06 yan 19:59layihe, manset

Olimpiya stadionunda unudulmaz gecə

Olimpiya stadionunda unudulmaz gecə
Dekabrın 31-ni – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, eləcə də 2017-ci ilin gəlişini hərə bir cür qeyd etdi. Kimi ailəsi ilə gəzintiyə çıxdı, kimi bayramı evdə keçirməyə üstünlük verdi, eləcə də qohum, yaxın, dost-tanış evində bir araya gələnlər də oldu. Bir sözlə, hər kəs həmrəy olmağa çalışdı, köhnə ildəki umu-küsünü unutdu ki, 2017-yə yüksək əhval-ruhiyyədə başlasın. Axı “başlanğıc necə olarsa, davamı da elə gələr” düşüncəsi var çoxumuzda. Media nümayəndələri üçün də unudulmaz oldu dekabrın 31-i gecəsi. Jurnalistlər ölkənin ən nəhəng arenasında – Bakı Olimpiya Stadionunda (BOS) 2016 ilə vidalaşıb, 2017-yə “xoş gəldin” dedi. Özü də necə?!
BOS-da təşkil olunan “Ən Yeni il” konsertini təxminən 15 min adam izlədi. Tədbirdə iştirak etmək üçün 127 media nümayəndəsinin qeydiyyatdan keçdiyini də bildirək. Tədbirdə təkcə idman jurnalistləri yox, ictimai-siyasi mətbuatdan olan həmkarlarımız da iştirak edirdi. Əvvəlcə onu qeyd edək ki, sponsorlar tamaşaçıları hədiyyə ilə də sevindirəcəkdi. Belə ki, qalibləri “AAAF Park”dan mənzil, “SEAT Azerbaijan”dan “İbiza” və “Toledo” markalı avtomobil, “Hell Energy”dən Macarıstana iki nəfər üçün 7 günlük səyahət gözləyirdi. Qaliblərin kimliyi haqda bir qədər sonra. Onu da əlavə edək ki, tədbirə ümumi texniki dəstəyi “High Boost”, müğənillərlə bağlı məsələlərdə texniki dəstəyi isə BEF (Baku Entertainment Factory) üzərinə götürmüşdü. “Report” İnformasiya Agentliyi məlumat dəstəkçisi kimi yardım edirdi. Əlbəttə, bütün bunlar konsert proqramının yüksək səviyyədə təşkil olunmasında və tamaşaçıların razı qalmasında mühüm rol oynadı.
Bizə gəlincə, ən önəmlisi xüsusi diqqət qeyd olunmalıdı. Stadionun girişindən meydanın mərkəzində quraşdırılan səhnəyə kimi həmin diqqətdən kənara çıxmaq mümkün deyildi. Qeydiyyatdan keçən media nümayəndələrinə girişdəcə akkreditasiyalar təqdim olunur, könüllülər isə lazımi yerə çatmağımıza yardım göstərirdi. Media mənsubları üçün konsert proqramından öncə bayram süfrəsi açılmışdı. Burda ləziz təamlardan dadan jurnalistlər istədiyi vaxt müğənnilərin ifasını dinləmək üçün zalı tərk edə, istədiyi vaxt geri dönə bilərdi. Əksər media mənsublarının ailələri ilə qatıldığı tədbirdə sözün səl mənasında həmrəylik hiss olunurdu. Biz isə bayram süfrəsinin arxasından qalxıb üz tutduq konsert proqramını izləməyə. Təbii, burda da könüllülər öz işindəydi – jurnalistlərin hər hansı problemlə üzləşməməsi üçün əllərindən gələni edirdilər.
Meydanın mərkəzində quraşdırılan səhnədə müğənnilərin ifası bir-birini əvəz edirdi. Tamaşaçıların bir qismi üzbəüz tribunada əyləşmişdisə, əksəriyyət ayaqüstə Türkiyə və Azərbaycan estradasının ulduzlarının çıxışını izləyirdi. Konsert proqramının aparıcısı İlkin Həsəni idi. Hər müğənniyə təxminən 1 saat ayrılmışdı. Açılışı Demet Akalın etdisə, daha sonra səhnəyə Murat Dalkılıç, Aleyna Tilki, Hadisə, Berksan, Ozan Doğulu çıxdı. Bundan başqa, məşhur diceylər Cemre, Mahmut Orhan, Əmrah Karaduman da bacarığını göstərdi. Yerli müğənnilərdən isə Röya ilə Miri Yusif konsertə dəvət olunmuşdu. Səhnədə çıxışlar bir-birini əvəz etdikcə kimi rəqs edir, kimi müğənnilərlə birgə mahnıları zümzümə edir, kimi də dinləməklə feyziyab olurdu. Yaxınlıqda isə pulsuz “Hell” içkiləri də tamaşaçıların ixtiyarına verilmişdi. Belə deyək, hər kəs BOS-da unudulmaz bir gecə yaşadı. Təbii, bu mənada stadion rəhbərliyinin əməyi danılmaz idi. Xüsusən jurnalistlərin dostuna – bizlərin ilk dəqiqədən sona kimi qayğısına qalan BOS-un mətbuat xidmətinin rəhbəri Cəmilə Sultanovaya xüsusi təşəkkür düşür.
Saat 12-də fişənglər atıldı, hər kəs köhnə illə vidalaşdı, yeni ili qarşıladı. Bundan sonra İlkin Həsəni bir-bir qalib biletləri elan etdi. Mənzili Rusif, Macarısana səyahəti Könül, SEAT-dan “İbiza” markalı avtomobili Ülvi, “Toledo”nu isə Murad adlı tamaşaçı qazandı. Heç şübhəsiz, adı çəkilənlər üçün üçqat bayram oldu həmin gecə. Hə, təşkilatçılar stadiondan gedənləri də nəzərə almışdı. Belə ki, arenadan “Koroğlu” metrosuna qədər pulsuz avtobuslar işləyirdi. Həmin nəqliyyat vasitəsi ilə stadiondan ayrılanlar isə uzun müddət unuda bilməyəcəyi xatirələri özü ilə aparırdı...
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar