29 yan 17:42layihe

Rəqəmlərin tarixi...

Rəqəmlərin tarixi... .
..və ya Azərbaycanda futbol statistikası haqda bəzi qeydlər
Futbol... Milyonları cazibə dairəsinə salan, hətta həmin milyonlar üçün az qala ortaq dəyər olan oyun. Əslində həm də yaranışından bəri böyük təkamül yolu keçmiş oyun. Futbol nə qədər mühafizəkar idman növü sayılsa da, zaman-zaman qaydalarda dəyişikliklər olur, istər oyun epizodlarının, istərsə də ayrı-ayrı qaydaların təfsiri ilə bağlı müddəalar yenilənir. Adətən, konkret oyun ilə bağlı mübahisə edənlər isə sonda bir ortaq qənaətə gəlir: nə danışırsan-danış, onsuz da oyun unudulacaq, tarixdə nəticə qalacaq!
Bəli, tarixdə qalan həmin nəticələrin öyrənilməsi, fərqli mənbələrdə fərqli göstərilən rəqəmlərin dəqiqləşdirilməsi, tutuşdurulması statistiklərin işidi. Yəni futbol 90, bəzən hətta 120 dəqiqə sürən, penalti seriyasına qədər uzanan mübarizədən ibarət deyil. Futbol həm də qollar və rekordlar, rəqəmlər zənciri, rəngarəng faktlar deməkdi.
Əvəzsiz qaynaq - təqvim-məlumat kitabçaları
SSRİ dövründə futbol statistikası ilə bağlı məsələnin konkret tənzimlənmə qaydası vardı. Nəhəng ölkənin paytaxtı Moskva ilə yanaşı, müttəfiq respublikaların hər birində yeni futbol mövsümü ərəfəsində təqvim-məlumat kitabçaları işıq üzü görürdü. Təqvim-məlumat kitabçaları futbol həvəskarlarının daim yararlandığı, bu və ya başqa məqamı dəqiqləşdirmək üçün müraciət etdiyi sevimli mənbə idi. Azərbaycanda SSRİ-nin süqutu ərəfəsindəki son illərdə kitabçaları, adətən, Aqşin Kazımzadə, Oqtay Atayev, Saveli Perets (P.Savin) hazırlayıb. Məlum hadisələrdən sonra Saveli Abramoviç Bakını tərk etdiyindən 1990-91-ci illərdə ağırlıq mərhum Oqtay Atayevin üzərinə düşüb. Düzdü, Atayev futbol mövsümü ilə bağlı statistikanı bacardığı qədər yaxşı işləməyə çalışıb, özü də onun hazırladığı kitablar quruca rəqəmlərdən ibarət deyil, ayrı-ayrı məqamlara münasibətdə bədii-publisistik yanaşma duyulur. Sadəcə, həmin dövrün təqvim-məlumat kitabçaları üçün xarakterik olan bir çatışmazlıq var ki, bu gün də onun əziyyətini çəkməkdəyik. Söhbət Azərbaycanı SSRİ çempionatının 2-ci dəstəsində təmsil edən komandalara dair müfəssəl statistikanın yoxluğundan gedir. Təəssüf ki, bu istiqamət ümumilikdə Azərbaycan futbol statistikləri üçün yad sahədi, işlənməyib. Həmin dövrün idman mətbuatı yalnız nəticələrlə kifayətlənib, təqvim-məlumat kitabçalarında isə 2-ci dəstəyə yer ayrılmayıb.
İlk salnaməni erməni yazıb
Söhbət Azərbaycan futbolunun tarixindən gedirsə, bir nəfərin adını çəkməyə məcburuq. Əlbəttə, nankor qonşularımızın yolu ilə gedib, bu məqamın üzərindən sükutla da keçmək olardı. Amma tarix, tarixi həqiqətlər ləkə götürmür, faktları, gerçəkləri gələcək nəsillərə olduğu kimi çatdırmaq lazımdı. Ötən əsrin 60-70-ci illərində Azərbaycanda yaşayan ermənilərin sayını, onların tutduğu mövqeləri nəzərə alsaq, 1973-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında 4500 tirajla nəşr olunan “Azərbaycanın futbol salnaməsi” kitabının müəllifinin erməni Paruyr Parsadanov olmasında da qəribə heç nə yoxdu. Artıq yuxarıda adını çəkdiyim Oqtay Atayevin redaktə etdiyi, həm də tamamlayıb bitirdiyi (kitab hazırlanarkən, yəni 1970-ci ilin mayında Parsadanov dünyasını dəyişib) kitab 7 bölmədən ibarətdi. Bəs Parsadanov kim idi? Qaynaqlarda onun haqda çox az bilgi olsa da, hər halda, bəndəniz bəzi məqamları dəqiqləşdirə bildi. 1897-ci ildə Şuşada dünyaya gələn Paruyr Parsadanovun ömrü futbolla bağlı olub. Həm futbol oynayıb, həm hakimlik edib, həm 1938-ci ildə “Temp”in “sükanı arxasında” olub, həm də uzun illər ərzində Dövlət İdman Komitəsində futbol bölməsinə rəhbərlik edib. İxtisasca həkim olsa da, tarixə Azərbaycan yığmasının 1926-cı ildə İranla keçirdiyi ilk beynəlxalq yoldaşlıq oyununun hakimi kimi də düşüb. Bir sözlə, Azərbaycanın futbol salnaməsini məhz erməninin yazmasında qəribəlik axtarmağa dəyməz.
Buz yerindən tərpənib
Dünyada bu gün də futbol statistikasına ciddi diqqət ayıran, hər il rəqəmləri yeniləyən onlarla qurum, minlərlə statistik var. Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının adı hər kəsin qulağına dəyib. Bildiyiniz kimi, hər il Londonda Mayk Hammondun baş redaktorluğu ilə European Football Yearbook hazırlanır. Qonşu ölkələrdən Rusiya və Türkiyədə də hər il futbol statistikası, terminlər lüğəti ilə bağlı yüzlərlə nəşr işıq üzü görür. Təkcə elə Türkiyə Futbol Federasiyası və Türkiyə Futbol Məşqçiləri Dərnəyinin təşəbbüsü ilə türk, alman, fransız və ingilis dillərində hazırlanan “Futbol sözlügü” kitabını xatırlatmaq kifayətdi. Görəsən, ölkəmizdə bu sahədə vəziyyət necədi? Ədalət naminə etiraf etmək lazımdı ki, son 10 ildə bu yolda ciddi müəyyən addımlar atılıb. “Qarabağ”ın 20, “Neftçi”nin isə 70 illiyinin qeyd olunduğu 2007-ci ildə bu klubların himayəsi ilə hazırlanan kitablar indi də oxucular və futbol statistikləri üçün əvəzsiz qaynaq rolunu oynayır. 2014-cü ildə yubileyini qeyd edən “İnter” də bu münasibətlə “İnter” - ilk 10 ilin izi ilə” kitabını ictimaiyyətə təqdim etdi. Məhz son illərdə futbol mövsuzunda Bəşir Əliyevin “Ulıbki futbolnoqo qastrolyora”, Sənan Şəfizadənin “N 11. İsgəndər Cavadov”, Varisin “Bitməyən matç” (Nazim Süleymanov haqda) kitabları nəşr olunub. Deməli, hardasa buz yerindən tərpənib. Amma...
Yenə də çatışmazlıqlar çoxdu
Yuxarıda adını çəkdiyim statistiklərin heç biri həyatda yoxdu – nə Parsadanov, nə Kazımzadə, nə Atayev, nə də Perets. Amma statistika ilə bağlı həllini gözləyən məqamlar hələ də çoxdu. Ölkə çempionatı və kuboku, 1-ci divizion, klubların avrokuboklarda çıxışı, ayrı-ayrı yaş qrupu üzrə yığmaların beynəlxalq oyunlarının protokolları, ölkə xaricində çıxış edən futbolçularımız ilə bağlı dəqiqləşdirməyə ehtiyacı olan çoxlu məqam var. Təbii ki, çatışmazlıqları yaradan obyektiv və səbəblər olub. Vaxtilə xaricə səfərə qatarla çıxan klublardan və ya AFFA-nın darısqal otaqlarına sığınan adamlardan dəqiq statistika tələb etmək bir qədər çətindi. Üstəlik, 90-cı illərin əvvəlinin məlum çətinliklərini də unutmayaq. Futbola, statistikaya maraq göstərən qəzətlər, adətən, qısa yaşayır, bununla da rəqəmlərlə bağlı sistemli fəaliyyət mümkünsüzləşirdi.
Fikrimcə, indiki durumda bütün problemlərə və suallara son qoymaq üçün ölkənin tanınan statistiklərini öz ətrafında birləşdirən qurumun yaranması ən yaxşı yoldu. Məhz bu yolla Azərbaycan futbolu ilə bağlı bütün statistik boşluqları aradan qaldıra, mübahisəli məqamlara vahid yanaşma formalaşdıra bilərik.
HUŞƏNG
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:11 Mehdi AZAL-ı seçməyindən məmnundu Dünən, 13:09 Olimpiya çempionu “Kəpəz”dən danışdı Dünən, 13:07 “Traktorsazi” əzəli rəqibinə qalib gəldi Dünən, 13:05 Əvəzedicilərin çempionatında həlledici sonluq Dünən, 13:03 Şimallılar üçün mövsümün son oyunu Dünən, 13:02 Avstriya “Qarabağ”ı Bakıda futbolçu seçəcək Dünən, 13:00 İlümjinov Şəmkiri Linaresə bənzədir Dünən, 12:58 Teymur titulu Şəhriyardan almaq üçün əlindən gələni edəcək Dünən, 12:56 Şəmkirdə 100 min avro uğrunda mübarizə başlayır Dünən, 12:53 Finalın hakimi kim olacaq? Dünən, 12:51 MOİK islahatlara başladı: 8 futbolçu qovuldu Dünən, 12:50 Qətərdən səs çıxdı, diskdən yox Dünən, 12:45 “Sumqayıt” Kamerun yığması ilə qarşılaşacaq Dünən, 12:43 Premyer-liqanın üç klubu "Qarabağ"ı təbrik etməyib Dünən, 12:42 Oynadı və “sarı” aldı Dünən, 12:40 Çempion ola bilməməyin səbəbini dedilər... Dünən, 12:38 “Qarabağ” “qızıl”a “Azərsun Arena”da qovuşacaq Dünən, 12:36 “Mehdi Hüseynzadə”də işlər dayanıb Dünən, 12:35 Yaşar Vahabzadə İslamiadanın təqvimindən razıdı Dünən, 12:33 Eltac Səfərli İsveçrəni “fəth etdi” Dünən, 12:31 Sergey Karyakin Vüqarın məzarını ziyarət etdi Dünən, 12:30 İslamiada xəbərləri Dünən, 12:28 Simaitis ehtiyatda qalmasını normal qarşılayır 22-04-2017, 00:49 Qrupda qaldıq... 22-04-2017, 00:47 Tellur özündən razı deyil 22-04-2017, 00:45 Dreksa qayıdır, Petrov “Zirə”yə qarşı oynamayacaq 22-04-2017, 00:42 “Eurosport” Adamsın Azərbaycan gündəliyini vərəqlədi 22-04-2017, 00:40 Ölkə çempionları bəllidi 22-04-2017, 00:39 Qonaqlar xala da, qola da həsrət qaldı 22-04-2017, 00:37 İştirakçıların çoxluğu Neymarı təəccübləndirib 22-04-2017, 00:34 Avroliqaya sonuncu vəsiqə kimin olacaq? 22-04-2017, 00:33 "Yaz turniri" başlayıb 22-04-2017, 00:31 4000 manata başa gələn 1 xal 22-04-2017, 00:30 Nicat Muxtarov 3200 manat ziyana düşdü 22-04-2017, 00:28 Təbriz Həsənov Makedoniyanı AÇ-dəki hansı rəqibimizə oxşatdı? 22-04-2017, 00:27 PFL “gümüş”lə “bürünc”ü Qəbələyə aparır 22-04-2017, 00:25 “İnter” dağılır: Səlahət gedir, başqaları son iki turu gözləyir 22-04-2017, 00:24 Maşallah Əhmədovun məsələsi yenidən araşdırılacaq 22-04-2017, 00:23 “Qarabağ” nominal meydan sahibi oldu 22-04-2017, 00:22 Klublar Komitəsi mövsümün sonunu gözləyir 22-04-2017, 00:17 Alina Kabayeva gimnastikamızdan ağızdolusu danışdı 22-04-2017, 00:16 Jidkova yığmanın uğur qazanacağına inanır 22-04-2017, 00:14 İslamiada xəbərləri 22-04-2017, 00:12 Avropa çempionatına iki “bürünc”lə başladıq 22-04-2017, 00:11 Fətəliyevanın məğlubiyyətsizlik seriyası qırıldı 22-04-2017, 00:09 Jurnalistlər “Xəzər Lənkəran”ı qınayır 19-04-2017, 20:19 Mənsimovlar, Hadisənin ayaqları altına səpdiyiniz pulumuzu qaytarın! 19-04-2017, 20:17 AFFA və PFL-dən Əsgər Abdullayevi təbrik etməyiblər 19-04-2017, 20:15 “Qırmızı”sız tur və 3500 tovuzlu 19-04-2017, 20:13 HAKİMLƏRİN MÜHAKİMƏSİ 19-04-2017, 20:11 Avropa Liqasının təqvimi müəyyənləşdi 19-04-2017, 20:09 Yığma kluba uduzdu 19-04-2017, 20:08 “İnter”də maaş problemi davam edir 19-04-2017, 20:06 TURUN SİTATI 19-04-2017, 20:04 TURDAN MƏQAMLAR 19-04-2017, 20:01 Niyə “Qəbələ” yox, “Qarabağ”? 19-04-2017, 19:59 TURUN OYUNÇUSU Bütün xəbərlər
Ən çox oxunanlar