19 mar 12:54liqa

Turdan məqamlar

Turdan məqamlar
Turun...
...biganəliyi...

Cari mövsümün debütantı olmasına baxmayaraq, çempionata əla başlayan, 4 oyundan sonra hesabına 9 xal yazmaqla rəqiblərinə həyəcan yaşadan “Sabah” hələ ki premyer-liqanın ortabablarından sayılır. Hər halda, turnir cədvəlində “Zirə”, “Keşlə” və “Sumqayt” kimi rəqiblərini qabaqlamağı bacarıblar. Buna baxmayaraq, komanda hər imkanda azarkeş dəstəyindən məhrumdu. Səfər oyunları zamanı qonaqlar üçün ayrılmış sektorda heç kim gözə dəymir. Masazırda isə anşlaq yaşanmır.
Halbuki çempionatın ilk yarısında vəziyyət üərkaçan idi. “Qəbələ” ilə Masazırda reallaşan görüşü 1200, “Neftçi”ylə qarşılaşmanı 2000, “Qarabağ”la dueli isə 4500 nəfər tribunadan izləmişdi. Düşünmək olardı ki, zamanla onların sayı artacaq. Yaşayış komplekslərində və fərdi evlərdə yaşayan yerli futbolsevərlər “Əlincə Arena”nın yolunu tutacaq. Nəinki artım oldu, hətta qış fasiləsindən sonra geriləmə müşahidə etməkdəyik. “Qarabağ”la oyuna baxmaq üçün 1700 nəfər canına əziyyət vermişdisə, “Qəbələ” ilə qarşılaşmada cəmi 600 nəfər vardı. Əslində, yekun nəticəsi kifayət qədər önəm daşıyan “Sumqayıt”la sonuncu görüşdə azarkeş sayında artım olacağını zənn etmişdik. Çünki indiki durumda “Sabah”ın onlara ehtiyacı var. Hər nə qədər qəribə görünsə də, “Əlincə Arena”da 1000 nəfər gözə dəydi ki, onların yarıdan çoxu sumqayıtlı fanatlar idi.
Azarkeş biganəliyinə aydınlıq gətirmək üçün “Sabah”ın mətbuat katibi Elnur Həmidovu aradıq: “Masazırda keçirilən qarşılaşmalara gələnlər azarkeşlikdən çox gözəl oyuna tamaşa etmək istəyənlərdi. Burda rəqibin ad-sanı, nə dərəcədə iddialı olması və hava durumu kimi faktorlar rol oynayır. Qış fasiləsindən sonra “Əlincə Arena”da 3 oyun keçirmişik. Səhv etmirəmsə, ümumi say orta hesabla azı 1000 azarkeş edir. Sumqayıtlı futbolsevərlərin say çoxluğuna gəlincə, bunu həmin şəhərlə Masazır arasındakı məsafə azlığı ilə əlaqələndirmək olar. Azarkeşləri stadiona cəlb etməklə bağlı işlərimiz davam edir. Hər ev oyunundan öncə afişalar çap olunub, yapışdırılır. Fikrimcə, dördüncü dovrədəki görüşlərdə daha çox tamaşaçı gələcək. Havaların get-gedə yaxşılaşması, son turların daha gərgin keçməsi yəqin ki, azarkeş sayında özünü göstərəcək”.
...yayını...
Yığmanın Xorvatiya ilə oyununa hazıqlıq məqsədi ilə 21-ci turun bütün qarşılaşmaları eyni gündə baş tutdu. Bu isə “CBC Sport”un işini çətinləşdirməyə bilməzdi. İki PTS-ə sahib olan telekanal, istəsəydi belə, bütün oyunları efirə daşıya bilməyəcəkdi. Belədə ilk pillədə yer alanların – “Qarabağ”la “Neftçi”nin görüşlərini azarkeşlərə təqdim etdilər. Lakin bu o demək deyil ki, futbolsevərlər digər qarşılaşmaya baxa bilmədi. Belə ki, “Sabah” – “Sumqayıt” matçını birincilər öz kanalında, “Zirə” – “Keşlə” qarşılaşmasını isə çempionatı təşkil edən PFL “yutub” kanalında göstərdi.
Xüsusilə PFL-in seçimi maraq doğurdu. Çünki “Sabah”ın “Sumqayıt”la oyununun yekun nəticəsi heç də az maraq kəsb etmirdi. Belədə əziyyəti Masazırda yox, niyə məhz Zirədə çəkməyin səbəbini qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə söhbətdə öyrənməyə çalışdıq: “Oyunlar status baxımından eyni idi. Hər iki qarşılaşmanın yekun nəticəsi turnir cədvəlində maraqlı vəziyyət yaradacaqdı. İki oyundan birini seçməliydik deyə, üstünlüyü Zirədə baş tutan görüşə verdik. Bunun başlıca səbəbi də meydan sahiblərinin heyətində Mfo Kqasvanenin yer almasıydı. Bu futbolçunun “Sumqayıt”a vurduğu qolu səhifəmizdə paylaşmışdıq, 28 minə yaxın baxış, 600-ə yaxın paylaşım olmuşdu ki, botsvanalı “feysbuk” istifadəçiləri çoxluq təşkil etmişdi. Həm yerli, həm də botsvanalı azarkeşlərin marağını nəzərə alıb bu oyunu yayınladıq. “Zirə” – “Keşlə” qarşılaşmasının anonsu verilən paylaşıma 2200 bəyənmə gəlmişdi. Seçim edəndə ən kiçik detallara belə önəm verməyə çalışırıq. Üstəlik, paylaşımı həm də Botsvana dilində etdiyimizə görə onlara maraqlı gəlmişdi. Hətta şərhlərdə dillərini hardan bildiyimizi soruşurdular. Bu yolla diqqətlərini cəlb edə bilmişdik”.
...jesti
Qış fasiləsindən sonra inamlı təsir bağışlayan və bürünc medallara sahib çıxmağı hədəf seçən “Səbail”in çempionla dueli maraqla gözlənilirdi. Meydan sahibləri təcrübəli rəqibinə müqavimət göstərməyi bacarsalar da, məğlubiyyətdən qaçmaq mümkün olmadı.
Diqqəti çəkən məqamlardan biri bayıllıların qoluna Ağabala Ramazanovun imza atmasıydı. Həmin Ağabala ki, 2017-nin yanvarından 2018-in yayına qədər “köhlən atlar”ın şərəfini qorumuşdu. Bəlkə də elə buna görəydi ki, Ramazanov bərabərlik qolunun müəllifi olmasına baxmayaraq, sevinmədi. Qola sakit şəkildə sevindi, əsasən komanda yoldaşlarının təbrikini qəbul etdi. Səbəbkarın şərhi belə oldu: “Qol vurmaq mənim işimdi. Burda rəqibin adı rol oynamır. “Qarabağ”, “Neftçi”, “Qəbələ”, yaxud bir başqası. Əsas odu, komandama faydalı olum. Çox istərdim vurduğum qol komandam üçün yararlı olsun. Təəssüf ki, məğlub olduq və həmin qol yekun nəticədə rol oynamadı. “Qarabağ”a qol vurmaqda qeyri-adi heç nə yox idi. Qolu sevinclə qeyd etməməyimin səbəbi isə bu komandada xoş günlər keçirməyimdi. Hesabın bərabərləşməsinə səbəb olan qol kimi yadda qalsa da, sevinməyə lüzum görmədim. Çünki “Qarabağ”dan dost kimi ayrılmışam, heç bir problemimiz olmayıb”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar