26 fev 13:47layihe

Müəmmalar yavaş-yavaş aradan qalxır

Müəmmalar yavaş-yavaş aradan qalxır
İki oyunun azarkeş sayı yoxdu, birində isə dəqiqləşdirməyə ehtiyac var


Xatırlayırsızsa, qəzetimizin yanvarın 31-də işıq üzü görən sayında “Statistika: çatışmayan rəqəmlər” sərlövhəli yazı dərc olunmuşdu. Həmin yazıda ölkə klublarının avrokuboklarda iştirakı ilə bağlı bəzi statistik boşluqların olduğunu və bunları aradan qaldırmağa çalışdığımızı bildirmişdik. Bu yöndə axtarışlar artıq nəticə verməkdədi.

İki oyunun bitkin protokolu

Elə həmin yazıda 1998-ci il iyulun 22-də Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Lodzda keçirilən LKS – “Kəpəz” oyununu idarə edən hakimlər briqadasının tərkibinin, eləcə də tamaşaçı sayının və sarı vərəqələri alanların bəlli olmadığını vurğulamışdıq. Ötən müddətdə internet qaynaqlarındakı axtarış və Rusiyadakı statistiklərin yardımı sayəsində həmin oyunun protokolunu əldə etmişik ki, indi onu “Futbol+” oxucularının nəzərinə çatdırırıq.
LKS (Polşa) – Kəpəz 4:1 (1:0)
LKS: 1. Boquslav Vıparlo, 3. Tomaş Kos (20. Yatsek Pluçenik, 46), 4. Vitold Bendkovski, 5. Tomaş Lenart, 7. Rafal Pavlak (k), 9. Rafal Niznik, 11. Miroslav Tşeçyak, 16. Darlinqton Omodiaqbe (17. Ariel Yakubovski, 58), 19. Zbiqnev Vçişkeviç, 25. Tomaş Tsebulya (2. Yatsek Paşuleviç, 74), 33. Tomaş Veşitski.
Kəpəz: 1. Hüseyn Məhəmmədov, 2. Fizuli Allahverdiyev, 5. Faiq Cabbarov, 7. Mahmud Qurbanov, 8. Xaliq Mərdanov (k), 9. Dmitri Smirnov (3. Fazil Pərvərov, 58), 11. Badri Kvaratsxeliya (14. İmamyar Süleymanov, 58), 16. Vyaçeslav Lıçkin, 17. Yunis Hüseynov, 18. Vidadi Rzayev, 19. Aslan Kərimov.
Qollar: T.Tsebulya, 12 (1:0). M.Tşeçyak, 50-p. (2:0). T.Veşitski, 72 (3:0). M.Tşeçyak, 76-p. (4:0). İ.Süleymanov, 82 (4:1).
Vərəqələr: T.Tsebulya, 20. F.Allahverdiyev, 75 – sarı.
Hakimlər: AMİT KLEYN, David Barak, Erez Zatelman (hamısı İsrail).
22 iyul 1998. Lodz. LKS stadionu. 2800 tamaşaçı (12160 yerlik).
1996-cı il avqustun 22-də keçirilən MüPa-47 – “Qarabağ” oyunu ilə bağlı mənbələrə çıxış imkanımız isə daha məhduddu. İş ondadı ki, Kuboklar Kuboku uzaq 1999-cu ildə tarixə qovuşub, deməli, UEFA-nın saytında da turnirlə bağlı qaynaq “gizlədilib”. Hər halda, “Qarabağ”ın növbəti mərhələyə adlamağa çox yaxın olduğu və yalnız 120-ci dəqiqədə qapısında top gördüyü həmin oyunun da protokolunu tapa bildik. Yeri gəlmişkən, ölkə mətbuatında bu oyunun protokolu ilk dəfə tam halda məhz “Futbol+”də yar alır.
MüPa-47 (Finlandiya) – Qarabağ 1:1, əlavə vaxtda (0:1)
MüPa-47: 1. Petri Yakonen, 3. Mika Vilyanen, 14. Yukka Koskinen, 4. Devid Mur, 5. Yarkko Koskinen, 16. Toni Huttunen, 17. Tom Enberq, 7. Antti Pohya (18. Yasse Yalonen, 90), 15. Mika Hernesniemi (22. Con Allen, 22), 6. Sami Mahlio, 23. Yuuso Kanqaskorpi (10. Mauri Keskitalo, 73).
Qarabağ: 1. Camaləddin Əliyev, 3. Elşad Əhmədov, 4. Aslan Kərimov, 5. Təbriz Həsənov, 21. Səttar Əliyev, 15. Bəxtiyar Musayev, 9. Tərlan Əhmədov, 7. Elmir Xankişiyev, 8. Mirbağır İsayev, 10. Müşfiq Hüseynov, 2. Mais Əzimov (14. Emin Salmanov, 118).
Qollar: B.Musayev, 28 (0:1). M.Keskitalo, 120 (1:1).
Vərəqələr: M.Hüseynov, 21. M.İsayev, 42. B.Musayev, 47. M.Əzimov, 108. E.Salmanov, 119 – sarı.
Hakimlər: TERYE HAUQE, Steynar Holvik, Aril Sundet (hamısı Norveç).
22 avqust 1996. Anyalankoski. “Saviniemen” stadionu. 2326 tamaşaçı (4167 yerlik).

Tamaşaçı sayı ilə bağlı dəqiqləşdirməyə ehtiyac var

Statistika ilə bağlı yaralı yerlərdən biri isə azarkeş sayında gizlənir. Sirr deyil ki, ötən əsrin 90-ci illərinin ortalarında ölkəmizdə statistikaya ciddi diqqət yetirən qəzetlər yox idi. Saytlardan isə söhbət gedə bilməzdi. Elektron media hələ təşəkkül tapmamışdı. Məhz bu üzdən indi də ayrı-ayrı oyunlarla bağlı azarkeş sayını dəqiqləşdirməkdə çətinlik çəkirik. Elə yuxarıda xatırladılan yazıda belə oyunların sayı 9 göstərilmişdi. Ancaq MüPa-47 – “Qarabağ” və LKS – “Kəpəz” oyunlarının yekun protokolunu, deməli, həm də tamaşaçı sayını yuxarıda göstərdiyimizdən avtomatik siyahı qısalır. Qalan 7 oyunla bağlı vəziyyət necədi? Əvvəlcə tamaşaçı sayı sual doğuran oyunların siyahısı ilə tanış olun:
Fənərbaxça (Türkiyə) – Turan 09.09.1994
APOEL (Cənubi Kipr) – Neftçi 10.08.1995
Qutnik (Krakov, Polşa) – Xəzri 17.07.1996
Kopenhagen (Danimarka) – Qarabağ 13.08.1998
Monpelye (Fransa) – Qarabağ 11.07.1999
Sloqa Yuqomaqnat (Makedoniya) – Kəpəz 14.07.1999
Tiraspol (Moldova) – MKT-Araz 24.06.2006.
“Turan”ın Azərbaycan adına avrokuboklardakı debüt oyununda tamaşaçı sayı ilə bağlı, təəssüf ki, vahid rəqəm yoxdu. Ayrı-ayrı qaynaqlarda bu rəqəm gah 20000, gah da 25500 göstərilir. Tezliklə bu məsələyə nöqtə qoyacağımıza ümid edirik. “Neftçi”nin səfərdə 0:3 uduzduğu oyunu 12600, “Xəzri”nin darmadağın olduğu (0:9) oyunu 5000, “Kopenhagen”in elə ilk yarıdaca “Qarabağ”ın qapısından 6 cavabsız top keçirdiyi oyunu isə 5675 tamaşaçı izləyib. 1999-cu ildə keçirilən oyunlara gəlincə, “Kəpəz” Makedoniyada 1600 azarkeş önündə uduzub (0:1). Amma “Qarabağ”ın “Monpelye” ilə, “MKT-Araz”ın isə “Tiraspol”la səfər oyununun azarkeş sayını dəqiqləşdirmək çətindi. Bildiyiniz kimi, hər iki oyun artıq mövcud olmayan İntertoto Kuboku çərçivəsində baş tutub.
Təbii ki, “Futbol+”in statistika ilə yaxından maraqlanan oxucuları da var. Yuxarıda göstərilən çatışmazlıqlarla bağlı hansısa informasiyaya maliksizə, bizlə bölüşməyinizi xahiş edirik. Yalnız birgə səylərlə ölkə klublarının avrokuboklarda iştirakıyla bağlı bütün boşluqları aradan qaldıra bilərik.
HUŞƏNG
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri 27-04-2017, 17:51 Şəhriyar liderliyini davam etdirir 27-04-2017, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı 27-04-2017, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib 27-04-2017, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq 27-04-2017, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi 27-04-2017, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? 27-04-2017, 15:59 İlk oyunda məğlubiyyət 27-04-2017, 15:58 Mövsümün ən az qol vurulan turu 27-04-2017, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə 27-04-2017, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu 27-04-2017, 15:45 FİFA referiləri İslamiadada! 27-04-2017, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur 27-04-2017, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi 27-04-2017, 15:36 TURUN MƏŞQÇİSİ 27-04-2017, 15:35 TURUN SİTATI 27-04-2017, 15:33 TURUN OYUNÇUSU 27-04-2017, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ 27-04-2017, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu 27-04-2017, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib 27-04-2017, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək 27-04-2017, 15:27 “Neftçi”yə yeni rəis gəlir 27-04-2017, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi 27-04-2017, 15:23 “Forza Neftçi” qərarını verdi 27-04-2017, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı 27-04-2017, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib 27-04-2017, 15:16 Yunanıstana geniş heyətlə 27-04-2017, 15:12 Pevtsov iki pillə irəlilədi 27-04-2017, 15:11 Ən güclü boksçular müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar