28 sen 21:01layihe

Futbolsuz qalan Göygöl...

Futbolsuz qalan Göygöl...
Zaur Abbasov : “Klub Qəbələyə köçəndən sonra rayonumuzda böyük futbol yox oldu”
Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman koloniyaçıları tərəfindən Yelenendorf adı altında salınıb. 1938-ci ildən 2008-dək Füzuli rayonunun Qoçəhmədli kəndindən olan inqilabçı Xanlar Səfərəliyevin xatirəsinə adı Xanlar qoyulub. 2008-dən rayonun ərazisində yerləşən məşhur gölə uyğun olaraq, Göygöl adlandırılıb. Göygöl və Maralgölü ilə məşhur olan rayonun 60 minə yaxın əhalisi var. Almanların əsasını qoyduğu rayonlarda tarixi evlər, binalar çoxluq təşkil edir. Rəngarəngliyi və səliqəsiylə seçilən rayonda almanların izləri maraqlı mənzərə yaradır. Turizm bölgəsi kimi tanınan Göygöldə futbolun izlərini tapmaq isə indi müşkülə çevrilib. Bəli, etiraf etmək lazımdı ki, bu rayonun əsasını almanlar qoysa da, onlar bura futbolu gətirməyib. Bəlkə də oynayıblar, hətta həvəskar formada komandaları da olub. Ancaq peşəkar səviyyəyə çıxmayıb. Yalnız SSRİ dövründə “Məhsul” adlı komanda aşağı divizionların birində var-gəl edib. Ancaq bu, Göygöldə güclü futbolçuların yetişməsinə qətiyyən əngəl olmayıb. Böyük futbol şəhəri Gəncənin kölgəsində daldalansa da, Göygöl müstəqil Azərbaycan futbolunun ən istedadlı oyunçularından birini – Vidadi Rzayevi ölkəyə bəxş edib. Hazırda karyerasını davam etdirən göygöllü futbolçulardan isə Samir Zərgərovu fərqləndirə bilərik. Müstəqillik dövründə “Göygöl” adıyla ölkə futboluna qayıdan rayonun futbolsevərlərinin sevinci çox çəkmədi. Nə isə...
Kostya dayını necə küsdürdülər?
Gəlin bu rayonun futbolunun dünəni və bugünü haqda Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasovun dilindən eşidək: “SSRİ dönəmində rayonumuzda “Məhsul” adlı komanda var idi. O, aşağı divizionların birində iştirak edirdi. Daha sonra bu klub dağıldı. Sonra mən icra başçısıyla məsləhətləşdikdən sonra komanda yaratmaq qərarına gəldim. Bakıya yollanıb o zaman AFFA-nın prezidenti olan mərhum Ramiz Mirzəyevlə görüşdüm. Bizə yardım etməyini istədim. O da baş katib Elxan Məmmədova göstəriş verdi. Bizə yığmanın istifadə olunmuş ağ və göy rəngli (ev-səfər) formalarını verdi. Üstəlik, bir dəst idman geyimi ilə təchiz etdilər. Komandanın qalan xərclərini öz hesabımıza qarşılayırdıq. Həvəskarlar liqasında “Göygöl” adıyla çıxış etməyə başladıq. O zaman komandaya xərcimiz az çıxırdı. Çünki yalnız ətraf rayonlara yollanırdıq. Böyük vəsait tələb olunmurdu. Kubok oyunlarında yer aldığımız qrupda Şəmkir, Gəncə, Ağstafa, Qazax və Şamaxıyla mübarizə apardıq. Qrupda ikinci yerdə gedirdik. Gəncə komandasına rəhmətlik Kostya (Konstantin Abramenko) dayı rəhbərlik edirdi. Bizə uduzduqdan sonra əsəbləşib, komandasını dağıtdı. Oyunların birində adı iştirak ərizəsində olmayan bir futbolçunu oynatdım. O da məcburiyyətdən atılmış addım idi. Çünki futbolçunu qeydiyyatdan keçirmək üçün ən azı birhəftəlik prosedurdan keçməliydin. Əslində həmin oyunçu ehtiyatda idi. Meydandakı futbolçulardan biri zədələndi. Ehtiyatda həmin oyunçudan başqa birisi yox idi. O girənədək 4:0 öndə idik. Meydana çıxdıqdan sonra da nə qol vurdu, nə də xüsusi bir şey etdi. Ancaq qarşı tərəf onun adının iştirak ərizəsində olmadığını əsas gətirib, AFFA-ya şikayət etdi. Bakıya yollanıb vəziyyəti İntizam Komitəsinə izah etdim. Bu addımı məcburiyyətdən atdığımı vurğuladım. Ancaq cəza verildiyindən acığa düşüb, komandanı yarışdan çəkdim”.
“Göygöldən olan 7 futbolçunu ehtiyatda saxlayıb “sındırdı”
Faiq Cabbarov çox yaxşı futbolçu olub. Belə olmasaydı, yığmanın formasını geyməzdi. Ancaq heyf ki, istedadı şəxsiyyət kimi formalaşmasına yardım etməyib. Fırıldaqçılıq, dələduzluq ilə ad çıxaran Cabbarovun hazırda dəmir barmaqlılar arasında olması təsadüfi deyil. Təəssüf ki, veteran futbolçu Göygöldə də özünəməxsus “iz qoyub”. Abbasov söhbətinə belə davam edir: “İcra başçısı mənə dedi ki, rayondakı idarələrdən pul tapacam, gəl, komanda yaradıb 1-ci divizona buraxaq. Amma bir müddət sonra “European Tobacco” şirkəti bizi himayəyə götürdü. Mövsümü yaxşı keçirdiyimizdən Kəmaləddin Heydərov klubu himayəyə götürdü. Onu da qeyd edim ki, divizionda komandamıza Faiq Cabbarov baş məşqçilik edirdi. O, klubda rəsmi olaraq heç bir vəzifə daşımayan Nofəllə (soyadını xatırlamasa da, yəqin ki, söhbət yetərincə məşhur olan Nofəl Əzizovdan gedir) birləşib, oyun alğı-satqısıyla məşğul idi. Çox fırıldaq insanlardı. Cabbarov başqa rayon və şəhərlərdən gəlmiş futbolçularını oynadırdı. Ancaq Göygöldən olan 7 futbolçunu ehtiyatda saxlayıb “sındırdı”. Kəmaləddin müəllim komanda elitaya vəsiqə qazananda “Gilan” adıyla çıxış etməsini istədi. Daha sonra klub Göygöldən Qəbələyə köçdü. Bununla da rayonumuzda böyük futbol yox oldu”.
İstifadəsiz qalan stadionlar
Göygöldə iki stadion var. Göygöl Olimpiya İdman Kompleksinin arenasının da, mərkəzi stadionun da cəmi 1 tərəfi tribunayla əhatə olunub. Kompleksin meydanı süni, əsas arena təbii örtüklüdü. Ancaq kompleksin arenasının oturacaqlarının sayı 1000-ə yaxındısa, SSRİ dövründə inşa edilmiş stadionda cəmi 600 oturacaq var. Zaur bəy meydanlarla bağlı bunları dedi: “Onların vaxtında stadionumuza 600 plastik oturacaq quraşdırılmışdı. Arenamızda drenaj sistemi yoxdu. Bir təmizlikçi və ota baxan bağban ştatda var. Onlar idarəmizin ştatındadı. Drenaj və avtomat sulama sistemi yoxdu. Bu yay su ilə bağlı problem yaşadıq. Stadion ərazisindəki ağacları sulamağa imkan tapdıq. Ona görə də stadionun ot örtüyü hazırda yaxşı vəziyyətdə deyil. Daha bir stadion isə Göygöl Olimpiya İdman Kompleksinin ərazisindədi. Orda isə süni örtükdü. Ancaq yumru dənəciklər yalnız bir hissəsinə səpildiyindən meydan sürüşkəndi. Bir ara stadionumuz “Elba” kolbasa şirkəti tərəfindən alınıb, toyuq fermasına çevrilmək təhlükəsiylə üzləşmişdi. O zaman qəzetinizdə də bu haqda silsilə yazılar getmişdi. Şirkət rəhbərliyi stadionu ələ keçirmək üçün icra başçısına 200 min manat təklif etmişdi. Ancaq o razılaşmamışdı. Bütün məhkəmə instansiyalarında qalib gəldik. İndi stadiondan “Təhsil” İdman Klubu pulsuz yararlanır. Hərdən yaşı böyük olanlar futbol oynamaq istəyəndə onlara da pulsuz şərait yaradıram ki, qoy oynasınlar”.
Təsəlli uşaq futboludu
İdarə rəisi indi yeniyetmələrlə təsəlli tapır. Heç olmasa, onların böyük futbolçu kimi yetişməsinə çalışır: “Hazırda üç yaş qrupu üzrə komandalarımız “Göygöl-UGİM” kimi AFFA-nın təşkil etdiyi çempionatlarda iştirak edir. 16 yaşından sonra onlar sərbəst qalır. Hərdən “Kəpəz”in gənclər komandasına gedənlər olur. Birinin adı Arazdı. Səhv etmirəmsə, bir neçə dəfə əsas komandaya da cəlb olunub. Daha bir futbolçu isə “İnter”də idi. İndi hansı komandada olduğunu bilmirəm. Bizim uşaqlarla peşəkar müqaviləmiz yoxdu. Belə anlaşma olsaydı, hansısa klub alanda buna görə onlardan vəsait tələb edə bilərdik”.
Əslində turizm bölgəsi olan Göygöldə ən azı divizion, yaradılması gündəmdə olan Regionlar Liqası səviyyəsində komanda formalaşdırmaq olar. Ancaq yerli sahibkarları buna təşviq etmək lazımdı. Bizdə isə könüllü surətdə futbola pul qoymaq istəyən biznesmen tapmaq çətindi. Hər halda, Göygöldə futbola maraq və rayonun müəyyən futbol ənənələri var. İndi bu ənənələri inkişaf etdirmək, komanda qurmaq lazımdı...
SƏRXAN, Göygöl
Layihəni AFFA yanında Media Komitəsi maliyyələşdirir
Futbolsuz qalan Göygöl...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar