01 okt 21:06layihe

“Qəbələ” Futbol Akademiyasında bir gün

“Qəbələ” Futbol Akademiyasında bir gün
Halim Fıçıcı: “Həm türklər, həm də azərbaycanlılar uşağın üstündə çox əsirlər”
Azərbaycanın ən dilbər guşələrindən biri olan Qəbələ ilin hər fəslində gözəldi. Elə bu səbəbdəndi ki, ölkəmizə gələn istənilən turust ilin yay-qışına, yaz-payızına baxmadan mütləq qışda qarlı, yayda yaşıl örtüyə bürünmüş rayona baş çəkir, istirahətin dadını çıxarır.
Qəbələ əhalisinin öyünəyəcəyi daha bir sahə futboldu. Bu rayonun komandası artıq neçə ildi premyer-liqada iddialılar arasında yer alır, avrokuboklarda ölkəmizi layiqincə təmsil edir. Əsas komanda hələ tarixi ərzində çempionluğu bayram etməsə də, “qırmızı-qaralar”ın futbol akademiyasının aşağı yaş qrupları müxtəlif liqalarda at oynadır, “qızıl”ın daimi adaxlısı rolunda olurlar.
“Bölgələrdə uşaq futbolunun durumu” layihəsi çərçivəsində bu dəfə üz tutduq Qəbələyə. Hələ rayona çatmamış akademiyanın direktor müavini Nail Kərimovla əlaqə saxlayıb səfərimizin məqsədi barədə məlumat vermişdik. “Gəlməyinizdə olun, sizi qarşılayıb istənilən köməyi edəcəm” deyən Nail bəylə akademiyanın yeni, hələ istifadəyə verilməmiş binasının qarşısında görüşdük.
Onunla birgə əsaslı təmirdən sonra bugünlərdə yeniyetmə futbolçuların istifadəsinə veriləcək yataqxananı gəzdik, yaradılan şəraitlə tanış olduq. Sözün düzü, “Qəbələ”nin yeniyetmə futbolçulara bu qədər diqqət ayırdığını, yeni binada hər kiçik detalın nəzərə alındığını təsəvvür etmirdim. 4 mərtəbəli binanın birinci mərtəbəsində 150 nəfərlik yeməkxana, fizioterapiya və terapiya otaqları, baxşışa gələnlər üçün ayrıca yataq otaqları yerləşir. Bundan başqa, yeniyetmə futbolçuların dərslərini hazırlamaları üçün də xüsusi kabinetlər nəzərdə tutulub və hamısı da yüksək keyfiyyətli mebellərlə təchiz olunub. Dərslərini hazırlayanlar isə dəsrdən və məşqdən sonra boş vaxtlarını kompüter və masaüstü oyunlar otağında keçirə bilər. Bundan başqa, konfrans zalı da nəzərdə tutulub ki, burda “Qəbələ”nin aşağı yaş qrupları geniş ekranda həm öz oyunlarının videoyazısını izləyə biləcəklər, həm də premyer-liqa və xarici ölkələrin çempionatlarına baxacaqlar. Yataq otaqları isə ölçüsündən asılı olaraq, 1, 2 və 3 nəfər üçün nəzərdə tutulub. Hər birində də yüksək səviyyəli yataq dəsti və mebellər yerləşdirilib.
Nail Kərimov əsas məqsədlərinin yeniyetmə futbolçuların rahatlığını təmin etmək olduğunu bildirdi: “Artıq neçə illərdi müxtəlif ölkələrə səfərlər edir, dünyanın sayılıb-seçilən futbol akademiyalarının şəraiti ilə tanış oluruq. Yeni binamızda çalışmışıq ki, ölkə xaricində gördüyümüz ən yaxşı şəraiti quraq. Bu gün akademiyamızda 250 lisenziyalı futbolçu var. Bura 7 yaşdan 19 yaşa qədər futbolçular daxildi. 71 nəfər isə akademiyada qalır. U-19 komandamızın üzvləri başqa binada məskunlaşıb. Qalan yetirmələrimiz Qəbələdə və yaxın kəndlərdə yaşayanlardı. Akademiya yeni fəaliyyətə başlayanda yerli uşaqların sayı çox az idi. Vaxt ötdükcə, onların sıraları da genişləndi. Əvvəllər yerli uşaqlar 13, 14 yaşında futbola üz tuturdularsa, indi 7, 8 yaşdan akademiaya gəlirlər. Aşağı yaş qruplarında iki komandamız var. Bu nədən irəli gəlir? Bildiyiniz kimi, U-10-dan U-14-ə kimi komandalar daha kiçik ölçülü meydanda, məhdud heyətlə futbol oynayırlar. Vaxt da az olduğundan istəmədik ki, bir qrupda 20-25 nəfər olsun. Belədə məşqçilər bütün oyunçuları meydana buraxa bilmirdilər. Bu səbəbdən hər qrup üzrə iki komanda yaratdıq. Ötən il aşağı yaş qruplarımızın qatıldığı zona yarışlarında İsmayıllı, Yevlax, Mingəçevir, Qax və Zaqataladan komandalar iştirak edirdi. Ancaq bu ildən bölgü dəyişdirilib ki, bu da məşqçilərin haqlı narazılığına səbəb olub. Zaqatala və Qax təmsilçiləri heç olmasa, mübarizəyə rəng qatırdılar, komandalarımız onlarla oyunda rəqabət hiss edirdi. İndi isə bizimlə eyni zonada çıxış edən komandaların səviyyəsi çox aşağıdı. Bu üzdən həftəsonları öz komandalrımız arasında oyunlar keçiririk ki, uşaqlar formadan düşməsinlər”.
Akademiyanın yeni binası ilə tanış olduqdan sonra Nail bəylə birgə yollandıq stadiona. Kərimov əsas komandanın ev oyunlarını keçirdiyi arenadan başqa digər 11 meydanın akademiyanın sərəncamında olduğunu bildirdi. Onların əksəriyyəti stanadrt ölçülərdə olsa da, aralarında daha kiçikləri də var. Burda daha çox U-7, U-8, U-9 və U-10 komandaları məşq edir. Biz arenaya çatanda bir neçə yaş qruplarının müxtəlif meydanlarda məşq etdiynə şahidlik etdik. 10 ildən çoxdu ki, “Qəbələ” Futbol Akademiyasında çalışan Halim Fıçıcı da iş başında idi. Akademiyada hamının “hoca” adlandırdığı təcrübəli mütəxəssis qruplardan birinin hazırlığını izləyir, bəzən məsləhətlərini verirdi. Qonaqların gəldiyini görən Halim bəy bizə yaxınlaşaraq “xoş gəlmisiz” söyləyərək, mehribanlıqla görüşdü. “Üçlük”də bir qədər məşqi izlədikdən sonra fürsətdən istifadə edib çiynində illərin təcrübəsi olan təcrübəli türk mütəxəssislə söhbətləşdik.
- Halim bəy, artıq 10 ildən çoxdu ki, Azərbaycanda çalışırsız. Uşaq futbolunda inkişaf hiss olunur?
- İnkişaf var, ancaq bu proses çox zəif gedir. Uşaq futbolunun, ümumiyyətlə, ölkədə futbolun inkişafı üçün bir çox məqamlara diqqət yetirmək lazımdı.
- Məsələn, nəyə?
- Futbol bir mədəniyyətdi. İlk növbədə ölkənin futbol mədəniyyəti formalaşmalıdı. Bu isə Azərbaycanda, istərsə də Türkiyədə çox aşağıdı. Hansısa yeniyetmənin futbolçu kimi yetişməsi üçün ilk növbədə ailəsinə, ətrafına diqqət yetirmək lazımdı. Həm türklər, həm də azərbaycanlılar uşağın üstündə çox əsirlər. İmkan vermirlər ki, yeniyetmə, gənc müstəqil böyüsün, inkişaf etsin. Mütləq kənardan müdaxilə olmalıdı. Avropada isə belə deyil. Biz yetirmələrimizə texkini-taktiki yöndə istiqamət veririk, futbolun sirrlərini öyrədirik. Ancaq çox vaxt kənar müdaxilələr həmin gəncin inkişaf etməsinə mane olur.
- Azərbaycanlı futbolçular texniki cəhətdən həmişə seçiliblər. Təəssüf ki, eyni sözləri fiziki hazırlıq haqda söyləmək olmur. Sizcə, bu nədən irəli gəlir?
- Məncə, bu xalqın genindən irəli gələn bir şeydi. Bir də qidalanma düzgün deyil. Bizdə, Azərbaycanda necədi? Əsas məqsəd mədənin doymasıdı. Ancaq bu mədə nə ilə doyur, ona fikir verən yoxdu. Avropalılar isə kiçik yaşlarından uşağa vitaminli, inkişafa kömək edən qidalar verirlər. Bu da ilk növbədə ölkənin iqtisadi durumundan irəli gələn problemdi.
- “Qəbələ”də vəziyyət necədi?
- Ölkə daxilində “Qəbələ” hamıdan üstündü, ancaq bu bizi sevindirmir. AFFA indi yarışların formatında dəyişiklik edib. Ötən illərdə Qax, Zaqatala komandaları ilə bir yerdə oynayırdıq. Yenə onlarla görüşlərdə bir qədər gərginlik hiss olunurdu. İndi isə İsmayıllı təmsilçisi ilə oynayırıq və hər qarşılaşmada bizim komandalar 20 qol vurur. Bu kimə lazımdı? Rəqabət olmayan yerdə inkişaf da olmaz. Yaxşı ki, ildə iki dəfə aşağı yaş qruplarımız ölkə xaricinə yollanır, müxtəlif turnirlərdə xarici klublarla görüşür. Bizim əsl səviyyəmiz orda hiss olunur. Ölkə xaricində görürük ki, hələ çox işlər görməliyik.
Halim bəylə söhbətdən sonra Nail Kərimovla digər meydanlara da baş çəkib müxtəlif qrupların məşqlərini izlədik. Doqrudan da “Qəbələ”də yaradılan şərait, klub rəhbərliyinin uşaq futboluna diqqət və qayğısı yüksək səviyyədədi. İndi əsas yük gənclərin üzərinə düşür. Akademiyanın yetirmələri bu şəraitdən maksimum yararlanıb gələcəkdə onlara çəkilən zəhmətin əvəzini verməlidilər.
RƏŞAD
Layihəni AFFA yanında Media Komitəsi maliyyələşdirir.
“Qəbələ” Futbol Akademiyasında bir gün
Black of bites pluses inability same ahead to (PI): for buy double cialis dosage help germany also.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar