05 yan 16:14layihe, manset

Əliyar Ağayev Tottiyə heyran olub

Əliyar Ağayev Tottiyə heyran olub
“Sosial şəbəkələrdə varam, amma başqa adla”
Bu il onun haqqında çox danışıldı. Əslində isə ilin ilk yarısı Əliyar Ağayev üçün o qədər də uğurlu alınmamışdı. FİFA referisi hətta ölkə kubokunda cəzalandığına görə mayda təyinatsız qalmışdı. Həmin dövrdə yalnız bir beynəlxalq görüşdə fit çalmışdı. Lakin ilin ikinci yarısını Əliyar üçün olduqca uğurlu adlandırmaq olar. İyulda 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatında iki qrup oyununu və final matçını idarə edən gənc referi növbəti aylarda müntəzəm beynəlxalq arenada ədaləti qorudu. Hətta 2017-ci ildə Ağayevin 1-ci kateqoriyaya yüksələcəyi də gözlənilir. Yeni il ərəfəsində Əliyarı redaksiyamıza dəvət etdik. O dəvətimizi qəbul etdi və Yeni il sovqatı kimi əlind tortla qonağımız oldu.
“Əlimdə olsaydı, həmin qərarı dəyişərdim”
- Əvvəlcə istərdik ki, başa çatmaqda olan 2016-cı ili dəyərləndirəsiz. Bu ili karyeranızda ən uğurlu saymaq olarmı?
- Siz çox sağ olun ki, dəvət etmisiz. Sualınıza gəlincə, bəli, FİFA referisi statusu alandan sonra mənim üçün bu il ən uğurlu və önəmli alındı. 2013-cü ildən bəri ən uğurlu il 2016 oldu. Hesab edirəm ki, bu ili mənim üçün böyük turnirlərin başlanğıc ili saymaq olar.
- Yəqin ki, ilin ikinci yarısını nəzərdə tutursuz. Çünki ilk yarıda müəyyən səhvləriniz oldu.
- Bəli, ilin birinci yarısında yalnız bir beynəlxalq görüş idarə etdim. Bu da başadüşüləndi. Çünki həmin dönəmdə elit kateqoriyalı hakimlər oyunlara təyinatlar aldı, Çempionlaq Liqasının, Avroliqanın pley-off matçlarını idarə etdilər. Biz belə matçlara təyinat ala bilmərik. Bu səbəbdən də iyuna kimi yalnız UEFA Gənclər Liqasında bir qarşılaşmanı idarə etdim. Yeni mövsümün ilk yarısında isə bir neçə yüksək səviyyəli oyunda əsas söz sahibi oldum.
- Ötən mövsümün sonunda ölkədaxili yarışlarda özünüzü yaxşı tərəfdən göstərə bilməmişdiz.
- Bəli, mayda oyunlar idarə etmədim. Bilirsiz, hər bir uğursuz oyundan sonra adamın özünəinamı artır. Səhvlər sənin üçün dərs olur. Çalışırsan ki, səhvləri yaxşı idarəçiliyinlə yaddan çıxarasan. Hesab edirəm ki, bu məndə alındı.
- Həmin dövrü karyeranızda ən çətin dönəm saymaq olarmı?
- Olar. Ümumiyyətlə, ötən mövsümdə bir sıra səhvlərlə yadda qaldım. Futbolçularda, komandalarda uğursuz mövsüm olduğu kimi, hakimlərdə də olur. Ötən mövsüm başqa mövsümlərlə müqayisədə mənim üçün uğursuz oldu.
- Bu il 11 rəsmi görüş, bir beynəlxalq yoldaşlıq matçı idarə etmisən. Həmin oyunları xatırlayanda hansı qərarını dəyişərdin? Elə epizod varmı ki, sonradan “kaş fərqli qərar verərdim” demisən.
- Şükürlər olsun ki, 12 görüşdə aşağı qiymətim olmayıb. Qiymətlərim 8.3-8.4 aralığında dəyişib. Bu il ilk beynəlxalq matçım UEFA Gənclər Liqasında “Anderlext” – “Barselona” görüşü (2:0) olub. Həmin qarşılaşmada meydan sahiblərinin oyunçusuna rəqibi dirsəklə vurduğuna görə birbaşa qırmızı vərəqə verdim. Bəlkə həmin vaxt ona “sarı” da göstərmək olardı. 90+3-də həmin futbolçuya “sarı” versəydim belə, hakim-inspektor məni dəstəkləyərdi. Əlimdə olsaydı, həmin qərarı dəyişərdim.

“Tottinin sadəliyinə heyran oldum”
- “Roma” – “Astra” matçında İtaliya futbolunun canlı əfsanəsi Françesko Tottiyə sarı vərəqə göstərdiyiniz epizod dillər əzbəri oldu. Həmin an hansı hissləri keçirdiz?
- Qeyri-adi hiss yox idi. Təmiz sarı vərəqəlik epizod idi deyə, əlimi cibimə atdım. “Qoy Tottiyə vərəqə göstərim” kimi bir fikrim olmayıb.
- Qərarınız etirazla qarşılanmadı ki?
- Artıq tuneldə Tottinin necə peşəkar oyunçu olduğunun şahidi olduq. Bəzi ulduz futbolçular var ki, bundan istifadə edir. Düzdü, mən o qədər də əfsanəvi futbolçuların oyunlarını idarə etməmişəm. Gördüyüm ən ulduz futbolçu Totti idi ki, onun sadəliyinə heyran oldum. Təsəvvür edin, Totti hakimlər briqadasına elə münasibət göstərdi, elə görüşdü ki, sanki bir neçə ildi İtaliya A Seriyasının oyunlarını idarə edirik, ildə 10-15 dəfə onunla üz-üzə gəlirik. Yəni oyundan əvvəl və matçın gedişində bizə həddən artıq isti münasibət göstərdi.
- Yəqin ki, onun vərəqəyə etiraz etməməsinə səbəb hesab olub. Çünki həmin görüşdə “Roma” böyükhesablı qələbə qazanmışdı.
- O da ola bilər. Amma oyundan əvvəl də, hesab açılanda da, fərq böyüyəndə də Totti eyni idi. Onda heç bir dəyişiklik görmədim.
- Bu 12 qarşılaşmalardan hansı sizin üçün daha çətin keçib?
(müsahibə tam halda qəzetin çap variantında)
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Yığmamız “Novruz” turnirində niyə NTD-nin formasında oynayıb? 13:04“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29 Bütün xəbərlər
Ən çox oxunanlar