01 yan 13:04layihe

Rüstəm Əfsərli “İdman Azərbaycan”dan iki nəfərin adını çəkdi

Rüstəm Əfsərli “İdman Azərbaycan”dan iki nəfərin adını çəkdi
“Neftçi”də buna qədər yalnız “CBC Sport”da gördüyüm yüksək komfort var idi”
Hazırda tamaşaçıların ən çox bəyəndiyi şərhçilərdən biri də Rüstəm Əfsərlidi. Vaxtilə “Futbol+”də çalışan və “CBC Sport”un şərhçilər qrupunun rəhbəri olan həmkarımızla söhbətləşdik.
- “Neftçi” ilə anlaşdın, lakin qısa müddətdən sonra “CBC Sport”a qayıtdın. Bu da birmənalı qarşılanmadı. “Neftçi”də işini davam etdirməyinə nə mane oldu? Kluba getməyi səhv addım sayırdan?
- Mən 2013-cü ildə AZAL-dan ayrılanda özümə söz vermişdim ki, mümkün qədər futbol funksioneri kimi çalışmayım, jurnalistikaya diqqət ayırım. Ondan sonra təxminən 4 il jurnalistika ilə məşğul oldum. Sadəcə, “Neftçi”dən təklif elə adamdan gəldi ki, o insanın həm dünyagörüşü, həm futbola baxışı, üstəgəl, münasibətlərimiz məni ümidləndirdi. Fikirləşdim ki, yenidən kluba qayıtsam, özümü rahat hiss edə bilərəm. Dörd aydan sonra ayrılmağımın “Neftçi”nin rəhbərliyinə, işçilərə, məşqçilərə, futbolçulara, rəhbərlik etdiyim departamentin əməkdaşlarına aidiyyatı yoxdu. “Neftçi”də buna qədər yalnız “CBC Sport”da gördüyüm yüksək komfort var idi. İş prosesinin qurulması, maliyyə təminatı, bir insanın daha rahat çalışması üçün şərait – bütün bunlar maksimum səviyyədə idi. “Neftçi”dən ayrılmağımın səbəbi nə işin çətinliyi, məişət problemi, nə də ideyalarımın rəhbərliyin, məşqçilərin və ya personalın fikirləri ilə üs-üstə düşməməsi idi. Əksinə, hər şey bir-birinə uyumlu idi. Məni ora dəvət edən klub prezidenti Orxan Hüseynzadə, fikrimcə, ən yaxşı klub rəhbərlərindən biridi və özünü sübut edəcək. Bunu onun özünə də demişəm. Ancaq 4 ay ərzində gördüm ki, mən ruh halı, həyata baxış olaraq mümkün qədər daha çox bəlli çərçivədəki sərbəstliyə, yaradıcılığa öyrəşmişəm. Uşaq vaxtlarımdan azadlığı sevirəm, yaradıcılığa meyilliyəm, musiqi və şahmatla məşğul olmuşam. Futbol klublarında isə bunu əldə etmək asan deyil. Klubda daha çox məmur olmalısan. Bu da anlaşılan, təbii bir şeydi. Düzü, bunun öhdəsindən gəlmək çətin deyildi. Sadəcə, jurnalistikanın ruh halıma daha uyğun bir sahə olduğunu düşünürəm. Həmçinin ən yaxşı olduğum sahədi. Ona görə də “CBC Sport”a qayıtdım. Telekanal rəhbərliyinə və kanalın baş direktoru Volkan Üstə təşəkkür edirəm ki, gedəndə mənə “istənilən vaxt sənə qapılar açıqdı” deyilmişdi. Belə də oldu, bu gün “CBC Sport”dayam. Onsuz da “Neftçi”dən çıxanda başqa bir yerə getmək ağlımdan da keçməmişdi. Jurnalistikada özümü daha rahat hiss edirəm, yaradıcılqla məşğul ola bilirəm, övladlarımla daha çox vaxt keçirirəm. Doğrudu, bəzən “Neftçi” ilə müqayisədə asudə vaxtım daha az olur. Ancaq yenə də özümü mənəvi cəhətdən daha rahat hiss edirəm. “Neftçi”dən ayrılmağımın səbəbi yalnız bundan ibarətdi. Düşünürəm ki, o klubda hər şey yaxşı səviyyədə qurulub və belə davam edərsə, uğurlar özünü çox gözlətməyəcək. Belə bir misal var ki, “balıq ən dərin, insan isə ən yaxşı yeri axtarır”. “Ən yaxşı” kateqoriyasına çox şey daxildi. Mənim üçün də ən vacibi mənəvi cəhətdən sakit və rahat olmağımdı. Ruh halım məndən bunu tələb edir. Jurnalist olmaq uşaqlıqdan arzum olub. 17 yaşımdan bu sahəyə qədəm qoymuşam və “Futbol+” ilk iş yerlərimdən biri olub. Mərhələ-mərhələ irəliləmişəm və bu da son deyil. Düşünürəm ki, mənim üçün ən yaxşı yer jurnalistikadı. Xüsusən televiziya elə bir yerdi ki, ora daxil oldunsa, çıxmaq çox çətindi. Yaxşı mənada bir bataqlıqdı. Orda oldunsa, başqa yerdə özünü o qədər rahat hiss etmirsən.
- Bu gün “CBC Sport”un şərhçilərindən iki nəfərin işi tamaşaçıları daha çox razı salır: Elnur Məmmədli və Rüstəm Əfsərli. Bu mənada aranızda rəqabət varmı? Ümumiyyətlə, tez-tez müqayisə olunmağınız Elnurla münasibətlərinizə təsir edirmi?
- Bizdə heç kim sırf şəhçiliklə məşğul olmur. “Xəbərlər” xidmətində çalışanlar var ki, onlar da şərh edir. Onları da nəzərə alanda, biz 10-12 nəfərik. Hamımız da ambisiyalı, iddiaları olan insanlarıq. Böyük əksəriyyətimiz ailə sahibiyik, təvazökarlıqdan uzaq olsa da, jurnalistikada müəyyən ada sahib olmuş adamlarıq. Kiminsə təcrübəsi bir başqasından az və ya çox ola bilər. Bu insanların arasında rəqabətin olması tam təbiidi. Ancaq bu rəqabət özünü yalnız oyunun şərhində göstərir. “Bu matçı yüksək səviyyədə keçirim, ən yaxşılardan olum” kimi fikirlər təkcə iş prosesində özünü göstərir. İşdə Məmmədli ilə yanaşı otururuq, o mənim solumda, mən onun sağında oluram. Üstəlik, mən “Neftçi”yə gedəndə şərhçilər qrupunun rəhbəri Elnur keçdi. Həmin seçimin 100 faiz doğru olduğunu fikirləşirəm. Özü də biz Məmmədli ilə 2005-ci ildən, “Çempion” qəzetindən tanışıq. Mən jurnalistikaya başlayanda Elnur artıq “Futbol+”də çalışmış, sözünü demişdi, “Çempion”da köşələr yazırdı. Televiziyada fəaliyyətə də məndən öncə başlayıb. Hər hansı münaqişədən, münasibətlərin soyuq olmasından söhbət belə gedə bilməz. Fürsət olanda qeyri-formal şəraitdə vaxt da keçiririk, məclislərdə bir yerdə oluruq, istirahət edirik. Məncə, bu daha çox izləyicilərin ixtiyarına buraxılacaq bir məsələdi. Bunu yazılarımızı oxuyanların, şərhimizə qulaq asanların seçimi kimi qeyd edərdim. Kimsə Elnuru, başqa birisi Rüstəmi bəyənir. Ümumiyyətlə, “CBC Sport”un şərhçilərindən danışarkən məsələyə “Elnur və Rüstəm” prizmasından yanaşmağın əleyhinəyəm. Çünki bizdə müəllimimiz, Azərbaycanda ən çox bəyəndiyim şərhçi Rövşən Binnətli var. Şəmsəddin Abbasov şərhçilik təcrübəsinə görə, səhv etmirəmsə, yalnız Rövşən müəllimdən və Gündüz Abbaszadədən geri qalır. Gündüzlə Emin Abbasov hazırda “Xəzər”də çalışsalar da, onları da bura aid edirəm. Onları da kənara çəkmək doğru deyil. Pərviz Musayev kimi təcrübəli və universal şərhçimiz var. Murad Axundov bizə geri dönüb, Nurlanın, Ürfanın, Fəridin adını çəkərdim. Kimin necə şərh etməsi məsələsini azarkeşlərin ixtiyarına buraxmaq lazımdı.
- Hamıya bəllidi ki, əvvəlki nəsil şərhçilər yeniləri bəyənmir. Bəs siz necə, onları bəyənirsiz?
- Dedim axı, Azərbaycanda ən çox bəyəndiyim şərhçi Rövşən Binnətlidi. Bunu iş yoldaşım olduğuna görə demirəm. Bu mənim uşaqlığımdan gələn bir hissdi. Ümumiyyətlə, şərhə qiymət vermək subyektiv mövqe olar. Heç kim neçə illik təcrübəsindən, jurnalistikada etdiklərindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, şərhçiliyə tam obyektiv qiymət verə bilməz. Çünki bunu ölçməyin meyarı yoxdu. Şərh bir tamaşadı. Bu tamaşanın gedişində sən daha çox meydanda başverənlərdən, ətraf mühitdən, dayandığın və oyunu şərh etdiyin nöqtədən, futbolçuların ustalıq səviyyəsindən, məşqçilərin taktiki gedişlərindən çox asılısan. Belə deyək, “Dalğa Arena”da “Səbail”lə “Qəbələ”nin matçında 3-5 azarkeş varsa və orda qol vurulmayıbsa, təhlükəli vəziyyət belə yoxdusa, sənin bu oyunu çox “sulu” şərh etməyin mümkün deyil.
- Yəni şərh birbaşa oyundan asılıdı?
- Böyük ölçüdə. Təbii, şərhçi ustalığı deyilən məqam da var. Hadisələrə operativ reaksiya vermək bacarığın, oyunu oxumağın, ana dilinə hakim olmağın, ad və soyadların tələffüzü, cümlələrdə məntiqi vurğular kimi çox detallar da var. Mən Aydın Əliyevin qəzetinizə müsahibəsini oxumuşdum. Dediyi bəzi məqamlarla razı deyiləm. Bu da şərhçi, jurnalist kimi mövqeyimdi. Heç bir halda Aydın müəllimin yalan danışdığını söyləmək fikrində deyiləm. Sadəcə, bəzi məsələlərdə fərqli düşünürəm. Fikrim belədi ki, Azərbaycanda bir çox sahələr sovet dövrü ilə müqayisədə zəifləyib. Məsələn, film, kino sənayemiz, incəsənətimiz. Sovet dönəmi ilə müqayisədə parlaq bəstəkarlar son illərdə yetişmir. Baxmayaraq ki, istedadlılar var. Böyük müğənnilərin sayı getdikcə azalır. Rəşid Behbudov, Polad Bülbüloğlu səviyyəsini nəzərdə tuturam. Ancaq sovet dövrü ilə müqayisədə az-çox irəli gedən sahə varsa, o da jurnalistikadı. Burda yalnız idman jurnalistikasını nəzərdə tutmuram. Bunun da obyektiv səbəbləri var. Nəzərə alaq ki, SSRİ totalitar ölkə idi. Orda jurnalistlər daha çox təbliğatçılar idi. Belə bir ifadə vardı ki, SSRİ dönəmində jurnalistlərə “təbliğatın əsgərləri” deyirdilər. Lakin indi müstəqil, hüquqi dövlətdə yaşayırıq. Təbii, jurnalistika daha sərbəst və azaddı. Mühit sərbəst olanda isə yaradıcılıq imkanların artır. Bu da birbaşa həmin sahənin inkişafına gətirib çıxarır.
- Sonradan baxanda öz şərhindən razı qalmadığın anlar olub?
- Dəfələrlə. İlk gündən şərh etdiyim oyunlara ertəsi gün baxıram. Vaxt ayırıram, izləmək üçün indi imkanlar genişdi. Onu da deyim ki, əksər hallarda razı qalmamışam. Ancaq bir məqam da var ki, o da subyektiv qiymətləndirməyə gəlib çıxır. Sosial şəbəkələrdəki reaksiyadan tamaşaçıların sənin şərhindən nə qədər razı qalıb-qalmadığını böyük ölçüdə bilirsən. Elə olub ki, oyundan çıxandan sonra özüm-özümə demişəm ki, çox bərbad şərh etdim. Ancaq sosial şəbəkələrdə xoş rəy görmüşəm. Bəzən də əksinə olub. Özüm razı qalmışam, reaksiya isə başqa cür olub. Futbolçu özü oynayanda yaxşı və ya pis oynadığını hiss edə bilir. Məncə, şəhrçilərdə də belədi.
- Şəxsi problemlər şərhin keyfiyyətinə necə təsir edir?
- Sözsüz, təsir edir. Ancaq televiziyada insanların, demək olar, hər gün qarşılaşdığı bir cümlə var: ekran qarşısında oturan adamların sənin probleminlə maraqlanmağa nə vaxtı, nə də həvəsi var. Oyuna baxan adam zövq almaq istəyir. Sən də 90 dəqiqə ərzində ona nələrsə çatdırmalısan. Şəxsi problemlərin və maliyyə çətinliyinin izləyiciyə aidiyyatı yoxdu. Lakin nəzərə almaq lazımdı ki, şərhçilər də yaradıcı insanlardı. Yaradıcı insanlar isə həssas olurlar. Şərhçi üçün vacib amillərdən biri onun şəraitidi. Soyuqda “Azərsun Arena”da 3 saat 5-ci mərtəbədə, üç tərəfdən külək vuranda 90 dəqiqə danışmağa məcbursansa, təbii, sənin dilin də quruya bilər, soyuğun mənfi təsiri ilə də üzləşə bilərsən. Bunlar hamısı şərhin keyfiyyətinə ətsir edir. Təəssüf ki, Azərbaycanda şərhçilərin oturması və şərhi etməsi üçün normal stadion yoxdu. Bu məqam çox qabardılıb, klublara çatdırılıb, amma təbdir görülməyib.
- “İdman Azərbaycan”la rəqabətə necə baxırsan? Orda elə şərhçi varmı ki, “CBC Sport”da görmək və ya gətirmək istəyərdin?
- Bu rəqabətə çox yaxşı yanaşıram. Xaricdə böyük klublar bir-biri ilə “atışır”, lakin sonda deyirlər ki, “Milan” olmasa, “İnter”, “Qalatasaray” olmasa, “Fənərbaxça” o səviyyədə olmaz. Rəqabət insanı tonusda saxlayan bir şeydi. Bu baxımdan öz üzərində daha çox çalışırsan və keyfiyyət artır. Kim deyirsə ki, iki idman telekanalı Azərbaycan üçün çoxdu, bununla razı deyiləm. İmkanım olsa, daha birini açaram. İşıqlandırmağa mövzu çoxdu və idmanımızın danışılmasına ehtiyac var. Məsələyə “kimisə gətirmək” aspektindən yanaşmayım. Bəyəndiyim şərhçilər çoxdu, yaxşı münasibətlərimiz də var. Səyavuş Əliyevlə Ramiz Mirzəzadənin adlarını çəkə bilərəm.
FARİZ
Rüstəm Əfsərli “İdman Azərbaycan”dan iki nəfərin adını çəkdi
Layihəni AFFA yanında Media Komitəsi maliyyələşdirir
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:24 "Zirə" daha bir transfer edəcək Bu gün, 14:22 "Keşlə"dən 3-cü qələbə Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Bütün xəbərlər
Ən çox oxunanlar