31 dek 13:57layihe

Eldəniz Əzizlinin xaricə ilk səfərini Şahin Diniyev maliyyələşdirib

Eldəniz Əzizlinin xaricə ilk səfərini Şahin Diniyev maliyyələşdirib
“Fikrimcə, futbolla məşğul olsaydım, orda da uğurlu olardım”
“Futbol+”in “ilin idmançısı” soruğusunun budəfəki qalibi Elədniz Əzizli oldu. Başa çatmaqda olan 2018-də Avropa və dünya çempionu olan yunan-Roma güləşçisini redaksiyamızda qonaq etdik. Ancaq tək onu yox. Eldənizin dayısı, futbol mütəxəssisi Şahin Diniyev də qonağımız idi. Dayı və bacıoğlu ilə yarımsaata sığan söhbətdə bizi maraqlandıran məqamlara cavab tapmağa çalışdıq.
“Bir dəfə məni mini-futbola da çağırmışdılar”
- Başlayaq güləşə gəlişindən.
- E.Ə.: İlk dəfə 1999-cu ildə Beyləqanda güləşə başlamışam. Həmin rayonda Uşaq-Gənclər İdman Mərkəzi fəaliyyət göstərirdi, səhv etmirəmsə, indi də var. UGİM-in tərkibində güləşmişəm. İlk dəfə 2007-ci ildə yeniyetmələr arasında Azərbaycan çempionatında 3-cü olmuşam. İlk üç yeri tutanlar, təbii ki, milliyə dəvət olunur. Yığmaya çağırıldım və ondan sonra güləşə Bakıda, Respublika Olimpiya İdman Liseyində davam etdim.
- Belə bir deyim var: qoç igid dayısına oxşayar. Şahin müəllimin ürəyincə idi bacısıoğlunun güləşlə məşğul olması?
- Ş.D.: Özünüz futbolun içindəsiz. Bəzən görürüsən ki, valideyn gəlib deyir, “oğlum gecə saat 3-ə qədər futbola baxır, hamını tanıyır, buna baxın”. Mənə deyirdilər ki, Eldəniz yaxşı güləşir. Düzü, görməmişdim. Hələ onda o qədər də ortada ciddi bir şey yox idi, sadəcə, uşağın arzusu idi, güləşmək istəyirdi. Ona yol göstərmək, istiqamət vermək üçün, sağ olsun Elçin Cəfərov, ondan xahiş etdim ki, mənim bir bacıoğlum var, ona bax. Düşünmüşdüm ki, iki-üç gün yoxlayacaq. Mənim təsəvvürüm də yox idi ki, necə güləşir. Elçin müəllim dedi ki, problem yoxdu, gəlsin baxaram. Fikirləşirdim ki, maksimum iki gündən sonra Elçin müəllim “Şahin müəllim, bağışlayın, səviyyəsi uyğun gəlmir” deyəcək. İki gün gözlədim, xəbər çıxmadı. Özüm zəng etdim ki, müəllim, nə oldu? Dedi ki, bəs qalsın, bunda nəsə var, potensial görürəm. Eldənizin güləşə gəlişi belə oldu. Qalanını özü dedi. O ki qaldı məmnun olub-olmamağıma, insan harda özünü tapırsa... Desəydim ki, məmnun deyiləm, bu gün peşman olardım. Bizim məqsədimiz gənclərə, yaxınlara, dostlara tutduqları istqamətdə, seçdikləri yolda dəstək olmaqdı. O da özünü güləşdə görürdü. Sübut da olundu ki, tutduğu yol düzgün idi, özünü harda görürdüsə, orda da uğur qazandı.
- Futbola marağın var?
- E.Ə.: Futbol elədi ki, bizim qanımızdadı. Dayı, dayıuşaqları bu idman növü ilə məşğuldular. Güləşi seçməsəydim, ya cüdonu, ya da futbolu seçəcəkdim. Futbol sevdiyim idman növüdü. Daim güləşçi dostlarımız, komanda yoldaşlarımız ilə futbol oynayırıq. Toplanışlar zamanı məşqlərdən biri mütləq futbol olur. Güləşçilər, adətən, futbolu sevirlər. Fikrimcə, futbolla məşğul olsaydım, orda da uğurlu olardım. Doğrudan da, bu idman növünü çox sevirəm. Uşaqların dediyinə görə, yaxşı oynayıram. Bizdə Rafiq Hüseynov var, Coşqun MOİK-də olanda ona deyib ki, Eldəniz futbola gəlsəydi, sizdən yaxşı oynayardı (gülür). Həqiqətən futbol oynamağı bacarıram. Bir dəfə məni mini-futbola da çağırmışdılar.
- Ş.D.: Güləşçilərin çoxu futbol oynamağı yaxşı bacarır.
- E.Ə.: Doğrudan da, belədi. Bizdə Namiq Abdullayev, Hacı Əliyev, Cəbrayıl Həsənov yaxşı oynayır. Demək olar, hamı futbol oynamağı sevir və bacarır.
- Ş.D.: Amma bunlar Amerika futboluna yaxın oynayırlar... güc futbolu. Əslində bizdə elə o çatışmır.
- Hansı kluba azarkeşlik edirsən?
- E.Ə.: Azərbaycanda “Qarabağ”a.
- Bəs futbolçu?
- E.Ə.: Coşqun Diniyev.
- Bəs xaricdə ən çox sevdiyin komanda?
- E.Ə.: İspaniyada “Barselona”, İngiltərədə “Mançester Yunayted”, İtaliyada “Yuventus”. Uşaqlıqdan bu komandalara azarkeşlik etmişəm. Hansısa oyunçuya görə yox.
- Bəs ən çox bəyəndiyin futbolçu?
- E.Ə.: Kriştiano Ronaldo. Əslində istedadına görə Lionel Messini bəyənirəm. Ancaq Ronaldonun son dövrlərdə gördüyü işlər xüsusi qeyd edilməlidi. Onun idmana peşəkarcasına yanaşması, bu yaşda belə nəticələr qazanması... Evində olan idman qurğularını görürük, adam idmanla yatır, idmanla durur. Bu, mənim çox xoşuma gəlir. Əsl idmançı həyatını yaşayır. Ona görə də sualınıza cavab kimi Ronaldonu deyərdim.
- Coşqunun adını çəkdin, Kərim inciməyəcək?
- E.Ə.: “Qarabağ”a azarkeşlik etdiyimi dedim və o klubda Coşqunu qeyd etdim.
“Güləşlə futbolu tərəzinin eyni gözünə qoymaq düzgün olmaz”
- Güləş, yoxsa futbol? Bunlardan hansı daha asandı, hansında uğura daha tez çatmaq olur?
- E.Ə.: Mənə əvvəllər də sual verilib ki, niyə futbolçular güləşçilərin qazandığı uğuru qazanmır? Güləşlə futbolu müqayisə etmək düzgün deyil. Çünki güləş daha qədim köklərə bağlanan idman növüdü. Dədə-baba sənətimizdi. Futbol isə daha müasir idman növüdü. Bizdə nəinki futbol, komanda oyunu yoxdu. Təkcə futbolu nəzərdə tutub demirəm. Komanda oyunu daha çətindi. Güləşdə bir nəfər məşq edir və yarışa da fərdi şəkildə köklənir. Futbolda isə 11 nəfər eyni anda yarışa köklənməlidi. Bu daha çətindi. Ona görə də məhz Azərbaycanda güləşlə futbolu tərəzinin eyni gözünə qoymaq düzgün olmaz.
- Ş.D.: Bu fikirlərlə tam razıyam. Fərdi idman növündə azərbaycanlıların xarakteri var. O xarakter hesabına özü özünü tənzimləyə, kökləyə bilir. Onun uğuru da, uğursuzluğu da özündən asılıdı. Ancaq futbolda tək bir nəfər mümkün deyil ki, nəsə etsin. Təkcə 11 nəfərin yox, bütün komandanın – 30-35 nəfərin birliyi lazımdı. Onların sinxron hərəkət etmələri vacibdi. Ən başlıcası da uğurun əsas mənbəyi ənənələrdən irəli gəlir. Güləşdə ənənəmiz var. Təəssüf ki, futbolda o yoxdu. Ən yaxşı məşqçi gəlsə, “Real”ı çempion edəcək, ən pis məşqçi gəlsə, “Real” 3-cü olacaq. Çünki ənənəsi var, bu klub heç vaxt La Liqadan düşə bilməz. Fərq bax, bundadı.
- Bəs komanda oyunlarında birlik nümayiş etdirə bilməməyimizin səbəbi nədi?
- Ş.D.: Həmişə demişəm ki, biz futbol ölkəsi deyilik. İstəyirik olaq, ancaq istəklə hər şey həll olunmur, arzular gerçəkləşmir. Bu gün etiraf etməliyik ki, futbol ölkəsi deyilik. Futbol təkcə meydandan ibarət deyil. Bu idman növünün o qədər qanadları var ki... Sizə maraqlı bir hadisə danışım. Komandanın adını deməyəcəm. Klub rəhbəri mənimlə söhbət edəndə dedi ki, “Barselona”nın oyununu çox xoşlayıram, istəyirəm ki, bizim komanda da onlar kimi oynasın”. Dedim heç bir problem yoxdu. Soruşdu “həqiqətən ola bilər”, dedim hə. Ancaq “Barselona”da 100 meyar varsa, onlardan üçünü siz edin, 97-si mənim boynuma. Soruşdu ki, hansılardı? Dedim ki, elə bir baza tikin, orda 300 uşaq oxusun, 8-9 meydanı olsun. Qayıtdı ki, yox, elə qoy özümüz kimi oynayaq. Yəni meyarlar var. Tək 11 nəfəri psixoloqun yanına aparıb, onların xarakterini düzəltməklə iş bitmir. Bunun üçün zaman yetişməlidi. Ancaq biz tez olmasını istəyirik.
- 2018-ci ilin belə uğurlu olacağını gözləyirdin?
- E.Ə.: Bu il əldə etdiklərim birdən-birə qazanılan uğurlar deyil. İllərin əziyyəti, səmərəsidi. İlin əvvəlində də dayı ilə söhbət etmişdik. Düşünürdüm ki, Avropa və dünya çempionu ola bilərəm. O potensialı özümdə görürdüm. Bildiyiniz kimi, dünya Güləş Federasiyasının qaydalarına əsasən 4 il idi bu çəki dərəcəsində yarışlar yox idi. Bu ilə isə 55 kq-a icazə verdilər. Bu üzdən daha çox ümidli idim. Çünki hər zaman o çəkidə güləşmişəm. Təkcə mən yox, doğrudan da o çəkidə yarışan əfsanəvi güləşçilər olub. Rövşən Bayramovun, Elçin Əliyevin adını çəkə bilərəm. Ona görə də ümid edirdim. Ancaq asan olacağını düşünmürdüm. Hədəfimiz çempionluq idi. Ümumiyyətlə, uşaqlar həmişə medal haqda düşünürdü. Rəsul Çunayevin gözəl bir sözü var, o həmişə deyirdi ki, əsas məsələ o kürsüdə dayanmaq deyil, əsas ordan düşməməkdi. Mən də ona həmişə deyirdim ki, əsas birinci yerdə dayanmaqdı (gülür). Düzdü, bu o demək deyil ki, hər il çempion olacam. İdmandı, uduza da bilərik. Ancaq Avropa və dünya çempionu olacağıma inanırdım.
“İlk gündən danışmışqdıq ki, sən məni tanımırsan, mən də səni”
- Şahin Diniyevin bacısıoğlu olmaq karyeran boyunca hansısa məqamda sənə üstünlük qazandırıb?
- Ş.D.: Öncə bu suala mən cavab verim, sonra o davam edər. Bilirsiz ki, Eldəniz yeniyetmələr arasında dəfələrlə dünya və Avropa çempionu olub. Ancaq böyüklər arasında AÇ-yə qədər - aprel ayına kimi heç kim demirdi ki, o mənim bacımoğludu. Bunun da səbəbi vardı. İlk gündən danışmışqdıq ki, sən məni tanımırsan, mən də səni. Bizdə belə bir məntiq var ki, kiminsə hesabına qabağa gedir. Mən onsuz da onun əvəzinə güləşən deyiləm. Elə bir söhbətin olmaması üçün bu qərarı verdik. Sadəcə, istiqamət vermişəm. Eldənizin üzərində məşqçilərinin böyük əməyi var. Əslində qitə birinciliyindən də sonra heç kim bilmiridi. Nəhayət, dünya çempionatında təsadüf nəticəsində bəlli oldu ki, bacımoğludu. Bir nəfər məni təbrik etdi, söhbət açıldı və məlumat yayıldı. Mənim onun üzərində ancaq dayı kimi əməyim var. Nə o mənim, nə də mən onun adından istifadə etmişik. Öz əməyi hesabına gəlib, əziyyətlər çəkib, elə olub ki, ac-susuz da qalıb. Utanmaq lazım deyil. Amma öz hesabına irəli gedib.
- E.Ə.: Əlsində dayı hər şeyi qeyd etdi. Mən 2007-ci ildə Bakıya ölkə birinciliyi üçün gələndə ilk dəfə dayıgildə qalmışam. 3-cü oldum və o vaxt federasiya rəhbərləri qərar verdi ki, Avropa çempionatına lisenziya xarakterli turnirə ilk “3-lük”də olanlar getsin. Ancaq məni göndərmədilər. Məndən başqa da 3-cü olan var idi. Onlar Gürcüstandakı yarışa getdilər. Mənə də dedilər ki, öz hesabına gedə bilərsən. Çünki o vaxt Güləş Federasiyası maliyyə cəhətdən problemlər yaşayırdı, indiki kimi deyildi. Yəni yol, yemək pulunu kim özü ödəyirdisə, gedə bilərdi. O vaxt dayıgildə qalırdım, gəlib dedim ki, vəziyyət budu, gedə bilmirəm. Dayı pul verdi, dedi ki, götür, get yarışa. İlk səfərimi dayı maliyyələşdirdi. Məhz o yarışda çempion oldum. Azərbaycan çempionatında qalib olanı da orda uddum. Ondan sonra başladılar məni tanımağa. Daha sonra bir dəfə məni Avropa çempionatına göndərmək istəmirdilər. Mən də dayımla danışdım, o da dedi ki, Elçin müəllimlə danışacam, səni bir yarışda da yoxlasın. O vaxt “Qaradəniz oyunları” var idi, orda birinci yerə çıxdım. Bundan sonra artıq qitə birincliyinə də getdim.
- Ailədə futbolla məşğul olanlar çoxdu. Bəs güləşlə necə?
- E.Ə.: Hazırda peşəkar səviyyədə belə biri yoxdu. Ancaq güləş sevilən idman növüdü. Qohum-əqrəbadan kimsə maraq göstərə bilər. Güləşə gəlməyimin səbəbi rayonda oxuduğum məktəbə yaxın yerdə güləş zalının açılması idi. Mən də həvəslənib ora getmişəm. O vaxt karate daha məşhur idi. Güləş Namiq Abdullayevin qələbəsindən sonra popluyarlaşmağa başladı.
- Bəs Olimpiada haqda düşünürsən? Bunun üçün çəkini artırmalısan.
- E.Ə.: Qeyd etidiyiniz kimi, Olimpiadada yarışlar 60 kq-dan başlayır. Artıq federasiya rəhbərliyi və baş məşqçilər mənə məsləhət görüblər ki, bir sonrakı yarışda 60 kq-da güləşim. Gələn ilin ilk yarısında o çəkidə uduzsam, elə də ciddi problem deyil. Çünki uyğunlaşma asan məsələ sayılmamalıdı. Onu da vurğulayım ki, Olimpiadaya çox az vaxt qalıb. Bu üzdən uyğunlaşma dövrünü tez keçməliyəm. Ona görə də baş məşqçi məsələhət gördü ki, nə qədər beynəlxalq yarış varsa, hamısında iştirak edim. Rəqiblərin aşağı-yuxarı hamısını tanıyıram, güləşdiyimiz insanlardı. Ancaq Olimpiadada məsuliyyət daha çox olacaq.
“Atmosferdən nə qədər tez çıxsaq, bir o qədər xeyrimizədi”
- Bir neçə dəfə Avropa və dünya çempionu olan idmançılarımız var. Ancaq ikiqat Olimpiya çempionu yoxdu. Özün də bu sahənin içindəsən. Səncə, niyə belədi? Halbuki başqa ölkələrdə ikiqat, üçqat Olimpiya çempionları var. Bunun səbəbini nədə görürsən?
- E.Ə.: Bəziləri düşünür ki, Olimpiadada “qızıl” qazanandan sonra idmançılar məşq etmir. Buna görə onları qınayırlar. Ancaq bunun konkret səbəbləri var. Olimpiya çempionu olmaq çox çətin bir işdi. Onu qorumaq da çətindi. Elnur Məmmədli çempion olduqdan sonra olimpiya çəkisi dəyişdirildi. Artıq o çəki yox idi. Məmmədli əsasən ayaqdan etdiyi fəndlə rəqiblərini məğlub edirdi. Lakin sonradan qaydalar da dəyişdi. Bu baxımdan Elnura ikiqat zərbə dəydi. Fərid Mansurov olimpiya çempionu olduqdan sonra çox ciddi zədə aldı, çənəsi üç yerdən sındı. Toğrul Əsgərov daha gənc yaşında çempion olmuşdu. Hindistandakı liqada iştirak zamanı guya dopinqdən istifadə edib. Əslində isə belə bir şey yox idi. İki il güləşməməsi onu geri saldı. Yəni dediyiniz məsələ olimpiya çempionlarının qəsdən məşq etməməsi ilə bağlı olan durum deyil. Çünki Güləş Federasiyasında çox ciddi rejim var. Mən “ilin dimançısı” seçilmişəm, amma sabah məşqə 5 dəqiqə geciksəm, qovacaqlar, ya da maaşımı kəsəcəklər. Toğrul olimpiya çempionu olub gəldi, məşqə gecikdi, buraxmadılar. Bizdə arxayınlığa yer yoxdu.
- Olimpiya çempionu olan idmançının həyatı köklü şəkildə dəyişir. Beyin olaraq bu idmançıya təsir edə bilər?
- E.Ə.: Bu amil də var. Mən Almaniya bundesliqasında güləşirəm. Orda olimpiya çempionuna 16 min avro verirlər. Həmin pul onların həyatını köklü surətdə dəyişmir. Onların həyatı artıq “sığortalanıb”, 100 minə ehtiyacları da yoxdu. Amma bizdə o şəraitin olmadığını hamımız bilirik. Əlbəttə, idmançı əziyyət çəkir, mükafat vermələri də normaldı. Ancaq fikirlərinin dəyişməsi də təbiidi. Ola bilər, düşüncə baxımından nəsə dəyişsin. Lakin əsas amil bu deyil.
- Qəzetimizin sorğusunda ən yaxşı seçildin. Bunu gözləyirdin?
- E.Ə.: Düzü, dünya çempionu olduqdan sonra gözləyirdim. Adətən, Avropa və dünya çempionu kim olursa, o da seçilir.
- Bəs sənin ilk “3-lüy”ün necə olardı?
- E.Ə.: Şəhriyar Məmmədyarov, İrina Zaretska və Rafael Ağayev.
- Şahin müəllim, bəs siz?
- Ş.D.: Mən “3-lüy”ümü (futbolçu seçimini nəzərdə tutur) sizə göndərmişəm (gülür).
- Siz bacıoğludan belə uğur gözləyirdiz?
- Ş.D.: Eldəniz bir məqamı qeyd etmədi. Daha öncə Belarusda bir turnirdə zədə almışdı. Qolunda qırıq var idi. Axırıncı rəqiblə güləşmədi. Odu ki, onun Avropa çempionu olacağına o qədər də inanmırdım. Ümid edirdim ki, medalçılar sırasına düşə bilər. Sadəcə, həmin zədədən sonra medal qazanması böyük uğur sayılacaqdı. Lakin özündə güc tapıb məşq etdi, mübarizə apardı. Çünki zədədən sonra qısa müddətdə bərpa olunmaq çətindi. Bu üzdən ona “əhsən” düşür. Gücünə əmin idim, amma zədə bir qədər ümidsizlik yaratmışdı.
- 2019-cu ildə hədəf nədi?
- E.Ə.: Gələn il sentyabrda Qazaxıstanda dünya çempionatı keçiriləcək. Özü də Olimpiadaya lisenziya xarakterli birincilikdi. Hədəf mundialda qalib olmaq yox, Olimpiadaya lisenziya qazanmaqdı. Lisenziyanı nə qədər tez qazansaq, hazırlaşmaq üçün daha çox vaxtımız olacaq.
- Özünə nümunə götürdüyün güləşçi kimi Rövşən Bayramovun adını çəkirsən. Bəs xaricdə simpatiya bəslədiyin, örnək götürdüyün tanınmış güləşçi var?
- E.Ə.: İranlı güləşçi Həmid Sorian. O beşqat dünya çempionu olub, Olimpiadada Rövşən Bayramovla finalda güləşib. Artıq məşqçi kimi fəaliyyət göstərir. Həm özü, həm də qardaşı. Dünya arenasında kumirim məhz Soriandı.
- İki titul qazanan idmançının həyata baxışında, psixologiyasında nəsə dəyişiklik baş verir?
- E.Ə.: Təbii, Avropa və dünya çempionu olmaq, ilin idmançısı seçilmək müəyyən vaxt ərzində təsir edə bilər. Lakin düşünürəm ki, biz idmançılar belə şeylərdən daha tez qurtulmalıyıq. Çünki qarşıda bizi növbəti yarışlar gözləyir. Atmosferdən nə qədər tez çıxsaq, bir o qədər xeyrimizədi. Bəlkə də 22 yaşım olsaydı, uğur təsir edə bilərdi. Artıq 27 yaşım var və yanvardan yenidən məşqlərə başlayıram.
“Yaxşı ki, başqa söz demədin, yoxsa Xabib deyəcəkdi, gəl döyüşək”
- Futbola baxmaq üçün stadionlara gedirsən? Güləşdən başqa maraq dairənə nələr daxildi?
- E.Ə.: Açığı, o qədər də vaxtımız olmur. Təlim-məşq toplanışları bizdə həqiqətən çox ağır, çətin olur. Nəinki stadionlara, heç evə gedə bilmirik, çox yüklənirik. Futoldan başqa, boş vaxtım olanda kitab oxumağı çox sevirəm. Vaxt o qədər olmur və idman da başqa şeylə məşğul olmağa imkan vermir.
- Şahin müəllim, Eldənizin Bakıdakı yarışlarını izlməyə gedirsiz?
- Ş.D.: Yox. Mən idmanın içindəyəm, yaxından izləmək çox çətindi. 90 dəqiqəni izləmək daha asandı, nəinki 3 dəqiqəni. Güləşdə bir saniyənin içində hər şey dəyişə bilir. Uşaq vaxtı yarışlarını gedib izləmişəm, amma heç özü də bilməyib. Bu il atası ilə birgə Avropa çempionatına getmək istəyirdik, necə oldusa, alınmadı. Kim deyirsə ki, uğurlar təsir etmir, doğru deyil. Lakin onun yanında elə bir adam olmalıdı ki, yüksəldikcə dəyişməsinə imkan verməsin. Bilirsiz ki, uğurla uğursuzluq arasında çox kiçik bir məsafə var.
- Xabib Nurmaqomedovla Konor Makqreqor arasında döyüş ilin olayı oldu. Xabibin gücü nədədi? Onunla döşək üzərində gücünü sınamaq istəyərsən?
- E.Ə.: Xabib Konorla yarışa görə 19 kq çəki salmışdı. Hazırda onun çəkisi 87-88 kq-dı. Yəni çəki dərəcələrimiz uyğun deyil. Onun haqda çox söz demək artıqdı. O, UFC üzrə dünya çempionudu.
- Ş.D.: Yaxşı ki, başqa söz demədin, yoxsa Xabib deyəcəkdi, gəl döyüşək.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar