11 yan 20:32layihe

Denis Bəhreyn təəssüratını bölüşdü

Denis Bəhreyn təəssüratını bölüşdü
“Arazın “Qəbələ”yə keçməsinə daha çox təəccübləndim”
Vaxt var idi azərbaycanlı futbolçular fasilə dönəmini səbirsizliklə gözləyərdilər. Dubaya, İstanbula, Marbelyaya təyyarə biletlərini hələ bir ay öncədən alar, otellər sifariş edərdilər. Lakin ölkədəki iqtisadi vəziyyətin futbola da təsirsiz ötüşməməsi bir çoxları kimi, top dalınca qaçanların da işini çətinə salıb. İndi ən yaxşı halda yorğunluğu qonşu Türkiyədə çıxara bilirlər. Lakin eyni sözləri premyer-liqada çıxış edən legionerlərə aid edə bilmərik. Həyatın 5 günlük olduğunu dərk edən əcnəbilər daha çox bu günlə yaşayır, kef-damaqlarından, gəzməkdən qalmırlar. Fərqi yoxdu, ilə 200 min qazanır, ya 50 min...
Təxminən bir həftə öncə “feysbuk”u Denis Silva ilə Skarlatake və onların ailə şəkilləri bəzəyirdi. Skarlatake vaxtilə “Bakı”da çıxış etmiş Marius Pena ilə Baham adalarında dincəldiyi halda, Denis Bəhreynə üz tutmuşdu. Həmin Bəhreyn ki, bu ölkənin çempionatında çox sayda braziliyalı çıxış edir. Və onların arasında bizə tanış olanı da var. Həmin Bəhreyn ki, bizə o qədər də yaxşı tanış deyil. Bu üzdən “İnter”in braziliyalısını arayıb həm istirahəti, həm səfər etdiyi ölkə, həm də ölkə futbolunda başverənlərlə bağlı bəzi suallara cavab tapdıq.
- Həmkarların tətili səbirsizliklə gözləyir ki, Braziliyaya getsin, ailələrinə, yaxınlarına baş çəksin. Sən isə 15 günlük fasiləni Bəhreyndə keçirməyi qərara aldın. Təəccüblü seçimə aydınlıq gətirə bilərsən?
- Əvvəla, mənim ailəm yanımdadı. Ola bilsin, kimlərsə həyat yoldaşını, övladını aylarla görmür və ona görə də ilk imkandaca Braziliyaya qaçır. Xanımım yanımdadı, valideynlərimlə, yaxınlarımla, demək olar, hər gün internetdə danışırıq, bir-birimizi görürük. Həm də həmişə Braziliyaya gedirdik. Bu dəfə istirahətimizə rəng qatmaq istədik. Yenilik olsun deyə Bəhreyni seçdik. Avropanın, Cənubi Amerikanın bir çox ölkələrində olmuşuq, onların mədəniyyəti ilə tanışıq. Ona görə də bizim üçün “sirli qutu” olan Bəhreyni görüb, tanımaq istədik. Həm də orda ailəvi dostlarımız var. Səfərimizdə onların da xüsusi rolu oldu.
- Nə gördün orda, diqqətini nə çəkdi? Bəhreyn Azərbaycanla, paytaxt Manama Bakıyla müqayisəyə gələ bilər?
- Olduqca fərqli ölkədi. Demək olar, hər şey Azərbaycandakından fərqlidi. Qısaca onu deyə bilərəm ki, Manama Dubay qədər müasir deyil. Həm də qızım səhraları, dəvələri görmək istəyirdi. Açığı, ora getməyimizdə qızımın istəyi də xüsusi rol oynadı.
- Bəhreyni görəndən sonra əlini göyə qaldırıb “Allahım, sənə şükürlər olsun ki, Azərbaycanda yaşayıram, orda oynayıram” sözlərini dilə gətirdin?
- Mən Azərbaycanı çox sevirəm, bunu ətrafımda hamı bilir. Hətta azərbaycanca danışa da bilirəm (gülür). Bura mənim və ailəmin ikinci evidi. Ona görə də Azərbaycanı yad ölkə kimi qəbul etmirəm. O ki qaldı Bəhreynə, biz heç vaxt orda yaşamaq haqda düşünməmişik. Sadəcə, dostlarla birlikdə olmaq, Yeni ili birgə qarşılamaq üçün oranı seçdik. Belə deyim, sadəcə, xoş vaxt keçirmək istədik.
- Qızın dəvələrdən qorxmurdu?
- Bizdən fərqli, Laura heyvanlardan qorxmur. Boyundan, çəkisindən asılı olmayaraq, üzərlərinə gedir, toxunur, sığallayır. Odu ki, dəvələrdən də çəkinmirdi, əksinə, sevincindən yerə-görə sığmırdı. Biz bir tərəfə, amma Bəhreyn bu baxımdan onun üçün böyük təcrübə oldu.
- Bakıda dəvə görməmişdi? Heç “Gənclik”dəki zooparka baş çəkməmisiz?
- Səmimi deyim? Biz qəfəsdə olan heyvanları sevmirik. Təbiiliyə daha çox üstünlük veririk. Səhrada gəzən dəvə ilə qəfəsdə saxlanılan eyni deyil.
- Oranın mətbəxi necədi? Bizim yeməklərdən Bəhreyndə var?
- Düzü, vaxtımızı daha çox şəhəri gəzməyə həsr etdik. Yəni restoranlara girib yemək yemirdik. Çünki çox sayda braziliyalı dostlarımız vardı. Xanımlar birləşib bizim milli yeməklərdən və bayrama aid olan qəlyanaltılardan hazırlayırdı. Ona görə də restoranlara baş çəkməyə ehtiyac qalmırdı.
- Ailəvi dost dedin, şəkillərdə gördüyüm Junior Ayltonu deyirsən?
- Bəli-bəli. Vaxtilə AZAL-da çıxış etmiş müdafiəçi, Aylton.
- Bəhreyn futbolundan nə danışırdı?
- Onu deməsinə ehtiyac qalmadı (gülür).
- Nə mənada?
- Çünki özüm bir oyunu canlı izlədim. Kral kuboku (ölkə kuboku – H.) çərçivəsində maraqlı qarşılaşmaya tamaşa etdik. Futbolçuların səviyyəsi kifayət qədər normal olsa da, Azərbaycanda olan sürət və hərəkətlilik orda yoxdu. Ən çox diqqətimi çəkən bu oldu.
- Meydançaların durumu necədi?
- Süni örtük, demək olar, yoxdu, hamısı təbiidi. Sadəcə, durumları əla deyil.
- Azarkeşlik səviyyəsi necədi? Daxili yarışlara böyük maraq hiss olunur?
- Eynilə burdakı kimidi. Prinsipial oyunları çox adam izlədiyi halda, ikinci dərəcəli matçlara gələn yoxdu. İnsanlar evdə oturmağı daha üstün tutur. Yəni televizorda izləyirlər.
- Futbolçulara verilən maaş haqda nə öyrəndin? Azərbaycandakı kimidi, yoxsa daha çox?
- Açığı, konkret nə qədər verildiyini bilmirəm. Bu haqda maraqlanmağım düzgün olmaz. Kim nə qədər qazanır, özünə qismət olsun. Ona görə məlumatsızam. Bir şey dəqiqdi ki, az maaş versəydilər, o qədər legioner Bəhreynə getməzdi.
- Legionerləri lap çoxdu? Bizdəkindən də çox?
- Çox olmağına çoxdu. Amma məncə, Azərbaycandakı qədər olmaz. Daha çox yerli futbolçulara şans verilir.
- Şəhərdə qadınlar qısa ətəkdə, dar şalvarda, kişilər şortda gəzəndə, ətrafdakılar təəccüblə baxırdı?
- Xeyr, qətiyyən. Mən belə şey görmədim. Hamı sərbəstdi, eynilə Bakıda olduğu kimi. Həm də Bəhreyndə əcnəbi vətəndaşlar çoxdu - amerikalı, hindistanlı, avropalılar. İstər idmanda olsun, istərsə başqa sahələrdə. Yerli insanlar bir növ gördüklərinə alışıb.
- Bahalıqdı?
- Həm də çox. Xüsusilə yeməklər bahadı. Paltarların qiymətində də müəyyən fərq var. Yalnız yanacağın qiyməti çox ucuzdu.
- Neçə gün qaldız?
- 11 gün.
- Sirr deyilsə, nə qədər xərcin çıxdı?
- Bu haqda dəqiq məlumatı Luana verə bilər, mən bilmirəm. Çünki hər şeyi o təşkil eləmişdi. Bircə onu deyə bilərəm ki, elə də çox xərcimiz çıxmadı. Çünki məskunlaşmaq məsələsini dostum üzərinə götürmüşdü.
- Məbləği xanımından soruşub deyə bilmərsən?
- (vaxt istəyir) Bilet və başqa xərclərə 1400 dollar pulumuz çıxıb. Oteldə qalsaydıq, bu da əlavə 1000 dollar demək idi. Normal otelin bir günü ən azı 100 dollardı.
- Siz Bəhreyndə istirahət edəndə “transfer bazarı”nda vur-çatlasın idi. Namiq Ələsgərov “Qarabağ”dan “Neftçi”yə keçdi, Elşən Adullayev isə əks marşrutla hərəkət etdi. Ardınca Araz Abdullayevin “Qəbələ” ilə anlaşdığı məlum oldu. Ağabala Ramazanovun “İnter”i “Qarabağ”a dəyişməsi də rəsmi təsdiqini tapdı.
- Bilirəm, bilirəm, bütün xəbərləri oxuyurdum.
- Bu dörd keçiddən ən çox hansına təəccübləndin?
- Arazın “Qəbələ”yə keçməsinə.
- Belə çıxır ki, Ağabalanın gedəcəyini bilirdin.
- Bilməyinə bilmirdim. Ancaq ümumi ab-havadan hiss etmişdim ki, kimsə harasa gedəcək. Bəzi oyunçularımıza real təkliflərin olduğunu eşitmişdim. Ancaq kimin gedəcəyindən xəbərsiz idim. Odu ki, Ağabalaya görə o qədər də təəccüblənmədim.
- Ağabalanın yeri görünəcək, yoxsa “əvəzolunmaz futbolçu yoxdu” kimi düşünənlərdənsən?
- Bu dəqiqə hər bir futbolçumuza ehtiyac var. İlk yarıda hər biri özünü yaxşı tərəfdən göstərməyi bacardı. Sadəcə, durum elədi ki, məlum səbəblərdən gedənlərin boşluğunu doldura bilmirik. Amma nə etməli? Gedəni saxlaya bilmərik. Bizə ancaq uğur arzulamaq qalır.
- Niyə məhz Arazın adını eşidəndə təəccübləndin?
- Əvvəla, Araz “Neftçi”nin yetirməsidi. Bildiyimə görə, Azərbaycanda indiyə qədər yalnız bu komandada çıxış edib. Bu səbəbdən başqa yerə getməyəcəyini düşünürdüm. Həm də mübarizənin belə qızğın vaxtında. “Neftçi” kubokda yarımfinala yüksəlib, çempionatda ilk “4-lük”də yer almağı hədəfləyib. Ağlıma gəlməzdi ki, qışda harasa gedər. Ən azı yayda ayrılacağını təxmin etmişdim.
- “İnter”dən fərqli, əsas rəqibləriniz “Qarabağ”, “Qəbələ” və “Neftçi” güclənməkdə davam edir. Çempionatın ikinci yarısını necə təsəvvür edirsən?
- Güclənmək deyəndə ki, əsasən “Neftçi” fəallığıyla seçilir. “Qarabağ”la “Qəbələ”də yerdəyişmələr olub. Amma indidən proqnoz vermək mümkün deyil. Ağabala xaric, əsas heyət qorunub saxlanıb. Ona görə də rəqiblərdən geri qalacağımızı düşünmürəm. Əsas məqsəd ilk “3-lük”dəki mövqeyimizi qorumaqdı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23“Atam həmişə mənə deyirdi ki, kişi olmalısan, mavi yox” 20:23 Bütün xəbərlər
Ən çox oxunanlar