14 mar 22:53liqa

“Bakcell Arena”da yalnız qələbə üçün döyüşəcəklər

“Bakcell Arena”da yalnız qələbə üçün döyüşəcəklər
“Neftçi” 80 illikdəki 8:0-ı unuda bilməz
Sabah premyer-liqanın 3-cü dövrəsinin son turunun oyunları baş tutacaq. Bundan sonra yığmalara görə çempionatda təxminən 15 günlük fasilə yaranacaq. Əslində 21-ci turun qarşılaşmaları daha öncədən martın 15-i və 16-na planlaşdırılmışdı. Ancaq millinin Xorvatiya ilə səfər matçına daha yaxşı hazırlaşması üçün bütün görüşlər eyni günə salındı. Sabahkı qarşılaşmaların, demək olar, hamısının əhəmiyyəti böyükdü. Eyni xala malik olan “Zirə” ilə “Keşlə”nin, 3-cü dövrənin uğursuzları “Sabah”la “Sumqayıt”ın, hazırda “üçlük”də qərarlaşan “Səbail”lə “Qarabağ”ın duelləri bunu deməyə əsas verir. Lakin daha çox maraq doğuran, prinsipiallığı ilə seçilən oyun “Bakcell Arena”da gerçəkləşəcək. Saat 19.00-dan etibarən “Neftçi” ilə “Qəbələ” “ölüm-qalım savaşı”na çıxacaq. Turda belə bir qarşılaşma varsa, onun üzərindən elə-belə keçmək, diqqət ayırmamaq doğru olmaz.
Bir-birini sevməyən rəqiblər
Əlbəttə, yüksək yerlər uğrunda mübarizə aparan komandaların bir-birinə xoş münasibət göstərməməsi normal haldı. Söhbət təkcə bu mövsümdən getmir. Tərəflərin əsas prinsipial oyunları kubok çərçivəsində baş tutub. İstər finalda, istərsə də bir neçə dəfə yarımfinalda yolları kəsişib. Həmin qarşılaşmalarda yaşananlar isə komandaları barışmaz rəqibə çevirib. Elə ötən mövsüm kubokun yarımfinalında baş tutan matçları yada salaq. “Neftçi” səfərdə qalib gəlsə də (2:1), evdə 1:3 hesabı ilə məğlub olub, həlledici görüşə vəsiqə qazana bilmədi. Sözügedən oyunların necə gərgin və aqressiv keçdiyi çoxlarının yadındadı. Bu komandalar arasında yaşananları xatırlayırıqsa, 2016-cı il sentyabrın 10-da qeydə alınan hesabı yaddan çıxarmayaq. Belə ki, “Əlincə Arena”da baş tutan qarşılaşmada Roman Qriqorçukun rəhbərlik etdiyi komanda “ağ-qaralar”ın “daşını daş üstə qoymamışdı” – 8:0. Bu, “Qəbələ”nin ən böyükhesablı qələbəsi, “Neftçi”nin isə premyer-liqa çərçivəsində ən ağır yenilgisi idi. Bölgə təmsilçisinin o dönəmdə çətin günlər yaşayan “ağ-qaralar”a rəhm etməməsi tərəfləri barışmaz rəqibə çevirdi. Axı “Qəbələ” bununla da ölkənin ən köklü klubunun tarixinə heç də xoş olmayan səhifə əlavə etmiş oldu. Odu ki, “ağ-qaralar” hər zaman bu rəqiblə duellərə xüsusi yanaşır. Ötən yay Baqali Dabonun transferində yaşananlar isə onsuz da isti olmayan münasibətləri bir qədər də gərginləşdirdi.
Bayıldan gələcək xəbərin təsiri
Hər iki komandanın qələbə üçün əlindən gələni edəcəyi şübhə doğurmur. “Ağ-qaralar”ın hədəfi ilk pillədə yerini möhkəmlətməkdisə, “qırmızı-qaralar” “üçlüy”ə daxil olmaq istəyir. Məsələ burasındadı ki, “Neftçi” – “Qəbələ” görüşü başlayana qədər “Bayıl Arena”da gerçəkləşəcək “Səbail” – “Qarabağ” matçı bitmiş olacaq. “Köhlən atlar” xal itirsə və ya uduzsa, Roberto Bordinin komandasının qələbə istəyi birəbeş artacaq. Çünki belədə 3 xal flaqmanın əsas rəqibindən bir qədər də aralanmasına şərait yaradacaq, çempionluq yolunda böyük üstünlük qazandıracaq. Əslində ağdamlılar qələbə qazansa belə, yenə də “Neftçi” var gücünü ortaya qoyacaq. “Qarabağ”ın qalib gəlməsi xalların eyniləşməsi deməkdi və paytaxt klubu yenidən 2 xallıq məsafə yaratmaq istəyəcək. “Qəbələ”nin isə “Səbail”in məğlubiyyətini arzuladığı şübhə doğurmur. Bölgə təmsilçisinin “üçlüy”ə daxil olmaq arzusu təkcə özündən asılı deyil. Bunun üçün “dənizçilər” uduzmalı, “qırmızı-qaralar” isə qalib gəlməlidi. Hər nə qədər inandırıcı görünməsə belə, “Səbail” 3 xalı hesabına yazarsa, bu dəfə “Qəbələ” qarabaqara izlədiyi rəqibindən çox da aralanmamaq üçün döyüşəcək. Bütün bunlar o anlama gəlir ki, “Qarabağ”ın uğursuzluğu “Neftçi”yə, “Səbail”in məğlub olması isə “Qəbələ”yə əlavə motivasiya verəcək.
Psixoloji durum və itkilər
Düzdü, “Bayıl Arena”dakı matçın nəticəsi psixoloji cəhətdən komandalara təsir edəcək. Lakin tərəflərin hər ikisinin qarşıdakı duelə yüksək-əhval ruhiyyədə hazırlaşdığını söyləmək olar. Belə ki, həm “Neftçi”, həm də “Qəbələ” ötən tur önəmli qələbə qazandı. “Ağ-qaralar” “Sumqayıt”la oyunda cari mövsümdə ilk dəfə geridönüş etməyi bacardı. Həmin turda “Qarabağ”ın xal itirməsi fonunda flaqman vahid liderə çevrildi. Bu üzdən Bordinin yetirmələri uğurun davamını gətirməyə köklənib. “Qəbələ” isə özündən bir pillə yuxarıda olan “Səbail”i məğlub etməyi bacardı. Hətta bunu “6 xallıq qələbə” də adlandırmaq olar. Çünki Sənan Qurbanovun komandası “bir güllə ilə iki dovşan vurdu”: həm “dənizçilər”i saxladı, həm də onunla aradakı məsafəni azaltdı. Deməli, prinsipial qarşılaşmada üz-üzə gələcək tərəflər bu oyuna xoş ab-havada hazırlaşır. Təbii ki, heyətdəki problemləri nəzərə almasaq. Bu baxımdan “Neftçi”nin itkisi daha ciddidi. Baqali Dabo sarı vərəqə limitini doldurduğuna görə sabiq komandası ilə oyunu buraxır. Sözsüz, flaqmanı, eləcə də Bordini bombardirin yoxluğu narahat edir. Hər nə qədər “ağ-qaralar”ın yarımmüdafiə və hücum xəttində oyunçu sayı çox olsa belə. Bu rəqiblərin cari mövsümdəki ilk duelində də Dabo fərqlənmişdi. Hazırda fərdi məşqlər edən Rəhman Hacıyevin yoxluğunu qabartmaq bir o qədər də düzgün deyil. Onsuz da yarımmüdafiəçi “Neftçi”də əsas heyət üzvü sayılmır. “Qəbələ”dən isə Bəhlul Mustafazadə ötən oyunda qırmızı vərəqə aldı. Voislav Stankoviçin zədəli olduğunu nəzərə alanda, Sənan bəyin Bəhlula göstərilən “qırmızı”dan kəskin narazılığını anlamaq olar. Ancaq Stankoviçin “ağ-qaralar”la duelə qədər sıraya dönmək ehtimalı da var. Bu reallaşmasa, bölgə təmsilçisinin arxa xətdə posblem yaşayacağı birmənalıdı.
Bayramovun 5-ci cəhdi
Bu mövsüm öz aralarındakı oyunlarda rəqiblərin hərəyə bir qələbəsi var. 2-ci turda “Neftçi” (2:1), 8-ci turda isə “Qəbələ” (3:1) öz meydanında qalib gəlib. Maraqlıdı ki, hər iki qarşılaşmanı Rəhim Həsənov idarə edib. O, Qəbələdəki görüşə meydan sahiblərinin heyətində Təmkin Xəlilzadəni ikinci “sarı”dan sonra meydandan qovmuşdu. Hakimlər Komitəsinin sədri Frits Stuxlik budəfəki oyunu Səbuhi Bayramova həvalə edib. Premyer-liqa təcrübəsi az olan referinin matçın yükünü daşıya bilib-bilməyəcəyini zaman göstərəcək. İnanaq ki, prinsipial qarşılaşmaya hakim idarəçiliyi kölgə salmayacaq. Bayramov cari “futbol ili”ndə 4 çempionat matçında iş başında olub. Bu qarşılaşmalardan birində meydan sahibləri, birində qonaqlar qalib gəlib, 2 görüş heç-heçə bitib. Bu referi həm “Qəbələ”nin, həm də “Neftçi”nin 1 oyununda görünüb. Bayramovun idarə etdiyi matçda “qırmızı-qaralar” “Sabah”ı məğlub edibsə (1:0), “Neftçi” “Zirə”nin müqavimətini qıra bilməyib (0:0). Ümumilikdə meydan sahiblərinə 11, qonaqlara 6 sarı vərəqə göstərib, penalti təyin etməyib. Yeganə “qırmızı”nı isə məhz “Qəbələ” ilə oyunda Marko Deviçə göstərib.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:28 Eltac “sülh”lə başladı Bu gün, 13:27 Büdrəməyən iki komanda var Bu gün, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş Bu gün, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı Bu gün, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi Bu gün, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu Bu gün, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya Bu gün, 13:13 Litva ilə üçüncü duel Bu gün, 13:10 Bayram axşamı qanımız qaralmasın! Bu gün, 13:06 Yığmanın mümkün “11-liy”i Bu gün, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir Bu gün, 13:02 U-21-in heyətində iki dəyişiklik Bu gün, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu Bu gün, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın Bu gün, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir Bu gün, 12:46 Bombardirlərin turu Bu gün, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb Bu gün, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək Bu gün, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı Bu gün, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək Bu gün, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi Bu gün, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək Bu gün, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı Dünən, 15:11 Aleksey İsayev yığmadan ayrıldı Dünən, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək Dünən, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək Dünən, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı Dünən, 14:58 Emeqara zədəyə görə kənarda qalıb Dünən, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı Dünən, 14:55 “Sabah” Çalanı yola saldı Dünən, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib Dünən, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü Dünən, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” Dünən, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” Dünən, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu Dünən, 14:42 Adam sabiq köməkçisini unutmayıb Dünən, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” Dünən, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır Dünən, 14:35 Turun statistikası Dünən, 13:08 Turun məşqçisi Dünən, 13:07 Hakimlərin mühakiməsi Dünən, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı Dünən, 13:01 Eddi və Rüfət “fərqləndi” Dünən, 12:59 Turun oyunçusu Dünən, 12:57 Turun sitatı Dünən, 12:54 Turdan məqamlar Dünən, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu Dünən, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi Bütün xəbərlər
Ən çox oxunanlar