02 apr 14:06liqa, reportaj

“Neftçi” bu dəfə penaltinin hesabına sevindi

“Neftçi” bu dəfə penaltinin hesabına sevindi
Kamran Ağayev üçün mövsüm bitdi
85. Keşlə - Neftçi (Bakı) 0:1 (0:0)

1. Kamran Ağayev (k) – 5,0
(30. Davud Kərimi, 30) – 4,5
19. Azər Salahlı – 5,0
(17. Samir Məsimov, 83) – qiymətsiz
33. Tərlan Quliyev – 5,0
3. Denis Silva – 5,0
65. Cabir Əmirli – 4,5
25. Con Kamara – 5,0
32. Valeri Kutsenko – 5,0
4. Slavik Alxasov – 5,0
22. Nikola Mitroviç – 5,5
11. Vüsal İsgəndərli – 5,0
23. Conatan Ayite – 5,0
(9. Amil Yunanov, 74) – 4,5
Ehtiyat oyunçular
8. Seymur Əsədov
10. Ruslan Nəsirli
14. Andre Klennon
18. Ruslan Əmircanov
24. Fuad Bayramov
78. Elmir Rəhimzadə
91. Nurlan Quliyev
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Nikola Mitroviç

1. Səlahət Ağayev – 5,5
18. Tural Axundov – 5,0
25. Kiril Petrov – 5,5
3. Mamadu Mboc – 5,5
26. Ömər Buludov – 5,5
36. Mamadu Kane – 5,0
8. Emin Mahmudov (k) –5,5
9. Baqali Dabo – 6,0
11. Vangelis Platellas – 5,5
(17. Rəhman Hacıyev, 90+2) – qiymətsiz
7. Namiq Ələsgərov – 5,5
(22. Mirabdulla Abbasov, 64) – 5,0
16. Canluka Sansone – 5,0
(6. Qoran Paratski, 82) – qiymətsiz
Ehtiyat oyunçular
12. Kamran İbrahimov
30. Aqil Məmmədov
4. Petru Raku
5. Anton Krivotsyuk
15. Ruslan Abışov
21. Məhəmməd Mirzəbəyov
33. Turan Vəlizadə
70. Əli Şirinov
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Baqali Dabo
Qol: E.Mahmudov, 79-p.
Vərəqələr: C.Kamara, 39 (qeyri-idman hərəkəti). E.Mahmudov, 73 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Akif Əmirəli, Rza Məmmədov (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Elbrus Abbasov (Ağdam).
30 mart. Bakı. ASK Arena. 1500 tamaşaçı (5300 yerlik).
Birinci hissəyə 6, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0
“Neftçi” üçün “ASK Arena”da asan olmayacağı gün kimi aydın idi. Əvvəla, uzunmüddətli fasilə, digər tərəfdən, meydan amili özünü göstərməli idi. Baxmayaraq ki, “Keşlə” bu mövsüm flaqmanın “abunəçisi” idi. Üç oyunda həmşəhərlilərini məğlub edən “Neftçi” hamısında “quru” qələbə qazanmışdı. Sonuncu dövrədə itiriləcək hər xalın onlara baha başa gələcəyini anlayan “ağ-qaralar” bu dəfə penaltidən vurulan yeganə qolla olsa da, yenə qələbə qazanaraq vacib 3 xalı qopardı.
“Keşlə” oyuna yaxşı başladı. Hələ ilk dəqiqə tamam olmamışdı ki, meydan sahibləri “Neftçi”ni həyəcanlandırdı. Mitroviçin ötürməsindən sonra Slavik başla qapını yoxladı, ancaq onun 6 metrdən zərbəsi cüzi fərqlə tirin üstündən keçdi. Üçüncü dəqiqədə standart vəziyyətdən top cərimə meydançasına göndərildi ki, Denisin ayağından qalxan topu Azər Salahlı “qayçı” zərbəsiylə qapıya yönəltsə də, o da hədəfdən azacıq yayındı. “Neftçi”nin ilk həmləsi 10-cu dəqiqəyə təsadüf etdi. Sansone uzaqdan zərbə ilə Kamranın sayıqlığını yoxladı, təcrübəli qapıçı inamlı oynadı. Ancaq bir qədər sonra “Neftçi” qola çox yaxın oldu. Əks-hücumu Namiq mükəmməl vuruşla tamamladı ki, top qapı çatına tuş gəldi. Hissənin ortalarında Emin Mahmudovun uzaqdan zərbəsini Kamran tirin altından çıxara bildi. 26-cı dəqiqədə nominal qonaqlar rəqib qapısına yol tapsa da, qol hesaba alınmadı. Standart vəziyyətdən sonra Mboc topu qapıdan keçirsə də, həm ofsayda düşdü, həm də ilk zərbəni iki cəhddə zərərsizləşdirməyə çalışan Kamranı zədələdi. Beləliklə, qapıçı oyunu davam etdirə bilməyib əvəzləndi.
İlk yarıda “Keşlə” üstün təsir bağışlasa da, təzyiqi artıran “Neftçi” fasilədən sonra daha çox hücum edən tərəf idi. Qonaqlar 50-ci dəqiqədə real qol vəziyyətindən yararlana bilmədi. Kanenin topu cərimə meydançasının dərinliyinə göndərməsindən sonra qapı önündə qarışıqlıq yarandı. Top Sansonenin önünə düşsə də, italiyalı yaxın məsafədən toru silkələyə bilmədi. Daha doğrusu, Davud önəmli müdaxilə ilə təhlükəni önlədi. Ancaq Kərimi 79-cu dəqiqədə komandasını “dəfn etdi”. İnsafən, “qol” yetişmişdi. Bordin Mirabdullanı döyüşə atmaqla bütün hücum arsenalını işə salmışdı. Penalti əks-hücumdan sonra qazanıldı. Dabo topu meydanın özlərinə aid hissəsindən götürüb sürətlə irəli şığıdı və daha sonra Platellası qapıçı ilə təkbətək çıxardı. Davud mövqeyini tərk edib irəli çıxdı və ayaqla yunan yarımmüdafiəçiyə badalaq vurdu. Bəlkə də “çərçivə”ni tərk etməsəydi, Platellası haqlamağa çalışan komanda yoldaşları onun qarşısını kəsəcək və ya yunanın zərbəsi alınmayacaqdı. Beləliklə, Əliyar Ağayev haqlı olaraq penalti nöqtəsini göstərdi. Topun arxasına keçən Emin Mahmudov şansdan maksimum yararlandı. Yeri gəlmişkən, bu, kapitanın çempionatda vurduğu 7-ci qol oldu. O, bu qollardan 3-nə penaltidən imza atıb. Qoldan bir qədər sonra hücumçularının sayını azaldıb yarımmüdafiəni gücləndirən Bordinin istəyi təbii qarşılanmalıdı. Matçın sonluğu da gərgin keçdi. Bir epizodda Mirabdulla uzun reydini zərbə ilə tamamlasa da, vuruşu istənilən kimi alınmadı. Əlavə olunmuş dəqiqələrdə isə Kərimi komanda yoldaşından gələn topu əlinə götürməklə vəziyyəti mürəkkəbləşdirdi. Yaxşı ki, həm Mirabdullanın yaxın məsafədən, həm də qayıdan topu uzaqdan güclü zərbə ilə qapıya ünvanlayan Mbocun vuruşu qeyri-dəqiq alındı. Bir qədər sonra isə “Neftçi” növbəti dəfə qola yaxın oldu. Dabo az qala fərqlənəcəkdi. Beləliklə, qonaqlar vacib qələbə sayəsində azı ikigünlükyəvahid liderliyə yiyələndi.
MİRAĞA

Reaksiyalar
Tərlan Əhmədov: “Maraqlı, əzmkar oyun izlədik. Futbolçularımdan çox razı qaldım. Oyunun ədalətli nəticəsi heç-heçə olardı. Hücum futbolu oynayan rəqibə təzyiq göstərməyə çalışdıq. Belə gözəl, mübarizəli oyuna görə hər iki komandaya təşəkkür edirəm.
Hakimlərimiz həddən çox fit verirlər. Elə oldu ki, bu, birtərəfli oldu. Belə matçlarda az fit vermək lazımdı. Fasilələr nə qədər az olsa, bir o qədər yaxşıdı. Bu zaman meydanda daha çox mübarizə görə bilərik. Penalti epizoduna gəlincə, baxmaq lazımdı. Futbolçularıma tapşırmışdım ki, "Neftçi"nin yeganə təhlükəli cəhəti sürətli əks-hücumlardı. Başqa təhlükə görmürdüm. Kamrana gəlincə, onun sol əlində çat var, artıq gipsə qoyulub. Yəqin ki, uzun müddət bizə kömək edə bilməyəcək".
Roberto Bordin: “Oyundan əvvəl bilirdik ki, bizi çətin matç gözləyir. Meydanı səbəb kimi göstərmirəm, çünki çətinlik hər iki komanda üçün eyni idi. Topla istənilən kimi rəftar etmək olmurdu. Buna hazır gəlmişdik, hücumlar edirdik, ancaq qol olmurdu. Penalti komandamızın göstərdiyi oyuna görə hədiyyə kimi oldu. Futbolçularımı təbrik edirəm. Mirabdullanın meydanda həvəssiz görünməsi ilə bağlı fikrinizlə razı deyiləm. Deyəsən, oyuna fərqli baxmışıq. Mirbadulla hücumda da yaxşı çalışdı, müdafiədə də. Hətta qol vurmaq üçün imkanı da oldu. "Qarabağ"ın “Sumqayıt”la oyununa proqnoz vermək istəmirəm. İstənilən komanda xal itirə bilər. Çünki çempionatda hər bir qarşılaşma çətindi. Yalnız öz komandam haqda düşünə bilərəm. "Qarabağ" xal itirəcək, ya yox, bunu deyə bilmərəm”.
Kiril Petrov: "Ağır oyun keçdi. Həm rəqibə, həm də meydana qarşı oynadıq. Hava şəraiti də əlverişli deyildi. Meydan ilə yanaşı, külək hər iki komandaya problem yaratdı. Belə havada yaradıcı futbol oynamaq mümkün deyil. Amma baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Sonda 3 xal qazandığımız üçün sevinirik. Hazırda ilk pillədəyik və son tura qədər burda qalmaq istəyirik. Bizim kimi "Qarabağ"ın da çempionluq şansı var. Çempion olmaq üçün mümkün olan hər şeyi edəcəyik. “Neftçi” çoxdandı çempion ola bilmir. Hamımız buna nail olmağa köklənmişik. O ki qaldı "Qarabağ"ın "Sumqayıt"la keçirəcəyi oyuna, bütün komandalar bir-birindən xal ala bilər. Ümid edirik ki, “Sumqayıt” “Qarabağ”ı büdrədib, bizə kömək edəcək. Amma bu idmandı, kim güclüdüsə, o da qalib gəlsin".

Gözdən qaçmadı
* Dostları ilə futbol oynayarkən zədə aldığı deyilən, yığmadan da kənarda qalan Kamran Ağayevin start heyətində yer alması təəccüblü görünsə də, təcrübəli qapıçı 30-cu dəqiqədə ciddi xəsarət aldı və oyunu davam etdirə bilməyib əvəzləndi. Dərhal qoluna sarğı qoyulmasına rəğmən, Kamran stadionu tərk etmədi.
* Tərlan Əhmədov oyunboyu Əliyar Ağayevə etirazını bildirir, onun hər qərarını narazılıqla qarşılayır, bəzən hətta ağır ifadələrdən istifadə edirdi. Uzun müddət ona əhəmiyyət verməyən FİFA referisi, nəhayət, ikinci hissənin ortalarında məşqçiyə yaxınlaşıb sakitləşməyi tələb etdi, amma texniki zonadan kənarlaşdırmadı.
* Adətən, oyunsonrası mətbuat konfransına əvvəlcə qonaq komandanın baş məşqçisi təşrif buyurur. Bu dəfə əksinə oldu. Görünür, paltardəyişmə otağında qələbəni uzun müddət qeyd edən Roberto Bordin Tərlan Əhmədovdan sonra jurnalistlər qarşısına çıxdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar