01 okt 14:56layihe

Avropa və dünya çempionu yetişdirən şəhər stadionsuz qalıb

Avropa və dünya çempionu yetişdirən şəhər stadionsuz qalıb
Ramiz Hacıyev: “Şirvanda idmançılara heç bir qayğı göstərilmir”
Bu dəfə layihə çərçivəsində yolumuz ölkənin 5-ci böyük şəhəri Şiravanadı. O şəhərə ki, təmsilçisi Azərbaycan çempionu olub, ölkə kubokunu qazanıb. Şirvanda (keçmiş adı Əli-Bayramlı) futbola maraq hələ SSRİ dönəminə gedib çıxır. Bəzi bölgələrimizdən fərqli? Mərkəzi Aran zonasının ən böyük yaşayış mərkəzlərindən biri olan bu şəhərin özünəxas futbol ənənəsi var. Şirvanlı gənclərdən qurulmuş komanda Azərbaycanın Moskvadan asılı olduğu vaxtlarda – 1978 və 1985-ci illərdə “Ümid kuboku”nda yeniyetmələr arasında SSRİ çempionu olmaqla yanaşı, “Dəri top” kubokunu da başları üzərinə qaldırmışdı. Bu şəhərin futbol klubu Həvəskarlar Liqasının üçqat və kubokun ikiqat qalibidi. Səmədağa Şıxlarov, Şərafət Əliyev, Tərlan Əhmədov, Vadar Nuriyev, Müşfiq Şükürov, Namiq Bəşirov, Əli Abışov, Elmir Xankişiyev və adını çəkmədiyimiz bir çox tanınmışların böyük futbola yolu məhz bu şəhərdən başlayıb.
Əməkdar məşqçi Tahir Əliyevin rəhbərliyi altında 1980-cı ildə ölkə çempionu olub, kuboku qazanan “Energetik” çoxdan tarixin yaddaşına qovuşub. Böyük futboldan uzaq düşən Şirvan bu gün azyaşlıların ümidinə qalıb. AFFA-nın bayrağı altında keçirilən liqalara qatılan uşaq komandaları olmasa, əminliklə ölkənin 5-ci böyük şəhərində futbolun məhv olduğunu söyləyə bilərik.
Şirvan şəhər Təhsil şöbəsinin Uşaq-Gənclər və İdman İdarəsinin məşqçi-müəllimi, əməkdar məşqçi, şəhərdə çoxlarının “ata” ləqəbi ilə tanıdığı Ramiz Hacıyevlə söhbət zamanı məlum oldu ki, Şirvanda vəziyyət deyildiyindən və yazıldığından da acınacaqlıdı. Şərait var, imkan yox. Arada itirən isə neçə-neçə istedadlı yeniyetmədi. Şirvan futbolunda problem o qədərdi ki, sözün düzü, Ramiz müəllimlə söhbətə bilmədik hardan başlayaq: qoyun otlağına çevrilmiş Şirvan stadionundan, yoxsa AFFA-nın keçirdiyi aşağı yaş qrupları üzrə liqalara qatılan komandaların problemlərindən. Yeri gəlmişkən onu da bildirək ki, Şirvanda tikintisinə 12 il əvvəl başlanan və 10 minə yaxın tamaşaçı tutumu olan stadionun, mini və qış idman meydançaları kimi nəzərdə tutulan böyük idman kompleksinin inşası illərdi yarımçıq qalıb. İdman infrastrukturuna milyonlarla manat xərclənsə də, işin yarımçıq qalması nəticəsində obyekt tam məhv olmaq üzrədi. Aidiyyatı qurumlar isə yaranmış mənzərəyə biganə yanaşırlar.
2004-cü ildə Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyi tərəfindən tikintisinə başlanılan Şirvan şəhər stadionunda işlər 2008-in sentyabrında dayandırılıb. Stadion ərazisində inşa edilən ikimərtəbəli mehmanxana isə, demək olar ki, hazır vəziyyətdə idi. Şirvan Şəhər İcra Hakimiyyətindən mətbuata bildirilib ki, məsələnin həlli üçün tikintini həyata keçirən Dövlət Neft Şirkətinə bir neçə dəfə yazılı müraciət edilsə də, verilən cavablarda konkret səbəb göstərilməyib. Problemlə bağlı Gənclər və İdman Nazirliyinə də müraciət edilib.
Ömrünün 50 ilini Şirvan futboluna həsr etmiş, uzun müddət “Energetik”də oynamış, sonralar isə klubun baş məşqçisi olmuş Ramiz Hacıyev yaranmış vəziyyət haqda ürəkağrısı ilə danışdı.
- Bu gün Şirvanda futbol yox dərəcəsindədi. Halbuki vaxtilə bu şəhərin komandası istər ümumittifaq turnirlərində, istərsə də respublikadaxili yarışlarda müvəffəqiyyət qazanmağı bacarıb.
- Uşaq futbolu ilə bağlı vəziyyət necədi?
- Hazırda 150-yə yaxın uşaq aşağı yaş qruplarında futbolun sirlərini öyrənir. Ancaq nə xeyri? 15 yaşdan sonra onlar komandasız qalırlar. Çünki bizim gücümüz maksimum U-14 komandasına qədər çatır. Ondan yuxarı yaş qrupları “ev-səfər” prinsipi ilə oynadığından maliyyə vəziyyətimiz onları saxlamağa imkan vermir.
- Bu gün aşağı yaş qrupları hansı qurum tərəfindən maliyyələşir?
- Bildiyiniz kimi, Şirvan komandaları Mərkəzi Aran zonasında çıxış edir. Hazırda 5 yaş qrupumuz AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edir ki, onların da yol xərcləri assosiasiya tərəfindən qarşılanır. Yemək pulunu isə şəhərin Gənclər və İdman İdarəsi ödəyir. O da çox çətinliklə. Şirvanda həmişə futbol olub. SSRİ dönəmində bu şəhərin aşağı yaş qrupları ümumittifaq səviyyəli turnirlərin qalibi olublar. “Energetik” isə 1980-ci ildə həm ölkə çempionu oldu, həm də kuboku qazandı. İndi isə Şirvanda böyük futbol adına heç nə yoxdu. Ən yaralı yerimiz isə stadiondu. Köhnə arenanı sökəndə az qala yalvardım ki, bunu etməsinlər. Həmin stadionda biz Avropa və dünya çempionu yetişdirmişik. Yetirmələrimiz arasında ölkənin aparıcı klublarının şərəfini qoruyanlar da olub. Ancaq heç kim məni dinləmədi. “Böyük və yeni tələblərə uyğun infrastruktur yaradırıq” deyib, köhnəni sökdülər, yenisini isə araya-ərsəyə gətirə bilmədilər. Çox təəssüflə qeyd etməliyəm ki, əhalisinin sayı 100 mindən artıq olan şəhər bu gün stadionsuz qalıb.
- Yeni tikilən stadion hazırda hansı vəziyyətdədi?
- Qısaca desəm, çox acınacaqlı. Gündən-günə hər şey sökülüb-dağılır. Stadionun ərazisində mehmanxana tikmişdilər. Qapısı, pəncərəsi, döşəməsi də yerində idi. Obyektin təhvil verilməsi üçün xırda-para işlər qalmışdı. Obyektə gözətçi təyin olunmadığından oğurluq baş alıb getdi. Bir gün pəncərəsini, o biri gün qapılarını, daha sonra başqa materialları söküb apardılar. Dəfələrlə bu talanın qarşısının alınması üçün müvafiq orqanlara müraciət etdim. Ancaq nə xeyri var? Bu gün həmin adamları tuturlar, 3 gündən sonra buraxırlar.
- Bəs İcra Hakimiyyəti bu məsələyə necə münasibət göstərir?
- İcra hakimiyyəti nə etsin? Obyektin yiyəsi başqa qurumdu. Bölgədə fəaliyyət göstərən neft şirkətlərinin hərəsi bir yerə tabedi. Biri Moskvadakı oliqarx olan həmyerlimizin nəzarətindədi, biri Bakının. Bir sözlə, hər şey yuxarı instansiyalardan tənzimlənməlidi. Elə bu səbəbdəndi ki, Şirvanda idmançılara heç bir qayğı göstərilmir. Həyatını idmanla bağlayan gənclər heç bir işlə təmin olunmurlar. Sonra deyirlər ki, şəhərdə cinayətkarlıq baş alıb gedir. Boş-bekar qalan gənc nə etməlidi? Dolanışığını təmin etmək üçün məcbur olub əyri yollara düşür.
- Bəlkə məsələ ilə bağlı AFFA rəhbərliyinə müraciət edəsiz?
- Bunu da etmişəm. AFFA rəhbərliyinə mövcud durumla bağlı məktub ünvanlamışam, durumumuzu orda izah etmişəm. Lakin heç bir xeyri olmayıb. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş “Şirvan” klubumuz var. Bütün sənədləri də qaydasındadı. AFFA-dan da bildirdilər ki, sponsor tapsaz, aşağı dəstədə çıxış edə bilərsiz. Əmin olun ki, sponsor tapılsa, mənə başqa yerlərdən futbolçu axtarmağa ehtiyac yoxdu. Öz yetirmələrimiz hesabına asanlıqla çempionata qatıla bilərik. Sadəcə, bizə bu imkanı yaratmaq lazımdı.
- Məşq keçmək üçün meydança problemi ilə üzləşdiyinizi bildirdiz. Bəs hazırda rəhbərliyiniz altında futbolun sirlərini öyrənən 150 yeniyetmə harda məşq edir?
- Olimpiya Kompleksinin süni meydanında. Gənclər və idman naziri Azad Rəhimöv bölgəyə səfər edib sakinlərlə görüşürdü. Mən də fürsətdən istifadə edib onun qəbuluna düşdüm.Problemimiz barədə nazirə məlumat verdikdən sonra bizə kompleksdən təmənnasız yararlanmaq imkanı yaratdılar.
- Şirvandan bir çox tanınmış futbolçu çıxıb. Onlar bu gün doğma şəhərin futboluna yardım edirlərmi?
- Onlarla bəzən xeyirdə-şərdə üz-üzə gəlirik. Hamısı yaşanan problemlərdən xəbərdardı. Köməyə gəlincə, onların nə imkanı var ki, nə də etsinlər? İndi zəmanə də dəyişib. Yenə hərdən icra başçısı öz cibindən bizə kömək göstərir.
RƏŞAD
Layihəni AFFA yanında Media Komitəsi maliyyələşdirir
Avropa və dünya çempionu yetişdirən şəhər stadionsuz qalıb
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar