04 yan 23:36layihe

Ümummilli sorğuya sözardı...

Ümummilli sorğuya sözardı...
...və ya “Futbol+”in əməkdaşı “Nostradamus” rolunda
Qəzetimizin 2018-ci ildə sonuncudan əvvəlki, konkret 243-cü sayında “ilin ən yaxşı futbolçusu” sorğusunun nəticələrini oxuculara və bütün futbol ictimaiyyətinə təqdim etmişdik. Artıq bildiyiniz kimi, “Neftçi”nin və millinin gənc üzvü Mirabdulla Abbasov bütün rəqiblərini qabaqlamaqla bu ada sahib çıxdı. 20-ci dəfə təşkil etdiyimiz ənənəvi sorğudan diqqəti çəkən bəzi məqamlara səsvermənin nəticəsinə aid yazının girişindəki şərhdə toxunmuşduq. Bu dəfə daha bir neçə məqamın üzərində dayanacağıq.
Mirabdulla legitimdimi?
Qeyd etdiyimiz kimi, daha çox səs toplayan Mirabdulla Abbasov ilin ən yaxşısı, Maksim Medvedev 2-ci, daha bir “Qarabağ”lı Qara Qarayev isə 3-cü oldu. Ancaq sorğunun nəticəsini açıqlamazdan əvvəl əmin idik ki, Mirabdullanın qalib olması birmənalı qəbul edilməyəcək. Niyə? Çünki “Neftçi”nin gənc hücumçusu nə məhsuldarlığına, nə il ərzində keçirdiyi oyun sayına, nə də yığmadakı statusuna görə “10-luğ”umuzda “1 nömrə” idi. Dekabrın 28-dən bu yana sosial şəbəkələrdəki müzakirələr də gümanımızda yanılmadığımızı təsbit edir. Yəni əksəriyyət “Ağa”nın qələbəsini qəbul etmək istəmir. Ancaq məsələ burasındadı ki, ayrı-ayrılıqda da götürdükdə yığma məşqçiləri, klub məşqçiləri, kapitanlar, mütəxəssislər, hakimlər, hakim-inspektorlar, AFFA-PFL nümayəndələri, jurnalistlər və əvvəlki qaliblərin əsas namizədi məhz Abbasov olub. Düzdü, həm Mirabdulla, həm də Maksim yığma və klub məşqçilərindən eyni (müvafiq olaraq, 5 və 7) xal alıb. Ancaq forvard kapitanların, AFFA və PFL nümayəndələrinin, hakim və hakim-inspektorların, jurnalistlərin, eləcə də əvvəlki qaliblərin səsverməsində əsas rəqibi olan Maksimdən daha çox xal toplayıb. Hərçənd 91 media təmsilçisindən 28-i Medvedevin, 26-sı Abbasovun adını 1-ci çəkib. Yəqin sosial şəbəkədəki narazı həmkarlarımız da həmin 28 nəfərdi. O da maraqlıdı ki, kapitanların əsas namizədi Qara olub, o, həm Mirabdullanı, həm də Maksimi üstələyib.
Yeri gəlmişkən, Mirabdullanın adını 61 nəfər ilk “üçlük”də çəkmədi ki, bu da ümumi seçicilərin təxminən 36 faizi deməkdi. Başqa sözlə, ötən ilin qalibi əvvəlki illərlə müqayisədə heç də mütləq əksəriyyətin səsini qazanmadı. Sadəcə, Mirabdulla Maksimi 21 xallıq fərqlə qabaqlamağı bacardı. Halbuki ötənilki sorğuda qalibin ən yaxın izləyicisi ilə xal fərqi daha böyük - 31 olmuşdu.
Tahir Mirzə fərqi
Respondent siyahısına göz gəzdirib “kim ilk “üçlüy”ü düzgün müəyyənləşdirib” sualına cavab axtarmısızmı? Ağlınıza gəlməyibsə, biz deyək, siz də bilin. Kifayət qədər futbol adamının bu üç futbolçunun adını önə çəkdiyini vurğulayaq. Ancaq səsi qeydə alınan 170 nəfərdən cəmi 8-i (Zaur Həşimov, Amal Abuşov, Tahir Mirzə, Tural Xudiyev, Mehman Rəsulov, Təbriz Quliyev, Aydın Bağırov, Mərdan Həsənov) Mirabdulla, Maksim və Qaranın adını “üçlüy”ə salıb. Ardıcıllığı isə yalnız 1 respondent düzgün müəyyənləşdirib. Maraqlıdı ki, bir neçə təbəqənin təmsilçilərindən yalnız “Futbol+”in əməkdaşı Tahir Mirzə uzaqgörənlik nümayiş etdirərək, onların adını sorğunun yekun nəticəsinə uyğun ardıcıllıqla söyləyib. Halbuki əvvəlki illərdə azı bir neçə “Nostradamus” olurdu.
Qurbanovların “öz” duyğusu
Klub məşqçilərinin səsvermədəki rəyi çox vaxt maraqla qarşılanıb. O prizmadan ki, görək kim öz yetirməsinə səs verib. Bu mənada Qurban Qurbanov və Sənan Qurbanov qeyri-təvazökar davranıblar. Başqa sözlə, “Qarabağ”lı Qurbanov Maksimi, “Qəbələ”li Qurbanov isə Təmkin Xəlilzadəni qalib görmək istəyib və adını 1-ci çəkib. Ancaq namizədlər arasında iki yetirməsi olan Roberto Bordin təvazökarlıq göstərib. Maraqlıdı ki, o, qalib adına namizədin adının qarşısını, ümumiyyətlə, boş qoyub, Mirabdullanı 2-ci, Qara Qarayevi isə 3-cü göstərib.
PFL-in Təmkin sevgisi
“Çin”li futbol adamlarının kimə səs verməsi həmişə maraq oyadıb. Məsələn, AFFA-nın baş katibi Elxan Məmmədovun və ya PFL prezidenti Ramin Musayevin seçimi vurğulanmalıdı. Söhbət hər ikisinin seçiminin qeyri-adiliyindən gedir. Baş katibin fikrincə, “ilin futbolçusu” adını Emin Mahmudov qazanmalı idi. Musayev isə Təmkini 1-ci yerə layiq bilib. Maraqlıdı ki, PFL-in digər əməkdaşları – Məlik Həsənov, Aslan Şahgəldiyev və Elgiz Abbasov da sabiq “Qəbələ”li, yeni ili “Sabah”ın oyunçusu kimi qarşılayan Xəlilzadənin adını ilk “üçlük”də göstəriblər.
Tarazlıq bərpa olundu!
Qeyd etdiyimiz kimi, artıq 20 ildi bu missiyanı həyata keçiririk. Əslində isə 15 futbolçu bu ada yiyələnib. Belə ki, 6 dəfə “ən yaxşı” elan olunan Rəşad Sadıqov bir dəfədən artıq seçilən yeganə futbolçudu. Təbii ki, seçimlər özündə müəyyən qənaəti ehtiva edir. Müdafiə və ya hücumplanlı birinə səs verilməsi zövq məsələsidi. Budəfəki sorğuda diqqəti çəkən məqam ilk “üçlüy”ün 1 müdafiəçi, 1 yarımmüdafiəçi və 1 hücumçudan formalaşmasıdı.
Əvvəlki 19 ildən 10-da, yəni yarısından çoxunda arxa xətt oyunçuları və ya qapıçı, 9-da da hücumplanlı futbolçular ilin ən yaxşısı seçilmişdi. Göründüyü kimi, Mirabdulla bu baxımdan həm də tarazlığı bərpa etdi. Tərlan Əhmədov (1999), Emin Ağayev (2000), Rəşad Sadıqov (2004, 2005, 2010, 2013, 2016, 2017), Kamran Ağayev (2008) və Ruslan Abışov (2012) birinci, Zaur Tağızadə (2001), Samir Əliyev (2002), Qurban Qurbanov (2003), Ceyhun Sultanov (2006), Mahmud Qurbanov (2007), Vaqif Cavadov (2009), Rauf Əliyev (2011), Qara Qarayev (2014), Rahid Əmirquliyev (2015) və Mirabdulla Abbasov (2018) ikinci “cəbhə”dəndi.
Həmişəki ögey münasibət
Sonuncu sorğumuzda namizədlər arasına legioner də salmışdıq. Əvvəlki illərdə millimizin üzvü kimi “10-luğ”a düşən Dmitri Nazarov, Branimir Subaşiç və başqalarıyla bağlı “ənənə” Riçard Almeydayla da davam etdi. Belə ki, “Riçi” legionerlərə qarşı müşahidə etdiyimiz ögey münasibətdən yayına bilmədi. Millimizin braziliyalı yarımmüdafiəçisi sıralamada 7-ci oldu. 170 nəfərdən cəmi 36-sı (5 nəfər 1-ci, 12 nəfər 2-ci, 19 nəfər 3-cü yerə layiq bilib) onu yada saldı. Halbuki o, bir ildə iki (Azərbaycan və Qazaxıstanda) çempionluq əldə etmişdi. Söhbət “Qarabağ”ın və millinin “beyni”ndən gedir. Hansı ki, o yığmada olanda, Emin Mahmudov ehtiyatda qalır. Həmin Mahmudovun sıralamada Almeydanı qabaqlamasına başqa izah tapmaq olmur...
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar