17 mar 13:54liqa

Zirvədə ikihakimiyyətlik yarandı

Zirvədə ikihakimiyyətlik yarandı
Dünən keçirilən 4 oyunla premyer-liqada 3-cü dövrəyə son qoyuldu. Millinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə martın 21-də üz-üzə gələciyini nəzərə alan PFL yığmanıın qarşıdakı matça daha yaxşı hazırlaşması üçün bütün oyunları bir gündə keçirib, milli üzvlərinə əlavə 24 saat qazandırmağı lazım bilmişdi. Hesabat turunun ilk oyununda qış fasiləsindən sonra uğursuz çıxışla yadda qalan Sabah”la Sumqayıt” üz-üzə gəlirdi. Masazırda keçirilən qarşılaşmada meydan sahiblərı təxminən 1 saat azlıqda mübarizə aparmasına baxmayaraq, sonda hesabına 1 xal yazdırmağı bacardı. Oyunu texniki zonadan kənarda izləmək məcburiyyətində qalan Ayxan Abbasov dövrənin bəzi oyunlarında hakim səhvləri üzündən xal itirdiklərini deyə bilər. Ancaq “Əlincə Arena”dakı matçda 38 yaşlı mütəxəssis 3 xal qazana bilmədiklərinə görə məşqçilər korpusunu və futbolçularını qınamalıdı. Samir Abasovun baş məşqçisi olduğu “Zirə” isə qışdan sonra sərgilədiyi oyunla azarkeşlərini sevindirib, rəqibləri məyus etməkdə davam edir. Ötən tur son illərin dəyişməz çempionu “Qarabağ”la qolsuz “sülh”ə razılaşan “qartallar” “Keşlə”ni 2 dəfə meydanın mərkəzinə dəvət etməklə fasilə ərəfəsində hesabına növbəti 3 xalı əlavə etdi. Bununla da Bakıətrafı qəsəbə təmsilçisi 5-ci pillədə qərarlaşan “Sabah”la xallarını bərabərləşdirdi. Halbuki komanda qış fasiləsinə sonuncu pillədə yollanmışdı.
Və, nəhayət, liderlərin qarşılaşmaları barədə danışaq. “Qarabağ” “Səbail”lə görüşdə növbəti xal itkisinə yaxın olsa da, sürprizə imkan vermədi. “Köhlən atlar” oyunun sonuna 13 dəqiqə qalmış penaltidən olsa da, komandaya 3 xal gətirəcək qolu vurmağı bacardı. Hesabat turunun son görüşü isə “Bakcell Arena”da keçirildi. Meydan sahibi olan “Neftçi” qələbə qazanıb sonuncu dövrə ərəfəsində əsas rəqibi “Qarabağ”la aradakı xal fərqini qorumağı hədəfləmişdisə, “Qəbələ” də bu yay Avroliqaya yollanan “4-lük”də yer almaq üçün paytaxtda ən azı uduzmamağı qarşısına məqsəd qoymuşdu. 90 dəqiqənin tamamında hər iki komanda 1 xal qazansa da, bu matçı qonaqların adına yazmaq mümkündü. “Qarabağ”ın qələbə qazandığı turda”ağ-qaralar”ın önəmli iki xal itirməsi turnir cədvəlində də əksini tapdı. 3-cü dövrədən sonra həm “Neftçi”, həm də “Qarabağ” hərəyə 45 xal toplamaqla “taxt-tac”a şərikdilər. Sadəcə, öz aralarındakı oyunların nəticələrinə görə Roberto Bordinin komandası Qurban Qurbanovun yetirmələrindən bir addım öndədi. 21-ci turda xal itirən “Səbail” “Qəbələ”nin ona yaxınlaşmasına imkan verdi. Artıq şimallıları 3-cü pillədən 2 xal ayırır. Böyük ehtimalla 4-cü dövrədə “Keşlə” ilə “Sumqayıt” sonuncu olmamaq üçün öz aralarında müvbarizə aparacaq. Hazırda bakılılar 3-cü dövrədə bir qələbə belə qazana bilməyən “kimyaçılar”ı 2 xal qabaqlayır.
Topaz premyer-liqası
3-cü dövrə, 21-ci tur
15 mart
Sabah – Sumqayıt 1:1
Zirə - Keşlə 2:0
Səbail – Qarabağ 1:2
Neftçi – Qəbələ 1:1
1. Neftçi 21 13 6 2 36-15 45
2. Qarabağ 21 13 6 2 41-18 45
3. Səbail 21 9 4 8 24-21 31
4. Qəbələ 21 7 8 6 24-23 29
5. Sabah 21 6 4 11 16-30 22
6. Zirə 21 5 7 9 18-28 22
7. Keşlə 21 5 4 12 21-32 19
8. Sumqayıt 21 4 5 12 16-28 17
Bombardirlər: Baqali Dabo (Neftçi) – 9, Ceyms Adeniyi (Qəbələ) – 8, Mahir Mədətov (Qarabağ), Marko Deviç (Sabah) – 7.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 4-cü turda “Zirə”yə, 8-ci turda isə “Qarabağ”a texniki məğlubiyyət (0:3) verlib.
Növbəti turun oyunları: 30 mart – Zirə - Səbail, Keşlə - Neftçi; 1 aprel – Sumqayıt – Qarabağ, Qəbələ - Sabah.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar