01 dek 20:15layihe

Kubada tərcüməçi işləmiş həmkarımız dövrləri müqayisə etdi

Kubada tərcüməçi işləmiş həmkarımız dövrləri müqayisə etdi
Oqtay Bayramov: “O vaxtın qəzetlərini götürüb oxusaz, saysız-hesabsız tənqidi yazılar görə bilərsiz”
Jurnalistikanın ən önəmli qollarından biri də idman jurnalistikasıdı. Dünyada jurnalistikanın bu növü xüsusi bir sahə kimi öz inkişaf yolunu tutub. O cümlədən Azərbaycanda da idman jurnalistikası müəyyən inkişaf mərhələsini arxada qoyub. Son dövrlər idman mətbuatında tərəqqi hiss olunur. İdmanla bağlı xüsusi qəzetlər, jurnallar, portallar telekanallar fəaliyyət göstərir. Bu ildən isə idman jurnalistikası ayrıca ixtisas kimi tədris olunur. Təbii ki, idman jurnalistikasının inkişafında veteran yazarların da əvəzsiz rolu olub. Bunlardan biri də Oqtay Bayramovdu. Oqtay bəy 1945-ci ildə Qazax şəhərində anadan olub. 1968-də Azərbaycan Pedaqoji Xarici dillər İnstitutunun İspan dili fakultetini bitirib.1966-67-ci illərdə Kubada tərcüməçi işləyib. 1968-dən 1995-dək “İdman” (Sport) qəzetində müxtəlif vəzifələrdə çalışıb. 1974-92-cü illərdə redaktor müavini, 1992-95-də baş redaktorun birinci müavini olub. 1995-in noyabrından “Xalq qəzeti”ndə çalışır. Oqtay Bayramov 1980-1986-cı illərdə Yuqoslaviya, Çexoslavakiya, Macarıstan və Meksikada basketbol, həndbol və futbol üzrə Avropa və dünya çempionatlarını, 1993-də Hollandiyada gənclərin Avropa Olimpiya Həftəsini birbaşa yarış meydanından işıqlandırıb. Azərbaycan idmanının təbliğində və inkişafında xidmətlərinə görə respublikanın əməkdar jurnalisti, fəxri bədən tərbiyəsi və idman işçisi adlarına layiq görülüb. Həsən bəy Zərdabi mükafatı laureatıdı. SSRİ dövründə idman jurnalistikamızın durumu, ənənələri, indiki dövrlə müqayisəsi və başqa mövzular ətrafında Oqtay bəylə danışmağı lazım bildik.
- Oqtay bəy, həmin vaxtlar idman jurnalistikasının durumu necə idi? Bu sahəyə diqqət var idimi?
- Diqqət çox yaxşı idi. Ötən əsrin 60-cı illərin ortalarından “İdman” qəzetində çalışmışam. Öz təcrübəmdən deyə bilərəm ki, vəziyyət pis deyildi. Operativ fəaliyyət göstərirdim. Qəzetdə peşəkar jurnalistlər çalışırdı. Bir qəzetdə idman jurnalistlərindən başqa, SSRİ idman ustaları, beynəlxalq dərəcəli hakimlər məqalələr yazırdı. Məsələn, bizdə həmin dövrdə işləyən Paşa Əmirov dəfələrlə boks üzrə ölkə çempionu olmuşdu. Anatoli Şilyayev isə həndbol üzrə SSRİ idman ustası idi. Ümumiyyətlə, həmin dövrlərdə idman qəzetlərinin abunəçilərinin sayı çox olurdu.
- Demək istəyirsiz ki, həmin dövrdə ölkəmizdə idman jurnalistikasının ənənələri olub.
- Təbii ki, olub. Özü də yalnız qəzetdə yox, həm də televiziyada. Jurnalistikanın sırf bu növünə maraq çox böyük idi. Gənclər idmana daha böyük maraq bəslədiyindən, yaxşı jurnalistlər yetişirdi.
- SSRİ dövründə futbolu, ümumiyyətlə, idmanı yaxşı bilən parlaq qələm sahiblərindən kimləri xatırlayırsız?
- Çox adlar sadalaya bilərəm. Məsələn, Oqtay Atayev, Aqşin Kazımzadə, Paşa Əmirov, Telman Fərəcov, Vaqif Sacəddinov, Çingiz İsmayılov, Fikrət Adıgözəlli və başqalarının adlarını çəkə bilərəm.
- Sizin dövrünüzdə tənqidlərə idman qurumlarının rəhbərlərinin reaksiyası necə olurdu? Bir nəticə çıxarırdılarmı?
- Bəli, yazırdıq. Nəticə də çıxarırdılar. Amma o dövrdə qarşılıqlı anlaşma ilə işləyirdik. Ən azı buna cəhd edirdik. Bir çox işlərdə qurumlara kömək edirdik. Özləri də bunu çox yaxşı anlayırdılar. Elə olurdu ki, bizdə səhvlər olurdu, o saat əlaqə saxlayırdılar. Özləri qəzetin yaxşı və dəqiq çıxmasında maraqlı olurdular. Biz tənqid edəndə hərdən nəticəsi olurdu. Müəyyən diqqət yetirilirdi. Hansısa komanda uduzanda səbəbləri yazırdıq, hesabatlar, icmallar hazırlayırdıq. Orda çatışmazlıqları, qüsurları göstərirdik. Cavablar da gecikmirdi.
- Yaxşı bilirik ki, SSRİ dövründə tənqid o qədər də açıq deyildi. Bəs idman jurnalistikasında vəziyyət necə idi?
- Təbii ki, tənqid olurdu. O vaxtın qəzetlərini götürüb oxusaz, saysız-hesabsız tənqidi yazılar görə bilərsiz. Orda yalnız komandaları yox, federasiya nümayəndələrini, idman funksionerlərini, ayrı-ayrı idmançıları tənqid edirdik. Tənqidə münasibət də olurdu. Bəziləri sərt, bəziləri də mülayim. Tənqid olmasa, inkişaf olmazdı. Biz hesabatlar hazırlayırdıq.
- Senzura hansı səviyyədə idi?
- Müəyyən qədər var idi. Elə qurumlar var idi ki, onların işi qapalı idi. Biz də yazırdıq. Halbuki onları göstərmək, yazmaq olmazdı. Onu deyim ki, sırf idmanla bağlı yazılara, proqramlara senzura tətbiq olunmurdu. Kimsə deyə bilməzdi ki, niyə bunu yazmısan? Qadağa qoymurdular.
- O vaxt futbol oyunlarından və ya hansısa idman yarışından sonra brifinqlər, mətbuat konfransları təşkil olunurdumu? Yoxsa elə hərə istədiyi kimi fərdi şəkildə yaxınlaşıb, sualını veirdi?
- “Neftçi”nin oyunlarından sonra Tofiq Bəhramov adına Respublika stadionunda baş məşqçilərin mətbuat konfransları təşkil olunurdu. Arada hakimlər də iştirak edirdi. Lakin istədiyin məşqçiyə, idmançıya özün də yaxınlaşıb fərdi qaydada sualını ünvanlaya bilərdin. Bu yöndə heç bir çətinlik yaranmırdı.
- SSRİ dövründəki idman jurnalistikasının ənənələrindən indi hansıların yaşamasını istərdiz?
- Ənənələrimiz çox olub. Operativlik, işə ciddi münasibət, dəqiqlik və başqa ənənələr. İdmançılar kimi, idman yazarları da idmana sədaqəti qoruyub saxlamalıdılar. Kütləvilik təbliğ olunmalı, gələcək nəsillərə çatdırılmalıdı. Gəncləri idman mətbuatı ilə çox tanış etmək lazımdı ki, onlar inkişaf etsinlər, sağlam böyüsünlər. Gənc jurnalistlərə dəstək olmaq, onları inkişaf etdirmək lazımdı.
- Sizcə, sovet idman jurnalistikası ilə müstəqillik dönəminin idman jurnalistikası arasında 90-cı illərdə nəsillərarası əlaqə itdimi?
- Təbii ki, itdi. Həmin vaxtlar ağır idi. Çünki müharibə gedirdi. Kimi əsgər getdi, kimi də müharibəyə yollandı. Nəsillərarası əlaqə onsuz da dəyişən şeydi. Kimi yaşlanır, kimi də dünyadan köçür. Mənimlə o qədər yoldaş çalışıb ki, indi onlardan çox az adam yaşayır. Ölənlərə Allahdan rəhmət diləyirəm. Qalanlar ilə ara-sıra əlaqə saxlayırıq.
- Necə düşünürsüz, xalqımızın idman yazılarına, təhlillərə marağı varmı, oxuyurlarmı?
- Bizim xalq hər zaman idmanla nəfəs alıb. Maraq həddən artıqdı. O dövrdə də var idi, indi də var. İnsanlar idman mətbuatını izləməsəydilər, oxumasaydılar, stadionlara gedərdilərmi? O gün “Çelsi” – “Qarabağ” oyununda 70 min tamaşaçı olub. Bunların hamısı maraqdan xəbər verir. İnsanlar qəzetləri, saytları oxuyurlar. Televiziyada idman proqramlarına maraq çoxdu.
- Gənc jurnalistlərə gündəlik fəaliyyətlərində nə məsləhət görərdiz?
- Obyektiv olsunlar. Öz işlərinə sadiq olsunlar, ciddi yanaşsınlar. Yazarkən hərtərəfli diqqət yetirib, ölçüb-biçsinlər. Hər zaman faktlara əsaslansınlar, operativ çalışsınlar.
- Sizcə, sovet döründə idman jurnalistikasında maddi durum yaxşı idi, yoxsa indi?
- Bunu müqayisə etmək çətindi. Hər dövrün öz tələbi var. Sovetlər dövründə idman jurnalistikasında pul var idi. Kimi üçün çox, kimi üçün də az. O vaxt bizi qane edirdi.
ŞƏFİ ŞƏFİYEV
Kubada tərcüməçi işləmiş həmkarımız dövrləri müqayisə etdi
Layihəni AFFA yanında Media Komitəsi maliyyələşdirir
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Bu gün, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Bu gün, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Bu gün, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Bu gün, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Bu gün, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Bu gün, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Bu gün, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Bu gün, 00:13 Missiyasını unudan azarkeşlər... Bu gün, 00:12 15-ci qələbə, 229-cu futbolçu Bu gün, 00:10 Həftənin idman proqramı Bu gün, 00:09 Yığmadan əzmkar qələbə Bu gün, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Bu gün, 00:03 Lider yığmanı çətinliklə yendi Bu gün, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı Dünən, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi Dünən, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu Bütün xəbərlər
Ən çox oxunanlar