02 apr 14:04liqa, reportaj

“Qartal” son saniyələrdə “vuruldu”

“Qartal” son saniyələrdə “vuruldu”
Essyenin debütü baş tutmadı
86. Zirə - Səbail 1:2 (0:1)

85. Kamal Bayramov (k) – 4,0
88. Tellur Mütəllimov – 4,0
14. Bəxtiyar Həsənalızadə - 4,5
27. Adrian Skarlatake – 5,0
2. İlkin Qırtımov – 5,5
38. İlkin Muradov – 4,5
11. Dilan Duventru – 4,5
10. Sadio Tounkara – 4,0
(77. Mirsahib Abbasov, 60) – 4,0
9. Aleksandr Dedov – 4,5
(20. İsmael Fofana, 52) – 4,5
91. Bilal Həmdi – 4,5
18. Xulio Sezar Rodriges – 5,0
Ehtiyat oyunçular
1. Orxan Sadıqlı
62. Abdulla Seyidəhmədov
6. Vüqar Mustafayev
8. Kamal Mirzəyev
26. Miloş Radivoyeviç
99. Rafael Məhərrəmli
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: İlkin Qırtımov

1. Aleksandr Rıbka – 5,0
13. Şəhriyar Rəhimov – 5,5
99. Maudo Jarjue – 6,0
32. Elvin Yunuszadə - 5,5
33. Tome Kitanovski – 4,5
27. Emil Martinov – 5,0
14. Rahid Əmirquliyev (k) – 5,0
28. Kevin Kubemba – 5,5
(26. Kamal Qurbanov, 80) – qiymətsiz
8. Yevgeni Koçuk – 5,0
(11. Ruslan Qurbanov, 65) – 5,0
7. Fəhmin Muradbəyli – 5,0
10. Ağabala Ramazanov – 5,0
(9. İmanol İriberri, 87) – qiymətsiz
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
3. Tamazi Tsetsxladze
4. Enrike Perilyo
6. Maykl Essyen
18. Aqşin Qurbanlı
20. Eltun Yaqublu
21. Oke Akpoveta
77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Maudo Jarjue
Qollar: A.Ramazanov, 41 (0:1, K.Kubemba). X.S.Rodriges, 69 (1:1, İ.Qırtımov). Ş.Rəhimov, 90+4 (1:2).
Vərəqələr: A.Skarlatake, 24 (qeyri-idman hərəkəti). X.S.Rodriges, 57 (hakimin qərarına etiraz). K.Bayramov, 71 (hakimin qərarına etiraz). Ş.Rəhimov, 28 (qeyri-idman hərəkəti). E.Yunuszadə, 74 (oyunun bərpasını ləngitmək). E.Martinov, 78 (hakimin qərarına etiraz). F.Muradbəyli, 89 (hakimin qərarına etiraz) – sarı.
Hakim: VÜQAR HƏSƏNLİ, Cəmil Quliyev, Elşad Abdullayev, Namiq Bəkirov (hamısı Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
30 mart. Zirə. İdman Kompleksinin stadionu. 400 tamaşaçı (1512 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
“Zirə” məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək istəyirdi. “Səbail” isə 3-cü yerin əldən çıxmaq ehtimalını heçə endirmək üçün qələbəyə köklənmişdi.
İlk yarıda “Səbail” rəqibdən daha üstün görünürdü. Bununla belə, meydan sahiblərinin də fərqlənmək üçün imkanları var idi. Oyunun əvvəllərində iki yaddaqalan epizod oldu. 7-ci dəqiqədə “dənizçilər” Qırtımovun əllə oynadığını idda edib penalti tələb etsələr də, referi davam işarəsi verdi. Cəmi 1 dəqiqə sonra “Zirə” hesabı açmağa yaxın oldu. Özü də avtoqol qeydə alına bilərdi. Belə ki, Bilal qapıya paralel ötürmə etdi, Elvin topu uzaqlaşdırmaq istəyrəkən onu “çərçivə”yə yönəltsə də, “mərmi” cüzi fərqli qapının yanından keçdi. Yunuszadə topa toxunmasaydı, böyük ehtimalla, Rodriges hesabı açacaqdı. 29-cu dəqiqədə Hacıyevin yetirmələri yüzfaizlik qol vəziyyəti yaxaladı. Muradovun səhvindən sonra Ağabala təkbətək çıxdı. O, bir qədər irəliləyib Kamalla üzbəüz vəziyyətdə qapını nişan alsa da, vuruşu dəqiq olmadı. Bununla belə, Ramazanov 41-ci dəqiqədə günahını yudu. Kubembanın ötürməsindən sonra o qədər də effektli zərbə endirməsə belə, yolüstü Tellura dəyən top istiqamətini dəyişərək tora daxil oldu.
İkinci hissədə isə üstün tərəf “Zirə” idi. O başqa məsələ ki, ara-sıra “Səbail”in də hücumlarının şahidi olurduq. Lakin topa nəzarət və daha çox basqı edən “qartallar” idi. 65-ci dəqiqədə Ağabalanın asmasından sonra Kubemba başla dəqiq oynaya bilmədi. Bir neçə dəqiqə sonra “qartallar” “status-kvo”nu bərpa edə bildi. Qırtımovun qapı qarşısına ötürməsindən sonra Xulio başla topu qonaqların qapısından keçirdi. Qoldan ruhlanan Abasovun yetirmələri təzyiqi artırdı. Bununla belə, “Səbail”in müdafiəsi inamlı təsir bağışlayırdı. 83-cü dəqiqədə Muradovun qapıya paralel ötürməsinə Fofana toxunsaydı, hesab dəyişəcəkdi. Bununla belə, qarşılaşmada növbəti qolun da şahidi olduq. Əsas vaxta artırılan sonuncu uzatma dəqiqəsində “Səbail” qələbə qolunu vurdu. Şəhriyar cərimə zərbəsindən topu birbaşa qapıya göndərdi. Həmin epizodda müdafiəçilərin, eləcə də Kamalın səhvini, Ruslanın qapıçını yanıltdığını da qeyd edək.
FARİZ

Gözdən qaçmadı
* Oyunu yığmanın baş məşqçisi Nikola Yurçeviç də canlı izləyirdi.
* Qarşılaşmanın hakim-inspektoru Ramil Diniyev olsa da, Babək Quliyev də tribunada əyləşib, özü üçün qeydlər aparırdı.
* Komandalar oyunöncəsi isinmə hərəkətlərini başa vurub paltardəyişmə otağının yolunu tuatanda, azarkeşlərdən biri uca səslə “Essyen” qışqırdı. Maykl isə onun çağırışına biganə qalmayıb, həmin futbol fanatına əli ilə “salam” göndərdi.
* Epizodların birində Tellurun zərbəsindən sonra top qapının üstündən, özü də çox aralıdan keçdi. Buna “ilişən” “Səbail” azarkeşləri “quşlar, quşlar, nə gözəl oxuyur” sözlərini xorla səsləndirdilər.
* Hakimin idarəçiliyi həm azarkeşləri, həm də futbolçuları narazı salmışdı. Bir epizodda Bilal Həmdi necə əsəbləşdisə, əvvəlcə diziüstə yerə düşdü, sonra əlcəklərini çıxarıb tulladı.
* “Səbail” azarkeşləri “Essyen, azarkeş səni gözləyir” şüarını bir neçə dəfə təkrarlasa da, Maykl meydana çıxmadı.
* Qarşılaşma başa çatan kimi ara qarışdı. Öncə onu qeyd edək ki, “Səbail” tərəfi qələbə qolunu böyük sevinclə qeyd etdi. Çox güman, bu, qolun matçın son saniyələrinə təsadüf etməsi ilə bağlı idi. Daha sonra Kamal Mirzəyevin rəqib oyunçularının üstünə yerdiyini gördük. Ciddi qarşıdurma yarandı. Öncə Ağabala onu sakitləşdirməyə cəhd göstərdi. Daha sonra komanda yoldaşlarının Eltun Yaqublunu güclə uzaqlaşdırmaq istədikərini gördük. Hadisə yerinə tələsən Samir Abasov isə hər iki komanda üzvlərini sakitləşdirənlərdən idi.

Reaksiyalar
Aftandil Hacıyev: “Bilirdik ki, son dövrədə hər oyun gərgin keçəcək. İlk qarşılaşmada da bunun şahidi olduq. Çox maraqlı 90 dəqiqə alındı. Uşaqlar tapşırıqları meydanda yerinə yetirməyə çalışdılar. İlk hissəni qol epizodlarına görə hesabımıza yazmaq olar. Hansı ki, hesab açılmamış Ağabalanın təkbətək epizodu oldu. Ancaq bilirdik ki, fasilədən sonra bizi çətin 45 dəqiqədə gözləyəcək. Elə rəqibin əvəzetmələrindən də anladıq ki, daha çox hücuma atılacaqlar. Biz də müəyyən dəyişikliklərə əl atdıq. İstədiyimiz nəticəni əldə etmək üçün futbolçular xarakter göstərdilər. Bundan sonra hər xal bizim üçün çox qiymətlidi. Bilirsiz ki, bir neçə komanda üçüncü yer uğrunda mübarizə aparır. Bu baxımdan qarşıda gərgin oyunlar olacaq. "Zirə"nin 6 oyun uduzmamağı əbəs yerə deyil. Bu gün bunu bir daha təsdiq etdilər. Çempionat ərzində müəyyən sistemlərdə oynamışıq. Nəticədə uğur qazanmışıq. Bu dəfə də ikinci hissədə həmin sistemə keçdik. Hesab 1:1 olanda ən azı uduzmamağı düşünürdük. Son dəqiqədə qol vurmağımız tam yerinə düşdü. Yunuszadənin son 1 həftə məşq etməməsi, Rəhimovun qarşılaşmanın gedişində “sarı”sının olması müdafiə xəttinə əlavə çətinlik yaradırdı. Bu üzdən Ruslanla Kamalı meydana atdıq. Sonradan meydana çıxanlar işlərini layiqincə yerinə yetirdilər... Essyeni niyə meydana buraxmadım? Əslində belə bir planımız var idi. Oyunun axarından çox şey asılı idi. Ancaq matçın axarı elə alındı ki, Essyenin debüt etməsi mümkün olmadı. Lakin qarşıdakı turlarda onu da meydana buraxmağı düşünürük. Çünki bu cür dünya şöhrətli futbolçu bizim çempionata təşrif buyurubsa, sözsüz ki, azarkeşlərin də istəyini nəzərə alıb Essyeni meydana buraxacağımız oyunlar olacaq. İstədiyimiz formada olmasa da, bizim üçün önəmli olan bu gün azarkeşlərdi. Hansı ki, onları futbola cəlb etmək istəyirik. Bu üzdən qarşıdakı matçlarda onu da meydanda görəcəyik. Bu arada azarkeşlərimizə də təşəkkür edirəm, bu qədər yol qət edib bizi dəstəkləməyə gəliblər”.
Samir Abasov: “Uduzmağımıza baxmayaraq, fikrimcə, yaxşı oyun keçdi. Futbolçularımdan həddən artıq razıyam. Onlardan ürəklə, ağızdolusu danışmaq istəyirəm. Doğrudan da gözəl, yaxşı və ruhla oynadılar. Təəssüf ki, iki yarımepizod məğlubiyyətimizə səbəb oldu. Hər bir qarşılaşmaya qələbə üçün çıxırıq. Xal itirmək şansımız yoxdu. Rəqibə heç-heçə də bəs idi. Bu oyunun axarından da bəlli idi, meydandakı hərəkətlərindən də. Qınamıram, sadəcə, deyirəm. Həm hərəkətlə udmalıyıq, həm sözlə, həm də istəklə. Bizdə nəsə alınmayanda tələskənlik yaranır. Lakin komandam çox yaxşı oynadı. Meydanda hər şey var idi. Maşallah, son vaxtlar çox yaxşı oyun göstəririk. Ümid edirik ki, vaxt gələcək, nəyəsə nail olacağıq. Bu cür qapanan komandaya qarşı fərdi keyfiyyəti olan futbolçular önə çıxır. Amma bu o demək deyil ki, həmişə sən istədiyin alınacaq... Qarşılaşmadan sonra baş verən qalmaqal? Vallah, özüm də başa düşmədim, nə oldu. Çıxıb gedirdik, bizə işarə vurdular ki, futbolçularımızla rəqib arasında münaqişə olub. Oyunçularımızı atıb getmək fikrimiz yox idi. Dərhal gedib sakitləşdirdik. Ancaq bilmədim, nə baş verib. Heç araşdırmaq da istəmirik. Futbol emosiyalar üzərində qurulur. Emosiyalar toqquşanda da belə şeylər yaşanır... Xeyr, onların qələbəni belə qeyd etməyi bizə qıcıq deyildi. Qıcıq olsa belə, nə edəcəyik ki? Ya mən də qoşulub dava etməliyəm, ya da sakitləşdirməliyəm. Bu gün dava etmək fikrim yox idi. Biz də qol vuranda mən yetərincə qeyd etdim. Bu, önəmli bir şey deyil... Hakimə etirazım? Sadəcə, vaxtın həddən artıq uzanmasına görə narahat idim və narazılığımı bildirdim. Qarşılaşma həddən artıq yersiz uzanırdı. İradım bununla bağlı idi. İlk dəqiqələrdə rəqibin sol cinah müdafiəçisi Həmdinin ayağına çox sərt girmişdi. Ancaq hakimin buna reaksiya verməməsinə də etiraz etdim. Bizdə belə tendensiya var idi ki, belə epizod oyunun əvvəlində yaşanırsa, reaksiya gəlmir”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar