23 fev 17:38layihe

Elita klubları statistikaya maraq göstərmir

Elita klubları statistikaya maraq göstərmir
Bəzi klublarda “tarix” bölməsində olduqca məhdud informasiya yerləşdirilib
Hər bir futbol azarkeşi statistika ilə də maraqlanır. İstənilən futbolçu haqda müzakirə aparılarkən, hər kəs internet portallarında onunla bağlı informasiya əldə etməyə çalışır. Tutaq ki, klublarımız hansısa futbolçunu transfer edəndə onun daha öncə harda çıxış etdiyini, əsas heyət üzvü olub-olmadığını, məhsuldarlığını və başqa detalları öyrənməyə cəhd edirik. Yaxud da hansısa oyundakı azarkeş sayı, hansısa futbolçunun qol və ya vərəqə sayı mübahisə obyektinə çevrilir. Belədə isə statistika və statistiklər ön plana çıxır.
Razılaşaq ki, hər bir sahənin mütəxəssisləri olduğu kimi, statistika ilə məşğul olanlar var. Heç şübhəsiz, bizim klubların da zaman-zaman onların köməyinə ehtiyacı yaranır. Əslində klublarımızın saytından bu mənada hansısa informasiyanı əldə etmək çətindi. Məsələn, 10 il öncə filan komandanın heyətində kim nə qədər oynayıb, neçə vərəqə alıb, məhsuladarlığı necə olub – bütün bunları üzə çıxarmaq, demək olar, mümkünsüzdü. Hazırda premyer-liqada çıxış edən 8 klubun əksəriyyətinin saytında statistika bölməsi yoxdu. Yalnız “Qəbələ”, “Sumqayıt” və AZAL-ı fərqləndirmək olar. Düzdü, istər “qırmızı-qaralar”a, istərsə də “kimyaçılar”a məxsus portalda təkcə mövsümlər üzrə nəticələr yer alıb. Bir sıra klublarda isə “tarix” bölməsində olduqca məhdud informasiyalara rast gəlmək mümkündü. Ancaq statistika yalnız nəticələrdən ibarət anlayış deyil. Nəticələrlə yanaşı, hər bir detal – futbolçunun oyun sayı, dəqiqə, vərəqə, qol, hətta azarkeş sayı da qeyd edilməlidi.
Maraqlıdı ki, hazırda maliyyə cəhətdən işləri qaydasında olmayan AZAL-da durum daha qənaətbəxşdi. Klub saytındakı “mətbuat” bölməsində statistika ilə bağlı materiallar var və ordan lazımi məlumatları əldə etmək mümkündü. Doğrudu, burda da hər şeyin ideal olduğunu demək olmaz. Ən azı ona görə ki, informasiyalar 2012/13 mövsümünə qədərdi. Artıq 2013/14 mövsümü ilə bağlı bilgilər yoxdu. Həmçinin futbolçularla bağlı məlumatlarda vərəqə və dəqiqələrlə bağlı informasiya əldə etmək mümkünsüzdü. Lakin komandanın bütün oyunları, heyətdə top qovan futbolçular haqda müəyyən məlumatlara yiyələnmək olur. Futbolçuların neçə oyuna çıxdığı, vurduğu qollar qeyd olunub.
Görəsən, klublar hansısa statistik məlumat lazım olanda onu necə əldə edir? Bu sahədə tanınan mütəxəssislərə müraciət edirlərmi? Bəzi klub sözçülərinin bu haqda fikirlərini öyrəndik.
Mehman Rəsulov (Neftçi): “Avropa klublarının saytlarına da nəzər yetrisəz, sırf statistika bölməsinə rast gəlinmir. Nadir hallarda hansısa istisna ola bilər. Təcrübədə belə bir şey yoxdu ki, saytda statistika bölməsi olsun. “Neftçi 70” kitabı dərc olunan vaxt mən klubda çalışmırdım. Statistika üçün müraciət etdiklərimizdən Elçin Rüstəmovun adını qeyd edə bilərəm. Şəxsən mənim özümə lazım olanda Vüqar Xeyrullayevə müraciət edirəm. Belə statistiklər var. “Neftçi 70” kitabının hazır olduğu ana qədər olan statistik məlumatlar orda yer alıb. Buna görə kiməsə müraciət etmirik. Çünki artıq əlimizdə var. Ondan bu yana olan məlumatların isə müəyyən hissəsi özümüzdə var. Ancaq sırf statistiklər vərəqələrə, əvəzetmələrə - hər detala fikir verir. Belə xırda detallar olmasa da, əsas statistik məqamların əks olunduğu məlumatların elektron versiyası varımızdı. 2007-ci ildən bu yana olan informasiyalar kitab halında olmasa belə, əlimizdədi”.
Səbuhi Məmmədov (İnter): “Bəzi informasiyaları saxlayırıq. Bildiyiniz kimi, klubun arxivi olur. Ancaq bəzən hansısa məlumatı əldə etmək lazım gəlir. Belədə müəyyən mənbələrə müraciət edirik. Məsələn, “İnter”in yaradıldığı dövrə aid statistik məlumatları əldə etmək çətindi. Bu vəziyyətdə biz statistiklərə müraciət edirik. “İnter” haqda yazılan son kitabda bu baxımdan geniş informasiyalar əldə etmək mümkündü. Həmin kitabda son 10 ilin statistik göstəriciləri qeyd olunub. Lakin deməzdim ki, indiyə qədər bizdə oynayan futbolçuların hamısının statistikası var. Çox istərdik ki, bütün çempionatlar və futbolçular haqda əlimizdə tam məlumatlar olsun. Nəsə lazım olanda isə həm internet resurslarından, həm də statistiklərin köməyindən yararlanırıq”.
Nurlan İbrahimov (Qarabağ): “Təbii, müəyyən məlumatları özümüzdə saxlayırıq. Nəsə statistik informasiya lazım olanda müraciət etdiyimiz şəxslər var. Yəni həmin statistiklərlə əməkdaşlıq edirik. Ad çəkmək istəməzdim”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri 27-04-2017, 17:51 Şəhriyar liderliyini davam etdirir 27-04-2017, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı 27-04-2017, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib 27-04-2017, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq 27-04-2017, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi 27-04-2017, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? 27-04-2017, 15:59 İlk oyunda məğlubiyyət 27-04-2017, 15:58 Mövsümün ən az qol vurulan turu 27-04-2017, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə 27-04-2017, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu 27-04-2017, 15:45 FİFA referiləri İslamiadada! 27-04-2017, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur 27-04-2017, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi 27-04-2017, 15:36 TURUN MƏŞQÇİSİ 27-04-2017, 15:35 TURUN SİTATI 27-04-2017, 15:33 TURUN OYUNÇUSU 27-04-2017, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ 27-04-2017, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu 27-04-2017, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib 27-04-2017, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək 27-04-2017, 15:27 “Neftçi”yə yeni rəis gəlir 27-04-2017, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi 27-04-2017, 15:23 “Forza Neftçi” qərarını verdi 27-04-2017, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı 27-04-2017, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib 27-04-2017, 15:16 Yunanıstana geniş heyətlə 27-04-2017, 15:12 Pevtsov iki pillə irəlilədi 27-04-2017, 15:11 Ən güclü boksçular müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar