19 mar 13:07liqa

Hakimlərin mühakiməsi

Hakimlərin mühakiməsi
Dövrəni kobud səhvlərlə başa vurdular
Topaz premyer-liqasında üçüncü dövrənin son turu hakim səhvləri baxımından yaddaqalan oldu. Sanki futbolçular yox, ədalət təmsilçiləri “çemodan əhval-ruhiyyəsi”ndəydi. Əməkdaşlarımızın son turdakı qeydlərini nəzərinizə çatdırırıq.
RƏVAN HƏMZƏZADƏ, Zirə - Keşlə
Matçın gərgin keçəcəyi əvvəlcədən bəlli idi. Eyni xala malik olan komandalar son pillədən qurtulmaq üçün əllərindən gələni edəcəkdilər. Bu üzdən hakimin də üzərinə böyük yük düşürdü. Həmzəzadənin idarəçiliyi mübahisəsiz ötüşmədi. Xüsusən ikinci hissədə. Belə ki, ədalət təsmilçisi 50-ci dəqiqədə “Keşlə”nin penalti istəyini gerçəkləşdirmədi. Həmin an İlkin Qırtımov topa başla toxunmaq istəyən Valeri Kutsenkonun sifətinə ayağı ilə az qala zərbə endirəcəkdi. Oyunun 54-cü dəqiqəsində "Zirə"nin xeyrinə təyin olunan 11 metrlik cərimə zərbəsinə gəlincə, müdafiəyə köməyə gələn Ayite əllə oynamışdı. “Keşlə”lilərin buna kəskin etiraz etməməsi isə hakimin haqlı olduğuna işarə idi. Elə Conatanın da qərarı sakitcə qarşılaması belə təəssürat formalaşdırırdı. Maraqlıdı ki, "nöqtə"yə Xulio Sezar Rodriges yaxınlaşdı və onun zərbəsi zamanı Davud Kərimi topu qaytardı. Özünü yetirən Bəxtiyar təkrar vuruşla toru silkələdi. Ancaq Həmzəzadə qolu qeydə almadı və penaltini təkrarlatdı. O, qapıçı vaxtından əvvəl xətdən çıxdığı üçün belə etdi. Onun məhz bu qərarı mübahisəyə səbəb oldu. Hər halda, ikinci dəfə topun arxasına keçən Rodriges yenə də Kərimi səddini keçə bilmədi. 63-cü dəqiqədə isə “Keşlə”nin hücumu zamanı Kutsenko Bəxtiyar və Aleksandr Dedovdan sıyrılmaq istəyərkən yerdə qaldı. Həmin ana qədər Dedovun sarı vərəqəsi olduğundan qonaqlar ona ikinci “sarı”nın verilməsini tələb edirdilər. Doğrudu, Valeriyə qarşı kobudluğun “mükafat”ı “sarı” olmalıydı. Ancaq ona qarşı qaydanı Aleksandr yox, Həsənalızadə pozmuşdu. Bu üzdən Dedova sözügedən epizoda görə sarı vərəqə tələb etmək mənasız idi.
ORXAN MƏMMƏDOV, Sabah – Sumqayıt
Sabiq FİFA referisinin işi heç də az olmadı. Qırmızı vərəqə və penaltidən istifadə edən Orxan Məmmədov nəticəyə təsir edən səhvə yol verməsə də, qüsurları var idi. Marko Deviçi haqlı olaraq meydandan qovduğunu deyə bilərik. Serb forvard ikinci “sarı”nı almaq üçün nə lazımdısa, etdi. Hətta kapitan Cavid İmamverdiyev də onu bu təhlükədən xilas edə bilmədi. Ancaq Deviçi özündən çıxaran məqam ilk vərəqə ilə bağlı idi. Buna görə isə haqlı idi. Məsələ burasındadı ki, “Sabah”ın forvardı özünü yerə atmamış, yəni simulyasiya etməmişdi. Vurğun Hüseynovla ikili mübarizə aparması və qapıya zərbə vurarkən müvazinətini saxlaya bilməməsi sonda yerdə qalması ilə nəticələndi.
33-cü dəqiqəyə təsadüf edən penalti epizoduna gəlincə, hakimi qınamağa dəyməz. Adil Nağıyev qapıçı ilə təkbətək qalan Coşqun Diniyevi arxadan çəkərək zərbə vurmasına əngəl oldu. Belədə Məmmədov “ağ nöqtə”ni göstərdi.
ƏLİYAR AĞAYEV, Səbail – Qarabağ
Ötən tur premyer-liqaya təyinat almayan, əvəzində Yunanıstan çempionatında PAOK - "Atromitos" qarşılaşmasını idarə edən Əliyar Ağayevin “Bayıl Arena”dakı işini tam bəyənmədik. Yorğun görünən FİFA refersisi sanki gərginliyin artacağından qorxurdu. Xüsusilə ikinci hissədə “Qarabağ”a rəğbəti hiss olunurdu. Penalti epizoduna “Səbail”lilər kəskin reaksiya verdilər. Düzdü, Dani Kintananın ötürməsindən sonra top Elvin Yunuszadənin qoluna dəydi. Ancaq müdafiəçi ötütrmənin qarşısını gövdəsi ilə kəsmək istəyirdi. Özünü zərbənin qarşısına atıb yerə düşərkən top onun qoluna dəydi, o “əllə oynamadı”. Ağayev məsafənin qısa olduğunu da nəzərə almadı. Bir epizodda Rahid Əmirquliyevlə Simeon Slavçev arasında gərginlik yaşandı. Bolqar yarımmüdafiəçi aqressiv davransa da, hakim onların ikisinə də şifahi xəbərdarlıqla kifayətləndi. Halbuki Slavçev vərəqəni haqq edirdi.
SƏBUHİ BAYRAMOV, Neftçi – Qəbələ
Cari mövsümdəki idarəçiliyi ilə haqqında müsbət fikir formalaşdıran Səbuhi Bayramovun bu dəfə turun mərkəzi qarşılaşmasından da üzüağ çıxacağı gözlənilən idi. Ancaq gənc referi ciddi səhvləri ilə yadda qaldı. Düzdü, metodiki göstərişlərə diqqət yetirir, xırdalıqları nəzərə alır, futbolçuların qaydalara tam əməl etməsinə çalışırdı. Bununla belə, daha ciddi nöqsanlar gözdən qaçırıldı. 33-cü dəqiqədə Amin Seydiyev cərimə meydançasında Soni Mustivarın ayağını tapdayaraq onu yıxdı, hakim isə nəinki penalti vermədi, “Neftçi”nin futbolçusuna simulyasiyaya görə sarı vərəqə göstərdi. 48-ci dəqiqədə meydan sahiblərinin hücumu zamanı top Cavid Hüseynovun əlinə dəydi, Bayramov oyunu saxlamadı. 61-ci dəqiqədə Cavid Vangelis Platellasa qarşı sərt oynasa da, hakim nə qayda pozuntusu qeydə aldı, nə də vərəqə göstərdi. Bundan 5 dəqiqə sonra “Qəbələ”nin penaltisi verilmədi. Səlahət Ağayev onunla üzbəüz qalan Ceyms Adeniyini yıxsa da, hakim topun oyuna qapıçı vuruşu ilə başlamalı olduğunu işarə etdi. Halbuki Səlahət onu keçməyə çalışan rəqib hücumçunun ayağına toxunmuşdu. Oyunun sonlarına yaxın bir epizodda Qoran Paratskinin zərbəsindən sonra top “Qəbələ”lidən meydanı tərk etsə də, referi korner təyin etmədi. Son saniyələrdə Rauf Əliyev Mustivarı kobudluqla dayandırdı, ancaq Səbuhi yenə vərəqə bir yana, fitini belə səsləndirmədi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar