25 avq 13:31layihe

Yevlax futbolunda ciddi inventar problemi var

Yevlax futbolunda ciddi inventar problemi var
Akif Musayev: “Bu səbəbdən də yetirmələrimiz ya futboldan uzaqlaşır, ya da başqa klublara üz tutur”
2004-ci ilin inqilabından sonra ölkədə futbol həyəcanı yaşanmağa başladı. Və bunun nəticəsi kimi müxtəlif bölgələrdə bir-birinin ardınca yeni, sanki bir-birinin bəhsinə girirmiş kimi böyük büdcəyə malik klublar təsis olundu. Lənkəran, İmişli, Yevlax kimi rayonların futbolsevərləri böyük futbola “xoş gəldin” deyib, bir neçə il bu sevinci yaşadılar…
Müstəqilliyin ilk illərində Aran zonasını ölkə çempionatında Mingəçevirin “Kür-Nur” klubu təmsil edirdisə, 2004-cü il iyunun 11-də Mingəçevirdən bir qədər aralıda, Kürün sahilində yeni bir klub təsis olundu. Yevlax respublikanın şimal-qərbinə və Qarabağ bölgəsinə gedən yolların qovşağında yerləşdiyindən yeni yaradılan klubun təsisçiləri kluba ad qoymaqla bağlı çox fikirləşmədi və rayonun iqtisadi-coğrafi mövqeyinə əsasən komanda “Karvan” adlandırıldı. Klubun rəngləri kimi ağ və qara seçildi. İlk illər “Karvan”a yaradılan şərait, heyətə cəlb olunan futbolçular və ən əsası, rayonun mərkəzində tikilib klubun ixtiyarına verilən gözəl stadion və infrastruktur yevlaxlıların ağ günə çıxmasından xəbər verirdi. Başqa cür fikirləşmək də günah olardı. Həmin illərdə paytaxtda məskunlaşan klublar belə “Karvan” üçün yaradılan inftrastruktura paxıllıq edirdi. Ancaq bu xoşbəxtlik uzun sürmədi. 2014-cü ildən artıq yevlaxlıların qara günləri başladı. Klubun loqosunda əks olunan ağ rəng yerini qaraya verdi. Birvaxtlar ölkənin tanınmış futbolçuları ilə yanaşı, Avropadan, Asiyadan, Afrikadan olan legionerlərin yer aldığı kollektiv laqeydliyin qurbanı oldu. Ölkə klubları arasında Avropa Liqasında ilk dəfə mərhələ adlayan, ilk dəfə klub saytı vasitəsi ilə oyunu yayınlanan, ümymiyyətlə, bir çox ilklərə imza atmağı bacaran “qara-ağlar” fəaliyyətini dayandırdı. Düzdü, arada komanda birinci dəstədə çıxış etdi. Ancaq heç kimə sirr deyil ki, bu həmin - premyer-liqada çempionluğa iddialı, avrokuboklarda çıxış etməyi qarşısına minimum məqsəd qoyan komanda deyildi.
Ötən həftə yolumuzu Yevlaxa saldıq. Məqsəd premyer-liqanın ikinci turu çərçivəsində baş tutan “Kəpəz” – “Zirə” matçını işıqlandırmaqla yanaşı, bölgədə uşaq futbolunun indiki durumu barədə bilgi əldə etmək, bu yöndə görülən işlərlə tanış olmaq idi. Əvvəlcə onu qeyd edək ki, Yevlax stadionunun ot örtüyü bərbad gündə olsa da, arenanın ümumi durumu heç də pis deyil. İnzibati otaqlara, ərazidə olan yardımçı meydançaya baxanda hiss olunurdu ki, stadion rəhbərliyi obyektə diqqət yetirir. Arenaya giriş qapısının sol tərəfində olan asfalt meydançaya süni örtük döşənsə, aşağı yaş qrupları dağa-daşa düşmədən burda gündəlik məşqlərini keçə bilər.
Aşağı yaç qruplarından söz düşmüşkən, arenada bizi ilk qarşılayan vaxtilə vurduğu qollarla azarkeşlərə sevincli dəqiqələr bəxş edən Kənan Kərimov oldu. Onunla yeni mövsümdən birinci dəstədə çıxış etməsi gözlənilən (hələ ki bu dəqiqləşməyib) “Karvan” haqda söhbətləşməklə yanaşı, rayonun uşaq futbolu barədə də məlumat əldə etməyə çalışdıq. Ancaq Kənan bəy bu məsələ ilə bağlı Akif Musayevlə danışmağımızı məsləhət bildi. Onun tövsiyəsinə əməl edərək, Akif bəylə söhbətləşdik. Musayev Yevlaxda futbola maraq göstərən uşaqların sayının çox olduğunu, ancaq maddi problemlər səbəbindən onlara istənilən səviyyədə diqqət ayıra bilmədiklərini vurğuladı.
- Məşqi yenicə başa vurub sizinlə görüşürəm. Bu gün tək mənim rəhbərliyim altında müxtəlif yaş qruplarında 90-a qədər uşaq futbolun sirlərinə yiyələnir. Bu da onu göstərir ki, Yevlaxda uşaqlar və yeniyetmələr arasında futbola maraq göstərənlərin sayı çoxdu.
- Bu gün ümumilikdə Yevlaxda neçə uşaq komandası fəaliyyət göstərir?
- Uşaq Gənclər Məktəbinin nəzdində 3 yaş qrupu var. Təhsil şöbəsinin də komandaları fəaliyyət göstərir. Bundan başqa, ictimai əsaslarla mənim rəhbərliyim altında üç qrup var. Valeh Mirzəliyev isə iki yaş qrupu üzrə məşqlər keçir. Rəşad müəllim də mərkəzi stadionda uşaqlara hazırlıq keçir.
- Şərait və inventarla bağlı vəziyyət nə yerdədi?
- Sözün düzü, son iki ildə vəziyyət bir qədər pisləşib. Əvvəllər AFFA tərəfindən top və forma ilə təchiz olunurduq. Lakin qeyd etdiyim kimi, son iki ildə təchizat kəsilib. Bu üzdən bütün çatışmazlıqları özümüz həll etməyə çalışırıq. Yaxşı ki, vaxtında işimizi ehtiyatlı görüb, assosiasiyanın verdiyi inventar və formalardan ehtiyatla istifadə etmişik. Sanki əvvəlcədən hiss etmişdik ki, çətin günlərlə üzləşə bilərik. İndi həmin formaları səliqə ilə oyundan-oyuna istifadə edib saxlayırıq. Əsas problemimiz topla bağlıdı. Yeniləri olmadığından köhnələrdən istifadə etmək məcburiyyətindəyik ki, bu da istənilən effekti vermir.
- Rayon rəhbərliyi tərəfindən hansısa kömək göstərilmir?
- Açığı, heç onlara müraciət etməmişik. Yalandan deyə bilmərəm ki, ağız açdıq, sözümüzü eşitmədilər. Ümumiyyətlə, nə rayon rəhbərliyinə, nə də iş adamlarına problemlərimizlə bağlı müraciət etmişik. Bəlkə də çatışmazlıqlarımızdan xəbərdar olsalar, imkan daxilində kömək edərlər.
- Müxtəlif yaş qruplarında xeyli yevlaxlı uşaq və yeniyetmənin futbolla məşğul olduğunu bildirdiz. Ancaq son illər nə elita, nə də birinci divizion təmsilçilərinin heyətində əslən bu bölgədən olan futbolçuları görürük.
- Sizin bu fikrinizlə razılaşmıram. Bu gün bizim yetirmələrimiz arasında “İnter”də, “Qəbələ”də top qovanlar var. Bir nəfər isə U-15 yığmasına cəlb olunub. Sadəcə, Yevlaxın premyer-liqa və aşağı dəstədə təmsilçisi olmadığından həmin uşaqların bizim yetirməmiz olduğu ictimaiyyətə bəlli deyil. Bizim başlıca problemimiz, bilirsiz, nədi?
- Nə?
- Uşaqları 15 yaşa qədər yetişdirir, bu yaşa qədər təşkil olunan ölkə çempionatında iştirak edirik. U-15-in çempionatı artıq ev-səfər prinsipi ilə keçirildiyindən bizim komandalar maliyyə çatışmazlığı üzündən bu yarışlarda iştirak edə bilmirlər. Bu səbəbdən də yetirmələrimiz ya futboldan uzaqlaşır, ya da başqa klublara üz tutur. Heç olmasa, mənimlə Valeh müəllimə müəyyən qədər vəsait ayrılsaydı, ikimiz bir yerdə komanda formalaşdırıb yuxarı yaş qrupları üzrə AFFA-nın təşkil etdiyi birinciliyə qatılardıq. Əvvəllər “Karvan” var idi deyə, yeniyetmələr kənara üz tutmurdular, rayonun öz komandasında çıxış etmək üçün burda qalırdılar. İndi perspektiv görmədiklərindən rayondan gedirlər ki, buna görə onları nədəsə günahlandırmaq yersizdi. Bu gün Kənan Kərimovun rəhbərliyi altında “Karvan” yenidən fəaliyyətini bərpa edib. Komandanın birinci divizionda və yaxud həvəskarlar liqasında çıxış edəcəyi dəqiqləşməyib. Buna baxmayaraq, həmin komandada 5 yetirməm var. Ümid edirəm ki, təxminən 10 ilə yaxın premyer-liqada çıxış edən “Karvan”, türklər demiş, əski günlərinə qayıdacaq və yetirmələrimiz kənara üz tutmayaraq, dogma rayonunun təmsilçinin şərəfini qoruyacaq.
RƏŞAD
Layihəni AFFA yanında Media Komitəsi maliyyələşdirir
Yevlax futbolunda ciddi inventar problemi var
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! Bu gün, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi Bu gün, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı Bu gün, 12:54 U-19 minimal hesabla yenildi Bu gün, 12:53 “Neftçi” Zirədə xal itirdi 17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı Bütün xəbərlər
Ən çox oxunanlar