Yazarlar
Amal
Absurdla dolu futbolNurasib Rəhimov
Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?Nihat
Həngamə bundan sonradı
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
23 fev 23:49layihe
“Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi”

Təhsil eksperti valideynlərə və məşqçilərə məsləhət verdi
Bu gün futbolla məşğul olan uşaqların və gənclərin bəziləri bəlkə də gələcəkdə çempion olacaqlar, titullar qazanacaqlar, yığmanın şərəfini qoruyacaqlar. Ola bilsin, aralarında dünyanın aparıcı klublarında legioner həyatı yaşayanlar da olacaq. Ancaq heç şübhəsiz ki, bütün bunlar hazırda top qovan uşaqların hamısına qismət olmayacaq. Kimi səhhətinə, kimi vaxtsız zədəyə, kimi də sadəcə, həvəsdən düşdüyünə görə heç böyük futbola keçməmişdən, obrazlı desək, butslarını mismardan asacaq. Məhz belə məqamda təhsil problemi özünü göstərəcək. Kiçik yaşlarından top dalınca düşən uşaqların böyük hissəsi gələcəyini futbolda görüb elmə barmaqrası yanaşır. Elə fikirləşirlər ki, gələcəkdə məhz futboldan qazandıqları hesabına ayaqüstə durmağı bacaracaq, dolanışıqlarını təmin edəcəklər. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, müəyyən vaxt ötdükdən sonra məlum olur ki, gənclərin böyük qismi vaxtında təhsilə diqqət ayırmadığından, ali məktəbə qəbul olunmaq üçün yetərincə savada malik deyil. Və gələcəkdə hansı sahəyə üz tutmaq problemi həm onu, həm də valideynlərini narahat edir. Bəs bu məsələ necə tənzimlənməlidi? Ötən saylarımızda “uşaq futbolunda kadr problemi” və “gənc futbolçuların qidalanması” mövzusuna toxunub bu sahənin peşəkarları ilə söhbətləşmişik. Bu dəfə isə “futbolla təhsili paralel olaraq necə inkişaf etdirmək olar?” məsələsi barədə təhsil üzrə mütəxəssis Azər Abbasovla söhbətləşdik.
Azər bəy öncə bunları söylədi: “Bizdə yaxşı bir deyim var: sağlam bədəndə sağlam ruh olar. Bu o deməkdi ki, idmanla məşğul olan uşaqların qavrama qabiliyyəti, passiv həyat tərzi keçirən həmyaşıdlarından daha güclü olur. Ancaq bizdə hazırda çox pis, hətta deyərdim ki, qorxulu bir ənənə yaranıb. Övladı kiçik yaşlarından idmanla məşğul olan valideynlərin böyük hissəsi təhsilə lazımı diqqət ayırmırlar. Onlar elə düşünürlər ki, 7-8 yaşında hansısa idman bölməsinə yazılan uşaq mütləq gələcəkdə idmançı olacaq. Daha başa düşmürlər ki, heç kimin gələcəyini bəribaşdan müəyyənləşdirmək mümkün deyil. Ola bilər ki, müəyyən yaşa kimi uşaq məşğul olduğu idman növündə müəyyən uğurlar qazana bilər, adından söz etdirər. Ancaq müəyyən vaxtdan sonra hansısa səbəbdən idmandan uzaqlaşır və bu yerdə təhsil ortaya çıxır. Ona görə də hər bir valideyn idmanla paralel oğlunun və ya qızının təhsilinə də diqqət ayırmalı, övladının elmdən uzaq düşməməsinə çalışmalıdı”.
Abbasov valideyn-məşqçi münasibətlərinin, uşağın gələcəyi ilə bağlı hər iki tərəfin qarşılıqlı əlaqədə olmağının vacibliyini də vurğuladı: “Mən də bu xalqın nümayəndəsi olduğumdan azərbaycanlıların mentallığını çox yaxşı bilirəm. Məsələn, ata qatı futbol azarkeşidi və gələcəkdə öğlunun futbolçu olmasını arzulayır. Bu arzunu rellaşdırmaq üçünsə kiçik yaşlarından onu futbol bölməsinə yazdırır. Və düşünür ki, artıq bu yöndə ilk addım atılıb. Oğlu futbolla məşğul olursa, deməli, arzusuna çatacaq. Başa düşmür ki, 7-8, lap elə 10 yaşda uşağın 10 ildən sonra böyük futbol oynayacağı məlum deyil. Kiçik yaşda topla qaçmaq, qapıya bir-iki zərbə vurmaq hələ uşağın futbolçu olacağına təminat vermir. Bu cür düşüncəyə malik valideynlər guya uşağını çox istədiyindən yüklənmənin qarşısını almaq üçün diqqəti daha çox məşqlərə ayrımağı övladına tövsiyyə edir və bəzən daha radikal addımlar atır. Yetərincə belə nümunə göstərmək olar. Lakin bir neçə ildən sonra, uşaq həddi-buluğa çatıb məktəbi qurtarmaq ərəfəsinə gələndə məlum olur ki, ondan peşəkar idmançı olmayacaq və özünə yeni peşə seçməlidi. Məhz bu məqamda həmin valideyn başına döyə-döyə məşqçiləri günahlandımağa başlayır. Vəziyyətin bu həddə çatmasında heç şübhəsiz ki, neçə illər həmin gəncə məşq keçən mütəxəssisin səhvi var. Bəzən xətir üstə xəstə yatan məşqçilər valideynlə olan münasibətə görə vaxtında ata-anaya real durumu anlatmırlar. Böyük idmana keçidin astanasında isə artıq durum qəlizləşir və illər uzunu formalaşan münasibətlər düşmənçilik həddinə çatır. Yaxşı olardı ki, istər futbolda, istərsə də başqa idman növlərində çalışan məşqçilər heç nəyə baxmadan uşağın potensialını düzgün qiymətləndirib vaxtında valideyinə sözlərini desinlər. Bəlkə də həmin vaxt arzularla yaşayan ata-ana ondan inciyəcək, işini bilməməkdə ittiham edəcək. Ancaq hər şey vaxtında olmalıdı ki, sonradan həmin uşaq ortalıqda qalmasın. Nizami Gəncəvi demişkən: “Kamil bir palançı olsa da insan, yaxşıdı yarımçıq papaqçılıqdan”.
Artıq neçə illərdi ki, AFFA müxtəlif yaş qrupları arasında ölkə çempionatları təşkil edir. Bəzi yaş qrupları arasında çempionat oyunları həftənin istirahət günləri keçirilsə də, U-16 və U-17 komandalarının oyunları həftəiçi, yəni dərs günlərində baş tutur ki, bu da hazırda 10-cu və 11-ci sinifdə oxuyanların təhsilə xüsusi diqqət ayırmasına mane olur. Azər bəylə söhbətdə bu məsələyə də toxunduq. Sən demə, mütəxəssis özü də bu problemdən xəbərdardı: “Mənim də qohumlarım arasında qeyd etdiyiniz yaş qruplarında futbol oynayan yeniyetmələr var. Onu da bilirəm ki, bu yaş qrupunda çıxış edən komandaların oyunları ev-səfər prinsipi ilə keçirilir. İndi təsəvvür edin, hər həftənin cümə axşamı baş tutan oyunlara görə U-16 liqasında çıxış edən yeniyetmə ya ümumiyyətlə məktəbə getmir, ya da müəyyən dərslərdən icazə almalı olur və bu da ilboyu davamlı olaraq təkrarlanır. Belə çıxır ki, ali məktəbə sənəd vermək ərəfəsində olan 10-cu sinif şagirdi ilboyu cümə axşamı keçirilən dərsləri buraxmaq məcburiyyətindədi. Dərslərdə iştirak etməyən şagird sonda summativləri necə verə bilər? Yaxşı olardı AFFA rəhbərliyi mövsümün əvvəlində təqvimi müəyyənləşdirərkən Təhsil Nazirliyi ilə əlaqəli işləsin. Elə etmək lazımdı ki, təhsil idmana qurban verilməsin. Bu gün hamımız əcnəbi futbolçuların mətbuata açıqlamarını oxuyub, necə məntiqli danışdıqlarına heyran qalırıq. Ardınca da deyirik ki, bizimkilər iki cümləni ard-arda düzüb qoşa bilmirlər. Bizim idmançıları qınamaq lazım deyil. Çünki təhsili, söz bazası olmayan, sonuncu dəfə əlifba kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi. Özüm də futbol həvəskarıyam. İstər yerli, istərsə də xarici çempionatları yaxından izləyir, məşhur futbolçuların həyatlarını diqqətdə saxlamağa çalışıram. Bu yaxınlarda dünya ulduzu Maradonanın təhsillə bağlı səsləndirdiyi fikirlərlə tanış oldum. O Argentinanın Təhsil Nazirliyi ilə yerli federasiyanın birgə işbirliyini alqışlayaraq bunları söyləyib: “15 yaşımda Argentinanın güclülər dəstəsində debüt edəndə çox sevinmişdim. Həmin dönəmdə təhsil mənim üçün ikinci dərəcəli idi. Ancaq indi düşünürəm ki, səhv fikridə olmuşam. 21-ci əsrin peşəkar futbolçusunun intellektual səviyyəsi yüksək olmalıdı. İndiki vaxtda bu qaçılmazdı. Yaxşı ki, həm federasiyamız, həm də Təhsil Nazirliyimiz bunu başa düşür və gənclərin təhsildən yayınmaması üçün qarşılıqlı əməkdaşlığa qol qoyurlar”. Dünyanın gəlib-getmiş ən yaxşı 3 futbolçusu təhsilə belə dəyər verirsə, artıq nəsə deməyimiz düzgün olmaz”.
RƏŞAD

Layihəni AFFA yanında Media Komitəsi maliyyələşdirir
Şərh yaz