27 sen 23:22layihe

“Viləş” futbol səhnəsinə U-15 ilə döndü

“Viləş” futbol səhnəsinə U-15 ilə döndü
Kənan Seyfullayev: “Əsas iş komandanın bünövrəsini qoymaqdı”
Ölkəmizdə fəaliyyətini dayandırmış komandaları saymaqla bitməz. Lakin onların sırasında bəziləri var ki, yenidən dirçəlmək üzrədi. Düzdü, bunlar birdən-birə peşəkar klub kimi meydanlara dönmür. Fəaliyyətini dayandırmış klubların əvvəlcə aşağı yaş qrupları üzrə komandaları yaradılır ki, bu da gələcəyə ümidlə baxmağa imkan verir. Belə komandalardan biri də “Viləş”di. Masallını təmsil edən klubun U-15 komandası AFFA-nın bayrağ altında keçirilən U-15 liqasında çıxış edəcək. Klubu Masallıdan olan Çingiz Abbasov bərpa edib. Komandanın baş məşqçisi isə Kənan Seyfullayevdi.
“Viləş” 1967-ci ildən 2008-ə qədər fəaliyyətdə olub. Cənub təmsilçisi 10 dəfə güclülər dəstəsində çıxış edib. 2000/01 mövsümündə komanda çempionatın bürünc medallarını qazanıb və ölkəmizi İntertoto Kubokunda təmsil edib. 2003-cü ildə maliyyə problemlinə görə klub bağlanıb, iki il sonra isə yenidən fəaliyyətə başlayıb. “Viləş” 2006/07 mövsümündə birinci divizionda çempion olaraq, elitada çıxış etmək şansı qazanıb. Klubun adı isə “Masallı”ya dəyişdirilib. Amma tezliklə klub yenə pulsuzluqdan fəaliyyətini dayandırıb. Bir neçə ay sonra yenidən formalaşdırılan komandanın adı isə “Viləş Masallı” olub və həvəskarlar liqasında çıxış edib. Komanda 2013/14 mövsümündə çempionluğa oynasa da, sonradan tam olaraq tarixə qovuşub.
Həmin dövrdən 3 il keçib. İndi “Viləş” U-15 komandası ilə səhnədədi. İdeya hardan qaynaqlandı? Yaradıcıların əsas məqsədi nədi? Yenidən əvvəlki “Viləş”in meydanlara dönmək, birinci divizionda və ya premyer-liqada iştirak şansı varmı? Bu suallara cavab tapmaq üçün baş məşqçisi Kənan Seyfullayevlə görüşdük.
- Bu ideya hardan və necə qaynaqlandı?
- Bizim həmyerlimiz var, Çingiz Abbasov. O mənimlə tanışdı. Çox yaxşı münasibətimiz var. Masallıya gələndə rayon futbolundan danışdıq. Təklif irəli sürdü ki, “Viləş” adı ilə U-15 liqasına komanda buraxaq. Qərara gəldik, razılaşdıq. Rayonumuzda futbolun yenidən bərpası üçün ilk addımı atdıq. Çingiz müəllimin hansı işlə məşğul olduğunu açıqlamaq istəmirəm. Bunu özündən soruşsaz, daha yaxşı olar. Əsas odu ki, bu komandanı yaratdıq.
- Özünüz əvvəllər futbolçu olmusuz, məşqçi işləmisiz?
- Məşqçi işləməmişəm. Bu, mənim ilk təcrübəm olacaq. Lakin futbolçu olmuşam. Birinci divizionda çıxış etmişəm. “Karvan”da və çempion olan il “Ağsu”da oynamışam.
- Məşqçi kateqoriyanız var?
- Hazırda yox. Amma oxuyacam və kateqoriya alacam.
- “Viləş” hardan maliyyələşəcək?
- Dediyim kimi, komandanın rəhbəri Çingiz müəllimdi. Aşağı yaş qrupları üzrə komandanı saxlamaq üçün o qədər də maliyyə tələb olunmur. Səfər xərcləri, komandanın yeməyi, lazımi inventarlar və ev oyunları zamanı hakimlərin qarşılanmasına maliyyə lazım olur. Buna da imkanımız çatacaq. Büdcə ilə bağlı bundan artıq məlumat verə bilmərəm.
- Komanda üçün formalar hazırdı?
- Bəli, artıq hər şeyimiz var. “Joma” ilə müqavilə bağlamışıq.
- Məşqləri harda keçirsiz?
- Anatoli Banişevski adına Masallı şəhər stadionunda. Yaxşı kollektivimiz var. Komandaya 17 futbolçu cəlb etmişik. Sabah (bu gün) ilk oyunumuza çıxacağıq. Səfərdə “Səbail”in müvafiq yaş qrupu üzrə komandası ilə qarşılaşacağıq. Uşaqlar hamısı Masallıdandı. Özümüz seçmişik. Seçimlər indi də davam edir. Mütəmadi olaraq məktəblərə baş çəkirik, izləyirik.
- Stadionun vəziyyəti sizi qane edir?
- Hazırda arenanın durumu o qədər yaxşı deyil. Öt örtüyü pisdi. Amma orda bəzi işlər gedir. Yaxın zamanlarda hər şey qaydasına düşəcək.
- Bəs rayon rəhbərliyi necə, xəbərdardı ideyanızdan?
- Bəli, hamının xəbəri var. Biz rayon rəhbərliyi ilə danışmışıq, razılıq əldə etmişik. Onlar da dəstək olur.
- Gələcəkdə peşəkar komandanı formalaşdırmaq üçün ümidiniz varmı?
- “Viləş” böyük tarixə malikdi. Biz indi həmin tarixi bərpa etmək üçün ilk addımı atmışıq. Əsas iş komandanın bünövrəsini qoymaqdı. Aşağı yaş qruplarını formalaşdırmalıyıq. Vaxt gələr, əsas komanda da olar və PFL-in bayrağı altında təşkil olunan liqalarda çıxış edər.
ŞƏFİ ŞƏFİYEV
Layihəni AFFA yanında Media Komitəsi maliyyələşdirir
“Viləş” futbol səhnəsinə U-15 ilə döndü
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar