22 dek 23:10layihe

“Bəzən elə narazılıqlar olur ki, ona necə cavab verəcəyini bilmirsən”

“Bəzən elə narazılıqlar olur ki, ona necə cavab verəcəyini bilmirsən”
Rövşən Binnətli daim TV-də çalışmağı arzulayıb
Layihə çərçivəsində budəfəki həmsöhbətimiz Rövşən Binnətlidi. Dekabrın 26-da ömrünün 60-cı ilinə qədəm qoyacaq, indi “CBC Sport” kanalında xəbərlər xidmətinin şef-redaktoru kimi çalışan həmkarla söhbətdə idman jurnalistikasının bəzi aktual məsələlərinə toxunduq.
- Bir neçə gün öncə tanınmış, mərhum həmkarımız Aqşin Kazımzadənin 80 illik yubileyi qeyd olundu. Siz də həmin tədbirdə iştirak etdiz. Necə düşünürsüz, cənc idman jurnalistləri Aqşin bəyi tanıyırmı? Tanımırsa, bunun günahı kimdədi?
- Mən gənc nəslin adından necə cavab verə bilərəm ki, onlar Kazımzadəni tanıyır, ya yox? Çox güman, elə də yaxından tanımırlar. Ola bilsin, bəziləri tanıyır, bəziləri tanımır. Hamının əvəzindən qəti şəkildə cavab verməkdə çətinlik çəkirəm. Əslində buna görə kimisə günahlandırmaq da olmaz. Aqşin bəyin işlədiyi dövrün mətbuatı ilə indiki zamanı müqayisə etmək düzgün olmaz. Bəlkə də təbliğat məsələsində hansısa boşluğa yol verilib. Bu sahədə çalışanlar o qədər də ürəkaçan səviyyədə ictimaiyyətə tanıtdırılmır. Özünə idman jurnalisti deyən kəs hardan hara gəldiyimizi, kimlərin bu sahədə cığıraçan olduğunu bilməli, tarixə nəzər salmalıdı. Gənc nəsil tək Kazımzadəni yox, o sırada duran başqalarını da tanımalıdı.
- Bu gün ölkədə idman jurnalistikası üzrə ixtisaslaşan müxtəlif qurumlar var. AFFA yanında Media Komitəsi, İdman Araşdırmalar Mərkəzi (İAM), Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) və s. Onların hər biri ayrı-ayrılıqda layihələr həyata keçirir, ilin sonunda idmanda və futbolda fərqlənənlərə mükafatlar təqdim edirlər. Bəzən elə olur ki, müxtəlif qurumların verdiyi mükafatlar üst-üstə düşür. Necə düşünürsüz, onların əlaqəli fəaliyyət göstərməsi, müştərək layihələr gerçəkləşdirməsi daha faydalı olmazdımı? Ən azı ilin sonunda birgə qala-gecə təşkil etmək olar.
- Adını çəkdikləriniz ayrı-ayrı qurumlardı. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının başqalarından fərqli beynəlxalq qurumda da təmsil olunur. Onların vahid cəbhədən çıxış etməsi, məncə, düzgün olmazdı. Hər təşkilatın özünün prinsipi var.
- Necə oldu ki, jurnalistikaya üz tutduz? Xüsusilə də idman sahəsini seçməyinizin tarixçəsi bizim üçün maraqlıdı.
- Hazırda jurnalistika ilə məşğul olanlardan fərqli, mənim ixtisasım jurnalistikadı. İdman sahəsini seçməyimə gəlincə, uşaqlıqdan idmana marağım olub. Və bu maraq məni idman mediasına gətirib. 10 yaşımdan şərhçiliyə, o dövrün mətbuatında idman haqda materaillara çox maraq göstərmişəm. Ağdamda nəşr olunan “Lenin yolu”qəzetində bu mövzuda çox çıxış etmişəm. Ağdam radiosunda idman mövzularının işıqlandırılmasında böyük rolum olub. Bir dəfə yerli radionun rəhbəri verdiyim materialları özümün şərh etməyimi istədi. Baş redaktor Qambay Əliyevin təklifi mənim üçün böyük sürpriz oldu. Sonrada məlum səbəblərdən elə alındı ki, Bakıda məskunlaşmalı oldum və həmin vaxt “AFFA-news”, “Səhər” qəzetlərində çalışdım. Sonradan “Panorama”ya üz tutdum. 42 yaşımda isə uşaqlıq, yeniyetməlik arzum həyata keçdi və televiziyada işləməyə başladım. İndi isə “CBC Sport”dayam.
- Siz həm SSRİ dönəmində, həm də müstəqillik illərində çalışmısız. Kimləri özünüzə ustad saymısız, kimlərdən nə öyrənmisiz?
- Qeyd etdyim kimi uşaqlıqdan bu sahəyə böyük marağım olub, daim yazılanları mütaliə etmişəm. Həm Azərbaycan televiziyasında işləyən, həm də rus şərhçiləri dinləmişəm. İdman jurnalistikasında Şakir Yaqubovu özümə sənət müəllimi saymışam. Əvvəlcə idman mediası mənim üçün 2-3-cü pillədə idisə, bu sahə sırf həyat tərzimə çevriləndən sonra ondan daha çox bəhrələnmişəm.
- Sovet dönəmi ilə hazırkı idman mediasını müqayisə etsək, nəyin pis, nəyin yaxşı oldunu düşünürsüz?
- Sovet dövründəki idman yazılarını gözdən keçirsək və indiki idman mediası arasında paralellər aparsaq, ortada böyük fərqlərin olduğunu görəcəyik. Bəzən bizə o dövrü ideal şəkildə təsvir edib, mövcud durumu kəskin tənqid edirlər. Ancaq mən o fikirdən uzağam. Bu gün bizdə istər futbol, istər fərdi və kollektiv idman növlərində təhlil yazıları bəh-bəhlə anılan sovet dönəmindəkindən daha üst səviyyədədi. O vaxtlar daha çox məlumat xarakterli yazılara üstünlük verilib, təsvir kəskin şəkildə özünə yer edib. Təhlil isə dedyim kimi, müstəqillik illərində ənənəyə çevrildi. Bu şaxə Azərbaycanın idman mediasında cavandı. Lap ifadələrdə də fərqlilik var. Bəzən idman mediasını ifadələrə görə çox tənqid edirlər. Ancaq o vaxtkı yazılara baxanda görürsən ki, həmin dövrün yazarları da anlaşılmaz sözlər işlədiblər. Məsələn, çempionatın ən sərrast futbolçularını “çempionatın bombardmançıları” yazıblar. Həmin ifadəni yazanlar bu gün bizə şans sözünü işlətdiyimizə görə irad tuturlar. Bundan başqa, aut, korner sözlərinə görə tənqid olunuruq. Halbuki bunu zaman tələb edir. Kompüterə güc-bəla ilə bilgisayar deməklə deyil ki. Artıq bu söz özünə yer edib. Yaxşısı budu ki, hazırda məsələyə daha geniş prizmadan yanaşmağı bacaran istedadlı jurnalistlərimiz var və yeni nəsil də yetişir. Sayı az olsa da, belələri var. O dövrün də müsbət cəhətləri olub. Ancaq tələblər fərqli idi. Ötən əsrdə adamlar böyük həcmli yazılara üstünlük verirdilərsə, indi bir səhifəlik yazını oxumağa heç kimin səbri çatmır. Hamı daha lakonik, kiçik həcmli yazılara üstünlük verir. Kazımzadənin yubileyində qeyd olundu ki, bir dəfə rəhmətlik adi vəziyyətdən səhifəyarım yazı yazmışdı. İndi belə jurnalistlər azdı. Bəlkə də o illərdə elə yazı qəbul olunurdu, indi zamanın tələbi başqadı. O vaxt yaxşı idi, yoxsa indi? Bu suala hərənin bir cavabı var. Mənə görə indi müsbət məqamlar SSRi dövründəkindən heç də az deyil.
- Zəngin karyeraya malik biri kimi yeni nəslə nə öyrətmək istərdiz, bunun mexanizmini necə görürsüz? Ümumiyyətlə, öyrənmək niyyəti ilə sizə yaxınlaşan olub?
- Sizə tam səmimi deyirəm: mən daim özümdən narazı olan insanam. Yazdığım yazıya, etdiyim şərhə bəlkə də özümdən çox tənqidi yanaşan yoxdu. Kimsə məndən ya telefonla, ya da üzbəüz söhbət zamanı nə soruşursa, ona yardımçı ola bilirəmsə, o anda özümü çox rahat hiss edirəm. Çalışdığım “CBC Sport”un xəbərlər departamentində kimsə yardımla bağlı mənə yaxınlaşsa, hər zaman kömək göstərirəm. Lap mənə yaxınlaşmasalar belə, ehtiyac olan zaman bildiyimi qarşı tərəfə söyləyirəm. Hansısa sözün alternativini bilməsəm, heç vaxt kiməsə nəyisə irad tutmaram. Baxmayaraq ki, belələri heç də az deyil. “3 xallıq atış” ifadəsinə özümün alternativim yoxdusa, həmin şəxsə nə deyim? Bir çox ifadələr var ki, onlara qarşıyam. Məsələn, yarış sözünün əvəzinə yarışma yazılmasının və ya deyilməsinin əleyhinəyəm. Bu bizə türklərdən gələn bir sözdü. Öz dilimizdə bu sözün qarşılığı varsa, nəyə görə ondan yox, gəlmə sözdən istifadə edək? Bizim əməkdaşlar da sağ olsunlar, məsləhəti qəbul edərək şərhlərdə bu cür sözləri işlətmirlər. Sizə daha bir nümunə göstərim. Bizim efirdə paltardəyişmə otağına soyunub-geyinmə otağı deyilmir. Etik cəhətdən bu ifadə düzgün deyil. Elə vaxtlar olub ki, kimlərsə mənimlə razılaşmayıb. Hər kəsin öz fikri var və ona da hörmətlə yanaşıram. Əvvəllər bütün bunlar məni çox əsəbləşdirirdi. Ancaq tədricən özümü ələ almağı bacarıram. Mənim dediklərim onun xeyrinədi, qəbul etmirsə, özü bilər.
- Şərhçiliyin indiki durumunu necə dəyərləndirirsiz? “İdman Azərbaycan”, “CBC Sport” idmanımızın, futbolumuzun mənzərəsini tam aça bilir?
- Bilmirəm, bu suala cavab verməyə nə dərəcədə mənəvi haqqım var? Ancaq mənə elə gəlir, bu sahədə ən böyük qüsur, çatışmazlıq bu gün şərhçiliyə üz tutanların əksəriyyətinin işinə “elə alınıb ki, şərhçi olmuşam” prinsipi ilə yanaşmasıdı. Məsələn, bir var şərhçi olmaq arzusu ilə 30 il yaşayasan və istəyinə çatdıqda bu işi sevə-sevə görəsən. Bir də var sən başqa iş üçün gəlmisən, sadəcə, yer boşdu deyə şərhçi olursan. Kimlər ki işinə ciddi yanaşır, hər gün öz üzərində işləyir, o uğur qazanır. Kimlər ki, sadəcə, vaxt öldürür, o heç vaxt irəli gedə bilməz. Buna baxmayaraq, fikrimcə, pillə-pillə də olsa, bu sahə inkişaf edir. İndi şərhçiləri qınayan çoxdu. Bunun da səbəbi iki nəslin seçimi və zövqüdü. Yaşlı və orta nəsil daha çox Rusiya, gənc nəsil isə türk şərhçiləri bəyənir. Ona görə də bəzən yerli, bəzən isə yersiz iradlarla qarşılaşırıq.
- Sizin şərhçilyinizdən də narazı qalanlar var. Onların fikrincə, Rövşən Binnətli komanda, klub sözlərindən çox yararlanır. Bundan başqa, bəzən oyunun tempini tuta bilmədiyiniz də iddia olunur. Bu iradlarla razısız?
- Mən həmişə sağlam tənqidi qəbul etmişəm, ondan nəticə çıxarmağa çalışmışam. Ancaq bəzən elə narazılıqlar olur ki, ona necə cavab verəcəyini bilmirsən. Klub, komanda sözünün alternativi nədi? Bunların qarşılığı olsun ki, mən də bu sözləri təkrarlamayım. Bəzən kollektiv sözünü də işlədirik ki, bunu da bəziləri ironiya ilə qarşılayır. O ki qaldı oyunun tempini tutmamağıma, bununla da razılaşmıram. Televiziyanın ana qanunu gördüyünü söyləməkdi ki, mən də məhz belə edirəm. Bəzən olur ki, oyunda təhlükəli vəziyyət olmur və həmin an başqa mövzudan danışırsan. Və qəfil komandalardan hansısa təhlükəli hücum qurur. Belədə həmin söhbəti yarımçıq saxlayıb meydanda yaşananları şərh etməlisən. Şərhçi işi həmişə müzakirə mövzusudu, daim tənqidlərlə üzləşirsən. Olur ki, 90 dəqiqə yüksək səviyyədə şərh edirsən, xırda bir səhv bütün işin üstünə kölgə salır. Buna görə həvəsdən düşməvəli, səhvdən nəticə çıxarıb yoluna davam etməlisən.
RƏŞAD
Layihəni AFFA yanında Media Komitəsi maliyyələşdirir
“Bəzən elə narazılıqlar olur ki, ona necə cavab verəcəyini bilmirsən”
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:33 U-17 “Antalyaspor”u üstələdi Bu gün, 14:31 Rəşad Sadıqov Mahirlə Ramilə dəvət göndərməsinin səbəbini açıqladı Bu gün, 14:28 "İçki içmirəm, siqaret çəkmirəm, başqa nə etməliyəm?" Bu gün, 14:25 Yuri Maksimovu iki mövqe narahat edir Bu gün, 14:24 "Zirə" daha bir transfer edəcək Bu gün, 14:22 "Keşlə"dən 3-cü qələbə Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar