09 fev 23:16layihe

Vaqif Paşayev problemlərin həlli yollarını göstərdi

Vaqif Paşayev problemlərin həlli yollarını göstərdi
“Savadsız, daim üzərində çalımayan məşqçilər uşaqlara heç nə öyrədə bilməz”
“Futbolun inkişafında maraqlı ölkələr ilk növbədə uşaq futboluna yatırım etməli, gənc nəslin bu idman növündə kütəliviliyinə nail olmalıdı. Kütləvilik olan yerdə yeni-yeni istedadlar üzə çıxacaq” – bu sözlər əfasanəvi hollandiyalı mütəxəssis Yohan Kroyffa məxsusdu. Dünya futbolunda “uçan holland” ləqəbi ilə tanınan, 2016-cı ildə dünyasını dəyişən Kroyff həm də “Barselona”nın Futbol Akademiyasının əsas yaradıcılarından biri hesab olunur. Məhz o Kataloniya təmsilçisinin idman direktoru olduğu müddətdə “La Masiya” yeni dövrə qədəm qoydu, “Barselona” yeni ulduzlarına qovuşdu. Bunun üçün isə idman direktoru ilk növbədə aşağı yaş qruplarında çalışan məşqçilərin iş keyfiyyətini yüksəltməsinə diqqət ayırdı.
Doğrudan da uşaq futbolunda inkişafın təməli düzgün aparılan kadr siyasətindən asılıdı. Həmsöhbətimiz Vaqif Paşayev də bu amilin vacib olduğunu bildirdi. Ölkə futboluna neçə-neçə istedadlı futbolçu bəxş edən Vaqif bəy bu gün uşaq futbolunda çalışan gənc məşqçilərin işindən narazıdı: “Hazırda uşaqlarla işləyən məşqçilərin sayı bəlkə də futbolla məşğul omaq istəyən azyaşlıların sayından çoxdu. İndi kəmiyyət keyfiyyəti üstələyir. Bunun da obyektiv və subyektiv səbəbləri var. SSRİ dönəmində məşqçi olmaq üçün müəyyən mərhələlərdən keçməli, uzun illər təhsil almalı, pedaqoqika, anatomiya, psixologiya kimi elmlərdən xəbərdar olmalıydın. Ancaq indi bu proses çox sadələşdirilib. AFFA-nın təşkil edtiyi məşqçi kurslarına qatılıb, iki həftəyə kateqoriya əldə edib məşqçi kimi çalışa bilərsən. 15 günə alınan sertifikat hara, illər uzunu oxuduqdan sonra əldə olunan diplom hara? Ona görə də bizim vaxtımızda bu sahəyə üz tutan gənc mütəxəssislər daha savadlı idi. Ən acınaqlısı isə odu ki, iki həftəyə məşqçi olan gənclərimiz oxumağa, savadlarını artırmağa meyilli deyillər. Onlar özlərini hamıdan ağııllı hesab edir, daha yaşlı və təcrübəli həmkarlarından heç nə öyrənmək istəmirlər. Halbuki biz hər imkan düşəndə özümüzdən əvvəlki nəsilin nümayəndləri ilə söhbətləşir, bilmədiklərimizi onlardan soruşmağı özümüzə ayıb hesab etmirdik. Uşaq məşqçilərini iki qrupa bölmək olar. Birinci qrupa daxil olanların vəzifəsi seleksiya zamanı məktəbləri gəzib uşaqları baxışa dəvət etməkdi. İkinci qrup isə həmin uşaqların arasından layiqliləri seçib gələcəkdə peşəkar futbolçu kimi formalaşdırır. Bu tip məşqçilərə yaradıcı mütəxəssilər də demək olar. Bu qrupa daxil olan çalışdırıcılar şəraitdən asılı olmayaraq, daim işinə ciddi yanaşır və çalışdığı kluba fayda vermək üçün əlindən gələni edir. Çalışmaq lazımdı ki, akademiyalarda məhz belə məşqçilər işləsin. Müasir futbolda hər gün hansısa yeniliklərə rast gəlmək mümkündü. Aparıcı futbol ölkələrindən geri qalmamaq, onlarla ayaqlaşmaq üçün uşaq məşqçilərini tez-tez xarici ölkələrə göndərmək, müxtəlif seminarlarda iştiraklarını təmin etmək lazımdı. Düzdü, bu gün internet vasitəsilə müxtəlif məşq proseslərini əldə etmək olar. Ancaq vizual təhsil başqa, əyani təhsil başqa. Deyək ki, klublarımızın gənc məşqçiləri ölkə xaricinə yollamaq imkanı yoxdu. Belədə həmin seminarları ölkəmizdə təşkil etmək olar. Bir neçə klub birləşib bu sahə üzrə dünyada tanınmış mütəxəssisləri dəvət etsinlər və gənc çalışdırıcılar onların biliyindən yararlansınlar. Savadsız, daim üzərində çalımayan məşqçilər uşaqlara heç nə öyrədə bilməz. Bizdə isə belələrinin sayı həddən artıqdı. Hərdən mənə elə gəlir ki, özünə iş tapa bilməyən bəzi gənclər əlləri hər yerdən üzüləndə son variant kimi məşqçiliyə üz tuturlar. Buna görə də nəinki inkişaf edirik, əksinə, olan-qalan məşqçilik məktəbimiz də məhv olur. Bir dəfə adını çəkmək istəmədiyim gənc məşqçilərdən birinə dedim ki, sən uşaqlarla işləyirsən. Məşqçidən çox pedaqoq, psixoloq olmalısan. “Vaqif müəllim, mən məktəbdə işləmirəm ki, pedaqoq olum və ya bura xəstəxana deyil ki, uşaqlarla psixoloji söhbətlər aparım” cavabını verdi. Bu cür düşüncəyə malik məşqçiyə nə deyəsən?”
Vaqif bəy hazırda uşaq futbolu sahəsində istifadə olunan metodikadan da narazı qaldığını dilə gətirdi: “Bu gün istər klublar, istərsə də AFFA tərəfindən uşaq futboluna xüsusi diqqət ayrılır ki, bu da alqışalayiqdi. Ancaq elə məqamlar var ki, bu məni qane etmir. Məsələn, bu il 8, 9 yaşlı uşaqlarla çalışan məşqçilər növbəti mövsümdə artıq 15, 16 yaşlı yeniyetmələrə məşq keçməli olur ki, fikrimcə, bu da o qədər effektli olmur. Heç şübhəsiz ki, bu yaş qruplarına yanaşma da fərqli olmalıdı. Azyaşlılara dediyin sözü 16 yaşlı gəncə deyərsən, sənə artıq cavab qaytarar. Ondan sonra orda ya futbolçu qalmalıdı, ya da məşqçi. Buna nümunə kimi orta məktəbi göstərə bilərəm. Orda ibtidai sinif müəllimi 4-ci sinifə qədər dərs deyir. Uşaqlar böyüdükdən sonra isə artıq müəllimlərin sayı artır. İbtidai sinif müəllimləri ilk dəfə məktəbə gələn uşaqlarla işləməyin yolunu daha yaxşı bilir, nəinki kimya, fizika kimi ağır fənləri tədris edən pedaqoqlar. 5 il 8, 9 yaşlı uşaqlarla çalışan məşqçi 17 yaşlı, böyük futbola keçidin astanasında olan yeniyetməyə nə verə biləcək? Ona görə də hər bir məşqçi müəyyən yaş qrupu üzrə ixtisaslaşmalıdı. Belə yanlış addımlara görə itirə-itirə gedirik. “Qəbələ”, “Neftçi”, lap elə mənim hazırda çalışdığım “Sumqayıt” olsun, hamı bu yolla gedir. Buna görə də karyerasını bitirən futbolçuların yaratdığı boşluqları doldurmaq müşkül məsələyə çevrilib. Rəşad Sadıqov yığmadakı karyerasını başa vurub, indi Qurban Qurbanov müdafiənin mərkəzində oynatmağa futbolçu tapmır. Yarımmüdafiədə də eyni vəziyyətdi. Bir ara deyirdik ki, mərkəzdə Qara Qarayev kimi oyunçumuz var. Ancaq o da son vaxtlar geriləyib. Yalnız top almaqla işini bitmiş hesab edir. Yaradıcı futbolçuya ehtiyac duyuruq. Bir sözlə, ildən ilə futbolumuzda problemlər azalmaq əvəzinə daha da artır. Bunun da kökündə uşaq futbolunda çalışan məşqçilərin səviyyələrinin aşağı olması durur”.
RƏŞAD
Vaqif Paşayev problemlərin həlli yollarını göstərdi
Layihəni AFFA yanında Media Komitəsi maliyyələşdirir
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar