03 apr 14:33liqa, reportaj

Altıncı oyunda heç-heçəyə razılaşdılar...

Altıncı oyunda heç-heçəyə razılaşdılar...
Sənan Qurbanov: “Pis oynadıq, qələbə qazanmaq üçün heç nə etmədik”
87. Qəbələ - Sabah (Bakı) 0:0

22. Dmitri Bezotosnı – 5,0
34. Ürfan Abbasov – 5,0
3. Voislav Stankoviç – 5,5
27. Bəhlul Mustafazadə - 5,0
18. İlqar Qurbanov – 5,0
14. Cavid Hüseynov (k) – 5,0
11. Asif Məmmədov – 4,5
(88. Sabien Lilay, 74) – 4,5
28. Stiven Jozef-Monroz – 4,5
17. Ceyms Adeniyi – 4,5
9. Davit Volkov – 4,5
(21. Lalavele Atakora, 71) – 4,5
11. Rauf Əliyev – 4,5
Ehtiyat oyunçular
1. Anar Nəzirov
35. Murad Popov
2. Amin Seydiyev
4. Elvin Camalov
5. Rasim Ramaldanov
6. Rüstəm Nuruyev
7. Roman Hüseynov
8. Qismət Alıyev
77. Samir Qurbanov
98. Rövlan Muradov
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Voislav Stankoviç

30. Saşa Stamenkoviç – 5,0
25. Vanderson Silva – 4,5
5. Kərim Diniyev – 5,0
13. Filip İvanoviç – 5,0
11. Elgün Nəbiyev – 5,0
15. Erik Ramos – 5,0
6. Vadim Abdullayev – 5,0
(19. Məqsəd İsayev, 74) – 4,5
7. Rəşad Eyubov – 5,0
91. Coşqun Diniyev – 5,5
(33. Eltun Turabov, 87) – qiymətsiz
17. Təmkin Xəlilzadə - 5,0
10. Cavid İmamverdiyev (k) – 4,5
Ehtiyat oyunçular
1.Tərlan Əhmədli
12. Zahid Mərdanov
4. Tərzin Cahangirov
21. Novruz Məmmədov
77. Şakir Seyidov
88. Elçin Əsədov
97. Emil Qasımov
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Coşqun Diniyev
Vərəqələr: V.Stankoviç, 10 (qeyri-idman hərəkəti). K.Diniyev, 15 (perspektivli hücumun qarşısını almaq). V.Abdullayev, 26 (qeyri-idman hərəkəti). A.Məmmədov, 40 (qeyri-idman hərəkəti). C.Diniyev, 67 (qeyri-idman hərəkəti) – sarı. K.Diniyev, 90+1 (oyunun bərpasını ləngitmək) – qırmızı (ikinci sarı).
Hakimlər: RAUF CABBAROV, Yaşar Abbasov, Müslüm Əliyev, Nail Nağıyev (hamısı Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
1 aprel. Qəbələ. Şəhər stadionu. 300 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Bir gün əvvəl qeydə alınan nəticələr Qəbələdəki oyunun gərgin keçəcəyindən xəbər verirdi. “Səbail”in “Zirə”ni məğlub edib xal sayını 34-ə çatdırması üzündən aradakı fərqin kəskin artmaması üçün bölgə təmsilçisi 3 xal qazanmağa məcbur idi. “Tələbələr” də öz növbəsində zirəlilərin məğlubiyyətindən maksimum yararlanmaq niyyətindəydi. Lakin bu heç də asan başa gələnə oxşamırdı. Çünki cari mövsümdə kubok oyunları da nəzərə alınmaqla komandalar arasında keçirilən 5 matçın dördündə sevinən tərəf “Qəbələ” olmuşdu.
Hər iki baş məşqçi “11-lik”də müəyyən dəyişikliklərə əl atmaqla yadda qalmışdı. Sənan Qurbanov Elvin Camalov, Rasim Ramaldanov, Lalavele Atakora kimi tez-tez əsas heyətdə görməyə alışdığımız futbolçuları ilk dəqiqələrdən meydana buraxmamışdısa, Elşad Əhmədov Novruz Məmmədovla Məqsəd İsayevi yanında saxlayıb müdafiənin sağ cinahında Elgünə güvənmişdi. Coşqun sağ, Vanderson sol cinah yarımmüdafiəçisi kimi mübarizə aparmalıydı. Daha bir diqqəti çəkən məqam Ramosun müdafiənin mərkəzində Kərim və Filiplə yanaşı oynamasıydı.
Matçın əvvəlində komandaların ifasında ehtiyatlı oyun izləməyimizin əsas səbəbi hər iki tərəfin yenilgi qorxusu idisə, qonaqların müdafiəyə xüsusi diqqət ayırması da təsirsiz ötüşmürdü. Həm bölgə, həm də paytaxt təmsilçisi meydanın rəqibə aid hissəsində boşluqlar axtarırdı deyə, oyunun tempi yüksəlmirdi. Hücum xəttində Deviçin yoxluğu hər mənada özünü göstərirdi. Qol vurmaq tapşırığının öhdəsindən gəlməli olan İmamverdiyevin geri çəkilməsi hücumların qırılması ilə nəticələnirdi. Buna baxmayaraq, azarkeşlər 14-cü dəqiqədə qol izləmayə yaxın idi. İki rəqibdən sıyrılan Volkov qapıçı ilə duelə yollananda Kərim sarı vərəqə bahasına olsa da, bilərəkdən qaydanı pozdu. “Sabah” “5-li” müdafiədən “4”ə keçəndən sonra oyun nisbətən maraqlı şəkil almağa başladı. Odu ki, 25-ci dəqiqədə Rəşad diqqət mərkəzinə düşdü. Lakin onun qapı qarşısına paralel ötürməsi zamanı özünü topun qarşısına atan Bezotosnı Cavidin fərqlənməsinə imkan vermədi. 5 dəqiqə sonra Rəşad qol ötürməsinin müəllifi ola bilərdi. Onun ötürməsi ideal alınsa da, son anda müdaxilə edən Bəhlul Cavidin qapıçı ilə təkbətək çıxmasına imkan vermədi. Meydan sahibləri ilk hissədə ilk və son təhlükəli vəzziyyəti 43-cü dəqiqədə yaratdı. Jozef-Monrozon gözlənilməz zərbəsinə Saşa əla reaksiya göstərdi. Qısası, birinci 45 dəqiqədə maraqlı olmayan oyuna tamaşa etmək məcburiyyətində qaldıq.
İkinci hissənin nisbətən maraqlı keçəcəyini gözləyənlər gümanında yanıldı. Düzdü, qəbələlilərin qələbə istəyi aşkar görünürdü. Lakin təhlükəli vəziyyətlər baxımından ümumi durum ilk yarıdakının eynisi idi. “Qəbələ”nin hücumlara aludə olmasının nəticəsiydi ki, qola daha çox qonaqlar yaxınlaşırdı. 61-ci dəqiqədə Dmitri Coşqunun zərbəsini iki həmlədə zərərsizləşdirəndən 6 dəqiqə sonra meydanda qarışıqlıq yarandı. Hadisələrin mərkəzində yenə Coşqun idi. Asiflə mübarizədə yerdə qlaan Diniyev penalti istəsə də, Rauf Cabbarov yarımmüdafiəçiyə simulyasiyaya görə sarı vərəqə göstərdi. İnsaf naminə, epizodun daha çox penaltiyə oxşadığını deməliyik, nəinki simulyasiyaya. 70-ci dəqiqə, yenə “Sabah“ın hücumu və yenə Coşqun. “91 nömrə” növbəti dəfə bəxtini sınamaq qərarına gəldi. Di gəl ki, cərimə zərbəsindən birbaşa qapıya ünvanladığı topu rəqib qapıçı iki həmlədə zərərsizləşdirdi. Dəqiqələrin azaldığını, 3 xalın əldən çıxacağını göz önünə alan Sənan Qurbanov ardıcıl iki dəyişikliyə əl atdı ki, Atakora ilə Lilay hücuma dəstək verməliydi. Lakin nə onlar, nə də başqaları stadiona toplaşanları sevindirməyi bacardı. Nəticədə tablodakı “0-lar” dəyişməz qaldı. Bu, “Sabah”la “Qəbələ”nin cari mövsümdə baş tutan 6-cı oyununda ilk heç-heçə idi. Bölgə təmsilçisinin xal itkisi “Səbail”lə fərqin 4-ə yüksəlməsinə, bununla da Bayıl təmsilçisinin 3-cü pillədəki yerini möhkəmlətməsinə səbəb oldu.
HƏBİB

Gözdən qaçmadı
* Bu, “Sabah”ın Qəbələyə üçüncü səfəri olsa da, qonaqlar üçün ayrılmış sektorda ilk dəfə bakılı azarkeşlərə rast gəldik. 50-yə yaxın tərəfdar “tələbələr”i qələbəyə səsləyirdi.
* Ağ forma “Sabah” üçün düşərli sayılır. Cari mövsümdə bu rəngli geyimdə “Qarabağ”la “Sumqayıt”a qarşı oynayan bakılılar məğlub olmamışdı. Həmçinin Antalyadakı iki sınaq matçında da Elşad Əhmədovun yetirmələri yenilgiyə üzülməmişdi.
* İlk hissənin gedişində bakılı azarkeşlərin Orxan Lökbatanlının “namə yazdım” meyxanasının sözlərini səsləndirməsi təəccübə səbəb oldu. Bu, son günlər müzakirələrə səbəb olan çılpaq qızların oxuduğu həmin bəstə idi.
* Qarşılaşmadan əvvəl həmkarlarımız öz aralarında oyunla bağlı proqnoz verəndə İlkin Fikrətoğlu görüşün heç-heçə bitəcəyini dedi. Bunu isə martın 30-da gerçəkləşən iki matçda qaliblərin müəyyənləşməsi ilə əlaqələndirdi. Yekun nəticə İlkinin dediyi kimi də oldu.

Reaksiyalar
Elşad Əhmədov: “Maraqlı oyun izlədik. “Qəbələ”nin aqressiv oynayacağını bilirdik. İkinci hissədə rəqib daha aqressiv təsir bağışladı. Futbolçulara meydanda hərəkətli olmağı tapşırmışdıq. Buna baxmayaraq, Qəbələdə xal qazanmağı bacardıq. Məncə, burdan 1 xalla qayıtmaq pis nəticə deyil. Bu gün mənim üçün vacib olan komandamda hərəkətlilik, mübarizə görmək idi. Fasilədən maksimum istifadə etməyə çalışdıq. Coşqunun cərimə meydançasında yıxıldığı epizodun təkrarına baxmaq lazımdı. Rauf təcrübəli hakimdi, hər zaman ona hörmətlə yanaşmışam. Kərimin meydandan qovulduğu epizodda isə ikinci topu kənara vurmaq istəmişdi. Belə deyim, instinkt idi. Yenə də hakimlərin öhdəsinə buraxaq. Bir var futbolçu gedib rəqiblə dalaşsın, təkbətək çıxan rəqibi yıxıb qovulsun, bir də var adi oyun epizodundakı “qırmızı”. Ona görə qınamaq da olmur”.
Sənan Qurbanov: “Çox danışılası heç nə yoxdu. Pis oynadıq, qələbə qazanmaq üçün heç nə etmədik. Dildə qələbə qazanmaq istəyirik desək də, meydanda heç nə edə bilmədik. Heyətdəki dəyişikliklərin səbəbi rəqibə təzyiq göstərməklə bağlı idi. Təəssüf ki, hamısı dildə, göstərdiyimiz lövhədə qaldı. Sadə top itkilərinə çox yol verdik. Belə olunca hücumun kəsəri də azalır. Oyunun belə alınması məni də təəccübləndirdi. Çünki fasilədə yaxşı hazırlıq keçmişdik. Yalnız Stiven Jozef-Monrozla Voislav Stankoviç bəzi məşqləri buraxmışdı. Açığı, fasilə dönəmində hamısı istəkli idi. Səhvləri təhlil edib nəticə çıxarmaqdan başqa çıxış yolumuz yoxdu. Futbolçularla ciddi söhbətimiz olacaq. Elə dönəmdəyik ki, səhv etməyə haqqımız yoxdu”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar