Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
20 noy 19:50layihe

Qısaömürlü, lakin unudulmaz futbol qəzeti

Qısaömürlü, lakin unudulmaz futbol qəzetiQısaömürlü, lakin unudulmaz futbol qəzeti
Fikrət Axundov: “Onlara istədiyimi yazacağımla bağlı xəbərdarlıq etmişdim”
İdman mətbuatımızın yetərincə zəngin ənənələri var. Müstəqillik dönəmində də ölkədə xeyli sayda idman qəzeti işıq üzü görüb. Lakin onların çoxu tarixdə qalıb və indi yalnız adlarını xatırlayırıq. Belə qəzetlərdən biri də rus dilində işıq üzü görən, hər həftənin çərşənbə günü oxucuların görüşünə gələn “Futbol-ekspress” idi. Qəzetin ilk sayı 1993-cü il yanvarın 6-da işıq üzü görüb. Həmin sayın üz qabığında 1992-ci il üçün ölkənin ən yaxşı futbolçusu seçilən Samir Ələkbərovun fotosu yer alıb. Qəzet ilk sayda oxucularını belə salamlayır: “Bakıda “Centaur corporation” adlı şirkət fəaliyyət göstərirdi. O, bir qəzet çıxarmaq qərarına gəldi. Sadə qəzet yox, futbol qəzeti. Və yalnız sadə futbol qəzeti yox, hədsiz futbol qəzeti. Buyurun, indi əlinizdə “Futbol-ekspress” qəzetinin ilk sayı var”. Üstəlik, qəzet oxucuların diqqətinə çatdırır ki, ölkə çempionatının bombardirinə xüsusi mükafat veriləcək.
“Futbol–ekspress”in ömrü çox az olur. Cəmi 1 il 1 ay sonra qəzet qeyri-müəyyən səbəblərdən fəaliyyətini dayandırır. Bəs nə idi bu səbəblər? O vaxt axı idman ictimaiyyəti, azarkeşlər informasiya mənbəyinə möhtac idi. Qəzetin yaranma ideyası, işi, fəaliyyətini dayandırmasının səbəblərini öyrənmək üçün onun əsasını qoyan, həmçinin redaktoru olan Fikrət Axundovla əlaqə saxladıq. Fikrət bəy hazırda Bakı Avropa Liseyində müəllimlik edir. Onunla söhbətimiz maraqlı alındı.
- Fikrət müəllim, necə oldu ki, belə bir qəzeti yaratmaq qərarına gəldiz?
- SSRİ dağılandan sonra ruslarda bir qəzet çıxmışdı – “Sport-ekspress”. O, indi də fəaliyyətini davam etdirir. Hazırda da populyarlığını qoruyur. Mən də idmansevər bir insan kimi həmişə onu alırdım və həsədlə öz-özümə deyirdim ki, bizim nə vaxt belə bir qəzetimiz olacaq? 1992-ci ildə köşklərdə bir qəzet göründü. Adı “Futbol dünyası” idi. Açığı, çox sevindim. Özü də iki – azərbaycan və rus dillərində çıxırdı. Mixail Panin adlı bir jurnalist var idi. “Futbol dünyası” onun ideyası ilə çap olunurdu. Mən də futbol və ümumiyyətlə, idmanla maraqlanırdım. “Azərbaycan” və “İdman” qəzetlərinə məqalələr yazırdım. Xüsusilə də statistik məlumatlı yazılarım olurdu. O məni çağırdı ki, “gəl, Azərbaycan bölməsinə rəhbərlik elə”. Böyük məmnuniyyətlə razı oldum. 6-7 ay birlikdə çalışdıq. Amma həmin vaxt qəzet istədiyim kimi deyildi. Daha çox retro xarakteri daşıyırdı. Məsələn, Ələkbər Məmmədovun kitabından seçmələr verirdi, keçmişlə bağlı idi. Mən dedim ki, belə olmaz, qəzet informasiya xarakterli olmalıdı. Amma Panin onu dəyişmək istəmədi. Mən də məcbur olub ayrıldım. 1992-ci ilin dekabrdında dostlarla çay məclisində oturmuşduq. Orda dostlarımızın tanışı olan bir cavan oğlanla görüşdük. “Centaur corporation”da çalışırdı. Onlara dedim ki, belə bir ideyam var, qəzet çıxarmaq istəyirəm. Ürəyim yanırdı. Həmin oğlan dedi ki, mən bir qəzet açsam, işləyə bilərsənmi? Dedim, bəli. Hətta soruşdu ki, 75 faizdən çox satılacağına zəmanət verə bilərsənmi? Cavab verdim ki, 80-85 faiz satılacağına əminəm. Çünki bazarı bilirdim. Qəzetə tələbat çox idi. Cəmi 3-4 gün sonra bütün sənədləri yığdı, mənimlə görüşdü, dedi ki, işçilər topla. Mən başıma həvəskarları, amma idmanı yaxşı bilən adamları yığdım və işə başladıq.
- Həvəskarlala çalışmaq çətin deyildi?
- Bizdə cəmi 4 nəfər çalışırdı. Maddiyyatdan başqa bütün işlərə mən nəzarət edirdim. Həm də rəhbərliklə razılaşmışdım ki, mənə basqı etməsinlər. Onlara istədiyimi yazacağımla bağlı xəbərdarlıq etmişdim. Dedi ki, yalnız siyasətdən yazma (gülür). Hakimlik etmiş Azad Hüseynov, Vaqif Sadıqovun baş məşqçi olduğu dövrlərdə millinin inzibatçısı olmuş Kamran İsmayılov, indi yaxşı tanıdığınız Vüqar Zeynalov və başqaları işləyirdi. Onlarla çalışmaq çətin deyildi. Peşəkar olmasalar da, futbolu yaxşı bilən şəxslər idilər.
- Qəzet hansı müddətdə fəaliyyətdə oldu?
- 1992-ci ilin sonlarında işə başladıq. 1993-də isə qəzet çıxdı. Dəqiq tarix yadımda deyil. 1 ildən bir az çox fəaliyyədə oldu.
- Bəs bağlanmasına səbəb nə idi?
- 1993-cü ilin sonlarında məni Qarabağ hadisələri zamanı orduya çağırdılar. Orduda olsam da, həftədə bir dəfə vaxt tapıb, işçilərə nəzarət edə bilirdim. Bağlanmasına səbəb mənim orduya çağırılmağım yox, şirkətin maliyyə problemi idi. “Centaur corporation”un bütün hesablarına həbs qoyulmuşdu. Onlara nə qədər pul gəlirdi, hamısını vergi üçün tuturdular. Bu üzdən bizə pul ayıra bilmədilər və qəzet fəaliyyətini dayandırdı.
- Bəs satışı necə, söz verdiyiniz səviyyədə təşkil edə bilirdizmi?
- İlk sayımızın 76 faizi satılmışdı. İkinci həftədə bu rəqəm 85-ə çatdı. Üçüncü sayımızdan başlayaraq qəzetin satış faizi daim yüksəlməyə başladı. 90 faizdən aşağı satılmırdı. Hər dəfə işə gedəndə görürdüm ki, adamlar “Futbol-ekspress” oxuyur. Təsəvvür edin, qəzet yalnız Bakıda satılırdı. Amma rayonlara gedəndə insanların qəzet oxuduğunun şahidi olurdum. Sən demə, klublar alıb, orda paylayırmış. Həmin dövrdə “Futbol dünyası” rəqabətə tab gətirə bilmədi və bağlandı.
- Qəzet işində həmin dövrün əsas çətinlikləri nə idi?
- Ən böyük çətinlik informasiya əldə etmək idi. İndi nə var ki?! Hamının əlinin altında internet var. O zaman heç mobil telefon da yox idi. Bir misal çəkim. Bir dəfə millimiz səfərdə İranla yoldaşlıq oyunu keçirirdi. Həmin görüşdən əvvəl Lənkəranda bir oyun oynadılar. Həmin oyuna Kamran adlı işçimizi göndərdim. O bizə informasiyanı poçta gedib, ordan telefonla zəng edib ötürürdü. Heç kim belə çətin şərtlər altında işləmirdi. Xarici futboldan informasiya əldə edə bilmirdik. Amma xaricə gedən uşaqlardan xahiş edirdim ki, bizə qəzetləri alıb gətirsinlər. İndi belə şeylər gülməli gəlir. Amma biz Avropa ölkələrinin çempionatlarının turnir cədvəllərini, növbəti turun görüşlərini verirdik. Digər bir problem ölkə çempionatı ilə bağlı idi. Hər oyuna işçimizi göndərirdik. Orda böyük davalar olurdu, hakimlər döyülürdü. Oyunlar qladiator meydanlarında olan döyüşləri xatırladırdı. Onları yazmaq, araşdırmaq çətin idi. Məsələn, Zaqatalada bir oyunda dava düşmüşdü. O haqda məqalə yazmışdıq. AFFA-nın sabiq prezidenti Fuad Musayev o zaman narazılıq edirdi ki, niyə yazırsız? Düzdü, bunu açıq-aşkar deyə bilmirdi. Amma çağırırdı ki, mümkünsə birlikdə işləyək, çox da şişirtməyək. Onlarla həmfikir olmadığımız üçün AFFA-dan məlumat da ala bilmirdik. İndiyə qədər yadımdadı, AFFA ilin 33 ən yaxşı futbolçusunu seçmişdi. Yaxınlaşdım rəhmətlik Tofiq Bəhramova ki, bəs siyahını bizə də versin. O isə bunu Fuad Musayevin razılığı olmadan verə bilməyəcəyini söylədi. Nəticədə özümüz sorğu keçirdik. Ən yaxşı 33 nəfərin adını dərc etdik. 1992-c ildə ilin futbolçusunu seçdik. Samir Ələkbərov sorğumuzda birinci yeri tutmuşdu. Hər bir komandanın bütün üzvləri sorğuda iştirak etmişdi. Fuad Musayev bizi çağırdı ki, niyə belə edirsiz? Ola bilərdi bizdə Yunis Hüseynov, sizdə də Samir Ələkbərov. Bu, doğru olmazdı. Dedim ki, Avropada belə şeylər var. Məsələn, “France football” birini seçir, digər bir jurnal fərqli oyunçunu.
- Qəzetlə bağlı başqa hansı xatirələriniz var?
- Xatirələr çoxdu. Danışmaqla bitməz. Onu deyə bilərəm ki, məhz bizim qəzetin sayəsində Azərbaycan çempionatları tarixinin ilk qolunun müəllifi dəqiq bilinib. O vaxt Məzahir Süleymanzadənin başçılıq etdiyi “Səhər” qəzeti çıxırdı. Yazmışdılar ki, ilk qolun müəllifinə 200 manat mükafat veriləcək. Onlar ilk qolun müəllifi kimi “Pambıqçı”nın üzvü Əli Quliyevi göstərmişdilər. El arasında onun pis bir ayaması da vardı. 2-ci dəqiqədə qol vurmuşdu. Dəqiq tarix yadımda deyil, həmin gün Ağdamda “Qarabağ” oynayırdı. Çempionatın ilk qolunu da Mehman Alışanov vurub. Çünki həmin oyun saat 3-də başlamışdı. Digəri isə 4-də. Yəni Alışanov qolu 15.04-də, Quliyev isə 16.02-də vurub. Fuad Musayev tədbir keçirmişdi ki, biz bunu tarix kimi yazmalıyıq. “Səhər” qəzeti Əlini yazmışdı, biz də Mehmanı. Orda mübahisə düşmüşdü. Təsəvvür edin, AFFA Quliyevi seçirdi. Bərdəlilər ayağa qalxmışdılar. Sonra Musayev özü mənimlə əlaqə saxladı. Ona başa saldım ki, Ağdamdakı görüş 1 saat əvvəl başlayıb. Biz ən tez vurulan yox, ilk qolun müəllifini seçirdik. Mövsüm bitəndə daha bir mübahisəli məsələ yaşandı. Bu dəfə bombardirliklə bağlı. Çempionat qurtarana yaxın Sumqayıt “Xəzər”indən Nazim Əliyev 39 qol vurmuşdu. Amma komandanın oyunları bitmişdi.”Kəpəz”in isə 3-4 oyunu qalmışdı. Komandanın üzvü Mehman Allahverdiyev də son tur ərəfəsində 30 qol vurmuşdu. Təsəvvür edin, o, bir oyunda 10 qol vurmalıydı ki, Əliyevi keçsin. “Qızıl buts” məsələsi də var idi. “Kəpəz” son turda “Ümid-Cəlilabad”la qarşılaşırdı. Oyunu 13:2 hesabı ilə gəncəlilər udmuşdu, Mehman da 10 qol vurmuşdu. Mən də onu biabır etdim. Fikrət Adıgözəlli televiziyaya çağırdı, orda da narazılıq etdim. Dedim ki, o vaxt “futbolun kralı” Pele bir oyunda cəmi 6 qol vurub, Mehman bunu necə edə bilər axı? Fuad Musayev məni çağırdı. Dedilər ki, hakimlər qanuni qolları sayıb. Lakin elə deyildi. O vaxt Fuad müəllim məndən soruşdu ki, Avropada belə hal olubmu? Mən də ona nümunə çəkdim. Deməli, Avstriya çempionatında Toni Polster adlı futbolçu 39 qol vurmuşdu və ölkədə çempionat bitmişdi. Həmin vaxt Rumıniya çempionatında Kenetaro adlı bir oyunçu 35 qol vurmuşdu, mövsümün bitməsinə də iki və ya üç tur qalmışdı. Ona şərait yaratmışdılar ki, son turlarda 15 qol vursun. Faktiki “Qızıl buts”u Kenetaro almalı idi. Amma Toni mərasimə getmədi, böyük qalmqal yaşandı. “France football” fırıldaqlıqları aşkarlayıb, “Qızıl buts”u Polsterə verdi. Musayev də bu faktı əsas tutaraq qəbul etdi ki, Allahverdiyevin 10 qolu qeydə alınmasın və ilk çempionatın bombardiri Nazim Əliyev sayıldı. Bir sözlə, ilk qolun müəllifinin və ilk bombardirin kim olduğunu AFFA-ya biz sübut etdik.
- Qəzetdə işləməzdən əvvəl nə iş görmüsüz?
- Mən jurnalist olmamışam. Ömürboyu müəllimlik etmişəm. İndi də müəlliməm. Bir ara hərbi məktəbdə müəllimlik etdim. 1993-cü ilin sonunda əlaqələrimdən istifadə edib “Neftçi”ni Ali Hərbi Dənizçilik Məktəbinə dəvət etdim. Onlarla yoldaşlıq oyunu keçirdik.
- Bəs indi necə, idman mətbuatı ilə aranız varmı?
- Təbii ki, maraqlanıram. Oyunlara gedirəm. Mətbuatı daim oxuyuram. Ən çox həmkarım olmuş Vüqar Zeynalovun rəhbərlik etdiyi azerisport.com saytını oxuyuram. Düzünü desəm, çoxdan qəzet almıram. Çünki indi internet dövrüdü. Saytlarda və sosial şəbəkələrdə hər şey var.
ŞƏFİ ŞƏFİYEV
Layihəni AFFA yanında Media Komitəsi maliyyələşdirir
Qısaömürlü, lakin unudulmaz futbol qəzeti
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar