01 avq 17:46layihe

Bölgə futbolu: reallıqlar və problemlər

Bölgə futbolu: reallıqlar və problemlər
İndi bəzən uşaqlar oynamağa top və meydança belə tapa bilmir...
Az qala hər ölkədə az və ya çox dərəcədə urbanizasiya problemi var. Şəhər həyatı həmişə cəlbedici – xüsusən də yetişməkdə olan nəsillər üçün. Urbanizasiya həyatın bütün sahələri kimi, futboldan da yan keçməyib. Azərbaycanda isə bu problem daha qabarıq nəzərə çarpır. Ölkə futbolunda son illərdə dəbi müəyyənləşdirən əsas klubun - “Qarabağ”ın paytaxtda məskunlaşması, bütün çempionat oyunlarını və avrokubok qarşılaşmalarını Bakıda keçirməsi obyektiv amillə, yəni işğal faktı ilə bağlı olsa da, başqa klublar da bu baxımdan əziyyət çəkir. Sirr deyil ki, qitə futbolunda az-çox sözünü demiş, ad çıxarmış futbolçular üçün Gəncə, nə də Qəbələ cəlbedicidi. Əlbəttə, onlar internetdə yazılanlar, təbliğat xarakterli materiallar əsasında bölgə klubları ilə müqavilə bağlaya bilər. Amma bölgədə yaşayışın reallıqlarını görüncə çox tez karyeraların ölkəmizdə davam etdirmək fikrindən vaz keçirlər. Bu məqam istər-istəməz yaşıl meydanda göstərdikləri oyuna da təsir edir. Bölgə futbolunun reallıqlarının peşəkar futbola, ölkə çempionatının təşkilinə və səviyyəsinə göstərdiyi təsir öz yerində. Bizi maraqlandıran isə problemin başqa tərəfidi. Bakı və Sumqayıtda futbol təsərrüfatında mövcud olan əyər-əskik və çatışmazlıqlar, təbii ki, bölgədə də var. Özü də bu iki şəhərin futbolu daim göz önündə, jurnalistlərin diqqət mərkəzindədisə, eyni sözü ölkənin başqa şəhər və rayonlarına aid etmək olmaz. Futbolun bütün səviyyələrində, xüsusən də uşaq futbolunda münasibətlər peşəkar səviyyədə qurulmayıb. İstər infrastruktur, istər kadr potensialı, istərsə də təlim-tədris prosesinin mexanizmi baxımından uşaq futbolunun durumu standartlara cavab vermir. Ölkə çempionatının elitasında yarışan klublar qarşısında bütün yaş qrupu üzrə komandaların yaradılması şərt kimi qoyulsa da, bu tələb formal xarakter daşıyır. Belə demək mümkünsə, kəmiyyət keyfiyyəti üstələyir. Uşaqların məşq şəraiti, onlara dərs deyən mütəxəssislərin səviyyəsi, qidalanma, həkim və psixoloq nəzarəti, demək olar ki, qeyri-peşəkar formadadı.
Mətbuat da obyektiv səbəblərdən bölgə futbolundakı duruma böyük diqqət ayırmır. İlk növbədə ona görə ki, bu iş yetərincə ciddi maliyyə tələb edir. Rayonlara səfər etmək, obyektlərə baş çəkmək, reportajlar hazırlamaq hər bir sayt və qəzetdən xərclərin qarşılanmasını istəyir. İdman mediasının indiki durumunda isə bu heç də asan deyil. İkincisi, bölgə futbolu, onun reallıq və problemləri kütləvi oxucu üçün populyar deyil. Bu mövzuya müraciət etməklə oxucuların, izləyicilərin sayının artacağına ümid etməyə dəyməz. Üçüncüsü, bu yöndə hansısa nəticələrə gəlmək üçün ciddi araşdırmalara ehtiyac var. Odu ki, ölkəmizdə bölgə futbolu ilə bağlı real durumu öyrənmək, problemlərin həlli yollarını araşdırmaq çətindi. Təbii ki, bölgə futbolunun real durumu ictimai müzakirəyə çıxarmalıdı. Amma bu yolda həm ölkəı futboluna rəhbərlik edən AFFA və PFL, həm də futbol ictimaiyyəti maraqlı olmalıdı.
Yerlərdə infrastrukturun və uşaq futbolunun bugünkü durumunun öyrənilməsi indiki məqamda çox vacibdi. Əbəttə, SSRİ-dən qalan müəyyən infrastruktur və hansısa kadr potensialı var. Amma gəlin səmimi şəkildə müzakirə edək: həmin infrastruktur və kadr potensialı dünya bir yana, heç olmasa, Avropa səviyyəsində rəqabətədavamlı futbolçular yetişdirməyə imkan verirmi? Bu sualı müsbət cavablamaq çətindi. Axı indi bəzən uşaqlar oynamağa top və meydança belə tapa bilmir. Təəssüf ki, indiki iqtisadi münasibətlər sistemində bir çox işbazlar uşaqların vaxt keçirmək istədiyi meydançalara məhz biznes obyekti, varlanmaq arzularının hədəfi kimi baxırlar. Bu mənada
bölgələrdə uşaq futbolunin inkişafı üçün yaradılmış şəraitin öyrənilməsi çox vacibdi. Uşaq futbolunda çalışan məşqçi-müəllimlərin üzləşdiyi problemlərin sırası geniş, xarakteri fərqlidi. Bölgələrdə futbolun inkişafına birbaşa əngəl olan problemlərin sistemləşdirilməsi, bu problemlərdən çıxış yollarının göstərilməsi çox vacibdi.
Sirr deyil ki, bölgə futbolunun inkişafı sahəsində innovativ təşəbbüslərə ehtiyac böyükdü. Belə təşəbbüslərdən biri kimi rayonlarda kəndlərarası və bunun davamı kimi zonalararası çempionat keçirilməsini və qalibə keçici kubok verilməsini təklif edərdik. Ölkədə futbolun hamının işi olması, bu idman növünün audioriyasının genişlənməsi, tribunaların boş qalmaması üçün hamılıqla daha çox iş görməliyik.
Bölgə futbolundakı problemləri ümumiləşdirməklə xüsusi proqram da qəbul etmək mümkündü. Çünki bu gün Azərbaycanda bölgə futbolunun inkişafını təmin edəcək dövlət proqramının və ya hansısa başqa layihənin gerçəkləşməsinə ehtiyac var. Bu proqram qəbul edilməmiş isə bölgə futbolundakı real durum öyrənilməli, proqramın tezisləri müəyyənləşdirilməlidi.
RƏŞAD
Layihəni AFFA yanında Media Komitəsi maliyyələşdirir
Bölgə futbolu: reallıqlar və problemlər
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar