13 dek 23:42layihe

Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır

Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır
“Ən böyük təsəllim dünyanın 53 ölkəsində olmağımdı”
Dünən tanınmış teleaparıcı və jurnalist Aydın Əliyevin qonağı olduq. Sözün həqiqi mənasında saçını bu sahədə ağardan Əliyevlə jurnalistikanın dünəni və bu günü ilə bağlı söhbətləşdik. Qeyd edək ki, Aydın bəy 1937-ci ildə Bakıda anadan olub, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. Tələbə olarkən “Azərbaycan dəmiryolçusu” qəzetində tərcüməçi, sonra isə “Abşeron” qəzetində ədəbi işçi kimi çalışıb. 1962-ci ildən Dövlət Teleradio Verilişləri Şirkətində fəaliyyətə başlayıb, 1972-97-ci illərdə idman proqramları baş redaksiyasına rəhbərlik edib. Uzun müddət “Speys”də də çalışıb. Onun dünyanın 53 ölkəsindən, Olimpiya Oyunlarından, dünya və Avropa çempionatlarından hazırladığı yüzlərlə reportaj tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Bir sıra kitabların müəllifi, sənədli filmlərin ssenari müəllifidi. Bir sözlə, jurnalistikanın hər üzünü bilən, hazırda təqaüddə olmasına baxmayaraq, yaradıcılıq fəaliyyətini davam etdirən Aydın bəylə söhbətimizin maraqlı keçəcəyini düşünürdük və belə də oldu.
- Siz nadir adamlardansız ki, həm sovet dövründə, həm də müstəqillik illərində jurnalistikada olmusuz. Sovet dönəmində bu sahədə özünə yer etmək asan məsələ deyildi. Bunu necə bacardız?
- İndi jurnalist olmaq çox asandı. Düzdü, əsas onun cəmiyyət tərəfindən qəbul olunmasıdı. Ancaq bu sahəyə gələn hər kəs özünü jurnalist sayır. O vaxt Azərbaycan Jurnalistlər İttifaqının üzvü olmaq üçün imtahan verməli olurdun. 1963-cü ildən həmin birliyin üzvüyəm. Teleradio Verilişləri Şirkətində işə başlamaq üçün də imtahan vermişdik. Yoxlayırdılar ki, bu jurnalist olmağa hazırdı, ya yox. 1965-dən isə SSRİ Jurnalistlər İttifaqının üzvüyəm. Bununla fəxr edirəm ki, o yaşda çox az adamın bacardığına nail olmuşdum. Hələ tələbə olanda bir kitabım çıxmışdı, teleradioda çalışırdım. Buna görə də həmin birliyə məni qəbul etmişdilər.
- Sovet dövrü ilə indiki jurnalistikanı müqayisə edərdiz.
- Həmkarlarım inciməsin, ancaq sovet jurnalistikası daha güclü idi. Elə sizin çalışdığınız sahəni götürək. Oqtay Atayev, Aqşin Kazımzadə kimi idman jurnalistləri var? Yoxdu. Onlardakı çalışqanlığı, zəhmətkeşliyi indikilərdə görmürəm. Hazırda hamı asan yola qaçır. Müsahibə ilə məqalə fərqlənmir. O vaxt hər janrın öz tələbləri vardı. “Mozalan”, “Kirpi” jurnalları, radiodakı “Arı” verilişi indi yoxdu. Orda tənqid olunan elə bil işini itirirdi. Çünki tutarlı, məntiqə əsaslanan yazılar var idi. O illərlə müqayisədə indiki jurnalistika çox cılızlaşıb.
- Yəqin ki, idman jurnalistikasını izləyirsiz. Konkret nə sizi qane etmir?
- İlk növbədə dil, üslub məsələsinə diqqət yetirək. Cavan həmkarlarımız həddən artıq xarici sözlər işlədirlər. Yeri gəldi-gəlmədi. Halbuki onların çoxuna jurnalist deyə bilmərəm. Bu “super”, “şans” sözlərini nə qədər işlətmək olar? “Şans”ın əvəzinə “imkan”, “fürsət”, “şərait”, “vəziyyət” deyə bilərsən. Azərbaycan dilində onun qarşılığı varsa, niyə dili bu qədər korlayırlar? 100-ə yaxın sözün siyahısını tutmuşam, onların tələffüzü səhvdi. Hətta qüsur da yox, deyərdim ki, jurnalistikaya ləkə gətirir. Səməd Vurğun 1940-cı ildə “dil xalqın namusudu” deyirdi. İndi bizim bəzi məmurlar hesabat verəndə belə deyirlər: “Filan kanalın filan proqramının dili qənaətbəxşdi”. Namus da qənaətbəxş olar? Düzdü, möhtərəm prezidentimiz dillə bağlı xüsusi sərəncamlar verib. Ancaq dil məsələsi ilə məşğul olan insanların özlərində qüsur var. Bilmədiyin adı niyə deməlisən? O gün bir proqramda aparıcı “Litva” sözündə vurğunu düzgün deyə bilmirdi. Bu cür nümunələrdən yüzlərlə göstərə bilərəm. Belə səhvlərə yol verənlərə jurnalist demək olmaz. Bu saat dil problemi öndədi.
- Sovet dönəmində sizin üçün ən yaddaqalan, ən maraqlı hansı məqamı qeyd edə bilərsiz?
- Adətən, deyirlər ki, xatirələr insanı qocaldır. Mən xatirələrlə yaşayan insan deyiləm. Ancaq kiminsə mənim jurnalist kimi yetişməyimdə zəhməti, əziyyəti olubsa, onları unuda bilmərəm. Onlar mənim daim qəlbimdədilər. Bununla belə, bir xatirəni sizinlə bölüşüm. 80-ci illərdə Baykal–Amur Magistralının tikintisi gedirdi. Həmin vaxt o sahəyə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, ulu öndərimiz Heydər Əliyev nəzarət edirdi. Ümumiyyətlə, 5-6 ən ağır sahə məhz Azərbaycan xalqının fəxrinin nəzarətində idi. Onun tapşırığı ilə 5 il ardıcıl Baykal – Amur magistralında olmuşam. Ora turistlər yayda gedir. Ancaq mən qış aylarında da olmuşam, 50-60 dərəcə şaxtanı görmüşəm. Ordan hazırladığım materaillara görə mənə Baykal–Amur Magistralının fəxri vətəndaşı adı vermişdilər (gülür).
- Hansı mükafatları əldə etmisiz?
- Azərbaycanın əməkdar mədəniyyət işçisi adını almışam, “Tərəqqi” medalına layiq görülmüşəm. Sovet dönəmində də bir sıra mükafatlarım olub, fəxri fərmanlar almışam. Ən böyük təsəllim isə dünyanın 53 ölkəsində olmağımdı. Harda olmuşamsa, ilk növbədə doğma Azərbaycanı təmsil etdiyimi unutmamışam. İşimi elə səviyyədə görmüşəm ki, sonra ona görə xəcalət çəkməyim. Bu mənim əsas prinsiplərim olub.
- Bəs üzləşdiyiniz cəzalar olub?
- Bir xəta törətməlisən ki, cəzası olsun. Məndə yalnız bir dəfə belə hal baş verib. 60-cı illərdə ana televiziyada buraxılış şöbəsinin müdiri idim. Bir film getdi, orda evin sahibi olan kişi işə gedəndə çarpayıda yatan xəstə həyat yoldaşının alnından öpüb getdi. Ertəsi mərkəzi komitədən o vaxtkı sədrimiz Teymur Əliyevə zəng vurublar ki, nə deyirsiz, biz də səhər işə yollananda qadınlarımızı öpüb getməliyik? Buna görə də mənə “yağlı” töhmət verdilər. Halbuki o mənim günahım deyildi. Xüsusi kinoproqram şöbəsi vardı. Onlar filmə baxıb yazırdılar ki, 16 yaşından aşağı olanların baxması məsləhət deyil. Günahım olmaya-olmaya ömrümdə ilk və yeganə töhməti aldım.
- 10 milyonluq ölkə üçün iki idman telekanalı çox deyil? Nəzərə alaq ki, başqa kanallarda da idmana az-çox yer ayrılır.
- Məncə, biz idmana nə qədər yer ayırsaq, çox demək olmaz. Rusiyada 8 idman telekanalı var. Bizdə problemlərdən biri şərhçinin ayrı-ayrı idman yarışlarını tamaşaçılara çatdırmasıdı. Fikrimcə, hər idman növünün öz şərhçisi olmalıdı. “Formula-1”-in aparıcısının səsini çox keçmir ki, voleybolda eşidirəm. Bu düzgün deyil axı. Artıq müqavilə ilə kənardan şərhçi, mütəxəssis dəvət etmək təcrübəsi bizdə də var. İdman yarışlarına, adətən, Rusiya telekanallarından baxıram. Orda nəsə öyrənirəm. Tutaq ki, MY – MS oyununun 172 ölkədə yayınlandığını ordan eşitdim. Öz şərhçilərimizə də böyük hörmətim var, onlarla çalışmışam, bacardığım köməyi göstərmişəm. Amma Rusiyada futbol verilişlərinə ekspert kimi kimləri dəvət edirlər? Karpin, Mostovoy. Bunlar ən məşhur rus futbolçulardı, uzun müddət xarici çempionatlarda oynayıblar. Onlar gəlib fikirlərini deyir, proqnozlarını səsləndirirlər, təhlil edirlər. Bizdə kimi çağırasan? Vəli Qasımov, İsgəndər Cavadov, bəs sonra? Nüfuz sahibi olan, söz deyə bilən, cəmiyyətin onun dediyini qəbul etdiyi adamları barmaqla saymaq olar. Güləşdə, boksda belələri var. Ancaq voleybolda, futbolda yoxdu. Çox istəyərdim ki, özüm apardığım reportajlarda Faiq Qarayev səviyyəsinə çatan birini yanımda oturdum. Şərhçidən fərqli, mütəxəssisin fikri daha önəmli sayılır.
- Bəs hazırda telekanallarda çalışan şərhçilər haqda nə deyə bilərsiz? Hansı çatışmazlıqlar var?
- Hazırda tamaşaçıların qəbul etdiyi şərhçilər az deyil. Fikrət Adıgözəllinin, Səyavuş Əliyevin, cavanlardan Nurlan Hacıyevin adını çəkə bilərəm. Hacıyev çox hazırlıqlı oğlandı, özü də xahiş edib ki, səhvim olsa, Aydın müəllim, mənə deyin. Ancaq elə bir səhvini görməmişəm. Bilirsiz, Nurlan niyə yaxşıdı? Çünki o qəzetdən gəlib. Qəzetdən gələn jurnalist televiziyada daha böyük uğurlara nail ola bilir. Tural Məmmədli, Fərid Ramazanov, İsmayıl Abdullayev də yaxşı şərhçilərimizdədindi. Ölkə çempionatına baxa bilmirəm. Çünki 8 komanda çıxış edir, onun da ikisi iddialıdı. O gün Avropadan ardıcıl 4 oyuna baxdım. Təbii, Azərbaycan çempionatına baxmaq istəyərdim və bunu özümə borc bilirəm. Ancaq baxa bilmirəm. Çempionatımızın səviyyəsi çox aşağıdı. Yalnız “Qarabağ”ın uğurlarına sevinirik. “Neftçi” SSRİ çempionatında 13-14-cü yerdə gedirdi, stadionda boş yer yox idi. Futbolu sənə sevdirən oyunçular olmalıdı ki, oyuna da baxasan. Təəssüf ki, çempionatımızın səviyyəsi ürəkaçan deyil.
FARİZ
Layihəni AFFA yanında Media Komitəsi maliyyələşdirir.
Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:33 U-17 “Antalyaspor”u üstələdi Bu gün, 14:31 Rəşad Sadıqov Mahirlə Ramilə dəvət göndərməsinin səbəbini açıqladı Bu gün, 14:28 "İçki içmirəm, siqaret çəkmirəm, başqa nə etməliyəm?" Bu gün, 14:25 Yuri Maksimovu iki mövqe narahat edir Bu gün, 14:24 "Zirə" daha bir transfer edəcək Bu gün, 14:22 "Keşlə"dən 3-cü qələbə Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar