05 yan 15:57layihe, manset

Qurban Qurbanovla yeməli söhbət

Qurban Qurbanovla yeməli söhbət
“Volqar-Qazprom”un şərəfini qoruduğum illərdə soyuducumda daim kürü olub”

Ardıcıl 7-ci dəfə ölkənin “ən yaxşı məşqçisi” adına sahib çıxan Qurban Qurbanovu Azərbaycanda tanımayan yoxdu. 7-dən 77-yə futbolla maraqlanan istənilən şəxs “Qarabağ”ın çalışdırıcısı haqda geniş bilgiyə malikdi. Təvazökar, təkəbbürdən uzaq, nəticədən asılı olmayaraq, daim ciddiliyni qorumağı bacaran 44 yaşlı mütəxəssis haqda bu günə kimi çox yazılıb. İki il əvvəl Azərbaycanın üzdə olan, sayılıb-seçilən məşqçisinin ata yurduna baş çəkib, Zaqatalanın Aşağı Tala kəndindən, onun uşaqlıq və yeniyetməlik illərini keçirdiyi yerdən reportaj hazırlamışdım. Ancaq özü ilə oyunsonrası mətbuat konfranslarını çıxmaq şərtiylə heç vaxt üz-üzə oturub söhbət etməmişdim. Hər halda, sırf futboldan danışmaq başqa, belə deyək, qalstuksuz görüş başqa. Onunla şəhərin mərkəzində adını çəkmək istəmədiyim, ancaq elitanın üz tutduğu məkanda görüşdük. Sonradan bəlli oldu ki, həmin obyekt “Qarabağ”ın çalışdırıcısının tez-tez, həm ailəvi, həm də dostları ilə birgə üz tutduğu məkanlardan biridi. Görüş vaxtı saat 19.00-a təyin olunmuşdu. Baş redaktor Mahir Rüstəmliylə birgə vaxtında görüş yerində olsaq da, Qurban bəy tıxaca düşdüyündən təxminən 10 dəqiqə gecikdi. Ancaq ləngiyəcəyi ilə bağlı bizi əvvəlcədən xəbərdar etdiyindən, əhvalımız korlanmadı. Əksinə, görüş yerində kitabların çoxluğu bizi bir qədər sevindirdi və Qurban bəy gələnə qədər rəflərdəki orijinal, bir çox bukinistlərin belə həsəd apara biləcəyi kitabları vərəqləməyə imkan tapdıq. Yuxarıda qeyd etdiyim kimi, təxminən 10 dəqiqədən sonra Qurban bəy obyektə daxil oldu. Və görüşüb, hal-əhval tutduqdan sonra masa arxasına keçib “sizi bilmirəm, mən bu gün cəmi iki smit yediyimdən çox acam” deyib, ofisiantı yanına çağırdı. Yeri gəlmişkən, Qurbanov əvvəlcədən masa sifariş etdiyindən restoranın inzibatçısı bizi qapıda qarşılamış, oturacağımız stolu nişan vermişdi. Qurbanov gəldikdən sonra “nə yeyək” sualını ünvanlayınca yunan filosofu Platonun “yemək sifarişini dəvət edənin öhdəsinə burax və onun nə qədər səxavətli olduğunu müəyyənləşdir” prinsipinə əsaslanaraq, seçim məsuliyyətini Qurban bəyin öhdəsinə buraxdıq. O isə, sən demə, əsl qurman imiş. Şam yeməyi olduğuna görə Mahir bəyə müraciətlə “elə şey yeyək ki, çəkiyə təsir etməsin” deyib, balıq sifariş etmək istədiyini bildirdi. Qarşılıqlı razılıqdan sonra ofisiant əvvəlcə çay gətirmək şərti ilə sifarişi qəbul edib... Sonra nələrin yaşandığını, hansı mövzularda söhbətləşdiyimizi isə müsahibəni oxuduqdan sonra biləcəksiz. Yadımdan çıxmamış onu da bildirim ki, “Qarabağ”ın çalışdırıcısı bizimlə görüşün ertəsi ölkə xaricinə üz tutacağını bildirdi. Səfərin məqsədi isə... Bu artıq başqa mövzudu.

“Mən heç vaxt qarın davası etməmişəm”
- Bizlərdə belə deyim var: səhər hamısı, günorta yarısı, axşam... Siz, ümumiyyətlə, yeməklə bağlı qaydalara riayət edirsiz?
- Yaşamaq üçün yemək zəruridi. Ümumi götürəndə hansısa qaydadan söhbət gedə bilməz. Sadəcə, ac qalmamaq üçün hamı kimi yeməyə məcburam (gülür).
- Uşaq vaxtı qidalanma ilə bağlı hansısa kapriziniz olub? Hamı kimi gündə nə olubsa, “buna da şükür deyib” süfrə arxasına oturmusuz, yoxsa sizin üçün ayrıca yemək hazırlanıb?
- Açığı, kənddə olanda mövsümə uyğun yeməklərlə kifayətlənmişəm. Havalar soyuq olanda, qış və payız fəsillərində ailədə daha çox xəmir və ət xörəklərinə üstünlük verilib. Yayda isə lobya və başqa tərəvəzlərdən hazırlanan yeməklər olub. Mən heç vaxt qarın davası etməmişəm. Evdə anamız nə hazırlayıbsa, ona qane olmuşam.
- Məktəbə gedəndə səhərlər nə yeyirdiz?
- O vaxt indiki kimi çeşid bolluğu yox idi. Mənim üçün şirinçayla yağ-şörəyin olması kifayət edirdi. Anam nehrə çalxalayırdı və həmin yağdan istifadə edirdik. Bəzən elə olurdu ki, nehrə yağı olmayanda adi şirinçayla çörək yeyib məktəbə yollanırdım. Həmin dönəmdə süfrədə yumurta da hər saat olmurdu. Toyuqlar yumurtlamayanda ona da həsrət qalırdıq. Bir də məəşi (motal pendirinin xırda hissələri) çox xoşlayırdım. Ancaq o da hər gün olmurdu. Bizim evdə əsas tələb uşaqların dərsləri yaxşı oxuması idi. Yeməyimiz, geyimimiz kimdənsə zəif ola bilərdi, ancaq təhsilimizə xüsusi diqqət ayrılırdı. Bizim üçün əsas şərt savadlı olmaq idi.
- Elə olub ki, evdə bişirilən nahar xoşunuza gəlməyib və özünüz üçün ayrıca yemək bişirilməsini istəmisiz?
- Sizə açıq deyirəm, yemədiyim yemək yoxdu. Uşaq vaxtından evdə nə hazırlanıbsa, ondan da yemişik. Sonralar isə bəzən anamıza deyirdik ki, bundan yox, başqa yeməkdən hazırla. Ən çox xoşladığım isə plovdu. Özü də çəkilmə ətlə olan aşı daha çox bəyənirəm.

“Şərəfini qoruduğum klublarda özüm-özümə yemək hazırlamamışam”
- Bəs bu gün ailədə necə, yemək söhbətində uşaqlarla sizin zövqünüz üst-üstə düşür?
- Demək olar ki, hə.
- Sürfüllü (Qax-Zaqatala bölgəsinin xəmir xörəyidi) ilə aranız necədi?
- Çox xoşlayıram.
- Ətlə, yoxsa qaxacla? Bəzi insanlar qaxacın tamını bəyənmədiyindən sürfüllünü ətlə yeməyi xoşlayır.
- Mən qaxacla xoşlayıram. Biz tərəfdə qaxaca daha çox üstünlük verirlər.
- Bəs girslərdən (xəngələ oxşar xəmir xörəyi) hansını xoşlayırsız? Ətlə, yoxsa gicitkənlə?
- Ətlə olanı daha çox bəyənirəm.
- Bakıya gələndən sonra menyuda, ağız dadınızda dəyişiklik oldu?
- Anamın bişirdiyi yeməklərin dadını heç nə əvəz etmir. Bu gün evdə də çox vaxt biz tərəflərin menyusuna müraciət edirlər. Onlardan dadanda hiss edirəm ki, bu tam başqadı. Hər bölgənin torpağının özünə xas dadı var.
- Özünüz yemək hazırlaya bilirsiz?
(müsahibə tam halda qəzetin çap variantında)
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:52 İslamiada xəbərləri Dünən, 17:51 Şəhriyar liderliyini davam etdirir Dünən, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı Dünən, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib Dünən, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq Dünən, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi Dünən, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? Dünən, 15:59 İlk oyunda məğlubiyyət Dünən, 15:58 Mövsümün ən az qol vurulan turu Dünən, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə Dünən, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu Dünən, 15:45 FİFA referiləri İslamiadada! Dünən, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur Dünən, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi Dünən, 15:36 TURUN MƏŞQÇİSİ Dünən, 15:35 TURUN SİTATI Dünən, 15:33 TURUN OYUNÇUSU Dünən, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu Dünən, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib Dünən, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək Dünən, 15:27 “Neftçi”yə yeni rəis gəlir Dünən, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi Dünən, 15:23 “Forza Neftçi” qərarını verdi Dünən, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı Dünən, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib Dünən, 15:16 Yunanıstana geniş heyətlə Dünən, 15:12 Pevtsov iki pillə irəlilədi Dünən, 15:11 Ən güclü boksçular müəyyənləşdi Dünən, 15:10 Tokioda medala yaxın düşmədilər 26-04-2017, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! 26-04-2017, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? 26-04-2017, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı 26-04-2017, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib 26-04-2017, 20:26 “Energetik” həkimin ümidinə qalıb 26-04-2017, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" 26-04-2017, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi 26-04-2017, 20:09 İslamiada xəbərləri 26-04-2017, 20:07 Azərbaycan derbisində yenə “sülh” 26-04-2017, 20:05 Kseniya “Beşiktaş”la sevindi 26-04-2017, 20:04 Dadaşov məyus oldu 26-04-2017, 20:02 Lider büdrədi, ancaq yıxılmadı 26-04-2017, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs 26-04-2017, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı 26-04-2017, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb 26-04-2017, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı 26-04-2017, 19:43 AZAL “Zirə”yə təslim olacaq? 26-04-2017, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi 26-04-2017, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək 26-04-2017, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv 26-04-2017, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... Bütün xəbərlər
Ən çox oxunanlar