30 avq 20:35layihe

“Vətən” “Bakı Cup” turnirinin qalibi oldu

“Vətən” “Bakı Cup” turnirinin qalibi oldu
Bölgə təmsilçiləri və xarici klublar maliyyəyə görə yarışa qatılmayıb
Artıq bir neçə vaxtdı bölgələrdə uşaq futbolunun durumunu, bu sahədə çalışan məşqçilərin hansı çətinliklərlə baş-başa qaldığını işıqlandırır, aidiyyatı qurumların diqqətini bu məsələyə yönəltməyə çalışırıq. İstər gənc, istərsə də həyatının çox hissəsini uşaq futboluna həsr edən mütəxəssislərin hamısı, demək olar ki, eyni problemlə üzə-üzədi. Maliyyə çatışmazlığı, yetərincə inventarın olmaması rayonlarda istedadlı uşaqların irəli getməsinə mane olur. Uşaq məşqçilərini narahat edən məqamlardan biri də bölgələrdə aşağı yaş qrupları üzrə turnirlərin təşkil olunmamasıdı. Onların fikrincə, bu cür turnirlər uşaqların həm ustalıq səviyyəsinin yüksəlməsinə yardım edir, həm də rayon mühitində böyüyən azyaşlıların dünyagörüşünün inkişafına təkan verir. Fərqli komandalarda oynayan həmyaşıdları ilə yaşıl meydanda qarşılaşmaq uşaqlara psixoloji cəhətdən müsbət təsir göstərir.
Bugünlərdə, daha dəqiq desək, ötən həftənin sonunda Bakıda “Leon” Futbol Klubunun və AFFA-nın təşkilatçılığı ilə 11 yaşlılar arasında “Baku Cup 2017” turniri keçirildi. Çox təəssüf ki, üç gün davam edən və 12 komandanın – “Leon”, Sumqayıt İOEUGİM, “Əlincə”, “Amasya”, “Buzovna”, “Qarabağ”, “Leon” (U-10), “İnter”, “Qarabağ” (U-10), “Vətən”, “Neftçi” İK və “Səbail”- qatıldığı yarışda bir dənə də bölgə təmsilçisi yox idi. Srağagün keçirilən yarımfinal görüşlərində Sumqayıt İOEUGİM-i “Vətənl”lə qarşılaşdı və matç ikincilərin qələbəsi ilə başa çatdı – 6:1. Digər cütdə isə “Əlincə” ilə “Neftçi” İK üz-üzə gəldi. Əsas vaxtda 2:2 hesablı bərabərlik qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün uzatma dəqiqələrinə ehtiyac duyuldu ki, burda “Neftçi” İK son saniyələrdə fərqlənməklə finala çıxmağı bacardı. 3-cü yer uğrunda görüşdə “Əlincə” Sumqayıt təmsilçisini udaraq “bürünc”ə sahib çıxdı. Turnirin həlledici qarşılaşmasında isə “Vətən” “Neftçi” İK-i böyük hesabla məğlub edib, favorit kimi qatıldığı yarışın qalibi oldu. Yeri gəlmişkən, onu da qeyd edək ki, ADBTİA-nın meydanında keçirilən qarşılaşmaları xeyli sayda azarkeş izləyirdi. Hətta aralarında İrandan gələn bir qrup turist də var idi. Arenada işıqlandırma sisteminin olması matçların axşam saatlarında keçirilməsinə imkan verdiyindən nə azarkeşlər, nə də meydana çıxan uşaqlar istidən əziyyət çəkdi. Onu da bildirək ki, ilk dəfə keçirlməsinə baxmayaraq, turnirdə təşkilatçılıq yüksək səviyyədə idi.
Oyunlar başa çatdıqdan sonra turnirin təşkilatçılarından biri olan “Leon” Futbol Klubunun rəsmisi Mahir Quliyevlə söhbətləşdik. Mahir bəy bölgə təmsilçilərinə dəvət göndərdiklərini bildirsə də, onların vəsait çatışmazlığı səbəbindən Bakıya gəlmədiklərini vurğuladı: “Bu yaxınlarda “Leon” Türkiyədə təşkil olunan turnirdə iştirak etmişdi. Vətənə döndükdən sonra qərara aldıq ki, həmin yarışdan Azərbaycanda da keçirmək olar. İlk dəfə bu cür turnir təşkil etdiyimizdən, ola bilsin, müəyyən çatışmazlıqlar var. Ancaq fikrimcə, ümumilikdə normal dəyərləndirmək olar.Yarışdan öncə paytaxt klubları ilə yanaşı, bölgələrdə fəaliyyət göstərən komandalara da dəvət göndərmişdik. Ancaq demək olar ki, hamısı maliyyə ilə bağlı çətinliklərinin olduğunu qeyd edib, Bakıya gələ bilməyəcəklərini dedilər. “Baku Cup” turnirini hər il təşkil etməyə çalışacağıq. Hətta bu dəfə yarışa qatılan klubların rəsmiləri qış fasiləsində də daha bir yarış təşkil etməyimizi istəyirlər. İstəyirdik ki, turnirdə xaricdən də qonaqlarımız olsun. “Trabzonspor”, Tiflis “Dinamo”su, “Saburali” və Küveytdən bir komanda əvvəlcə Bakıya gəlməyə razılıq versə də, paytaxtda otellərin qiymətlərinin baha olması onları fikrindən daşındırdı. Turnirin təşkilində ALOFF şirkəti, AFFA, ADBTİA bizə dəstək oldu ki, hamısına təşəkkür edirik”.
İlk dəfə keçirilən turnirin qalibi olan “Vətən”in baş məşqçisi Samir Əbdürəhmanov isə bunları söylədi: “Bakıda belə turnirin keçirilməsi ürəyimizcədi. Bu il Avstriyada, Türkiyədə təşkil olunan turnirlərdə iştirak etmişik. Sözün düzü, bugünkü turnir səviyyə baxımından heç də onlardan geri qalmır. Təşkilatçılar maksimum səy göstəriblər ki, komandalar heç bir problemlə üzləşməsinlər. Şübhəsiz, biz də istəyərdik ki, iştirakçıların sayı daha çox olsun. Gəncə, Mingəçevir, Lənkəran təmsilçiləri ilə görüşlər məşçqçi kimi bizə də maraqlı olardı. Ümid edirəm kii, növbəti illərdə “Baku Cup”da bütün bölgələrin komandalarını, eləcə də əcnəbi qonaqları görə biləcəyik”.
“Əlincə”nin baş məşqçisi İlkin Hacıyev də turnirdən razı qaldığını dedi: “Çox yaxşı təşkil olunan yarışa şahidlik etdik. Uşaq futbolunun inkişafını istəyiriksə, belə turnirlərin sayı çox olmalıdı. Özünüz də şahid olduz ki, uşaqlar necə sevinirdilər, sanki onların bayramı idi. İnanıram ki, bu yarış ənənə halını alacaq və hər il təşkil olunacaq”.
RƏŞAD
Layihəni AFFA yanında Media Komitəsi maliyyələşdirir
“Vətən” “Bakı Cup” turnirinin qalibi oldu
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar