31 avq 18:56layihe

“Sonra da deyirlər ki, Qazaxda futbolçu yetişmir, “Göyəzən” autsayderdi”

“Sonra da deyirlər ki, Qazaxda futbolçu yetişmir, “Göyəzən” autsayderdi”
Pulsuzluqdan U-11 AFFA-nın bayrağı altında keçirilən çempionata qatılmayacaq
Qərb bölgəsinə “Azərbaycan futbolunun Məkkəsi” deyilir. Uzun illər bu deyim özünü doğruldub. Gəncə, Şəmkir, Tovuz, Qazax daim istedadlı futbolçular yetişdirməklə məşhurlaşıb. Təəssüf ki, son illər adını çəkdiyimiz rayonlarda bu sahədə tənəzzül yaşanır. Bir vaxtlar müxtəlif yaş qrupları üzrə yığmaların əsas bazası sayılan, ölkə futboluna neçə-neçə istedad bəxş edən zonada durğunluq hökm sürür.
Respublikanın Avropaya pəncərəsi sayılan Qazaxın “Göyəzən” klubu ötən əsrin 80-ci illərində SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında çıxış edən 5 Azərbaycan klubundan biri idi. Həmin vaxt şairlər diyarı kimi tanınan rayonda futbola böyük maraq, kütləvi axın var idi. Elə müstəqilliyin ilk illərində də “Göyəzən” ölkə çempionatının güclülər dəstəsinin daim iştirakçılarından biri idi. Qazax səfəri iddialı klublar üçün də ən ağır səfərlərdən biri hesab olunur, ordan xalla dönmək böyük uğur kimi dəyərləndirilirdi. Ancaq son illər bu bölgədə futbola münasibət dəyişib, pulsuzluqdan əziyyət çəkən “Göyəzən” birinci divizionun əbədi autsayderlərindən birinə çevrilib. Əsas komandanın ağır durumu uşaq futboluna da təsirsiz ötüşməyib.
Ötən həftə qərb bölgəsinə səfər çərçivəsində Yevlaxın, Şəmkirin ardından yolumuzu Qazaxa salıb, saza-sözə böyük önəm verən rayonda uşaq futbolunun bugünkü durumu ilə maraqlanmağı lazım bildik. Kaş getməyəydik, qazaxlı balacaların hansı şəraitdə top qovduğunu görməyəydik...
Paytaxtdakı həmyaşıdlarından fərqli, gələcəkdə böyük futbolçu olmaq istəyən, həmyerliləri Elvin Yunuszadə kimi “Qarabağ”da top qovmaq arzusu ilə yaşayan qazaxlı balacaların futbol oynamağa nə normal şəraiti, nə də lazımi inventarları var. Kənardan baxanda sanki Afrikanın hansısa geridəqalmış ölkəsində, kasıblıq içində böyüyən ac-yalavac uşaqların futbol oynadığını izləyirsən. SSRİ dönəmində “Göyəzən”də çalışmış, indi isə azyaşlılara futbolun sirlərini öyrədən Əbilxan Məmmədov da məşqdən sonra bizimlə söhbətdə şəraitsizlikdən giley-güzar etdi: “Əsas komandanın ağır durumda olması aşağı yaş qruplarına da təsir göstərir. Pulsuzluq və məşq keçmək üçün normal şəraitin olmaması ən böyük problemimizdi. Qazax şəhər stadionun hansı vəziyyətdə olduğu bütün futbol ictimaiyyətinə bəllidi. Ot örtüyü sıradan çıxıb, tribunalar qəzalı vəziyyətdədi, paltardəyişmə otaqlarından isə danışmağa dəyməz. Telekanallarda Bakıda, başqa şəhər və bölgələrdə yeni istifadəyə verilən stadionların görüntülərini izləyəndə sözün həqiqi mənasında köks ötürürük. Onların da şəraitinə baxın, bizim də. Bir neçə il əvvəl AFFA-nın dəstəyi ilə rayon mərkəzində süni örtüklü meydança istifadəyə verilmişdi. Həmin mini-meydançadan həm biz, həm də rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin tələbələri istifadə edirdi. Yüklənmə çox olduğundan və baxımsızlıqdan artıq həmin örtük sıradan çıxıb, çalalar əmələ gəlib. Normal məşq etmək mümkün deyil. Qazax həmişə idmanı və idmançıları ilə respublikada aparıcı mövqelərdən birini tutub. Ancaq nə edək ki, son vaxtlar rayonda futbol heç kimi maraqlandırmır. Bu gün də futbola üz tutan yetərincə çox uşaq var. Hər gün valideynlər övladlarını mənim yanıma gətirirlər. Lakin şəraitsizlik səmərəli işləməyimizə mane olur”.
Təcrübəli mütəxəssis inventar sarıdan da çətinliklə üzləşdiklərini bildirməyi unutmadı: “Son vaxtlara kimi AFFA bizi forma və inventarla təchiz edirdi. Lakin iki ildi bu qurum da bizdən üz döndərib. İndi istifadə etdiyimiz formalar “Open Futbol” Açıq Əyləncəli Futbol Məktəbi Layihəsi çərçivəsində bizə təqdim olunub. Çalışırıq həmin geyimlərdən səliqəli istifadə edək ki, yarışlar vaxtı problemlə üzləşməyək. Ötən il U-11, U-12, U-13 və U-14 yaş qrupunda assosiasiyanın bayrağı altında keçirilən ölkə çempionatında iştirak etmişik. Ancaq bu ildən maliyyə problemi ilə üzləşdiyimizdən U-11 komandasını yarışa buraxmayacağıq. Çempionata qatılmayan komandanın üzvləri isə həvəsdən düşür və başqa idman növlərinə üz tuturlar. Bu gedişlə Qazaxda futbol tam məhv olacaq”.
Əbilxan bəy üzləşdikləri durumla bağlı dövlət qurumlarına, “Göyəzən”in sponsoruna müraciət etdiklərini bildirsə də, heç bir reaksiya görmədiklərini də söylədi: “Milli Məclisə seçki ərəfəsində deputatlığa namizəd olanların hamısı ilə görüşüb dərdimizi bildirdik. Hamısı da problemimizi həll edəcəyini bildirdi. Ancaq sonradan heç kim bizimlə maraqlanmadı. Gənclər və İdman İdarəsi də yaşananlardan xəbərdardı. Nə faydası... Səsimizə səs verən, bizə yardım əlini uzadan yoxdu. Sonra da deyirlər ki, Qazaxda futbolçu yetişmir, “Göyəzən” autsayderdi. Belə münasibətlə kim burda qalar? Bu gün neçə-neçə yetirməmiz “Qəbələ”nin və Bakının müxtəlif klublarının aşağı yaş qruplarında çıxış edir. Onların hamısı futbolda ilk addımı məhz Qazaxda atıblar. Ancaq şəraitsizlik səbəbindən sonradan kənara üz tutublar. Heç kim bizi qınaya, işləyə bilməməkdə ittiham edə bilməz. Bakı və başqa şəhərlərdə uşaq futboluna göstərilən diqqətin, ayrılan vəsaitin heç olmasa, yarısı bizdə olsa, hər il müxtəlif yaş qrupu üzrə millilərə oyunçu verərik”.
Göründüyü kimi, futbolu ilə seçilən rayonda indi durum çox acınacaqlıdı. Qazax uşaqlarının futbola marağını yönəltmək, onları peşəkar kimi yetişdirib ölkə futboluna qazandırmaq üçün burda elementar şərait, lazımı infrastruktur yoxdu. Uşaq futbolunda ciddi təməl olmadan hansısa uğura iddia etmək isə yersizdi. Böyük dağın adını daşıyan, vaxtilə Qazaxın qüruru sayılan “Göyəzən” indi yalnız kağız üzərində mövcudluğunu qoruyur. Rəhmətlik Səməd Vurğunun ruhu məni bağışlayar, məşhur misraları belə dəyişməyimə etiraz etməz:
Göylərə baş çəkir Göyəzən dağı,
Futbol Qazax üçün olub gözdağı...
RƏŞAD
Layihəni AFFA yanında Media Komitəsi maliyyələşdirir
“Sonra da deyirlər ki, Qazaxda futbolçu yetişmir, “Göyəzən” autsayderdi”
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar