17 mar 14:03liqa, reportaj

“Qarabağ” penalti qolu ilə sevindi

“Qarabağ” penalti qolu ilə sevindi
Aqolli azarkeşlərlə vidalaşdı
83. Səbail – Qarabağ (Ağdam) 1:2 (1:1)
1. Aleksandr Rıbka - 5,5
13. Şəhriyar Rəhimov - 5,5
32. Elvin Yunuszadə - 5,5
33. Tome Kitanovski - 4,5
99. Maudo Jarjue - 5,0
14. Rahid Əmirquliyev (k) - 5,0
10. Ağabala Ramazanov - 6,0
(11. Ruslan Qurbanov, 74) - 4,0
8. Yevgeni Koçuk - 5,0
27. Emil Martinov - 5,0
( 5. Vüqar Bəybalayev, 73) - 4,5
28. Kevin Kubemba - 5,5
( 9. İmanol İriberri, 86) - qiymətsiz
7. Fəhmin Muradbəyli - 5,5
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
3. Tamazi Tsetsxladze
4. Enrike Perilyo
18. Aqşin Qurbanlı
20. Eltun Yaqublu
21. Oke Akpoveta
26. Kamal Qurbanov
77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Ağabala Ramazanov

13. Vaqner da Silva – 5,5
77. Vild-Donald Gerye – 5,0
4. Rahil Məmmədov – 5,0
55. Bədavi Hüseynov – 5,0
5. Maksim Medvedev (k) – 5,5
6. Simeon Slavçev - 5,5
20. Riçard Almeyda – 5,5
11. Mahir Mədətov – 5,5
19. Filip Ozobiç – 5,5
(9. Araz Abdullayev, 71) - 5,0
10. Dani Kintana – 6,5
17. Abdulla Zubir – 5,0
(8. Miçel, 79) - qiymətsiz
Ehtiyat oyunçular
1. Hannes Halldorsson
12. Şahruddin Məhəmmədəliyev
2. Qara Qarayev
14. Rəşad Sadıqov
18. İsmayıl İbrahimli
21. Hacıağa Hacılı
25. Ansi Aqolli
30. Abbas Hüseynov
52. Yakub Jezniçak
99. Reynaldo
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Dani Kintana
Qollar: D.Kintana, 34 (0:1). A.Ramazanov, 42 (1:1, E.Yunuszadə). R.Almeyda, 77-p. (1:2).
Vərəqələr: T.Kitanovski, 31 (qeyri-idman hərəkəti). Y.Koçuk, 40 (hakimi aldatmağa cəhd). V-D.Gerye, 59 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Akif Əmirəli, Namiq Hüseynov, Rəhim Həsənov (hamısı Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Nihad Məmmədov (Bakı).
15 mart. Bakı. Bayıl Arena. 800 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,5.
Ötən turda xal itkisinə məruz qalaraq şərikli liderlikdən məhrum olan “Qarabağ” ən yaxın izləyicisi “Səbail”lə görüşə maksimum nəticə üçün yollanmışdı. Çünki növbəti xal itkisi ağdamlıları çempionluq mübarizəsindən daha da geri sala, 4-cü dövrəyə əlverişsiz şərtlərlə başlamağa vadar edə bilərdi. Əslində “Səbail” “Qarabağ” üçün uyğun rəqib sayılırdı. Texniki nəticənin qeydə alındığı son matç istisna olmaqla, Qurban Qurbanovun komandası bütün oyunlarda qələbə qazanmışdı. Üstəlik, “Səbail” bu görüşlərdə qol da vura bilməmişdi. Ümumiyyətlə, Aftandil Hacıyevin komandası son turlarda inamsız çıxışı ilə diqqəti çəkirdi. Bayıl təmsilçisi 18-ci turda “Sumqayıt”ı yenə bilməmiş, ötən həftə isə “Qəbələ”yə uduzmuşdu. Növbəti yenilgi 3-cü yerin əldən çıxması ilə nəticələnə bilərdi. Odu ki, meydan sahibləri Ağdam təmsilçisindən xal almağa köklənmişdi.
İlk təhlükəli hücumu "Qarabağ" təşkil etdi. 12-ci dəqiqədə qısa ötürmələrlə rəqibin cərimə meydançasına yaxınlaşan qonaqları Ozobiç hesabda önə keçirməyə borclu idi. Ancaq xorvat yarımmüdafiəçi əlverişli mövqedən topu tirin üstündən çölə vurdu.
"Səbail"in cavabı daha təhlükəli alındı. Əks-hücumdan sonra Kubembanın sağ cinahdan ötürməsinə özünü yetirən Fəhmin dirəyi nişan aldı. 29-cu dəqiqədə əla əks-hücum təşkil edən "Səbail" hesabı aça bilərdi. Ağabala ilə Kubembanın meydanın rəqibə aid hissəsinə daşıdığı topu Koçuk Fəhminin önünə atdı. Di gəl ki, Vaqner sonuncunun vuruşunu zərərsizləşdirməyi bacardı.
"Qarabağ" 34-cü dəqiqədə standart vəziyyətdən hesabı açdı. Kintana özünə qarşı qayda pozuntusuna görə hakimin təyin etdiyi cərimə zərbəsindən, 25 metrlik məsafədən mükəmməl qola imza atdı. İki dəqiqə sonra fərqi artırmaq olardı. Ancaq Kintananın ara ötürməsi ilə cərimə meydançasına daxil olan Ozobiçin uzaq küncə ünvanladığı topu Rıbka əla seyvlə "çərçivə"dən uzaqlaşdırdı. Ruhdan düşməyən "Səbail" dərhal tarazlığı bərpa edə bilərdi. Vaqrer Şəhriyarın sevinməsinə imkan vermədi. Ancaq aqressiv futbol sərgiləyən "Səbail" fasiləyə qədər bərabərlik qolunu vurdu. Həm də "Qarabağ"ı "sapı özündən olan baltalar" cəzalandırdı. Elvin Yunuszadə müdafiədən ideal uzun ötürmə ilə Ağabalanı qapıçı ilə təkbətək çıxardı. Bu epizodda Gerye ofsaydı pozurdu. Beləliklə, Ramazanov Vaqnerlə dueldən qalib ayrılaraq hesabı bərabərləşdirdi.
İkinci hissəyə "Qarabağ" fəal başlasa da, meydan sahibləri də boş dayanmırdı. Hətta 51-ci dəqiqədə "dənizçilər" hesabda önə də keçə bilərdi. Rahid bir qədər cəld davransaydı. Kapitan əlverişli mövqedən zərbə vurmağa yubandı və beləliklə, arxadan özünü yetirən Riçard topu “oğurlayıb” təhlükəni sovuşdurdu. 60-cı dəqiqədə Zubir rəqibin cərimə meydançasıda özünəməxsus fintlə müdafiəçidən yayınıb zərbə endirsə də, Rıbka sinəsini topa sipər edib qolu əngəllədi. 77-ci dəqiqədə "Qarabağ" yenə standart vəziyyətdən hesabı xeyrinə dəyişdi. Kintana cərimə meydançasına daxil olandan sonra topu mərkəzə ünvanlamaq istədi ki, Yunuszadə yıxılaraq zərbənin qarşısını almağa çalışdı. Əliyar Ağayev onun topa əllə müdaxilə etdiyini düşünüb şübhəli penalti təyin etdi. Almeyda bu fürsətdən maksimum yararlandı. "Qarabağ" matçın sonlarında fərqi artırmaq üçün azı 3 real imkan da əldə etdi. Əvvəlcə əks-hücum zamanı meydan sahiblərini azlıqda yaxalayan çempionun heyətində Mahir Rıbka ilə mübarizədən məğlub ayrıldı. Əlavə olunmuş ilk dəqiqədə isə ukraynalı ardıcıl iki zərbə zamanı xilaskar rolu oynadı. O, əvvəlcə Geryenin zərbəsini dəf etdi, havalanan topu Mahir başla tora atmaq istəsə də, təcrübəli qolkiper yenə keçilməz oldu. Beləliklə, Qurban Qurbanovun komandası çətin səfər qələbəsinə sevindi.
MİRAĞA

Reaksiyalar
Qurban Qurbanov: "Vacib 3 xal qazandıq. Futbolçularımız çox əziyyət çəkdilər. Sonadək ən yaxşısını etməyə çalışdılar. Aftandil Hacıyevi təbrik etmək istəyirəm. Komandası qış fasiləsindən sonra bütün oyunları yüksək səviyyədə keçirib. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm. Səhvsiz mümkün deyil. Tək Bədavi səhv etmədi. “Səbail”in oyunu da buna hesablanmışdı ki, mərkəzdəki səhvlərdən sonra kəskin hücum qursunlar. Futbol o yerə çatıb ki, hər bir komanda rəqibi səhvə vadar etməklə məşğuldu. Ancaq ümumilikdə futbolçulardan razı qaldı. Ansi Aqollinin bu gün bizimlə vidalaşmasına gəlincə, elə adam yoxdu ki, onun xətrini istəməsin. Ansi ən yaxşısına layiqdi. Bəlkə də onu komandadan buraxmaq bizim əleyhimizədi. Ancaq ailəsi ABŞ-da yaşayır və belə bir şans düşüb əlinə. O, 9 ildi bizimlədi və çox nadir hallarda meydanda olmayıb. Ona uğurlar arzulayıram. Ansi əsl “Qarabağ”lıdı".
Aftandil Hacıyev: "Hesab edirəm ki, azarkeşlər maraqlı futbol izlədi. Bol hücumlar gördük. Komandaları müqayisə etdikdə, “Qarabağ” bizdən daha təcrübəli, ustalıq səviyyəsi daha yüksək olan ifaçılara sahibdi. Ancaq uşaqlar bacardıqları qədər mübarizə apardılar. Bəzi hücumlarımızda dəqiqlik çatmadı. Bunun üzərində daha çox dayanmalı olacağıq. Rəqibi təbrik edirəm. Futbolçularıma da təşəkkür etdim. Bir xala layiq idik. Bəzi epizodlarda qol vurub hesabda önə keçə bilərdik. Bu baş versəydi, sistemdə dəyişiklik edəcəkdik. Rəqibin fərdi ustalıq səviyyəsi deyərkən, məsələn, Daninin cərimə zərbəsindən vurduğu qolu qeyd edə bilərəm. O nöqtədən ancaq usta futbolçular qol vura bilər. Komandaya tapşırmamışdıq ki, ikinci hissədə müdafiəyə otursunlar. Heç kimə hesabı qorumaq tapşırığı verilməmişdi. Əlbəttə, məğlubiyyət yaxşı hal deyil. Qəbələdə də qol epizodlarımız oldu, bu gün də. Düşünmürəm ki, bu məğlubiyyətlər komandamıza mənfi təsir göstərsin. Növbəti oyunlara hazırlaşacağıq. Penalti epizodu barədə nəsə demək çətindi. Dayandığım yerdən görünmürdü. Elvindən soruşdum, dedi ki, top yaxın məsafədən əlimə dəydi. Ancaq bütün hallarda “Qarabağ” layiqli qələbə qazandı. Maykl Essyenə gəlincə, onun kimi dünya şöhrətli futbolçu təklifimizə isti yanaşıbsa, bizim üçün böyük uğurdu. Danışıqlar müsbət nəticələnsə, bu, futbolumuz üçün də böyük uğur olar. Məşq edir, futbolu bitirdiyini də elan etməyib. Masa arxasına keçib danışıqlar aparacağıq. Essyeni almaqda məqsəd avrokuboklara hesablanıb? Bu gün avrokuboklardan danışmaq tezdi. Bu məqsədlə də onu sıralarımıza qatmaq istəmirik. O, ulduzdu, bu da azarkeş sayının artmasına fayda verə bilər".

Gözdən qaçmadı
* Oyunu izləyənlər arasında “Səbail”ə keçəcəyi gözlənilən ulduz futbolçu Maykl Essyen də var idi. Qanalı VİP-lojada AFFA-nın baş katibi Elxan Məmmədovla yanaşı əyləşmişdi.
* "Səbail" fanatlarının Essyenə plakatla müraciət ünvanlayaraq klubla müqavilə bağlamasını istəmələri diqqətdən yayınmadı: "Essien, please, come to “Sabail".
* "Qarabağ"ın futbolçusu kimi sonuncu oyununu keçirən Ansi Aqolliyə oyundan əvvəl üzərində "317" yazılmış forma təqdim olundu. Ağdam klubunda keçirdiyi oyun sayını özündə ehtiva edən formanı alban müdafiəçiyə Rəşad Sadıqov verdi. "İmarət"in üzvləri Ansiyə görə üzərində "Hər şeyə görə sağ ol, qaqa" yazılmış plakat asmışdı.
* İkinci qoldan sonra "Qarabağ"ın bütün üzvləri ehtiyat oyunçular skamyasına tərəf qaçıb qol sevincini Aqolli ilə paylaşdılar. Oyundan sonra isə Ansi azarkeşlərlə xüsusi şəkildə vidalaşdı.
* Komandalar meydana çıxandan sonra Elvin Yunuszadə "Qarabağ"ın ehtiyat oyunçular skamyasına yaxınlaşıb Qurban Qurbanov və sabiq komanda yoldaşları ilə bir-bir görüşdü.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar