23 avq 21:01layihe

2000 manata görə məhv olan uşaq futbolu

2000 manata görə məhv olan uşaq futbolu
Elşad Mirzəyev: “Şəmkirdə ancaq oxuyana, oynayana, atdanıb-düşənə pul tapılır”
Paytaxtın 367 kilometr uzaqda, respublikanın şimali-qərbində, Gəncə-Qazax iqtisadi rayonunda yerləşən Şəmkir iqtisadi cəhətdən Azərbaycanın ən inkişaf etmiş bölgələrindən sayılır. 200 mindən çox əhalinin məskunlaşdığı rayonda 61 kənd, 4 qəsəbə var. Bölgədə xeyli sayda dövlət və özəl şirkətlər fəaliyyət göstərir.
Əsasən tərəvəzçilik üzrə ixtisaslaşan Şəmkir istixanaların sayına görə də ölkədə liderdi. Rusiya bazarlarını meyvə-tərəvəzlə təmin edən, xeyli sayda imkanlı iş adamının yaşadığı rayon bu gün ictimaiyyət arasında daha çox təm-təraqlı toyların məkanı kimi tanınır. Yerlilərlə yanaşı, Rusiya və Türkiyə şou-biznesinin nümayəndələrinin də tez-tez baş çəkdiyi Şəmkir artıq maqazin proqramlarının reportaj hazırlamaq üçün üz tutduğu əsas məkanlardan biridi.
Halbuki 20 il əvvəl hər şey fərqli idi. Şəmkirin adı gələndə adamlar ilk növbədə futbolu, güclülər dəstəsində at oynadan, ard-arda çempionluqlar bayram edən, Çempionlar Liqasında ilk dəfə mərhələ keçməklə adını ölkə futbolunun tarixinə həkk etdirən, Şahbaz Süleymanov kimi prezidenti olan rayonun eyniadlı komandasını göz önünə gətirir, “qırmızı-ağlar”ın heyətində top qovan futbolçuların adını çəkirdlər.
Təqvimdə 2017-ci il. İndi rayonda nə Saşanın komandasının kölgəsini xatırladan kollektiv, nə hər oyunda tribunaları dolduran azarkeşlər, nə də...
Nə də böyük futbolun bir daha bu bölgəyə ayaq açacağına ümid verən şərait var. Uşaq futbolundan isə danışmağa dəyməz. Əvvəlki illərdə pis-yaxşı rayonun aşağı yaş qrupları AFFA-nın bayrağı altında keçirilən çempionatlara qatılırdısa, bu il maliyyə çətinliyi üzündən bu da olmayacaq. Ötən həftənin şənbə günü Şəmkir Olimpiya Kompleksində görüşüb söhbət etdiyimiz uşaq məşqçisi Elşad Mirzəyev çox çətin durumla üzləşdiklərini, ümumiyyətlə, Şəmkirdə, futbolun məhv olmaq üzrə olduğunu söylədi. Rayon rəhbərliyinin uşaq futboluna münasibətindən narazı olan Mirzəyev artıq məşqçilikdən getmək fikrində olduğunu söylədi.
- Şəmkirdə uşaq futbolunda yaşanan problemləri sadalamaqla qutarmaz. O qədər çatışmazlıq var ki, bilmirəm hansından danışım. İlk növbədə onu bildirim ki, rayonun uşaq futbolu heç kimi maraqlandırmır. Baxımsızlıq ən böyük problemimizdi. Məşhur kinoda deyildiyi kimi, gərək AFFA belə etməyəydi. Assosiasiya heç olmasa, uşaq futboluna maliyyəni dayandırmamalıydı. İki il öncə Fərid Hüseynov rəhbərlikdə təmsil olunanda vəziyyətimiz əla idi. Həmin vaxt 3 yaş qrupu fəaliyyət göstərirdi, bütün turnirlərə də qatılırdıq. Onu da deyim ki, nəticələrimiz də var idi. Zona yarışlarında “Şəmkir”in aşağı yaş qrupları daim ilk “üçlük”də olurdu. Nə forma, nə inventar, nə də meydança problemimi ilə üzləşirdik. Ancaq onu da futboldan küsdürdülər. Hətta Fərid müəllim həftədə bir dəfə bizi məcbur edirdi ki, komandalar yoldaşlıq oyunları keçirsinlər və bütün bunların da xərcini çəkirdi. Bəzi perspektiv vəd edən oyunçularımız üçün xüsusi şərait yaratmışdı. Uşaqlar da rəhbərliyin atdığı addımın qarşılığını verməyə çalışırdılar. Meydana çıxdıqları hər oyunda sona qədər mübarizə aparır, meydanın hər qarışı uğrunda döyüşürdülər. Elvin Səfərli kluba preident gələndən sonra vəziyyət 180 dərəcə dəyişdi.
- Səfərli uşaq futboluna diqqət ayırmırdı?
- O iş başına keçəndən sonra aşağı yaş qrupları ilə bağlı söhbətimiz oldu. İlk toplantıda hər cür kömək göstərəcəyini, uşaq komandalarının inkişafı naminə lazımi dəstəyi verəcəyini bildirdi. Bir neçə gündən sonra onunla növbəti dəfə görüşdük. Bu dəfə illik smetanı klub prezidenti kimi ona təqdim etdim. Gözucu sənədlərə baxdıqdan sonra “mənim sizə verməyə pulum yoxdu” söyləyib, uşaq futbolu ilə bağlı bir daha onu narahat etməməyi tapşırdı. Birdən elə başa düşərsiz ki, smetada nəsə şişirdilmiş rəqəmlər var idi. Allaha and olsun ki, hər şey minimum məbləğlə hesablanmışdı. Komandanı Bakıya, Sumqayıta 120, Qəbələyə isə aparıb-gətirmək üçün nəqliyyat xərci 70 manat nəzərdə tutulmuşdu. Hətta belə gülməli rəqəmlə belə razılaşmadı. Adını da qoydu ki, U-15 komandası “Qəbələ”yə 0:4 uduzursa, aşağı yaş qruplarının fəaliyyət göstərməsi lazımsız bir şeydi. O insana başa sala bilmədim ki, “Qəbələ”yə məğlub olmaq dünyanın axırı deyil. Onların birhəftəlik xərci bizim illik büdcəmizə bərabərdi. O bəhanə axtarırdı və yaranmış vəziyyətdən də istifadə etdi. Komandanın baş inzibatçısı Namiq Sarıyev öz cibindən hər oyuna 150 manat xərcləyirdi ki, bəlkə Elvin müəllim bundan utanıb addım atsın. Ancaq onun üçün şəmkirli uşaqların futbolla məşğul olması maraqsız idi. Səfərli bir ilin içində Şəmkirdə uşaq futbolunu məhv etdi. Perspektivli yeniyetmələrimiz diqqətsizlik səbəbindən başqa kluba üz tutdular. Valideynlər də rəhbərliyin münasibətindən bezmişdi. Ancaq vaxt var idi, bizim aşağı yaş qruplarında oynamaq üçün Tovuzdan, Gəncədən uşaqlar gəlirdilər.
- Ötən il yaşananlar artıq tarixdə qaldı. İndi vəziyyət necədi?
- Acınacaqlı, bundan pisini ağlıma gətirə bilmirəm. Əsas komandanın fəaliyyət göstərib-göstərməyəcəyi məlum deyil. Bugünlərdə aşağı yaş qruplarının taleyi ilə bağlı rayonun Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayolavla danışdım. O uşaq futboluna vəsait ayırmaq iqtidarında olmadıqlarını söylədi. Təsəvvür edirsiz, idman ölkəsi olan Azərbaycanda bu sahənin inkişafına cavabdehlik daşıyan dövlət idarəsi uşaq futboluna vəsait ayırmayacağını bildirir. Bu nə deməkdi?!
- Rayonda başqa futbol bölmələri fəaliyyət göstərir?
- Kağız üzərində bölmələr də var, vəsait də ayrılır. Real durum isə sizə dedyim kimidi. Kür qəsəbəsində Əli adlı məşqçi iki yaş qrupu ilə hazırlıq keçir. Onun komandaları çempionatda UGİM-i təmsil edəcək. Bir də təhsil şöbəsinin komandası var. Orda ata, oğul - İsmayıl və Şöhrət müəllim çalışır. Onlar rayondakı 4 saylı məktəbin idman meydançasında məşq keçirlər. Hamı şəraitsizlik ucbatından işini yola verir. Açığı, işləyən adamı elə vəziyyətə salırlar ki, istər-istəməz əlin-ayağın işdən soyuyur. Artıq məşqilikdən ayrılmaq qərarına gəlmişəm. Nə vaxta kimi cibimin pulunu xərcləyəcəm?
- Bəs yetirmələriniz? Onların gələcək taleyi siz narahat etmir? Neçə illərdi onların üzərindən zəhmət çəkirsiz.
- Bayaq qeyd etdiyim kimi, onların bəziləri artıq başqa klublara üz tutublar. Bugünlərdə isə U-16 komandamızın qapıçısı “Qarabağ”a transfer olundu. Əminəm ki, bir neçə ildən sonra həmin uşaq ölkənin ən güclü qolkiperlərindən biri olacaq, barmaqla göstəriləcək. Aralarında futboldan uzaqlaşanlar da var. Baxımsızlıqdan, problemlərdən bezdilər. Nə vaxta kimi “Şəmkir”in yeniyetmələri o biri klubdakı həmyaşıdlarına baxın köks ötürəcəklər... Fikiləşirlər ki, oyun planında onlardan geri qalmırlar, hər gün həmyaşıdları kimi məşq edirlər. Ancaq “Qəbələ”, “Sumqayıt”, “Neftçi” və adını çəkmədiyim başqa klubların komandaları çempionat oyunlarına xüsusi avtobuslarda, sanballı firmaların geyim dəstində gəlirlər, bunlar isə köhnəlmiş, rəngi qaçmış formalarda çıxırlar. Uşaq psixologiyasıdı, fikirləşir ki, rayonda yaşadığına görə irəli getməsi mümkünsüzdü. Yığma məşqçiləri də o klubların oyunçularını qoyub, “Şəmkir”dən milliyə futbolçu dəvət etməyəcək. Mən bu yaşda şəraitsizlik səbəbindən məşqçilikdən ayrılmaq qərarı verirəmsə, uşağı qınamağa dəyməz.
- Bu sualı əsas komandanın durumu ilə bağlı da vermişdim. Məcburam yenidən təkrarlayım: Şəmkir kimi imkanlı rayonda bir nəfər yoxdu ki, uşaq futboluna maliyyə ayırsın? Sizə illik nə qədər xərc tələb olunur?
- Məbləği desəm, bəlkə də güləcəksiz. Bizim illik xərcimiz cəmi 2000 manatdı. Bu məbləği ayıran yoxdu deyə, uşaq futbolu çökür.
- Bəlkə özünüz iş adamlarına müraciət edəsiz? Onlarla görüşüb durumu izah etsəz, bəlkə sponsor tapıla...
- Ağız açmadığım adam, döymədiyim qapı qalmayıb. Heç kim yaxın durmur. Sanki Şəmkir futbolunu lənətləyiblər. Hara gedirəmsə, kimlə görüşürəmsə, hamı deyir sizdə pullu oğlanlar çoxdu, sənin nə problemin var. Eynilə sizin kimi onlar da eyni fikirləri səsləndirirlər. Daha bilmirlər ki, Şəmkirdə ancaq oxuyana, oynayana, atdanıb-düşənə pul tapılır. Özü də böyük pullar. Ancaq uşaq futboluna görə heç kim əlini cibinə atmaq istəmir. Bu bizim faciəmizdi. İndi duyulmasa da, bir neçə ildən sonra bu laqeydliyin fəsadları üzə çıxacaq. Mənim bir yetirməm var idi. Texniki cəhətdən çox güclü, gələcək vəd edən oyunçu idi. Bir neçə ildən sonra böyük klublarda oynayacağına ümidim böyük idi. Dəfələrlə başqa klublardan ona görə təklif də almışdıq. Lakin heç yerə buraxmadıq ki, öz rayonumuzun komandasında çıxış edər. Şəraitsizlikdən və diqqətsizlikdən bezərək futbolu buraxdı. Onu geri qaytarmaq üçün çox cəhd etdim, ancaq faydasız oldu. Sonradan eşitdim ki, pis yola düşüb. Şəmkirin imkanlı şəxsləri başa düşmür ki, idmana az-çox yatırım etməklə gələcəkdə sağlam nəslin yetişməsinə töhfə verirlər. Bekar qalan uşaq, yeniyetmə özünə nəsə məşğuliyyət tapmalıdı. Bu məşğuliyyət də bəzən sonradan kriminala yol açır. Vaxtında ayılmasaq, sonra çox peşman olacağıq.
RƏŞAD
2000 manata görə məhv olan uşaq futbolu
Layihəni AFFA yanında Media Komitəsi maliyyələşdirir
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar