ci dəqiqədə arzuladığı qolu vurmağı bacardı. Hərçənd qol bir qədər kuryoz alındı. Xəyalın uzaqdan vuruşundan sonra top cərimə meydançasında Cavid Tağıyevə toxundu və istiqamətini dəyişərək tora daxil oldu.
Hesabda önə keçdikdən sonra vaxtı “öldürməyə” çalışan, təlaşa düşən rəqibin “dişsiz” hücumlarını dəf etməyi bacaran “Sumqayıt” üstünlüyünü qoruya bildi. Doqquz qələbəsiz oyundan sonra qazanılan bu uğur “gənclik şəhəri” təmsilçisinin turnir cədvəlinin “zirzəmi”sindən qurtulmasına kifayət etdi.
MİRAĞA

Gözdən qaçmadı
* Yanaşı meydanda Region Liqası çərçivəsində “Uğur” – “Energetik” oyunu keçirilirdi və sumqayıtlı azarkeşlərin böyük qismi həvəskarların görüşünə aludə olmuşdu. Həmin matçı mingəçevirli millət vəkili Aydın Mirzəzadə də izləyirdi.
* Matçı izləyənlər arasında futzal millimizin üzvləri Rizvan Fərzəliyevlə Vitali Borisov da var idi. Onlar “Sumqayıt”ın yaratdığı futzal məktəbinin açılış mərasimindən birbaşa stadiona gəlmişdilər.
* Oyundan əvvəl “Keşlə”li azarkeşlər Tərlan Əhmədovu səslədilər. Təcrübəli mütəxəssis tərəfdarların olduğu tribunanın qarşısına gəlib əlini sinəsinə qoymaqla onlara təşəkkür etdi.
* İkinci hissənin sonlarında meydanda gərginlik yaşandı. Ayite yerdə qalsa da, “Sumqayıt”dan Xəyal Nəcəfov hücumu davam etdirdi ki, belədə qonaq futbolçular onun üstünə töküldülər. Hakim aranı sakitləşdirsə də, Slavik Alxasovun Xəyala barmaq silkələyib “oyundan sonra danışarıq” mənasını verən jesti diqqətdən yayınmadı.
* Hələ fasilədə paltardəyişmə otağına baş çəkən “Keşlə”nin Müşahidə Şurasının rəhbəri Zaur Axundovun oyundan sonra komanda üzvləri ilə söhbəti qısa çəkdi. Əsəbi şəkildə arenanı tərk edən Axundov onu yola salmaq istəyən “Sumqayıt”ın prezidenti Riyad Rəfiyevlə candərdi görüşüb dərhal avtomobilinə əyləşdi.
* Oyundan sonra “Sumqayıt”ın bir qrup azarkeşi meydanı məyus halda və ən sonda tərk edən “Keşlə”li Vüsal İsgəndərlini alqışlayıb ona dəstək oldular.

Reaksiyalar
Tərlan Əhmədov: "Belə oyundan sonra danışmağa söz tapmıram. Autsayderlərin oyunu olduğu üçün üzərimizdə həddən artıq təzyiq vardı. Zədəlilər də bir tərəfdən. Həftə ərzində fərqli heyət üzərində plan qursaq da, son anda iki nəfəri siyahıdan çıxarmalı olduq. Bəlkə də təkrarçılıq olacaq, ancaq futbolçularda məğlub psixologiyası var və bunu dəyişməkdə çətinlik çəkdim. Əvvəl işlədiyim komandalarda da çətinliklə üzləşməyimə baxmayaraq, öhdəsindən gəlmişdim. AZAL-da baş məşqçi üçün canını qoyan kollektiv formalaşdırmışdım. Orda pul olmasa da, mənə görə canların qoyurdular. “Neftçi”ni də çətin vəziyyətdən çıxarıb avrokuboklara daşımışdım. Etiraf edim ki, “Keşlə”də bunu bacarmadım. Ailə yarada bilmədim. Bacarmadığım yerdə isə işləməyi mənasız hesab edirəm. Düzdü, yarıyolda atıb getmək də düz deyil, bunu heç vaxt etməmişəm. Amma rəhbərliklə görüşümüz olacaq. Hər şey ola bilər. Rəhbərliklə danışıb, bir qərar verəcəyik. Bu il mənə qədər komandada iki baş məşqçi dəyişib. Təbii ki, onlar da uğursuzluğa görə gediblər. Yayda yetərincə yaxşı futbolçular götürmək lazım idi. Qışda isə cəmi 6 oyunçu götürdük... İnamsız görünməyim səsəbsiz deyil. Bu məğlubiyyət onsuz da çətin olan əhval-ruhiyyəyə zərbə olacaq. Komandanı sonuncu pillədən qurtarmaq çox çətin görünür. Vəziyyəti bildiyim üçün belə deyirəm. Bəlkə qalan 5 turda kimsə bunu bacara bilər".
Ayxan Abbasov: "Çətin və önəmli oyun idi. İki komandada eyni durumdadı. Heç-heçə onları qane etsə də, bizə qələbə lazım idi. “Qarabağ”a böyükhesablı yenilgidən sonra vəziyyət yaxşı deyildi. Ancaq sağ olsunlar, klub rəhbərliyi və azarkeşlər komandaya böyük dəstək verdilər. O durumdan çıxmaq çox vacib idi. Hesabı açandan sonra qol buraxsaq da, ikinci yarıda dəyişikliklər etdik. Önəmli qələbə qazandıq. Bundan sonra əlimizdən gələni edəcəyik ki, sonuncu sıraya düşməyək. Son matçlarda da pis oynamamışıq. Həm mənə, həm də komandaya vaxt lazımdı. Bir çox oyunçumuzda inkişafın olduğu hiss edilir. Qorxduğumuz o idi ki, ölkə kubokunun yarımfinal oyunları ərəfəsində pis durumda olaq. Bu qalibiyyət futbolçulara arxayınlıq yox, istək gətirməlidi. Sonuncu yerə düşməməyə çalışacağıq".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar