17 mar 14:24liqa, reportaj

Qurbanovlar bir-birini sevindirdi

Qurbanovlar bir-birini sevindirdi
Sənan Qurbanov: “Rauf Əliyev də bugünkü oyunu ilə milliyə layiq olduğunu sübut etdi”
82. Neftçi (Bakı) – Qəbələ 1:1 (0:0)
1. Səlahət Ağayev - 5,0
18. Tural Axundov – 5,5
(70. Əli Şirinov, 88) - qiymətsiz
25. Kiril Petrov – 5,0
3. Mamadu Mboc – 5,5
26. Ömər Buludov - 5,0
6. Qoran Paratski – 5,5
93. Soni Mustivar – 5,5
7. Namiq Ələsgərov – 5,0
(5. Anton Krivotsyuk, 72) – 5,0
8. Emin Mahmudov (k) – 6,0
11. Vangelis Platellas – 5,5
16. Canluka Sansone – 5,0
(22. Mirabdulla Abbasov, 65) – 5,0
Ehtiyat oyunçular
30. Aqil Məmmədov
12. Kamran İbrahimov
4. Petru Raku
15. Ruslan Abışov
17. Rəhman Hacıyev
21. Məhəmməd Mirzəbəyov
36. Mamadu Kane
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Emin Mahmudov

22. Dmitri Bezotosnı – 5,5
34. Ürfan Abbasov – 5,5
5. Rasim Ramaldanov – 5,5
2. Amin Seydiyev – 5,0
18. İlqar Qurbanov – 5,0
14. Cavid Hüseynov (k) – 5,0
(11. Asif Məmmədov, 66) – 5,5
4. Elvin Camalov – 5,0
(88. Sabien Lilay, 46) – 5,0
28. Stiven Jozef-Monroz – 5,5
17. Ceyms Adeniyi – 5,5
9. Davit Volkov – 5,0
(21. Atakora Lalavele, 82) – qiymətsiz
10. Rauf Əliyev – 6,0
Ehtiyat oyunçular
1. Anar Nəzirov
35. Murad Popov
7. Roman Hüseynov
8. Qismət Alıyev
98. Rövlan Muradov
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Rauf Əliyev
Qollar: M.Mboc, 54 (1:0). S.Jozef-Monroz, 72 (1:1, A.Məmmədov).
Vərəqələr: E.Camalov, 30 (qeyri-idman hərəkəti). S.Mustivar, 33 (qeyri-idman hərəkəti). M.Mboc, 78 (qeyri-idman hərəkəti). S.Jozef-Monroz, 90 (oyunun bərpasını ləngitmək) – sarı.
Hakimlər: SƏBUHİ BAYRAMOV, Yaşar Abbasov, Müslüm Əliyev, Etibar Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
15 mart. Bakı. Bakcell Arena. 1300 tamaşaçı (10260 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Bu oyun başlamamış “Bayıl Arena”da başa çatan qarşılaşmada qeydə alınan nəticə hər iki komandanın qələbə istəyini artırmışdı. “Qarabağ”ın qələbə qazanmasından duyuq düşən “Neftçi”lilər əsas rəqibi ilə xalların bərabərləşməməsi üçün meydanı 3 xalla tərk etməliydi. Təbii ki, “Qəbələ” də eyni istəkdəydi. 3-cü pillədəki “Səbail”in uduzmasından sonra bölgə təmsilçisi bu matçdan qalib ayrılsaydı, xallar bərabərləşəcəkdi. Başqa cür desək, Qurban Qurbanov Sənan Qurbanovu sevindirmişdi deyə, “Qəbələ”nin baş məşqçisi “Qarabağ”dakı həmsoyadının üzünü güldürməliydi. Əslində heç-heçə də ağdamlıları razı salacaqdı.
İlk yarı haqda ağızdolusu danışmaq çətindi. Bölgə təmsilçisinin Bakıya 1 xal dalınca gəldiyini matçın əvvəlindən görmək çətin deyildi. Əsas diqqəti müdafiəyə ayıran “qırmızı-qaralar” bəxtini əks-hücumlarda sınamaq niyyətindəydi. Lakin komandalardan heç biri rəqibin cərimə meydançasında əlverişli qol imkanı yarada bilmirdi. Meydan sahibləri topa nəzarət edib qonaqların cərimə meydançasına qədər yaxınlaşsalar da, ciddi mənada heç nə ilə yadda qalmırdılar. Qəbələlilərin əks-hücumları isə tələskənlik ucbatından başlamamış bitirdi. Belə olmasında xətlərarası əlaqənin istənilən səviyyədə olmaması da əsas rol oynayırdı. Odu ki, 45 dəqiqə ərzində vur-tut iki təhlükəli vəziyyət izləmək imkanımız oldu. Birincidə Sansonenin baş zərbəsi cüzi fərqlə qapının yanından keçdisə, növbəti epizodda İlqarın aşırma vuruşu hədəfə düşmədi. Namiqlə Qoranın uzaqdan fərqlənmək istəyinə isə topun hədəfdən yan keçməsi imkan vermədi.
İkinci yarı olduqca sürətli başladı. “Ağ-qaralar” təzyiqi artırmışdı, “Qəbələ”lilər rəqibə qol imkanı verməmək üçün sərt, bəzən də kobud oyunla yadda qalırdılar. Fasilədən dərhal sonra Ürfanın Bezotosnıya ötürmə zamanı yol verdiyi kobud səhv az qala qolla nəticələnəcəkdi. Yaxşı ki, Rasim vaxtında araya girdi. 51-ci dəqiqədə Sansonenin uzaqdan vurduğu topu Dmitri çətinliklə dəf etdi. Artıq qolun “iyi gəlirdi”. Bunu görmək üçün isə çox gözləmək lazım gəlmədi. Mboc təxminən 25 metrdən qapıçının sayıqlığını yoxlamaq qərarına gəldi və vurduğu top Aminin başına dəyib Bezotosnını çaşdırınca hesab açıldı. Hesabın açılmasına baxmayaraq, üstün tərəf yenə “Neftçi” idi. 58-ci dəqiqədə Namiqin, 5 dəqiqə sonra Platellasın zərbələrinə qonaqların ukraynalı qapıçısı reaksiya verə bildi. 69-cu dəqiqədə isə Mirabdullanın qüvvətli zərbə endirdiyi top cüzi fərqlə qapının yanından keçdi. Antonu meydana buraxmaqla müdafiəni gücləndirmək haqda düşünən Bordin əvəzetmədən dərhal sonra buraxılan qola üzüldü. Asifin qapı qarşısına ötürməsi zamanı Ömərlə Səlahət bir-birini anlamadı ki, araya girən Stiven 1-ləri qoşalaşdırdı. Oyunun qalan bölümü yetərincə maraqlı alındı. Lakin böyük qüvvə ilə irəli atılan bakılılar Qəbələdən gələnləri məyus edə bilmədi.
HƏBİB

Gözdən qaçmadı
* Görünür, 3 il əvvəlki 0:8 hələ uzun illər xatırlanacaq. “Qəbələ”nin “Neftçi” üzərindəki həmin qələbəsini yada salan qonaq azarkeşlər ilk hissənin gedişində məşhur qafiyəni - “1, 2, 3, 4, 5, 6, 7, 8”i səsləndirdilər.
* Fasilədə Ruslan Abışov rəqib komandanın yerli futbolçuları ilə bir-bir əli sıxıb görüşdü, bəzilərini bağrına basdı.
* Matçın sonlarına yaxın olduqca çılğın görünən Roberto Bordin hər imkanda hakimin qərarlarına etiraz edirdi. Komandası qapısında qol görəndən sonra gödəkçəsini çıxarmaqla yadda qaldısa, son saniyələrdə futbolçulardan birinin çağırışına məhəl qoymadığını görüb əlindəki plastik su qabını yerə çırpdı.
* “Neftçi” hesabı açdığı anda Mboc topa uzaqdan qüvvətli zərbə endirsə də, “dəri kürə” Aminin başına dəyib Bezotosnını çaşdırdı. Yekunda qol oldu. Maraqlıdı ki, protokolda qol Mamadunun ayağına yazılıb.
* Mətbuat konfransında bəndənizin hakimliklə bağlı Bordinə verdiyi suala cavab gəlmədi. Buna səbəb klub rəsmisi Rüstəm Allahverdiyevin müdaxiləsi idi. Klubun cərimələnməsindən ehtiyatlanan Allahverdiyev baş məşqçini qabaqlayıb “hakimlikdən danışmırıq” dedi.

Reaksiyalar
Sənan Qurbanov: “Neftçi”nin gücünü nəzərə alsaq, gərgin, mübarizəli oyun gözləyirdik. Çünki çempionatın liderinə qarşı oynayırdıq. İlk hissədə top itkilərimiz oldu. Çalışdıq ki, ikinci hissədə oyunun kəsərini artıraq. Xarakter göstərdik, futbolçularımızın sonadək vuruşmaları məni hədsiz sevindirdi. Onları qazanılan 1 xal münasibətilə təbrik edirəm. Həm kubokda, həm də çempionatda çıxışımızı davam etdiririk. Hər iki turnirdə sona qədər mübarizə aparmağa çalışacağıq. Futbolçularımız üçün "Səbail"lə matçdan sonra hazırlıq vaxtı az idi. Sevinirəm ki, bərpa dövrünü yaxşı keçə bildik. İlk hissədən sonra Elvinin əvəzlənməsinə gəlincə, kiçik zədəsi oldu. Qorxduq ki, daha ağır fəsadları olar. Elvin əsas heyət üzvlərimizdəndi, meydanda böyük iş görür. Onu əvəzləyən Lilay da yaxşı təsir bağışladı. Əsas yığmaya “Qəbələ”dən heç kimin çağrılmaması? Əlbəttə, bu bizi təəccübləndirdi. Ola bilər ki, millinin baş məşqçisi Xorvatiya ilə oyun modeli üçün lazım bildiyi futbolçuları dəvət edib. Bütün futbolçularımı miliyə layiq görürəm. Bəhlul Mustafazadənin dəvət alacağını gözləyirdim. Rauf Əliyev də bugünkü oyunu ilə milliyə layiq olduğunu sübut etdi. İnanıram ki, futbolçularımız növbəti oyunlara dəvət alacaq. Voislav Stankoviç artıq fərdi məşqlərə başlayıb. Bu fasilədə tam bərpa olunaraq komandaya qoşulaşacaq. Hələ ki həkim nəzarətindədi”.
Roberto Bordin: “Bu gün bizə lazım olan nəticəni qazana bilmədik. "Qarabağ"la xallarımız bərabərləşdi. İlk dəqiqələrdən komandama hücum futbolu oynamağı tapşırmışdım. Bu, bizdə yaxşı alınırdı. Rəqib isə müdafiə olunaraq oyunu əks-hücumlarda qurmuşdu. İlk hissədə bir neçə təhlüəli vəziyyətimiz oldu, ancaq şansları dəyərləndirə bilmədik. İkinci hissədə qol istəyimizə çatdıq. Qol buraxdıqdan sonra da hücumlarımızı davam etdirdik. Buraxdığımız qolda Səlahət Ağayevlə Ömər Buludov arasında anlaşılmazlıq oldu. Komandam yaxşı oynadı, razı qaldım. Təhlükəli vəziyyətlərdə bəxtimiz gətirsəydi, nəticə başqa cür ola bilərdi. Bu gün 1 xal qazansaq da, bununla futbol bitmir. Qarşıda hələ çox oyun var. Əlbəttə, Mirabdulla ilə Canlukanın eyni anda meydanda olmasını istərdim. Lakin əvəzetməni erkən reallaşdırmağa məcbur idim. Sansone yorulmuşdu, enerjisi bitmək üzrə idi. Qapıya zərbələr zamanı bunu hiss edirdim. Həm də ayağında ağrılar vardı. Buna görə məcburiyyətdən onu dəyişməli oldum. Müdafiə xəttindəki ardıcıl səhvlər? Futbolda belə anlaşımazlıqlar olur. Bilsəydim ki, bu səhvdi, üzərində işləyərəm. Ani olan epizoddu. Bir epizoda görə futbolçuların zəhmətinin üstündən xətt çəkmək olmaz. Səlahətin etdiyini səhv saymıram. Sadəcə, Ömərlə aralarında anlaşılmazlıq oldu. “Qarabağ”la xallarımızın bərabər olması hər iki komandanın ziyanınadı. Deməzdim ki, daxili ab-havaya pis təsir edəcək. Növbəti oyunlara da yalnız qələbə üçün çıxacağıq. İndi "Qarabağ"la xallarımız bərabər olsa da, ilk pillədə yenə bizik”.
Rauf Əliyev: “Açığı, çempionluğa oynayan “Neftçi”dən bir xal almaq yaxşı nəticədi. Həm də o mənada ki, “Səbail”ə daha da yaxınlaşdıq. Artıq arada 2 xal var. Ona görə də bu nəticəni qənaətbəxş sayıram. Bu gün daha çox əks-hücumda oynayırdıq. Ona görə də son dəqiqələrdə yorğunluq özünü göstərdi. Həmin vaxt daha dəqiq oynasaydıq, “Neftçi”ni əks-hücumlarda yaxalaya bilərdik. Ümumilikdə nəticənin ədalətli olduğunu hesab edirəm. Bu gün nə “Neftçi”yə, nə də “Qarabağ”a kömək etmək fikrimiz var. Biz öz oyunumuzu sərgiləyirik. Bu gün çıxıb xalımızı aldıq. Əsas məqsədimiz “Səbail”i keçməkdi… Bu elə məsələdi ki, heç kim bir söz deyə bilmir. Baş məşqçi Nikola Yurçeviç belə qərar verib. Yəqin ki, “Qəbələ”dən heç kim onu qane etməyib. Əlbəttə, “Qəbələ”də yığma səviyyəsində çoxlu oyunçu var. Ola bilsin, gələcəkdə bizim klubun futbolçuları da yığmada yer alacaq”.
Mamadu Mboc: “Qalib gəlmək istəyirdik, nəticə bizi qane etmədi. Əlimizdən gələn hər şeyi etdik ki, qələbə qazanaq. Amma alınmadı. Allah istədi ki, heç-heçə olsun. Səhvlərimizdən nəticə çıxarmalıyıq. Qol vurduğuma görə sevinirəm, amma bizə qələbə gətirsəydi, daha çox sevinərdim… Sabitliyin olmaması, sadəcə o deməkdi ki, Azərbaycan çempionatı güclü turnirdi və hər kəs bir-birindən xal ala bilər… Litvada ilk mövsümdə 6 dəfə fərqlənmişdim. Bura isə qol vurmaq üçün gəlməmişəm. Qol vururamsa, deməli, qismətimdə var. Əsas vəzifəm isə komandamın qol buraxmamasına yardım etməkdi. Uyğunlaşma prosesi mənim üçün çox asan oldu. Çünki bütün komanda, eləcə də məşqçi və texniki heyət əlindən gələn hər şeyi etdi ki, mən qısa zamanda komandaya uyğunlaşım. Biz bütün oyunlara qələbə qazanmaq üçün çıxacağıq. Amma qismət olsa ki, hər şey son turda həll olunmalıdı, elə də olacaq”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar